Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   54   55   56   57   58   59   60   61   ...   94

107 
 
Geyim mədəniyyəti 
 
İnsanların  geyinməyə  başladığı  ilk  dövrlərdən  etibarən  dəri  parçalarından  bürünmə  geyim  tipi 
kimi istifadə edirdilər. 
E.ə.  VIII-VI  minilliklərdə  təbii  liflərdən  hörülmüş  ensiz  zolaq  sarğıdan  spiralvari  texnika  ilə 
birləşdirilərək, sinəni və ayrı-ayrılıqda ayaqları örtən geyim vasitəsi kimi, istifadə olunmuşdur və bu 
sayaq  geyim  tərzi  e.ə.  VI-IV  minilliklərə  qədər  davam  etmişdir.  Bu  cür  geyimi  sarınma  geyim  tipi 
qəbul edək. 
Erkən Tunc dövründə artıq hörmə alətlərinə daha çox rast gəlinir və təsvirlərdə hörmə üsulu ilə 
əldə olunmuş geyimlərə (geyinmə geyim tipi) təsadüf olunur. Hörmə üsulu ilə hazırlanmış geyimlərin 
uzunluğu dizə qədər olur və ətək xətti qeyd olunurdu. 
E.ə.  I  minillikdə  qadın  geyimləri  alt  paltarından,  əsasən  uzunluğu  dabana  qədər  olan  sərbəst 
biçimli,  geniş  gövdəli,  uzunqollu  üst  geyimindən  və  ayaqdan  sinəyə  qədər  bütün bədəni  örtən, 
spiralvari (burma-burma) konstruksiya ilə tikilmiş çaxçurdan ibarət idi. 
E.ə.  IX-VII  yüzilliyin  çiyin  geyimi  üst-üstə  geyinilmiş,  eyni  formalı,  müxtəlif  rəngli  üç  ədəd 
geyimdən  ibarət  idi.  Geyimlərin  hər  biri,  hər  bir  qol  altında  sıra  ilə  tikilmiş  20  ədəd  iri  düymə  ilə 
düymələnirdi.  Geyimlər-qol  ağzında  da  sıralama  tikilmiş  nisbətən  kiçik  ölçülü  düymələrlə 
düymələnirdi. 
E.ə. VII yüzillikdən etibarən qadınlar uzun, düz biçimli, qollarının uzunluğu dirsəyə qədər olan 
köynək  geyir  və  onun  üstündən  boynu  oyma,  ellips  formalı,  yanları  tikişli  və  ya  tikişsiz  örpək  tipli 
geyim  geyinirdilər.  Bəzən  örpəyin  yan  xətti  boyunca  saçaq  tikilirdi.  Digər  formalı  köynəklərin  ətək 
xətti düz deyil, çəp olur, belinə kəmər bağlanır, üzərindən isə örpək tipli geyim geyinilmirdi. 
Çiyin geyimi iki formada olurdu: 
1.  Düz  biçimli,  qısa  qollu  olub,  uzunluğu  bir 
tərəfdə baldırın yarısına, o biri tərəfdə isə dizə qədər 
olan köynək. 
Bu  geyimin  ətək  xətti  bəzən  qırıq  xətlərlə 
qeyd  edilərək  ətəyə  paralel  olan  zolaq  formasında 
naxış  əmələ  gətirir,  bəzən  də  heç  bir  işarə 
qoyulmurdu, bu geyimin belinə bir neçə sıra kəmər 
(və ya qurşaq) bağlanırdı. 
2.  Geniş,  düz  biçimli,  uzun  qollu  olub, 
uzunluğu dabana qədər olan köynək və  ya don. Bu 
geyimin  ətəyi  yerə  paralel  kəsilir,  ətək  xəttinə 
paralel olmaqla zolaqlı naxış-ətəklik tikilirdi. Hər iki 
halda  köynəyin  yaxası  boyun  dairəsi  boyunca 
dövrələmə  kəsilirdi.  Bu  geyimin  üstündən  örpək 
formalı  geyim  geyinilirdi.  Örpəklər  bir  neçə 
formada olurdu: 
1.  Eni  bədən  ölçüsünə  uyğun  götürülmüş 
materialdan biçilərək, qol əmələ gətirməklə yan xətti 
tikili olan; 
2. Eni bədən ölçüsündən böyük götürülməklə 
yan xətti açıq saxlanılan. 
Bu  halda  ya  yan  xətt  sadəcə  açıq  saxlanır,  ya  da  bütün yan  xətt  və  ətək  xətti  boyunca  saçaq 
tikilirdi. 
Qədim dövr kişi geyimlərinin təsnifatını aşağıdakı kimi vermək olar:  
1) Bürünmə tipli geyim 
2) Sarınma tipli geyim. 
3) Geyilmə tipli geyim. 
Geyilmə geyim tipi çiyin və bel geyimlərinə bölünürdü. 
Çiyin geyimi köynək və onun üzərindən geyinilən bürüncəkdən ibarət idi. 
Köynək iki formada olurdu:  


108 
 
1. Boyvəboy, düz biçimli, qısa qollu olub, uzunluğu dizə qədər olan; 
Bu  geyimin  ətək  xətti  bəzən  qeyd  edilərək  ətəyə  paralel  olan  zolaq  formasında  naxış  əmələ 
gətirir, bəzən də heç bir işarə qoyulmurdu. 
2. Boyvəboy, düz biçimli, uzun qollu olub, uzunluğu dabana qədər olan; 
Hər  iki  halda  geyimin  yaxası  boyun  dairəsi  boyunca  dövrələmə  kəsilirdi.  Təsvirlərdə  qolunun 
uzunluğu dirsəyə və biləyə qədər olan köynəklərə nəzər salaq. Qol aşağı salındığı halda qol altında heç 
bir qırış hiss olunmur. Deməli, ya material hörmə olub, paltarın qolu bədəninə bitişik toxunub, ya da 
sıx  toxunmuş  materialdan  əlavə  qol  kəsilərək  qol  oyuğuna  tikilib.  Bu  halda  qol  oyuğu  oval  şəkilli 
deyil, düzbucaqlı götürülüb. 
Bel  geyimi-şalvar.  Yuxarıda  qeyd  olunmuş  təsvirlərdən  bir 
neçə cür şalvar formasına rast gəldik: 
1. Uzun, ensiz hörmə zolağın sarmırmış kimi birləşdirilməsi 
vasitəsilə əldə olunan şalvar (Son Tunc və İlk Dəmir dövrü). 
2.  1-ci  bənddə  qeyd  olunmuş  zolaqların  eninə 
birləşdirilməsindən  alınan  dördkünc  materialdan  tikilmiş,  balağı 
uzunboğaz, toxunma corabın içərisinə qoyulan nisbətən qısa şalvar 
(dizlik) (Son Tunc və İlk Dəmir dövrü). 
3.  Uzunluğu  dizə  qədər  olan  ornamentli  şalvar  (e.ə.  I 
minilliyin başlanğıcı). 
4.  Baldırda  kip  dayanmaqla  arxa  hissəsi  uzunboğaz 
çəkmənin üstünə düşən şalvar (e.ə. VIII yüzillik); 
5. Spiralvari texnika ilə tikilmiş şalvar (e.ə. VII-VI y.). 
6. Uzunluğu dabana qədər olan, düz biçimli şalvar (e.ə. VI 
yüzillik).  
4) Örtülmə tipli geyim 
Geyimin üstündən çiyinə örtük salmırmış. Bu örtüklər də iki 
cür olurdu: 1. Heyvan dərisindən düzəldilmiş dəri bürüncək
Bu bürüncək bir qola geyinilərək çiyinə salınırdı. Bəzən bu 
dəri parçasının üstündən belə kəmər bağlanırdı. 
1. Ellips formalı parça örtüklər; 
Faktik materialların təhlili göstərir ki, e.ə. VIII yüzildən başlayaraq 
dəri bürüncəklə yanaşı örtük də geyinilməyə başlayır. Örtük ellips formalı 
toxunma materialdan  hazırlanır  və  ortası  oyularaq  başa  keçirilirdi.  Onun 
kənarları  tikişsiz  olmaqla  açıq  saxlanır  və  bütün kənar  xətləri  boyunca 
saçaq tikilirdi. Bəzən örtük üst çiyin geyimindən xeyli uzun olurdu. Bəzən 
bu örtüyün kənarları iri düymələr bərkidilmiş köbə ilə birləşdirilirdi. 
3. Plaş (bürmə, xirqə); 
Bu  geyim  tipi  yuxarıda  qeyd  olunan  örtüyə  bənzər  olub,  köynəyin 
üstündən geyinilirdi. Bu geyim növünün bir neçə forması bəllidir: 
1)  Qısa  olub,  qolun  üstünü də  örtməklə  çiyinə  salman  və  bəzi 
hallarda papaqlı tikilən bürmə. 
2) Uzun olub, uzunqollu, gen ətəkli olmaqla beldə kəmərlə yığılan.  
3) Geniş biçimli olub, qırçmlarla beldə yığılan bürmə. 
Bəzən onun dekorativ məqsəd daşıyan qolları geyinilmədən sərbəst 
sallanır.  Belə  dekorativ  qol,  qol  oyuğu  ilə  birlikdə  ayrıca  kəsilərək  ona 
tikilirdi. Bəzən qısa bürməbelə qədər, uzun bürmə isə dabana qədər bədəni 
örtürdü. Plaş  gen  və  sərbəst  biçilir və  bu  zaman  bədənin  forması  nəzərə 
alınmırdı. 
Üst köynəyinin belinə qurşaq və ya kəmər bağlanır, qurşağın bir ucu 
sərbəst salladılırdı. 
Ayrılıqda  alt  geyiminə  rast  gəlinməsə  də  yuxarıda  qeyd  etdiyimiz 
köynəyin  həm  alt,  həm  də  üst  köynəyi  əvəzinə  geyinildiyi  qənaətinə 
gəlirik. Köynəyin altından azacıq görünərək dizi örtən, şalvar geyinirdilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə