Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   48   49   50   51   52   53   54   55   ...   94

96 
 
Qarabağ  xalçalarına  "Malıbəyli",  "Ləmpə",  "Bağçadagüllər",  "Bulud",  "Saxsıdagüllər",  "Nəlbəkigül", 
"Çiçəkli  Muğan",  "Bəhmənli",  "Xanlıq",  "Kürd",  "Qaraqoyunlu",  "Qarmaqlı",  "Qasımuşağı",  "Qubadlı", 
"Muğan",  "Talış",  "Naxçıvan",  "Əjdahalı",  "Zəngəzur"  və  s.  kimi 
kompozisiyalı xalçalar aiddir. 
Qarabağda  medalyonlu,  süjetli  və  ornamental  xalçalar 
toxuyurdular.  "Buynuz",  "Balıq",  "Dəryanur",  "Xanlıq",  "Xantirmə", 
"Qasımuşağı",  "Minaxanı"  kompozisiyaları  daha  geniş  yayılmışdı. 
Qarabağ həm də kilim, palaz, şəddə, vərni kimi xovsuz xalçaları və xalça 
məmulatları ilə məşhur olmuşdur. 
XVII-XVIII  əsrlərdə  Qarabağda  toxunmuş  məşhur  əjdahalı 
xalçası  -  "Xətai"  ABŞ-ın  Tekstil-Muzeyinin  qiymətli  eksponatı 
sayılır. 
Təbriz  xalça  məktəbinə  Təbrizdə  və  s.  yerlədə  toxunan, 
Təbriz  xalçaları  kimi  tanınan  xalçalar  aiddir.  Bu  xalçalar  1dm
2
-də 
120x120  ilmə  sıxlığı,  zəngin  koloriti,  medalyonlu  kompozisiyaları, 
ornamentlərini nəbati elementlərin təşkil etməsi ilə səciyyələnir. 
XV-XVI  əsrlərdə  məhz  Təbrizdə  bir  çox  elə  xalça 
kompozisiyaları  yaradılmışdır  ki,  onlar  həmin  regiona  dünya  şöhrəti 
gətirmişdir.  Təbriz  xalça  məktəbinin  bütün  Şərq  xalçaçılığına  çox 
böyük  təsiri  olmuşdur.  Orta  əsrlər  dövründə  məhz  burada  xalçaçılıq 
yüksək sənət səviyyəsinə qalxmışdır. "Ləçəktürünc", "Əfşan" və başqa 
Təbriz  xalçalarının  gözəl,  mürəkkəb  ornamentli  kompozisiyaları 
incəsənətdə  və  dünya  bazarında  böyük  şöhrət  qazanmışdır.  Təbriz 
xalçaları arasında "Ağaclı", "Dörd fəsil", "Leyli və Məcnun", "Təbriz", 
"Heyvanat",  "Sütunlu",  "Ovçuluq",  "Dörd  fəsil"  və  s.  kimi  xalçalarla 
yanaşı,  palaz,  kilim,  vərni,  zili  kimi  xovsuz  xalçalar  da  qeyd 
edilməlidir. Bu xalçaları xarakterizə edən əsas bədii-texniki cəhət ornamentlərinin stilizə edilmiş əyrixətli 
nəbati elementlərdən təşkil olunması və s.-dən ibarətdir. 
Səlcuqlar  dövründə  (1038-1157)  Təbrizdə  toxunmuş  bir 
çox  xalçalar  hal-hazırda  Türkiyədə  Konya  və  İstanbul 
muzeylərində  saxlanılır.  Orta  əsrlərdə  (XV-XVIII  əsrlər)  Təbriz 
xalçaları  yun,  ipək,  pambıq  və  hətta  əlvan  metallardan  -  qızıl  və 
gümüş saplardan toxunmuşdur. 
Təbriz xalçaları dünyanın bir çox məşhur muzeylərinin ən 
qiymətli  eksponatlarındandır.  Onlardan  XVI  əsrdə  toxunmuş 
"Şeyx  Səfi"  xalçası  Londonun  Viktoriya  və  Albert  Muzeyində, 
"Heyvanat"  xalçası  Paris  Tətbiqi  Sənət  Muzeyində,  "Ovçuluq" 
xalçası Milanda  Poldi-Petsolli  Muzeyində,  süjetli  xalça  Budapeşt 
Tətbiqi  Sənət  Muzeyində  və  s.  saxlanılır.  Məşhur  "Şeyx  Səfı" 
xalçasının  adı  Səfəvilər  sülaləsinin  banisi  Şeyx  Səfiəddin  əbu 
İshaq Ərdəbili ilə bağlıdır. Xalça "Ləçəktürünc" kompozisiyasına 
əsaslanır.  Orijinal  variantı  1539-cu  ildə  toxunmuş  və  350  ildən 
artıq Ərdəbil məscidində saxlanılmışdır. 
Ərdəbil,  Mir,  Sərab  və  s.  bölgələrdə  toxunan  "Açma-
yumma",  "Ərdəbil",  "Mir",  "Sərab",  "Şahabbasi",  "Şeyx  Səfi", 
"Arç",  "Danalı"  və  s.  kimi  Ərdəbil  xalçaları  aid  edilən  Ərdəbil 
xalça  məktəbi,  Zəncanda  toxunan  "Zəncan"  "Norşar",  "Taruş", 
"Sultani"  və  s.  kimi  Zəncan  xalçaları  aid  edilən  Zəncan  xalça 
məktəbi, Xalxal, Gerov, Miyanədə toxunan "Silsiləvi ləçək" və s. 
kimi  Xalxal  xalçaları  aid  edilən Xalxal  xalça  məktəbi,  Urmiyada 
toxunan  "Tərzi"  və  s.  kimi  Urmiya  xalçaları  aid  edilən  Urmiya 
xalça  məktəbi,  Heris,  Qaraca,  Gərmə,  Mehriban,  Goravan, 
Gülvanaq,  Kivednə,  Xocada  toxunan  "Açma-yumma",  "Baxşayış", 
"Goravan",  "Heris",  "Qaraca",  "Göllü-guşəli"  və  s.  kimi  Qaradağ  xalçaları  aid  edilən  Qaradağ  xalça  məktəbi, 
Marağa, Tilib, Sanqaçal, Binab, Xalasu, Xəştəruzçaroymaqda toxunan "Balıq", "Ləçəktürünc", "Qızılgül" və s. 
kimi Marağa xalçaları aid edilən Marağa xalça məktəbi, Mərənd, Səlmas, Xoyun "Ləçəktürünc", "Sütunlu" və s. 
kimi Mərənd xalçaları aid edilən Mərənd xalça məktəbi də mövcuddur. 


97 
 
Bu  məktəblərə  aid  edilən  xalçalar  1  dm
2
-də  95x95-130x130  ilmə  sıxlığı,  zəngin  koloriti, 
kompozisiyalarının medalyonlu, ornamentlərini nəbati elementlərin təşkil etməsi ilə xarakterizə olunur. 
Yüksək  peşəkar  istehsalın  təmərküzləşmiş  olduğu  Təbrizdə  və  Ərdəbildə  ipək  xalçalar,  orta  əsrlərdə  isə 
həmçinin metal (gümüş və qızıl) saplardan toxunan xalçalar istehsal edilirdi. 
XIX  əsrin  ortalarından  etibarən  Azərbaycan  xalçaları  müxtəlif  beynəlxalq  sərgilərdə  nümayiş  etdirilmiş, 
azərbaycanlı sənətkarlar bu sərgilərdə dəfələrlə qızıl, gümüş, bürünc medallara layiq görülmüşlər. Xalçalar ilk dəfə 
1852-ci ildə Moskvada  Ümumrusiya  kənd təsərrüfatı  və kənd sənayesi sərgisində, sonra isə  1872-ci ildə Moskvada 
politexnik sərgidə nümayiş etdirilmişdir. 1882-ci ildə Moskvada Ümumrusiya sənaye və incəsənət sərgisində, 1872-ci 
və 1889-cu illərdə Moskvada və Tiflisdə Qafqaz kənd təsərrüfatı və sənaye məmulatları sərgisində Azərbaycan 
xalçaları böyük müvəffəqiyyət qazanmışdır. Şuşalı Bayram Məşədi Qurban oğlu, Kərbəlayı Əhməd Dəmirçal 
oğlu, Cabbar Hacı Əkbər oğlu, Fatma Şərif qızı, Əhməd Daşdəmir oğlu, Soltan Əli qızı, cəbrayıllı Mehdi Miriş 
oğlu, Fərqanə İmanqulu qızı, bakılı Kərbəlayı Qurbanalı Soltan Əhməd oğlu, Məcid Zal oğlu, Kərbəlayı Talib 
Molla  Kirxar  oğlu,  şamaxılı  Hacı  Əhməd  Şirin  oğlu  və  b.  dövrün  tanınmış  sənətkarları  olmuşlar.  Çar 
Rusiyasında Azərbaycan xalçaları sonuncu dəfə 1912-13-cü illərdə S.-Peterburqda keçirilən ikinci Ümumrusiya 
kustar sərgisində nümayiş etdirilmişdir. 
Azərbaycan  xalçaları  1862-ci  və  1913-cü  illərdə  Londonda,  1872-ci  ildə  Vyanada,  1911-ci  ildə  Turində 
keçirilmiş beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir. 
Çar  hökuməti  ölkə  iqtisadiyyatındakı  mühüm 
əhəmiyyətini nəzərə alaraq xalçaçılığın inkişafına xüsusi maraq 
göstərmişdir.  1899-cu  ildə  təşkil  olunan  Qafqaz  Kustar 
Komitəsi  xalça  sənayesinə  rəhbərlik  edirdi.  Qubada  və 
İmamqulukənddə  xüsusi  təcrübə  -  nümunəvi  emalatxanalar 
açılmışdı. 1924-cü ildə təşkil olunan Zaqafqaziya Dövlət Ticarət 
Cəmiyyəti (Zaqdövticarət) isə xalçaçılıq sənayesini gücləndirmək, 
yerlərdə  toxunan  xalça  nümunələrini  dünya  bazarına  çıxarmaqla 
məşğul idi. 
1927-ci ildə Azərbaycanda "Azərsənətbirliyi" mərkəzi 
yaradıldı və "Azərxalça" Birliyi də oraya daxil edildi. 
Zaqdövticarət  cəmiyyətinin  alış-satış  məntəqələri, 
əsasən,  Gəncə,  Quba,  Qazax  (1926),  Kürdəmir,  Şamaxı  və 
Salyanda (1928) təşkil olundu. 
1931-32-ci  illərdə  Şuşada,  Bakıda,  Gəncədə  iri 
həcmdə, Ağdam, Cəbrayıl, Qazax və Laçında isə nisbətən kiçik 
emalatxanalar açıldı. 
1933-cü  ildə  Azərbaycanın  ən  məhsuldar  xalçaçılıq 
mərkəzi  sayılan  Qubada  "Azərsənətbirliyi"nin  xalça  tədris 
kombinatı  açıldı.  Bu,  Azərbaycanda  xalça  sənətinin  tərəqqisi 
üçün əhəmiyyətli hadisə idi. 
1954-cü ildə xalça ustaları və təlimatçıları hazırlayan iki 
məktəb açıldı. 
Hazırda "Azərxalça" Birliyinin  
emalatxanlarında  qədim  xalçalara  və  rəssamların  eskizlərinə  əsasən  klassik  nümunələri  təkrarlayan  nəfis  naxışlı 
xalçalar  toxunur.  "Azərxalça"  Birliyində  xalça  istehsalı  ilə  məşğul  olan  fabrik  və  kombinatlarda  minlərlə  xalq 
sənətkarı çalışır və əvəzsiz xalça nümunələri yaradır. 
Müasir  dövrdə  xalçaçılıq  sənəti  ölkənin  müxtəlif  tədris  müəssisələrində  -  Azərbaycan  Dövlət 
Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında və Ə.Əzimzadə adına 
Rəssamlıq  Məktəbində  öyrədilir.  AMEA-nın  Memarlıq  və  İncəsənət  İnstitutunun  müvafiq  şöbələrində 
unudulmuş klassik kompozisiyaları bərpa etmək,  yeni naxışlı və süjetli xalçalar yaratmaq sahəsində əməli və 
nəzəri iş aparılır. 
L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi bir neçə min xalça və xalça 
məmulatından ibarət kolleksiyaya malik olan nadir xəzinədir. 
Azərbaycanın  xalq  rəssamı  Lətif  Kərimov  xalça  mədəniyyətinin  mahiyyətinə  güclü  təsir 
göstərmişdir. O, ənənəvi motivlərin traktovkasında yeniliyi ilə səciyyələnən bir sıra ornament və portret - xalça 
kompozisiyaları yaratmışdır. L.Kərimovun əsərləri - "İslimi", "Xətai", "Firdovsi", "Əcəmi", "Əsrlərin nəğməsi" 
xalça sənətinin böyük həyati qüvvəsinə, onun misilsiz bədii dəyərinə parlaq sübutdur. 
Azərbaycanın xalq rəssamı Kamil Əliyevin "Füzuli", "Nəsimi", "Butalı", "Ləçəktürünc" əsərləri parlaq 
dekorativliyi, ənənələrin və novatorluğun çulğaşması ilə fərqlənən ornamental kompozisiyalardan ibarətdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə