Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   63   64   65   66   67   68   69   70   ...   94

126 
 
Mirzəyev  (Mahmudoğlu),  İvan  Sazonov,  Vladimir  Sitnikov  və  balet  artistlərindən  əməkdar  artistlər 
V.Axundov, Olqa Arifulina, Rüfət Zeynalov,  Tamilla  Məmmədova,  İrina Nizaməddinova, German 
Utkin və başqaları. fəaliyyət göstərmişlər. 80-ci illərdən  teatrın baş dirijoru Kazım Əliverdibəyov, baş 
baletmeysteri  Rəfiqə  Axundova  olmuşdur.  Müxtəlif  illərdə  teatrda  dirijorlar  Kamal  və  Rauf 
Abdullayev  qardaşları,  rejissorlardan  A.lsgəndərov,  Firidun  Səfərov  və  başqaları.  fəaliyyət 
göstərmişlər.  Teatrın balet truppası Parisdə keçirilən 7-ci Beynəlxalq rəqs festivalında (1969) və 3-cü 
Babil  incəsənət  festivalında  (İraq,  1989)  keçmiş  sovet  incəsənətini  təmsil  etmişdir.  Teatrın  opera 
truppası  İranda  (1941,  1942),  balet  truppası  Fransada  (1969),  Monako  və  Lüksemburqda  (1974), 
Hindistan,  Nepal,  Banqladeş,  Şri-Lanka  və  Birmada  (1975),  Mərakeşdə  (1982)  və  İraqda  (1989) 
qastrolda  olmuşdur.  1928-ci  ildə  teatra  M.F.Axundovun  adı  verilmişdir.  1959-cu  ildən  Akademik 
Opera  və  Balet  Teatrı  adlanır.  1997-ci  ildən    teatrın  baş  rejissoru  H.Quliyevdir.  1961-ci  ildə 
Azərbaycan Dövlət Konservatoriyası yanında Ş.Məmmədova adına opera studiyası yaradılmışdır. 
1928-ci  ildə  respublikada  uşaq və  gənclər üçün 
ilk teatr - Bakı Uşaq Teatrı [rus (1928) və Azərbaycan 
(1929)  bölmələri  ilə]  fəaliyyətə  başladı.  Teatr  Bakı 
dənizçilər klubu dram dərnəyinin əsasında yaradılmış, 
ilk aktyorları Ağadadaş Qurbanov (həmçinin rejissor), 
Məhərrəm  Haşımov,  Yusif  Dadaşov,  M.A.  Dadaşov, 
Kərim Həsənov, N.V.Sazonova, Cavahir İsgəndərova, 
Q.Kornelli  (həmçinin  rus  bölməsinin  rejissoru), 
M.Abdullayeva,  Zemfira  Əliyeva,  A.Əzimzadə, 
Z.Abbasova, S.Balayev və başqaları olmuşlar. 1936-cı 
ildən  M.Qorki  adına  Azərbaycan  Dövlət  Gənc 
Tamaşaçılar Teatrı, 1990 ildən isə Azərbaycan Dövlət 
Gənc Tamaşaçılar Teatrı adlanır. 1932-ci ildən  teatrın 
repertuarına Azərbaycan, rus və Avropa klassiklərinin 
əsərləri  ("Molla  İbrahimxəlil  kimyagər",  "Müsyö 
Jordan  və  dərviş  Məstəli  şah",  M.F.Axundzadə; 
"Müfəttiş", "Evlənmə",  N.Qoqol; "Qaçaqlar",  F.Şiller 
və s.) daxil edildi. 
Xalq artistləri Aleksandr Aleksandroviç Tuqanov, M.Haşımov, Əliağa Ağayev, Yusif Vəliyev, 
Hüseynağa  Sadıqov,  A.T.Lejnyov,  əməkdar  incəsənət  xadimləri  Zəfər  Nemətov,  Ulduz  Əliyeva, 
H.Sultanov,  V.S.Ovçinnikov,  əməkdar  artistlər  Osman  Hacıbəyov,  Əliheydər  Həsənzadə,  Ə.Atayev, 
Məxfurə  xanım  (M.Yermakova),  A.S.Varşavski,  K.Həsənov  və  başqaları.  müxtəlif  illərdə  teatrda 
fəaliyyət göstərmişlər. 
1960-1980-ci  illərin
  repertuarında  "Sənin  yaşıdların"  (K.Həsənov;  Q.İlkinin  əsəri  üzrə), 
"Yarımçıq  şəkil"  (A.Babayev),  "Romeo və  Cülyetta"  (U.Şekspir),  "Dovşanın  ad  günü"  (X.Əlibəyli), 
"Qırmızıpapaq" (Y.L.Şvarts), "Qaraca qız" (A.Şaiq; S.S.Axundovun əsəri üzrə), "Ovod" (E.Voyniçin 
əsəri  üzrə),  "Keçən  ilin  son  gecəsi"  (Anar),  "Mənim  nəğməkar  bibim"  (Ə.Əylisli),  "Üç  muşketyor" 
(A.Dümanın  əsəri  üzrə),  "Danabaş  kəndinin  məktəbi"  (C.Məmmədquluzadə),  "Lovğa  dovşan" 
(S.Mixalkov), "Pillələr" (Ə.Kərim) və s. tamaşalar əsas yer tutmuşdu. Bu illərdə teatrda xalq artistləri 
H.Sadıxov,  Süleyman  Ələsgərov,  G.Q.  Sıqankov,  Firəngiz  Şərifova,  əməkdar  artistlər  R.Ağayeva, 
Tariyel  Qasımov,  Gülşən  Qurbanova,  Solmaz  Qurbanova,  M.Dadaşov,  A.İ.Dobronetski,  Rəhilə 
Məlikova,  Susanna  Məcidova,  Firdovsi  Naibov,  Ağaxan  Salmanov,  Xuraman  Hacıyeva, 
T.Y.Xaritonova və başqaları. fəaliyyət göstərmiş, M.Haşımov, Zəfər Nemətov, H.Sultanov, U.Əliyeva, 
Azərpaşa Nemətov, Ağakişi Kazımov  teatrın baş rejissoru olmuşlar. 
H.Sultanov,  A.Nemətov,  A.Kazımov  kimi  rejissorlarla  yanaşı  Həsən  Əbluc,  U.Əliyeva  və 
Cənnət  Səlimovanın  hazırladıqları  tamaşalar  ideya  və  bədii  dəyəri  ilə  seçilmişlər.  Bədii  tərtibat 
sahəsində Altay Seyidov, Tahir Tahirov, Fərhad Xəlilov, Elçin Məmmədov kimi rəssamlar çalışmışlar. 
Xalq  yazıçısı  Elçinin  "Ölüm  hökmü",  "Mahmud  və  Məryəm",  "Ağ  dəvə"  romanları  əsasında 
hazırlanmış tamaşalar (quruluşçu rejissor L.Kərimov) diqqətəlayiqdir. 


127 
 
1931-ci  ildə  Bakıda  Azərbaycan  Kukla  Teatrı  yaradıldı.  Ayrı-ayrı  illərdə  (1931-1941;  1946-
1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Gənc Tamaşaçılar Teatrı (1941-1946) və 
Azərbaycan  Dövlət  Filarmoniyası  yanında  (1950-ci  ildən)  fəaliyyət  göstərmişdir.  1965-ci  ildən 
müstəqil  teatrdır.  Azərbaycan  və  rus  bölmələri  var.  İlk  dövrlərdə  teatrda  Azərbaycan,  rus  və  Qərbi 
Avropa  dramaturqlarının  pyesləri  (sadələşdirilmiş  şəkildə),  Azərbaycan  şifahi  xalq  ədəbiyyatı 
motivləri  əsasında  tərbiyəvi  əhəmiyyətli  əsərlər  -  "Hacı  Qara"  (M.F.  Axundzadə),  "Zorən  təbib" 
(J.B.Molyer),  "Almaz"  (C.Cabbarlı),  "İsgəndər  və  Çoban",  "Cırtdan"  (M.Seyidzadə)  tamaşaya 
qoyulmuşdur. 60-cı illərdən teatr repertuarını azyaşlı uşaqların, məktəblilərin səviyyəsinə uyğun tərtib 
edir. "Üç nağıl" (A.Şaiq), "Göyçək Fatma" (M.Dilbazi), "Artıq 
tamah baş yarar" (Ə.Səmədov), "Keçinin qisası" (Ə.Abbasov), 
"Qaravəlli"  (Anar)  və  s.  əsərlər    teatrın  ən  yaxşı 
tamaşalarındandır. 
Teatrın  təşkilatçısı,  ilk  bədii  rəhbəri  və  baş  rejissoru 
Mollaağa  Bəbirli  olmuşdur.  1980-2005-ci  illərdə  teatrın 
truppasında  əməkdar  artistlər  Şəfiqə  Axundova,  Oqtay 
Dadaşov,  artistlərdən  Mansur  Mansurov,  Ruslan  Həsənov, 
Həsənağa  Hüseynov,  Lyudmila  Adamova,  V.Yelatansev, 
G.Lunyov, Raisə Sabitova, T.Şmelyova və başqaları. fəaliyyət 
göstərmişlər.  Baş  rejissor  Namiq  Ağayev,  baş  rəssam  Solmaz 
Haqverdiyeva  olmuşdur.  Teatr  kukla  teatrları  beynəlxalq 
(Daşkənd,  1979;  Bombey,  1980)  və  Cənubi  Qafqaz  (Tbilisi, 
1984)  festivallarının  iştirakçısıdır.  1974-cü  ildən  A.Şaiq  adınadır.  2006-cı  ildən  baş  rejissoru 
Ə.Hüseynovdur. 
XX əsrin əvvəlində təşəkkül tapmış musiqili komediya janrı teatr sənətinin növlərindən biri kimi 
tam  formalaşdığından  1938-ci  ildə  müstəqil  Azərbaycan  Dövlət  Musiqili  Komediya  Teatrı 
(Azərbaycan və rus bölmələri ilə) təşkil edildi. Teatrın Azərbaycan bölməsində "Beş manatlıq gəlin" 
(S.Rüstəmov),  "Ər  və  arvad"  (Ü.Hacıbəyov),  "Evliykən  subay"  (Z.Hacıbəyov),  "Toy  kimindir" 
(A.Məşədibəyov),  "Qızıl  gül" 
(S.Hacıbəyov),  rus  bölməsində  isə 
"Mavi  mazurka"  (F.Leqar),  "Arşın 
mal  alan"  (Ü.Hacıbəyov),  "Sirk 
kraliçası" 
(İ.Kalman), 
"Malinovkada 
toy" 
(B.A.Aleksandrov)  və  s.  əsərlər 
tamaşaya  qoyuldu.  40-cı  illərdə  
teatrın  repertuarı  F.Əmirovun 
"Ürəkçalanlar"  (1944)  və  "Gözün 
aydın"  (1946),  Ü.Hacıbəyovun 
"Arşm  mal  alan"  (1945)  və 
"Məşədi  İbad"  (1946),  Səid 
Rüstəmovun  "Durna"  (1947), 
Süleyman 
Ələsgərovun 
"Ulduz"(1948)  operettaları  ilə 
zənginləşdi.  1956-1980-ci  illərdə  teatrda  "Qızılaxtaranlar"  (T.Quliyev),  "Ev  bizim,  sirr  bizim" 
(Ş.Axundova),  "Qayınana"  (Z.Bağırov),  "Hacı  Kərimin  Aya  səyahəti"  (A.Rzayev),  "Milyonçunun 
dilənçi oğlu" (S.Ələsgərov; Ü.Hacıbəyov adına respublika mükafatı, 1967) və "Hicran" (E.Sabitoğlu), 
"Təzə gəlin" (C.Cahangirov), "Nənəmin şahlıq quşu" (V.Adıgözəlov), "Danabaş kəndinin əhvalatları" 
(O.Kazımov),  rus  bölməsində  isə  "Sevastopol  valsı"  (K.Listov),  "Yüz  şeytan  və  bir  qız" 
(T.N.Xrennikov), "Silva" (İ.Kalman), "Kuba, məhəbbətim mənim", "Qafqazlı qardaşqızı" (R.Hacıyev) 
və s. əsərlər tamaşaya qoyuldu. 
Sonrakı dövrdə teatrda "O olmasın, bu olsun" (Ü.Hacıbəyov), "Nəğməli Könül", "Bankir adaxlı" 
(E.Sabitoğlu), "Məhəbbət oyunu" (C.Quliyev), "Talelər qovuşanda" (R.Hacıyev), "Hərənin öz ulduzu" 
(S.Ələsgərov),  "Coşğun  qaskoniyalı"  (Q.Qarayev)  və  s.  repertuara  daxil  edilir.  F.Zöhrabov, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə