Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   49   50   51   52   53   54   55   56   ...   94

98 
 
Rəssam  Cəfər  Müciri  keçmiş  xalça  sənətkarlarının,  bu  sənətin  müasir  qabaqcıl  ustalarının  bədii 
üsullarını  yaradıcılıqla  mənimsəmişdir.  Onun  "Saib  Təbrizi",  "Sütunlu",  "Ləçəktürünc"  xalça  kompozisiyaları 
naxışlarının yaraşığı, ideyanın yüksək texniki təcəssümü ilə fərqlənir. 
Müasir  sənətkarların  yaradıcılığında  Azərbaycan  xalça  sənətinin  milli  özünəməxsusluğu,  əsrlərdən 
gələn xalq sənəti ənənələri qorunub saxlanmaqdadır. 
Xalqın milli qürurunun göstəricisi olan Azərbaycan xalçası özünəməxsus milli bədii xüsusiyyətləri ilə 
dünya mədəniyyətinin inkişafına güclü təsir göstərən bir faktor kimi bəşər mədəniyyətinin böyük nailiyyətinə 
çevrilmişdir. 
Röya Tağıyeva 
Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. “ Xalçaçılıq” məqaləsi. 
Bakı, 2007, səh.781-788. 
 


99 
 
Ailə və ailə məişəti 
 
Azərbaycan ərazisində ailənin təşəkkülü Eneolit dövrünün sonuna təsadüf edir. Tunc dövrünün sonunda 
isə artıq nəsli icmalar ailə icmaları ilə əvəz olundu. 
Dünyanın bütün xalqlarında olduğu kimi, azərbaycanlılarda da tarixi inkişaf prosesində ailənin tərkibi və 
strukturu ilə müəyyən edilən iki forması mövcud olmuşdur: böyük ailə, yaxud ailə icması və kiçik ailə. 
Böyük ailə üç, dörd və bəzən beş nəslin nümayəndələrindən ibarət olan ata, oğul, nəvə, nəticə və eləcə də 
qardaşların ailələrini birləşdirən kiçik ictimai kollektivdir. Azərbaycanın ailə icması üçün səciyyəvi cəhət onun 
üzvlərinin torpaq,  əmək  alətləri,  mal-qara,  ev,  təsərrüfat tikililəri  və  ev  avadanlığından  ümumi  istifadə,  birgə 
istehsal  və  birgə  istehlak  idi.  Bu  xüsusiyyətlər  ailə  icmasını  həm  də  cəmiyyətin  kiçik  təsərrüfat  özəyinə 
çevirirdi. 
Azərbaycanda  ibtidai  icma  quruluşunun  dağılması  nəticəsində  ailə  icmaları  artıq  kiçik  ailələrə 
parçalanmışdı və orta əsr mənbələrində ailə icmaları haqqında, demək olar ki, məlumat verilmir. 
İslamın  qəbulu  ilə  bağlı  Azərbaycanda  ailə  və  ailə  məişəti  yeni  məzmun  və  forma  alır.  İslam  əxlaq 
normalarına əsaslanan orta əsrlər ailə məişətində varislik ənənələri gözlənilmiş, burada müasir dövrədək köklü 
dəyişikliklər olmamışdır. 
Rusiya  imperiyasında  çar  hökumətinin  vergi  siyasəti  ilə  bağlı  XIX  əsrdə  Azərbaycanda  ailə  icmaları 
qismən bərpa olunurdu. Rusiya hökumətinin kənd cəmiyyətləri haqqındakı əsasnaməsinə uyğun olaraq, vergilər 
kənd əhalisinin sayına görə deyil, kənddəki "tüstülərin", yəni ailə təsərrüfatlarının sayına görə müəyyən edilirdi. 
Vergilərin ödənilməsi üçün cavabdeh olan kənd icmaları böyük ailələrin kiçik ailələrə parçalanmasının qarşısını 
almağa çalışırdılar. Hər bir yeni ailənin əmələ gəlməsi icmanın ödədiyi ümumi vergini artırırdı. Ailə icmalarının 
bərpasında böyük ailələrin də maraqları var idi. Kənd icmalarında torpaqdan birgə istifadə qaydalarına görə əkin 
yerləri  və  biçənəklər  vaxtaşırı  icma  üzvləri  arasında  bölüşdürülürdü.  Pay  torpaqlarını  əkib-becərmək  üçün 
müəyyən  miqdarda  işçi  qüvvəsi,  qoşqu  heyvanı,  toxum  və  əmək  alətləri  tələb  olunurdu.  Kiçik  ailələrin  belə 
imkanları  az  olduğundan,  çox  vaxt  pay  torpaqlarını  əkib-becərməyə  gücləri  çatmırdı.  Ailə  icmalarında  isə 
qardaşların  birlikdə  kifayət  qədər  işçi  qüvvəsi,  qoşqu  heyvanı,  toxum  və  əmək  alətləri  olduğu  üçün  pay 
torpaqlarını birgə əkib-becərə bilirdilər. 
Azərbaycanda böyük ailə "qalıq" kimi mövcud olsa da, XIX əsrin sonu - XX əsrin əvvəllərində onlarda 
klassik  ailə  icmalarının  qayda-qanunları,  ənənələri  hələ  də  saxlanılırdı.  Ailə  icmasına  daxil  olan  bütün kiçik 
ailələr  bir  evdə  birgə  yaşayırdılar.  Ailə  icmasına  onun  ağsaqqalı  başçılıq  edirdi.  Başçıya  "baba",  "dədə", 
"dadaş", "ağa", "qağa", "lələ" və sairə adlarla müraciət edirdilər. Ailə icması daxilində qarşılıqlı münasibətlər 
adətlərlə tənzim olunurdu. Ailə icma başçısının böyük hüquqları var idi. O, ailə üzvləri arasında vəzifə bölgüsü 
aparır, bütün təsərrüfatı idarə edir, ailə gəlirinin bölüşdürülməsinə nəzarət edirdi. Lakin mövcud etik normalar 
ailə  daxilində  və  məişətdə  ailə  başçısının  hakimiyyətini  məhdudlaşdırırdı.  Başçı  mühüm  məsələlərin  həllində 
ailənin yaşlı üzvləri ilə, çox vaxt yaşlı qadınlarla məsləhətləşirdi. Ailə icması daxilində ağsaqqalın hörməti və 
nüfuzu da, onun belə məsələləri necə həll etməsindən asılı idi. Ailə icması daxilində ev işlərinə ailə başçısının 
arvadı və ya anası başçılıq edirdi. Hörmət əlaməti olaraq, ona öz adı ilə müraciət edilmirdi. Ailənin ağbirçəyinə 
"böyük  nənə",  "nənə",  "ana",  "cici"  və  sairə  adlarla  müraciət  edilirdi.  Ağbirçək  ana  ailə  icmasının  ərzaq 
məhsullarının saxlanmasına və yeməklərin paylanmasına nəzarət edir, gəlinlər və qızlar arasında vəzifə bölgüsü 
aparır, onlara tapşırıqlar verirdi. Adətən, ağbirçək analar öz vəzifələrinin bir hissəsini böyük gəlinə tapşırırdılar. 
XIX əsrin sonundan başlayaraq XX əsrin 30-cu illərinədək Azərbaycanda ailə icmaları dağılaraq, yerini 
patronimik  qruplara  verir.  Patronimik  qruplar  Azərbaycanda  "uşağı",  "nəsil",  "övlad",  "toxum",  "əqrəba", 
"kürək" və sairə adlandırılırdı. 
Azərbaycanda orta əsrlərdən başlayaraq, bu günədək ailənin əsas forması kiçik ailələrdir. Böyük ailə ilə 
kiçik ailə arasındakı fərq yalnız ailə üzvlərinin sayında deyildi. Onların arasında kəmiyyət fərqi ilə yanaşı, əsas 
iki keyfiyyət fərqi də vardı. Böyük ailənin varidatı bütün ailəyə məxsus olduğu halda, kiçik ailədə mülkiyyətin 
sahibi yalnız onun başçısı olan kişi hesab edilirdi. İkinci fərq, nəsillərin durumu ilə bağlı idi. Böyük ailə 3-5 və 
daha  çox  nəsildən  ibarət  olmaqla,  şaquli  istiqamətdə  baba,  ata,  oğul  və  nəvələrdən,  üfüqi  istiqamətdə  isə 
qardaşların ailələrindən təşkil olunduğu halda, kiçik ailələr üçün xarakterik cəhət onun yalnız şaquli istiqamətdə 
iki və üç nəsildən ibarət olması idi. 
Azərbaycanda  kiçik  ailələr  quruluşlarına  görə  iki  tipə  bölünür:  sadə  və  mürəkkəb  ailələr.  Sadə  ailə  iki 
nəsildən,  yəni  ata-ana  və  onların  uşaqlarından,  mürəkkəb  ailə  isə  üç  nəsildən,  yəni  baba-nənə,  ata-ana  və 
nəvələrdən ibarət olur. Sadə ailədə uşaqlardan biri evləndikdən sonra ata-anası ilə birlikdə yaşayırsa, o zaman 
ailənin  tipi  dəyişir  və  sadə  ailə  mürəkkəb  ailəyə  çevrilir.  Sadə ailədə  uşaqlardan  ikisi  evləndikdən  sonra ata-
anaları ilə birlikdə yaşayırsa, bu zaman ailənin tipi deyil, forması dəyişir və o, böyük ailə hesab olunur. 
Sadə ailə elm aləmində "nuklear" (latınca "nukleus"  nüvə, özək) ailə adlanır. Nuklear ailədə uşaqların 
sayı 1-2 nəfər olduqda o azuşaqlı ailə, 3-4 nəfər olduqda orta saylı ailə, 5 nəfər və daha çox olduqda çoxuşaqlı 
ailə hesab edilir. Keçmişdə çoxuşaqlı ailələr Azərbaycan üçün ənənəvi və səciyyəvi olmuşdur. Azərbaycanda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə