Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   51   52   53   54   55   56   57   58   ...   94

101 
 
Azərbaycanda ər ilə arvad arasında yaş fərqi məsələsinə münasibət müxtəlif olmuşdur. Qızların özündən 
böyük oğlana  ərə  getməsi  ailənin  möhkəmliyinin  qarantı  kimi  qiymətləndirilirdi.  Keçmişdə  Azərbaycanda  ər 
arvaddan əksər hallarda 10-15 yaş böyük olurdu. İslam ailə hüququnda ərin arvaddan 10-12 yaş böyük olması 
məqsədəuyğun  sayılır.  Müasir  dövrdə  isə  Azərbaycanda  ərin  arvaddan  3-7  yaş  böyük  olması  ən  yaxşı  seçim 
hesab edilir. 
Azərbaycanda  toy-düyün  adlanan  evlənmək  prosesi  hər  şeydən  öncə  qız  bəyənməkdən  başlayır.  Qız 
seçərkən  bir  sıra  şərtlər  nəzərə  alınırdı.  Qız  gərək  əsil-
nəcabətli,  "halal  süd  əmmiş"  olaydı.  Qız  seçərkən  anasının 
kimliyinə fikir verilirdi. Qızın özünün gözəlliyi, qədd-qaməti, 
sadəliyi, evdarlığı, işgüzarlığı, ağlı, mərifəti və başqa müsbət 
keyfiyyətləri də nəzərə alınırdı. 
Qız bəyənmək üçün oğlanın və onun ailə üzvlərinin də 
qızı görüb bəyənməsi vacib idi. Keçmişdə 10-12 yaşına çatan 
qızlar  küçəyə  çıxanda  başına  çadra  örtər,  üzünə  rübənd 
tutardılar.  Çox  vaxt  oğlanın  anası,  yaxud  bacısı  qızı  toyda, 
yasda,  bulaq  başında,  bayram  və  el  şənliklərində,  şəhər 
yerlərində  isə  həm  də  hamamda,  şəhər  kənarına  seyrə  çıxan 
zaman  görüb bəyənərdilər.  Bundan  sonra  qızın  ailəsi  barədə 
qonum-qonşudan məlumat toplanar, xəbər yaxşı olarsa, oğlanın anası və bacısı qız evinə ilkin danışığa gedər, 
razılıq əldə olunarsa kişilərin elçi gəlmə vaxtını müəyyənləşdirərdilər. 
Azərbaycanda  keçmişdə  "qızbəyənmə"  adəti  ilə  yanaşı  qız  tərəfindən  "oğlangörmə"  adəti  də  var  idi. 
"Qızbəyənmə" adəti möhkəmləndiyi halda, tarixi inkişafın müxtəlif mərhələsində, xüsusilə şəriət qanunları ilə 
bağlı olaraq, "oğlangörmə" adətinin unudulması meyili olmuşdur. Belə ki, çox 
zaman  qız  ərə  verilərkən,  onun  rəyi  soruşulmurdu.  Kübar  ailələrində  isə  qızın 
rəyi mütləq öyrənilirdi və ona görə də "oğlangörmə" adəti saxlanılmışdı. 
Azərbaycanda  bəzən  "qızbəyənmə"  və  "oğlangörmə"  adətlərinə  ehtiyac 
olmurdu.  Bu,  xalq  arasında  "beşikkərtmə",  "beşikkəsmə"  və  ya  "göbəkkəsmə" 
adlanan adətlə bağlı olurdu. "Beşikkəsmə" adətinə görə oğlan və qız uşaqları hələ 
qundaqda,  yəni  beşikdə  olarkən,  onların  valideynləri  söz  kəsib  uşaqlarını  bir-
birinə  "deyikli"  edirdilər.  Bir  çox  hallarda  bu  "nişanlanma"  zamanı  qızın 
beşiyinə  kərt  (nişan)  qoyulduğundan  o,  "beşikkərtmə"  də  adlanırdı.  Bəzən 
qabaqcadan sövdələşən valideynlərin birinin qız uşağı o birinin oğlundan sonra 
dünyaya  gəldikdə,  mamaça  körpənin  göbəyini  kəsdiyi  zaman  "göbəyini 
filankəsin  oğluna  kəsdim"  sözlərini  dediyindən,  bu  adət  "göbəkkəsmə"  də 
adlanırdı. 
"Qızbəyənmə" mərhələsindən sonra gələn elçilik Azərbaycan xalqının ailə 
məişətində  xüsusi  önəm  daşıyırdı.  Elçilik  həmişə  böyük ehtiramla  və  şövqlə 
həyata  keçirilirdi.  Elçiliyə  nəslin  ağsaqqalları,  el-obada  hörmət  qazanmış, 
sözükeçən adamlar göndərilərdi. 
Elçiliyə,  adətən,  üç-dörd  kişi  və  bir-iki  qadın  gedərdi.  Xalq  adətinə  görə  elçilər  qızın  ailəsi  tərəfindən 
hörmət  və  izzətlə  qarşılanardı.  Elçilər  çox  zaman  qonaq  kimi  qəbul  edilər,  qarşılarına  süfrə  salınardı.  Elçilər 
"hə" cavabını almayınca, süfrəyə əl uzatmazdılar. Qızın razılığı, el arasında deyildiyi kimi, "hə"si verildikdən 
sonra  "Allah  mübarək  eləsin"  deyib,  süfrəyə  gətirilmiş  çaya  qənd  salar,  "ağızlarını  şirin  edərdilər".  Sonra 
oğlanın  və  qızın  analarını qonaq  otağına  çağırıb  bu  sevindirici  xəbəri  onlara  bildirərdilər.  Oğlanın  anası təzə 
gəlinini  çağırıb  barmağına  nişan  üzüyü  taxar,  başına  ipək  örpək  örtərdi.  Bu  mərhələ  bəzi  bölgələrdə 
"xatircəmlik", digərlərində isə "bəlgə" adlanırdı. Qızın "hə"si verildiyi gündən oğlan və qız bir-birinə "deyikli" 
hesab edilirdilər. 
Elçilikdən  bir  neçə  gün sonra  qız  üçün "nişan"  aparılardı.  Azərbaycanın  əksər  bölgələrində  "nişan"  ilə 
"şirni" bir yerdə olurdu. Bəzi bölgələrdə bu mərasimə "ağsaqqal plov" da deyilirdi. Nişanda qız üçün üzük və şal 
örpək  də  aparıldığından,  bu  mərasimə  Bakı,  Təbriz,  Lənkəran  və  başqa  bölgələrdə  "şal-üzük  aparma"  da 
deyilirdi.  "Dədə  Qorqud"  dastanında  nişan  və  "şirni"  mərasimi  "kiçik  düyün"  adlandırılırdı.  Nişan  təyin 
olunduğu gün oğlan evindən qız evinə nişan xonçası aparılırdı. Nişan xonçasının qablarını boş qaytarmazdılar. 
Həmin qablarda qız evindən oğlan evinə "qəndbaşı" xonçası göndərilirdi. Bu xonçaya oğlan evindən aparılan 
kəllə qəndin baş hissəsini sındırıb qoyardılar. Xonçada şirniyyat və qənnadı məmulatı ilə birlikdə oğlan evinə 
pay  göndərilərdi.  "Deyikli"  qız  və  oğlan  nişandan  sonra  artıq  rəsmi  olaraq  "nişanlı",  yaxud  "adaxlı"  hesab 
edilirdilər. 
Elçilərə rədd cavabı verildikdə də bu, yüksək mədəniyyətlə edilməli idi. 


102 
 
Ailə-nikah  münasibətlərində  bəzən  elçilik  mərhələsindən  istifadə  olunmurdu.  Sosial-iqtisadi  vəziyyətlə 
bağlı olaraq evlənmə bəzi hallarda "qız qaçırma" kimi həyata keçirilirdi. "Qız qaçırma" halları iki cür olmuşdur: 
qızın  sevdiyi  oğlana  qoşulub  qaçması  və  qızın  zorla 
qaçırılması.  Qızların  zorla  qaçırılmasına  xalq  mənfi 
münasibət bəsləmişdir. 
Nişandan  sonra oğlan  evi böyük  toya,  "ulu  düyün"ə 
hazırlaşmağa başlayardı. Gəlin üçün paltar və zinət əşyaları 
alınar, toy tədarükü görülərdi. Bu müddətdə qız evi də cehiz 
tədarükünə  başlardı.  Gəlinin  köçməsinə  az  qalmış  qohum 
və  qonşu  qadınlar  gəlinin yorğan-döşəyini  sırıyar, cehizini 
qaydaya  salardılar.  Keçmişdə  el  adətinə  görə  toy-düyün 
şənliklərindən  əvvəl  gəlin  köçən  qız  növbə  ilə  qohum-
əqrəba tərəfindən qonaq çağırılardı. Qonaqlıqların sonunda 
qohum-qardaş  gəlin  köçən  qıza  yorğan,  döşək,  yastıq, 
nazbalış,  xalça,  mis  qazan,  qab-qacaq  və  sairə  hədiyyə 
verərdilər.  Həmin  hədiyyələr  gəlinin  cehizinə  əlavə 
olunardı. 
Toy şənlikləri əvvəlcə qız evində keçirilərdi. Qız evində təşkil olunan toy şənliklərindən biri "paltarkəsdi" 
adlanır. Ona Şirvan bölgəsinin aran kəndlərində "bazarlıq" da deyirlər. Qız evindəki toy şənliklərindən biri də 
"xınayaxdı"  adlanır.  Buna  Lənkəran  və  Şəki  bölgələrində  "qız  toyu",  Qazax  bölgəsində  "qız  başı",  Təbriz 
bölgəsində  "yegəl",  Quba  bölgəsində  "xına  gecəsi",  bəzi  yerlərdə  isə  "xına  toyu"  da  deyirlər.  "Xınayaxdı" 
şənliyi gəlin köçməmişdən bir gün öncə axşam çağı keçirilirdi. "Xınayaxdı" şənliyinin sonunda gəlin qızın əl-
ayağına  həna  yaxırdılar.  Toy-düyün şənliklərinin  "xınayaxdı"  mərhələsindən  sonra  nişanlı  qıza  "gəlin  qız", 
adaxlı oğlana isə "bəy oğlan" deyilir. 
Toy-düyün şənliklərinin  son  mərhələsi  oğlan  evindəki  toy,  yaxud  "ulu  düyün"  olmuşdur.  Böyük  toy 
qohum-əqrəbanın,  kənd  yerlərində  həm  də  bütün  camaatın,  şəhər  yerlərində  isə  qonum-qonşunun  bayram 
şənliyinə çevrilərdi. Böyük toya bir-iki gün qalmış oğlan evində çörək və yuxa bişirib toya tədarük görülərdi və 
qonşular bəy oğlanın həyətinə məsləhətə yığışar, toy üçün bir neçə dana və çoxlu qoç kəsilərdi. Azərbaycanın 
bir  çox  bölgələrində  kənd  yerlərində  bu  ənənə  "danakəsdi"  adlanır.  Bu  mərhələdə  vəzifə  bölgüsü aparılır: 
toyxana  quranlar,  toyu  idarə  edəcək  adamlar,  xörək  bişirənlər  və  paylayanlar,  qonaq  qarşılayanlar,  gəlin 
gətirmək üçün gedəcək adamlar və başqa məsul şəxslər müəyyənləşdirilərdi. 
Böyük  toy  üçün bəy  oğlanın  həyətində  çadır  qurulur,  ona  "toyxana",  yaxud  "mağar"  deyilirdi.  Toyu 
Azərbaycanın bütün bölgələrində qara zurna ilə başlayardılar. Toyda məşhur xanəndələr və ustad aşıqlar iştirak 
edirdilər. Toyları idarə edən adama "toybəyi", bəzi bölgələrdə isə "toybaşı", "sərpayı", "toyağası", yaxud "şah" 
deyirlər. "Toybəyi"nin sözü toy iştirakçıları tərəfindən qanun sayılır və ona mütləq əməl olunurdu. 
Toyun axırıncı günü, keçmişdə isə çox vaxt hələ "nişan-şirni" mərasimində kəbin kəsilərdi. Kəbin kəsilən 
zaman axund və qazı öncə oğlan və qızın vəkillərindən nikaha razılıqlarını soruşardı. Kəbin kağızına "mehr"in 
miqdarı,  yəni  nikaha  girmənin  simvolik  haqqı  da  qeyd  edilirdi.  Adətə  görə,  kişi  arvadını  boşamaq  istədikdə, 
qeyd olunmuş "mehr"i ona verməli idi. Kəbin kağızını nikaha girən oğlan və qızın şahidləri imzaladıqdan sonra 
axund və ya qazı imza və möhür ilə təsdiq edirdi. 
Gəlin gətirilmədən öncə, gündüz onun cehizi bəy 
evinə  daşınar,  gəlin  otağı  döşənib  bəzənərdi.  Qız 
evindən  bəy  oğlan  üçün  xüsusi  "bəy  xonçası"  da 
göndərilərdi. Xonçada bir köynək, bir neçə araqçın, cib 
yaylığı,  corab  və  sairə  hədiyyələr  olardı.  "Bəy 
hamamı"ndan  sonra  bəy  nişanlısının  göndərdiyi  "bəy 
xonçası"ndan istifadə edər, xonçadakı qalan hədiyyələri 
sağdışına və soldışına verərdi. 
Bəy  hamamından  sonra,  toya  çağırılmış 
qonaqlara xörək verilər, sonra cavanlar gəlin gətirməyə 
gedərdilər. Oğlan adamları qız evinə çatdıqda, həyətdə 
dayanar, oğlan yengəsi gəlin qızın geyindirildiyi otağa 
girib  gəlinin  başına  "duvaq"  salardı.  Bəy  oğlanın 
qardaşı  qırmızı  rəngli  atlas  şərid  ilə  gəlinin  belini 
bağlayardı. 
Gəlinin  atası  və  belini  bağlayan  qaynı  onun  qolundan  tutub  çırağın  ətrafında  üç dəfə  dövrə  vurardılar. 
Gəlini "Quran"ın altından keçirərdilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə