Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   59   60   61   62   63   64   65   66   ...   94

118 
 
Azərbaycan teatrının repertuarı milli dramaturqların - M.F.Axundzadə, Nəcəf bəy Vəzirov, Haşım bəy 
Vəzirov,  N.Nərimanov,  Əbdürrəhim  bəy  Haqverdiyev,  C.Məmmədquluzadə  və  başqalarının 
pyeslərindən tərtib olunur, həmçinin  rus (Nikolay Vasilyeviç Qoqol, İvan Sergeyeviç Turgenev, Lev 
Nikolayeviç  Tolstoy)  və  Qərbi  Avropa  (Uilyam  Şekspir,  Fridrix  Şiller,  Henrix  Heyne,  Jan  Batist 
Molyer)  klassiklərinin  əsərləri  ilə  zənginləşdirilirdi.  M.F.Axundzadənin  komediyaları  ilə  yanaşı 
N.Vəzirovun "Müsibəti-Fəxrəddin",  "Yağışdan çıxdıq,  yağmura  düşdük",  Ə.Haqverdiyevin  "Dağılan 
tifaq",  "Bəxtsiz  cavan",  "Ağa 
Məhəmməd 
şah 
Qacar", 
N.Nərimanovun "Nadanlıq", "Nadir 
şah"  pyesləri  oynanılırdı.  1906-cı 
ildə  Bakıda  "Müsəlman  dram 
artistləri"  şirkəti  yaradıldı.  Şirkətə 
məşhur  teatr  xadimi  Cahangir 
Zeynalov  rəhbərlik  edirdi.  Bu 
illərdə  Bakının  fəhlə  rayonlarında 
tamaşalar  göstərən  dram  dərnəkləri 
və  teatr  truppaları  ("Balaxanı  dram 
dərnəyi", "Həmiyyət") təşkil edildi. 
1908-ci 
ildə 
"Nicat" 
cəmiyyəti  (cəmiyyət  1906-cı  ildə 
yaradılmışdı)  yanında  Hüseyn 
Ərəblinski,  Sidqi  Ruhulla,  Əbülfət 
Vəli kimi peşəkar aktyorları birləşdirən dram truppası yaradıldı; onun daimi qarderobu, rekviziti var 
idi. Truppa həftədə bir-iki dəfə Tağıyev teatrında, həm də fəhlə rayonlarında tamaşalar verirdi. 
1910-cu ildə "Səfa" mədəni-maarif cəmiyyəti yanında teatr şöbəsi 
yaradıldı.  Cəmiyyətin  işində  Dadaş  Bünyadzadə,  şair  Səməd  Mənsur, 
aktyorlardan  Cahangir  Zeynalov,  Abbas  Mirzə  Şərifzadə  fəal  iştirak 
edir, teatr tamaşalarına "Nicat"dan Hüseyn Ərəblinski, Mirzağa Əliyev, 
Sidqi  Ruhulla,  Hüseynqulu  Sarabski  və  başqaları  vaxtaşırı  dəvət 
olunurdular.  "Səfa"  cəmiyyətinin  truppası    teatrın  həyatı  ilə  bağlı 
mədəni-maarif  işləri  ilə  də  məşğul  idi.  1910-cu  ildə  truppa 
C.Zeynalovun  səhnə  fəaliyyətinin  25  illiyini,  1911-ci  ildə 
M.F.Axundzadənin  anadan  olmasının  100  illiyini,  1913-cü  ildə  isə 
N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini təntənə ilə qeyd etmişdi. 
1916-cı  ildə  C.Məmmədquluzadənin  "Ölülər"  komediyasının 
uğurlu tamaşası oldu. 
1917-ci ildə Bakıda "Müsəlman artistləri ittifaqı" yaradıldı. Abbas 
Mirzə  Şərifzadə  ittifaqa  sədr  seçildi.  İttifaq  1918-ci  ilin  mart  ayınadək 
fəaliyyət göstərə bildi. 
1917-1920-ci  illərdə  Azərbaycan  mədəni-iqtisadi,  həm  də  siyasi 
cəhətdən mürəkkəb bir dövr yaşadı (2 noyabr 1917-ci ildə Bakıda Sovet 
hakimiyyəti  yarandığının  elan  edilməsi,  "Sentrokaspi  diktaturası"nın 
qısa  müddətli  ağalığı,  mart  hadisələri,  Azərbaycan  Demokratik 
Cümhuriyyətinin  yaranması).  Bu  dövrün  hadisələri  ölkənin 
mədəniyyətinə,  teatr  sahəsinə  də  təsir  göstərdi.  Mart  hadisələrindən  sonra  İrana  köçməyə  məcbur 
olmuş  mütərəqqi  fikirli  Azərbaycan  ziyalıları,  o  cümlədən  Üzeyir  və  Zülfüqar  Hacıbəyovlar 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Bakıya qayıdaraq fəaliyyətə başladılar. 
H.Z.Tağıyevin  inşa  etdirdiyi  teatr  binası  (indiki  Musiqili  Komediya  Teatrı)  Azərbaycan 
truppasının möhkəmlənməsinə, müntəzəm tamaşalar göstərməsinə imkan yaratdı. Bina 1899-cu, 1909-
cu və 1918-ci illərdə ermənilər tərəfindən yandırılmışdı. 
1910-cu ildə Bakıda tikilmiş indiki Opera və Balet Teatrının antreprenyorları binada Azərbaycan 
aktyorlarının  çıxış  etməsinə  imkan  vermirdilər.  Yalnız  Üzeyir  və  Zülfüqar  Hacıbəyov  qardaşlarının 
truppası  nisbətən  müntəzəm  fəaliyyət  göstərirdi.  Truppa  öz  tərkibində  dram,  opera  və  operetta 


119 
 
artistlərini  birləşdirmişdi.  Qabaqcıl,  demokratik  ideyalarla  sıx  bağlı  olan  Azərbaycan  teatrı  xalqın 
mədəni inkişafında mühüm rol oynasa da, hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı. 
1920-ci  ildə  Azərbaycan  Demokratik  Cümhuriyyətinin 
süqutundan  sonra  Birləşmiş  Dövlət  Teatrı  yaradıldı.  Teatrda  Bakıda 
fəaliyyət göstərən bütün truppalar və həvəskar aktyorlar birləşdi. 1918-
ci  ildə  yandırılmış  Tağıyev  teatrının  binası  respublika  hökumətinin 
qərarı  ilə  bərpa  olundu.  1922-ci  ildə  dram  truppası  Birləşmiş  Dövlət 
Teatrından ayrılaraq, müstəqil teatra çevrildi. Həmin il yanvarın 17-də 
M.F.Axundzadənin  "Hacı  Qara"  komediyasının  yeni  quruluşda 
tamaşası  ilə  Azərbaycan  Dövlət  Dram  Teatrının  (1933-cü  ildən 
M.Əzizbəyov 
adına) 
təntənəli 
açılışı 
oldu. 
Azərbaycan 
dramaturgiyasının  inkişafında,  teatr  sənətinin  təşəkkülündə  böyük 
xidmətlər 
göstərən 
N.Vəzirov, 
Ə.Haqverdiyev,  C.Məmmədquluzadə, 
Süleyman  Sani  Axundov  kimi  realist-
demokrat 
yazıçıların 
fəaliyyəti, 
N.Nərimanov,  Ü.Hacıbəyov,  Müslüm 
Maqomayev,  Cəfər  Cabbarlı  və  başqa 
görkəmli  ədəbiyyat  və  incəsənət 
xadimlərinin, aktyor və rejissorların mətbuatda çıxışları  teatrın inkişaf 
prinsiplərinin,  milli  və  dünya  dramaturqlarının  klassik  irsinə  düzgün 
münasibətin müəyyənləşməsində mühüm rol oynamışdır. 
20-ci  illərdə  "Ölülər"  (C.Məmmədquluzadə),  "Laçın  yuvası" 
(Süleyman  Sani  Axundov),  "Şeyx  Sənan",  "Knyaz"  (Hüseyn  Cavid), 
"Aydın", "Oqtay Eloğlu", "Sevil", "Od gəlini" (C.Cabbarlı), "Müfəttiş" 
(N.V.Qoqol), "Həyatın dibində" (Maksim Qorki), "Qaçaqlar" (F.Şiller), 
"Otello" (U.Şekspir) və s. əsərlər tamaşaya qoyulmuşdu. 20-ci illərdən 
teatrda  aktyorlardan  A.M.Şərifzadə,  Ülvi  Rəcəb,  M.A.Əliyev, 
S.Ruhulla,  Mərziyə  Davudova,  İsmayıl  Hidayətzadə,  Rza  Təhmasib, 
Kazım Ziya, Mustafa Mərdanov, Məmmədəli Vəlixanlı, Əli Qurbanov, 
Sona  Hacıyeva,  Əzizə  Məmmədova, 
Möhsün 
Sənani, 
M.Yermakova 
(Məxfurə    xanım),  rejissor  Aleksandr  Tuqanov,  Bakı  Teatr 
Texnikumunun  ilk  məzunlarından  Fatma  Qədri,  Rza  Əfqanlı,  İsmayıl 
Dağıstanlı və başqaları fəaliyyət göstərmişdilər. 
1930-cu  ildə  kollektiv  Moskvada 
Ümumittifaq teatr və sənət olimpiadasında, 
Leninqrad  və  Kazan  şəhərlərindəki 
qastrollarda  "Hacı  Qara",  "Sevil",  "Od 
gəlini",  "Hamlet"  ,  "Gülən  adam" 
tamaşaları ilə çıxış etmişdir. 
1935-1941-ci 
illər 
Azərbaycan 
Dövlət  Dram  Teatrının  yetkinləşmə 
dövrüdür. Bu dövrdə teatr "Həyat" (Mirzə 
İbrahimov),  "Toy"  (Sabit  Rəhman) 
pyeslərini,  "Vaqif',  "Xanlar"  (Səməd 
Vurğun),  "Qaçaq  Nəbi"  (Süleyman 
Rüstəm)  kimi  tarixi  qəhrəmanlıq  dramlarını  tamaşaya  qoydu.  "Vaqif" 
pyesinin  dərin  vətənpərvərlik  ideyası  teatrın  səhnəsində  sənətkarlıqla 
canlandırılmışdı (rejissor Adil İsgəndərov). Klassik dünya dramaturgiyası 
örnəklərindən  sayılan  "Maqbet"  (U.Şekspir;  rejissor  A.A.Tuqanov,  baş 
rollarda A.Şərifzadə və Mərziyə Davudova) əsərinin tamaşası Azərbaycan səhnə sənəti tarixində dərin 
iz  buraxmışdır.  Bu  dövrdə  teatrın  rejissor  heyətində  İ.Hidayətzadə,  Rza  Darablı,  R.Təhmasib,  Yusif 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə