Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   58   59   60   61   62   63   64   65   ...   94

115 
 
rəngdə, üst-üstə geyinilən cübbələrin və çuxaların hər biri və şalvar müxtəlif rənglərdə tikilirdi, başqa 
sözlə desək, geyim elementlərinin sayından təxminən iki dəfə çox sayda rəngdən istifadə edilirdi. 
Müasir geyim  dəstlərində  isə  çox  rəngdən  istifadə  edilməsi  yaxşı  baxılmır,  əsasən  iki  rəngdən 
istifadə  edilir,  üçüncü,  bunlara  zidd  rəngdən  isə  bəzək 
elementi  kimi  istifadə  edilir.  Bu,  modaya  meylin,  əsasən, 
şəhər mühitində inkişafı ilə izah edilir. Çünki şəhərdə insan 
təbiətlə  bilavasitə  az  təmasda  olur.  Təbiətlə  təmasın  sıx 
olduğu kənd mühitində isə, bu günə qədər, geyimlərdə çox 
rənglərdən istifadə olunur. 
K.Kərimovun  "Azərbaycan  miniatürləri"  kitabında 
toplanan  miniatürlərdən  orta  yüzilliklərin  geyimlərində 
istifadə olunan rənglər haqqında müfəssəl məlumat verilir. 
Belə  ki,  miniatürlərdə  1067-dən  çox  sayda  geyim 
elementindən 353 geyimdə qırmızı, 194 geyimdə yaşıl, 314 
geyimdə  göy,  119  geyimdə  sarı  və  qismən  də  digər 
rənglərdən  istifadə  olunmuşdur.  Göründüyü kimi,  ən  çox 
istifadə  edilən  qırmızı,  göy,  yaşıl  rənglərdir  ki,  bunlar  da 
müəyyən mənada xalq inamının ifadəçisi rolunu oynayır. 
Azərbaycan  xalq  geyimlərindəki  bu  rəng  seçimi 
poeziyaya  da  sirayət  etmiş  və  ədiblərimiz  bu  rəng 
seçiminin  fəlsəfi  mənalarını  açmağa  müvəffəq  olmuşlar. 
Buna misal olaraq N. Gəncəvi və M. P. Vaqif poeziyasını 
göstərmək olar. 
XVI  yüzilliyə  qədər  Azərbaycan  geyimlərindəki 
modanın dəyişilməsi əsasən özünü rəng bolluğunda büruzə verir, geyimin forma, biçim,  texnoloji və 
digər xüsusiyyətlərinin ifadəsi isə arxa planda qalır. 
Azərbaycan  geyimlərinin  tarixi  təkamülü  üzərində  aparılmış  müşahidələr  göstərir  ki,  geyim 
tiplərinin  texnoloji  inkişafı  ilə  yanaşı,  onların  estetik  baxımdan  təkmilləşməsi,  Azərbaycan  xalqının 
dünyagörüşü, zövqü, ümumi mədəni tərəqqisi ilə üzvi surətdə bağlı olmuşdur. Geyimlərin estetikası 
özünəməxsus xüsusiyyətlərə malik regional, məhəlli miqyas kəsb etdiyi kimi, mənsub olduğu millətin 
estetik təfəkkürünü ifadə etməsi baxımından da bütöv bir sistem təşkil edir. 
Əvvəlki  yüzilliklərdən  fərqli  olaraq,  son  orta 
yüzilliklərdə  insanın  bədən  gözəlliyinin  təsviri  ilə  geyim 
gözəlliyinin tərənnümü təxminən eyni estetik məziyyət kəsb 
edir.  Geyimlərin  sadəliyi,  rahatlığı,  orta  yüzilliklər 
dəbdəbəsindən  fərqli  olaraq  yüksək  cəmiyyətlərdə, 
saraylarda  xalq  (elat)  geyimlərinə  marağın  artması,  eyni 
zamanda  rəng  əlvanlığı,  həndəsi  naxışlar  əvəzinə  nəbati 
naxışlara üstünlük verilməsi (bunu Şəki xan sarayının divar 
rəsmləri  də  təsdiq  edir)  diqqəti  cəlb  edir.  Bu  dövrün 
geyimləri xalq  təfəkküründə  mühüm  estetik  obraza,  təsvir-
tərənnüm  vasitəsinə  çevrilmişdir.  Heç  şübhəsiz,  mədəni 
estetik təfəkkürdə müxtəlif sənət və sənətkarlıq sahələrində 
gedən  demokratikləşmə,  xəlqiləşmə,  milliləşmə  prosesi  də 
xalq məişətinin tərkib hissəsi olan geyimə marağı artırmış, 
onu əvvəlki yüzilliklərlə müqayisəedilməz dərəcədə, estetik 
keyfiyyətdə qavramışdır. 
Beləliklə,  XX  yüzilliyin  əvvəllərindən  başlayaraq 
Azərbaycan  xalq  geyimlərində  həm  texnoloji,  həm  də 
estetik  baxımdan  Avropalaşmağa  (Qərbləşməyə)  meyl 
özünü  göstərir.  Bu  isə  prinsip  etibarı  ilə  müasirlik, 
novatorluq  kimi  qiymətləndirilirdi.  Lakin  qeyd  etmək 
lazımdır ki, həmin novatorluğun həm müsbət, həm də mənfi cəhətləri vardır. Müsbət cəhətlərdən ən 


116 
 
başlıcası  geyim  dəstində  kəmiyyət  artımının  təmin  olunmasından  ibarətdir.  Mənfi  cəhət  isə  əsasən, 
ənənəvilikdən məhrum olmaq, ilk növbədə, estetik özünəməxsusluğun müəyyən məqamlarda itirilməsi 
təhlükəsi ilə bağlıdır. 
Şübhəsiz Azərbaycan cəmiyyətinin, onun geyim mədəniyyətinin bu gün ümumdünya standartları 
ilə  sıx  bağlı  olması  xalq  geyim  ənənələrinin  inkişafına,  onun  kütləviləşməsinə,  aparıcı  mövqeyə 
çıxmasına  imkan  vermir.  Bununla  belə,  həmin  ənənələr  müasir Azərbaycan  geyim  mədəniyyətinin 
yüksəlişi, özünəməxsusluğu, estetikliyin inkişafı üçün canlı, həmişəyaşarı ehtiyat mənbə olaraq qalır. 
 
Ədəbiyyat: Dünyamalıyeva Sabirə. Azərbaycan geyim mədəniyyəti tarixi (bədii-etnoqrafık 
tədqiqat). Azərbaycan dilində. Bakı, "Nağıl evi", 2003, səh. 191-199. 
 


117 
 
 
Teatr 
 
Azərbaycanda teatr sənətinin kökləri xalqın əmək fəaliyyəti, məişəti, şənlik və toy ənənələri ilə 
bağlıdır. Qədim tarixə malik "Sayaçı",  "Novruz",  "Qəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla 
yanaşı,  dramatik  süjetə  də  rast  gəlinir.  "Novruz"  mərasiminin  "Kosa-kosa"  oyunu  xüsusi  paltar 
geyinən,  maska  taxan  aktyorun  iştirakı  ilə  əsl  teatr  nümunəsidir.  "Xan-xan",  "Gəlinlə  qayınananın 
deyişməsi" və s. epizodlarda, "Zorxana" səhnələrində, "Yuğ" mərasimində də meydan teatrı əlamətləri 
güclü  olmuşdur.  Mərasim,  ayin  və  oyunlardakı  tamaşa  elementləri  müstəqil  xalq  teatrının 
yaranmasında mühüm rol oynamışdır. Xalq arasında geniş yayılmış "Kosa-kosa", "Qaravəlli" (meydan 
teatrı formalarından biri), "Kilimarası", "Şah Səlim" (kukla tamaşaları) və s. səhnəciklər Azərbaycanda 
xalq teatrının müstəqil tarixə malik olduğunu göstərir. "Kosa-gəlin", "Tapdıq çoban", "Tənbəl qardaş" 
(üçpərdəli komediya) və s. tamaşalarda, əsasən, kəndin təsərrüfat və məişət həyatı öz əksini tapmışdır. 
"Şəbih"  dini  tamaşası  Azərbaycanda  professional  teatrın  yaranmasına  güclü təsir  göstərmişdir.  XIX 
əsrin ortalarında Şuşada (1854), Lənkəranda (1856), Şamaxıda (1856), Tiflisdə (1872) teatr tamaşaları 
göstərilsə  də,  Azərbaycan  teatrının  tarixi  Mirzə  Fətəli  Axundzadənin  (Axundov)  "Lənkəran  xanının 
vəziri" və "Hacı Qara" komediyalarının tamaşası ilə başlanır (10 mart və 17 aprel, 1873, Bakı). Həsən 
bəy Zərdabinin təşəbbüsü, Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlovun (Gorani) yaxından iştirakı 
ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşaları milli teatrın yaranması 
üçün təkan olur. 
Azərbaycan  ziyalıları,  Qori  seminariyasını  bitirən  müəllimlər  Şuşa,  Naxçıvan  və  başqa 
şəhərlərdə teatr tamaşaları hazırlayır ("Xırs quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah", M.F. 
Axundzadə), eyni zamanda, bu tamaşalarda aktyor kimi çıxış edirdilər. 
Naxçıvanda  təşkil  edilmiş  "Ziyalılar  cəmiyyəti"  (1882)  və  "Müsəlman  incəsənəti  və  dram 
cəmiyyəti" (1883) 80-ci illərin əvvəllərində şəhərin mədəni həyatında böyük rol oynamışdır. 
1887-ci  ildə  Firidun 
bəy Köçərlinin rəhbərliyi ilə 
İrəvanda 
M.F.Axundzadənin  "Müsyö 
Jordan  və  dərviş  Məstəli 
şah" 
komediyası 
Azərbaycan 
dilində 
tamaşaya  qoyuldu.  Şuşada, 
Şəkidə, 
Lənkəranda, 
Naxçıvanda, 
Tiflisdə, 
İrəvanda  teatr  tamaşaları 
göstərilməsi 
sahəsində 
ziyalılardan  Haşım  bəy 
Vəzirov, 
Bədəl 
bəy 
Bədəlbəyov, 
Əhməd 
Vəlibəyov,  Firidun  bəy 
Köçərli,  Muxtar  Muradov, 
İsrafil  bəy  Şəfibəyov,  məşhur  xanəndə  Cabbar  Qaryağdı  oğlu,  Məhəmməd  Tağı  Sidqi,  Cəlil 
Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq Eynəli bəy Sultanov, Rəşid bəy Əfəndiyev və 
başqalarının fəaliyyəti xüsusilə qeyd olunmalıdır. 70-80-ci illərdə Azərbaycanın müxtəlif şəhərlərində 
fəaliyyət  göstərən  teatr  həvəskarları  tədricən  Bakının  teatr  xadimləri  ətrafında  toplaşdılar.  1887-ci 
ildən  Bakı  teatr  dəstəsinə  Həbib  bəy  Mahmudbəyov,  Sultan  Məcid  Qənizadə  və  N.Vəliyev  başçılıq 
etmiş, 1888-ci ildən onlar artıq müstəqil teatr kollektivi kimi fəaliyyət göstərmişlər. 
90-cı illərdən başlayaraq, Nəriman Nərimanovun Azərbaycan teatrının inkişaf etməsində böyük 
xidməti  olmuşdur.  N.Nərimanov  ziyalı  gəncləri  aktyor  truppasına  dəvət  edir,  özü  də  bir  çox 
tamaşalarda baş rolları oynayırdı. 
H.Zərdabi  1896-cı  ildə  Bakıda  "Birinci  müsəlman  dram  truppası"  adlı  ilk  professional  teatr 
kollektivini  təşkil  etdi.  1897-ci  ildə  Bakıda  ilk  dəfə  "Artistlər  ittifaqı"  yaradıldı.  İnqilabaqədərki 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə