Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   55   56   57   58   59   60   61   62   ...   94

109 
 
Erkən orta yüzilliklər qadın geyim dəsti: 
Üst çiyin geyimləri.  
I. a) Qaftan-xeyli uzun qollu, düz biçimli, geniş ətəkli, oyma yaxalı; 
b) Cübbə-cüt yaxalı, uzun ətəkli, yan tikiş xətti boyunca sıralama düyməli, uzun qollu
v) Çuxa-düz biçimli, sinəsi düyməli. 
q) Qofta-müxtəlif cür hörülmüş şəbəkəli-naxışlı qoftalar. 
Üst bel geyimləri.  
1) Uzunluğu baldıra qədər olan qırçınlı tuman; 
2) Uzunluğu dizə qədər olan trapesşəkilli müxtəlif cür toxunmuş tumanlar; 
3) Şalvar; 
4) Çaxçur-enli, şalvar-tumana bənzər olaraq alt bel geyiminin üstündən geyinilən. Kəmər geyim 
dəstini tamamlayan element idi. 
Qadınlar saçlarını hörür və müxtəlif saç bəzəklərindən istifadə edirdilər. 
Beləliklə, erkən orta yüzilliklər qadın baş geyimləri külah, çalma, örpək adlanır, baş geyimləri 
başa qızıl ilgəklər vasitəsilə bənd edilir, örpəklər isə çalmırdı. 
Beləliklə,  demək  olar  ki,  erkən  orta  yüzilliklər  qadın  alt  geyimləri  alt  çiyin  geyimi  və  alt  bel 
geyimi olmaqla iki yerə bölünürdü. Bu qaftanla eyni formada olan, düz biçimli köynək və dizlikdən 
ibarət idi. 
Yuxarıda deyilənlərə əsasən erkən orta yüzilliklər qadın geyim dəstinin formasını aşağıdakı kimi 
təsəvvür etmək olur: 
Üst çiyin geyimləri.  
I. a) Qaftan-xeyli uzun qollu, düz biçimli, geniş ətəkli, oyma yaxalı; 
b) Cübbə-cüt yaxalı, uzun ətəkli, yan tikiş xətti boyunca sıralama düyməli, uzun qollu; 
v) Çuxa-düz biçimli, sinəsi düyməli. 
q) Qofta-müxtəlif cür hörülmüş şəbəkəli-naxışlı qoftalar. 
Üst bel geyimləri. 
1) Uzunluğu baldıra qədər olan qırçınlı tuman; 
2)  Uzunluğu  dizə  qədər  olan  trapesşəkilli  müxtəlif  cür 
toxunmuş tumanlar; 
3) Şalvar; 
4)  Çaxçur-enli,  şalvar-tumana  bənzər  olaraq  alt  bel 
geyiminin üstündən geyinilən.  
XV-XVI  yüzilliklərin  qadın  geyimlərinin  inkişafını  ardıcıl 
olaraq aşağıdakı kimi xarakterizə etmək olar. 
XV yüzilliyin sonu XVI yüzilliyin əvvəli qadın geyim dəsti 
boğaz altda düymələnən köynək, yaxası çiyin xəttindən sinə altına 
doğru  künc  kəsilib,  yanları  bəzədilmiş  qaftan,  qatlama  yaxalıqlı 
və ya yaxası açıq çuxa idi. Çuxanın qolu ya dirsəyə qədər, ya da 
biləyə  qədər  olurdu.  İmkanlı  adamların  çuxasının  sinə,  çiyin  və 
kürək hissəsi tikmələrlə bəzədilirdi. 
Bu dövrdə, ilk dəfə olaraq, qadın çuxalarının yaxasına əlavə 
parçadan,  çox  vaxt  isə  başqa  rəngli  parçadan  kəsilərək  tikilmiş 
yaxalıqlardan istifadə edilir. rast gəlirik. 
Bütün geyimlərin  uzunluğu  ayaqları  tam  örtür, cübbələrin 
üstündən  kəmər  bağlanılırdı.  XV  yüzilin  birinci  yarısında  qadın 
geyimi  boğaz  altda  bir  düymə  ilə  bağlanan  dərin  kəsikli,  car 
yaxalı  köynək,  onun  üstündən  geyinilən,  yaxası  çiyin  xəttindən 
belə doğru künc açılmış çuxa, onun üstündən geyinilən cübbədən 
ibarətdir.  Cübbənin  yaxası  ya  axıracan  düymələnir,  ya  da  açıq 
saxlanırdı.  Cübbənin  çiyindən  başlayaraq  tikilən  paralel  bəzəkli  ilgəklərlə  düymələnməsi  çox  vaxt 
dekorativ forma daşıyır və əsasən yaxa açıq qalırdı. Qolu qondarma qolçaqlı olurdu. 


110 
 
1539-1543-cü  illərdə  artıq  çuxanın  da  yaxası  çarpaz  düyməli  tikilir,  geyimlərdə  ornamental 
parçalardan daha çox istifadə edilirdi. 
1540-cı illərdə çuxada çarpaz düymələnməyə az-az rast gəlinirdi. Geyimlərin uzunluğu əvvəlki 
dövrə nisbətən qısa tikilir, altından ayaq geyimi, corab görünürdü. 
1570-1579-1584-cü illərdə ornamental parçalardan daha geniş istifadə edilirdi. Geyim nisbətən 
qısaldıldığından altından ayaqqabı və şalvarın balağı görünürdü. 
Köynək əsasən ağ rəngli materialdan tikilərək, forması əvvəlki dövrlərdəkindən fərqlənmirdi. 
Beləliklə, bu dövrdə cübbələrin aşağıdakı formaları istifadə olunurdu: 
1) Yaxası bəzəkli; 
2) Yaxası saya; 
3) Ətəyi dabana qədər; 
4) Ətəyi topuğa qədər
5) Biləyədək uzun qollu; 
6) Dirsəyədək qısa qollu; 
7) Uzun dekorativ qollu. 
XVII  yüzillikdə  bədənin  təbii 
quruluşuna  müvafiq  olan  geyimlərin 
biçilməsi  ilə  əlaqədar  yeni  geyim 
tipləri  yaranır.  Artıq  insan,  özünün 
düz  biçimli  geyimi  ilə  təbiətlə  özü 
arasında  sərhəd  yaradaraq,  təbiətdən 
təcrid  olunmur,  öz  bədəninin  təbii 
ölçülərini  geyimi  vasitəsilə  nəzərə  çarpdırmaqla  sanki  təbiətin  bir parçası  olduğunu  nümayiş  etdirir. 
Hörmə-toxunma materiallardan düzəldilərək bədənə kip yapışan geyimlərdən sonra bu ənənə yenidən 
dəbə  qayıdır.  Çox  güman  ki,  bu  ənənənin  bərpa  edilməsində  Qərb  ölkələri  ilə  olan  iqtisadi 
münasibətlər də müəyyən rol oynamışdır. 
XVI-XVII yüzilliyə aid olan aşağıdakı geyimləri aşkarlayırıq: 
Alt  geyimi.  Azərbaycan  miniatürlərinə  əsaslanıb  demək  olar  ki,  qadın  alt  paltarı  ağ  parçadan 
tikilmiş alt köynəyi və alt geyimi-dizlikdən ibarət olmuşdur. 
Alt köynəyi. Qadın alt köynəyi əsasən ağ rəngli parçadan tikilərək, uzunluğu dizdən aşağı olurdu. 
Köynəyin qolu dirsəkdən bir az aşağı olmaqla qolağzı nisbətən dar tikilirdi. Köynəyin yaxası qaftanın 
yaxası kimi "düz yaxa" olub, xeyli açıq olurdu. 
Dizlik. Qadınların dizliyi əsasən zolaqlı parçadan olub, uzunluğu topuğa qədərdir. 
Xüsusi alt geyimi kimi, fitə geyinilirdi. 
Üst geyimləri. Qadın üst geyim dəsti bir neçə elementdən ibarət olurdu. 
Şalvar.  XVI  yüzillikdə  kütləvi  surətdə  geyilən  qadın  geyimlərindən  biri  də  balaqları  dabana 
qədər  uzanan  şalvarlar  idi.  Kişilərdə  olduğu  kimi,  qadınların  da  şalvarları  ayaq  tərəfindən  çox  dar, 
yuxarısı enli olurdu. Lakin kişi şalvarlarından fərqli olaraq qadın şalvarlarının ayaqları iki-üç barmaq 
enində başqa bir qalın parça ilə tikilərdi. Qadın şalvarlarının, həmçinin beldən büzməsi olardı ki, onun 
da içindən qəşəng hörmə qaytan keçirib bağlayardılar. Qadının öz zövqünə müvafiq olaraq bu qaytanın 
ucundan sallanan qotazlar müxtəlif rəngdə olardı. 
Şalvarın uzunluğu ya dizə qədər, ya da dabana qədər uzun olurdu. Şalvar ya saya, ya da güllü 
parçadan tikilirdi. 
Çuxa. Uzunluğu topuğa qədər olan çuxalar miniatürlərdəki çuxalardan xeyli fərqli olub, beldən 
kip  olmaqla  bədən  ölçüsünə,  ətəyə  doğru  isə  gen  biçilib.  Çuxaların  ətək  və  ön  kənar  xətti  boyunca 
köbə tikilib. Bəzi tumanının ətəyi səliqə ilə qırçınlanırdı. Qolları düz və uzunluğu biləyə qədər olurdu. 
Qol oyuğu çiyin xəttini ortasından başlayırdı. Bu dövrdə bir neçə cür çuxa forması geyinilirdi: 
1. XVII yüzilliyin I yarısında uzun və ya qısa qollu üst çuxası geyinilir, uzunqollu alt çuxanın 
yaxası kip düymələnirdi. 
2.  1636-cı  ildə  geniş,  uzun  qollu,  boğaz  altda  bir  düymə  ilə  bağlanan,  belə  qədər  açıq  yaxalı 
köynək,  topuğa  qədər  şalvar,  köynəyin  üstündən  uzun,  dar  qollu,  yaxası  oval  kəsilmiş  qaftan 
geyinilirdi. Qaftanın dar qolunun altından, biləkdə köynəyin gen qolu çıxardılaraq bəzək əmələ gətirir. 
Köynək və qaftanın rəngi çox vaxt bir-birinə əks olurdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə