Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   56   57   58   59   60   61   62   63   ...   94

111 
 
3. Üst geyimi-çuxanın artıq beli dar, qolu kəsmə-biçmə, dar və uzundur. Yaxası oval formada 
kəsilməklə yaxadan belə qədər çarpaz düymə ilə bağlanırdı. Çarpaz düymələnmə əvvəlki kimi düzxətli 
deyil, "X" şəkilli olurdu. 
XVII yüzilliyin sonu qadın geyimi köynək, qaftan, onun üstündən geyinilən bir neçə cür çuxadan 
ibarət  idi.  Beldən  dar  olub,  ətəyə  doğru  genələn,  günəş  tipli  (dairə  formalı)  tumanlar  beldə  ayrıca 
tikilmiş, tam bədən siluetinə uyğun olan lifə birləşirdi. Sinədən belə qədər üz-üzə düymələnmə və ya 
çarpaz  düymələnmədən  istifadə  edilirdi.  Yaxa  kəsiyi  ya  oval  şəkilli 
olub,  yaxalıqsız  və  ya  küncşəkilli  olub  qatlama  yaxalıqlı  tikilirdi. 
Artıq nimtənə-çəpkən son modifıkasiyasma - inkişafının son dövrünə 
yaxınlaşıb.  Üst-üstə  geyinilən  bir  neçə  gen  tumanın  ətəyi  əlavə 
parçadan kəsilmiş köbə ilə bəzədilirdi. 
Şah Süleyman Səfəvi dövründə qadın geyimləri köynək, yaxası 
çiyin  tikişindən  sinəyə  qədər  künc  kəsilmiş,  uzun  qollu,  gen  ətəkli, 
uzunluğu topuğa qədər olan qaftan, onun üstündən geyinilmiş qolsuz, 
dar, ətəyi aşağı getdikcə genələn çəpkəndən ibarət idi. 
Üst  tumanı.  Birinci  tip  üst  tumanının  uzunluğu  topuğa  qədər 
olub  büzməli-qırçınlı  olurdu.  Ön  tərəfdə  beldən  ətəyədək  açıq 
qoyulurdu. 
Ikinci  tip  üst tumanı  4  ədəd  trapes  formalı  parçadan  tikilir  və 
uzunluğu topuğa qədər olurdu. 
Beldə bədənə kip, ombaya doğru nisbətən gen biçilmiş nimtənə-
çəpkən  geyinilirdi.  Nimtənənin  qolları  düz  olub,  uzunluğu  biləyə 
qədər  olurdu.  Yaxası  çiyindən  başlayaraq  ətəyə  doğru  künc  kəsilir, 
sinəsi açıq saxlanılırdı. 
XVI-XVII yüzilliyin geyimlərinin ümumi görünüşündə bir sıra fərqlər olmuşdur. 
Qadın üst geyimi köynək və onun üstündən geyinilən qaftan, 
çuxa  və  cübbələrdən  ibarət  idi.  Köynəyin  yaxası  düz,  kəsmə  yaxa 
olub,  boğaz  altda  bir  düymə  ilə  düymələnirdi.  Uzunluğu  topuqdan 
aşağı olan bu köynəyin qolu uzun və düz idi. Qaftanın yaxası çiyin 
xəttindən  belə  qədər  künc  kəsilməklə  uzun  qollu,  uzun  ətəkli  və 
geniş olurdu. 
Qaftanın  üstündən  çuxa  geyinilirdi.  Çuxa  astarlı  olub, 
uzunluğu qaftanın uzunluğu qədər, qolu düz, qolun uzunluğu biləyə 
qədər olurdu. Yaxası açıq və boğazadək paralel düyməli olmaqla iki 
formada  tikilirdi.  Çox  vaxt  bu  paralel  düymələr  düymələnmir  və 
ancaq bəzək funksiyası daşıyırdı. Çuxanın belinə kəmər bağlanırdı. 
Çuxanın  üstündən  cübbə  geyinilirdi.  Cübbə  astarlı  olub, 
yaxası düz və açıq tikilirdi. Cübbə ya sərbəst buraxılır, ya da beldən kəmər və  ya qurşaqla sıxılırdı. 
Cübbənin  qolu  bir  neçə  cür:  qısa,  düz  və  uzun,  qısa  qol  və  əlavə  dekorativ  uzun  qolçaqlı  tikilirdi. 
Kişilərdən fərqli olaraq  qadınların cübbələrinin  yaxaları  açıq 
saxlanılırdı. Cübbənin yaxası düz, açıq və ya paralel düyməli 
olurdu. 
İsti  geyim  kimi  hələ  də  əvvəlki  dövrlərdə  olduğu  kimi 
xəz geyimlərdən istifadə olunurdu, çox vaxt İsfahan xəzindən 
bürüncək geyinirdilər. 
Qadınlar  cübbənin  üstündən  bellərinə  zərif,  bəzəkli 
kəmər bağlayıblar. 
Təbriz  qadınları  kişi  qəbası  (çuxası)  geyir  və  onu 
başlarına  çəkirdilər.  Başdan  ayağa  qədər  bununla  özlərini 
örtürdülər. 
Səfəvilər dövrü kişi geyim dəstini aşağıdakı kimi təsvir 
etmək olar. 
Kişilərin alt geyimi alt köynəyi və dizlikdən ibarət idi. 


112 
 
Dizlik yuxarıdan gen olub, balağa getdikcə daralırdı. Alt köynəyi ağ rəngli materialdan olaraq yaxası 
bağlı, qolları uzun tikilirdi. 
Üst geyimləri. Səfəvilər dövrünün kişi üst geyimləri cübbə və 
çuxadan ibarət idi. Qeyd etdiyimiz kimi cübbə adlandırılan üst çiyin 
geyimi  həm  qadın,  həm  də  kişi  geyimi  kimi  bütün  dövrlərdə 
azərbaycanlıların  ənənəvi  geyim  tipi  olub  və  zaman-zaman 
formasında  və  materialında  azacıq  dəyişikliklər  olunmaqla  inkişaf 
edib  və  Azərbaycan  milli  geyiminin  əsasını  təşkil  edib.  Cübbə  çox 
bəzəkli və qiymətli geyim idi. 
Cübbə ilə yanaşı çuxa da geyinilirdi. 
Üst bel geyimi şalvar idi. 
1523-1524-cü  illər  kişi  saray  geyimləri  nisbətən  qısa  idi. 
Mahuddan tikilmiş uzunboğaz corab topuq hissədə görünürdü. 
1528-1529-cu  illərdə  çuxaların  düymələnməsində  də  çarpaz 
düymələnmədən  istifadə  edilir.  Ara  geyimlərdə  ornamentli  parçalar 
üstünlük təşkil edirdi. 
1537-1538-ci  illərdə  çuxaların  yaxası  çarpaz  düymələndiyi 
kimi,  uzun  dekorativ  qolçaq  da  qol  yerinə  çarpaz  düymələnirdi. 
Uzun, dekorativ qolçaqlar yenidən dəbə düşmüşdü. 
1539-1543-cü  illərdə  çarpaz  düymələnmələr  paralel  xətlərin 
arası  tək-tək,  eyni  ölçüdə  deyil,  cüt-cüt,  bir-birindən  ayrı  halda 
tikilirdi. 
Bəzən  üst  çuxanın  yaxası  üçkünc  kəsilir  və  uzunluğu  dizə 
qədər olurdu. 
1579-1584-cü  illərdə  üst  çuxalarda  kiçik  qatlama  yaxalıqlardan  istifadə  edilirdi.  Çuxalarla 
yanaşı, cübbədən də istifadə edilirdi. 
XVII  yüzillikdə  qolu  qısa,  qatlama  yaxalıqlı  çuxaların 
uzunluğu artıq ombaya qədər olurdu. Bu çuxalar beldə bədənə kip 
oturmaqla  sinədən  beləcən  düymələnirdi.  Bununla  yanaşı  olaraq 
uzunluğu  topuğa  qədər  olan  çuxalar  da  geyinilirdi.  Qatlama 
yaxalıqlı çuxalarda çarpaz düymələnmədən də istifadə edilirdi. 
XVII  yüzilliyin  sonu  kişi  geyimi  əsasən  boğaz  altda  bir 
düymə ilə bağlanan köynək, onun üstündən geyinilmiş beldən dar, 
ətəkdən gen, çəpyaxa cübbə, onun da üstündən geyinilən qolu qısa, 
beldə dar, ətəkdə gen və yanlarına çapıq qoyulmuş, boynu xəzli çuxadan ibarət idi. 
Cübbənin qolu dar, düz və uzunluğu biləyə qədər olub, yaxasına əlavə köbədən bəzək tikilirdi. 
Qədim dövrdən zəmanəmizədək Azərbaycan geyim mədəniyyətinin araşdırılması göstərdi ki, bu 
geyim  növləri istifadə  olunma tərzinə  görə  bürünmə,  sarınma,  örtülmə  və  geyilmə  olmaqla bir neçə 
tipə bölünür. Zaman-zaman geyim dəstlərində simvolika bildirən 
elementlərdən  də  istifadə  olunmuşdur.  Arxeoloji  və 
paleetnoqrafık  materialların  təhlilindən  bəlli  olur  ki,  ibtidai 
insanların  ilk  vaxtlar  geyimi  hazır  və  hazırlanma  olmaqla  iki 
üsulla əldə olunurmuş. 
Hazır  geyim  növü olan heyvan  dərisi  bürünmə  geyimlərin 
ilk  tipik  nümunəsi  olmuşdur.  Ov  heyvanlarının  xam  dərisi 
sonradan  yaranmış  yapıncı  və  ya  kəpənəyin  ilk  prototipi  hesab 
edilə bilər. İnsanı təbiətin müxtəlif fiziki və iqlim təsirlərindən mühafizə etmək məqsədi ilə yaranmış 
bürünmə  geyim  növü  (aşılanmamış  bəsit  dəri  parçası,  yapıncı)  sonralar  isə  həm  də  qadınları  kənar 
nəzərlərdən mühafizə edən çöl-bayır libası olan çadra, çarşab və s. yaranmasına təkan vermişdir. 
Sarınma  geyim  növü  hazırlanma  geyim  tipinin  ilk  nümunəsi  olmaqla  başlanğıcını  hörmə 
materialdan  götürmüş  və  sonralar  toxunma  material  ilə  əvəz  olunmuşdur.  Bu  geyim  növünə  qadın 
çaxçurunu, kişi geyim elementi olan patava və dolağı misal göstərmək olar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə