Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   65   66   67   68   69   70   71   72   ...   94

130 
 
(N.Vəzirov),  "Dağılan  tifaq"  (Ə.Haqverdiyev),  "Əliqulu  evlənir"  (S.Rəhman),  "Son  göz  yaşları" 
(S.Rüstəm),  "Sən  həmişə  mənimləsən"  (İ.Əfəndiyev),  "Vicdan"  (B.Vahabzadə),  "Qızıl  gül 
olmayaydı..."  (R.Rza), "Təhminə  və  Zaur"  (Anar)  və  s.  əsas  yer tutur.  80-ci  illərdə  teatrda  əməkdar 
artistlər  T.Qarayev,  F.Mahmudova,  N.Məlikova  və  başqaları  fəaliyyət  göstərmişlər.  1996-cı  ildən 
teatrın baş rejissoru E.Mikayılovdur. 
30-40-cı  illərdə  Lənkəran  şəhərində  xalq  teatrı  fəaliyyət  göstərmişdir.  İndiki  N.Vəzirov  adına 
Lənkəran  Dövlət  Dram  Teatrı  1973-cü ildə  təşkil  edilmiş,  fəaliyyətə  "Yaxşı  adam"  (M.İbrahimov) 
tamaşası  ilə  başlamışdır.  Teatrın  repertuarına  Azərbaycan  və  xarici  ölkə  dramaturqlarının  əsərləri  - 
"Vaqif'  (S.Vurğun),  "Molla  İbrahimxəlil  kimyagər"  (M.F.  Axundzadə),  "Qış  nağılı"  (U.Şekspir), 
"Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı" (İ.Əfəndiyev), "Alov" (M.Hüseyn), "Xoşbəxtlər" 
(S.Rəhman),  "Yaşıl  qapı  arxasındakı  qadın"  (R.İbrahimbəyov),  "Topal  Teymur"  (H.Cavid),  "Ölülər" 
(C.Məmmədquluzadə),  "Nəsillər,  eşidin"  (M.Musiyenko;  Azərbaycan  Lenin  komsomolu  mükafatı, 
1977), "Mahmud və Məryəm" (Elçin), "Təhminə və Zaur" (Anar) və s. daxildir. Teatrın truppasında 
80-ci  illərdə  əməkdar  artistlər  B.Əliyeva,  Qabil  Quliyev,  Kamil  Nəcəfov  və  başqaları  fəaliyyət 
göstərmişlər. 1982-ci ildən teatrın baş rejissoru B.Rzayevdir. 
Mingəçevir Dövlət Dram Teatrı 1968-ci ildə təşkil edilmiş, 1969-cu ildə C.Cabbarlının "Almaz" 
pyesi  ilə  açılışı  olmuşdur.Teatrın  repertuarında  klassik  və  müasir dramaturqların  pyesləri xüsusi  yer 
tutur. "Kəndçi qızı" (M.İbrahimov), "Mahnı dağlarda qaldı", "Unuda bilmirəm" (İ.Əfəndiyev), "Eşq və 
intiqam”  (S.S.Axundov),  “ Müfəttiş” 
(N.V. 
Qoqol), 
"Hacı 
Qara" 
(M.F.Axundzadə),  "Aydın",  "Solğun 
çiçəklər" 
(C.Cabbarlı), 
"Ölülər" 
(C.Məmmədquluzadə),  "Qütb  ulduzu" 
(N.Xəzri)  və  başqa  əsərlər    teatrın  ən 
yaxşı  tamaşalarındandır.  80-ci  illərdə 
teatrda  əməkdar  artistlər  V.Məmmədov, 
N.Rzayeva  və  başqaları.  fəaliyyət 
göstərmişlər. 
1974-cü 
ildə 
teatra 
M.Davudovanın adı verilmişdir. 
1938-ci  ildə  Qazaxda  kolxoz-
sovxoz  teatrı  yaradılmış,  1939-cu  ildə 
dövlət  dram  teatrına  çevrilmiş  və  ona 
S.Vurğunun adı verilmişdır. Dövlət Dram 
Teatrı 1949-cu ilədək fəaliyyət göstərmiş, 1960-cı ildən xalq teatrı kimi mövcud olmuş, 1988-ci ildə 
Dövlət  Dram  Teatrı  (M.V.Vidadi  ad.)  olaraq  B.Vahabzadənin  "Dar  ağacı"  pyesinin  tamaşası  ilə 
fəaliyyətə  başlamışdır  (1989).  Repertuarına  "Vaqif"  (S.Vurğun),  "Molla  Nəsrəddin  və  Əzrayıl" 
(Ş.Əliyev)  və  s.  tamaşalar  daxildir.  2002-ci  ildən    teatrın 
baş rejissoru Ə.Əhmədovdur. 
Gəncə Kukla Teatrı 1981-ci ildə fəaliyyətə başlamış, 
1985-ci  ildə  "Simurq"  xalq  kukla  teatrı  adlandırılmışdır. 
1986-cı  ildən  Gəncə  Dövlət  Kukla  Teatrı  kimi  fəaliyyət 
göstərir.  "Xeyir  və  Şər"  (N.Gəncəvi),  "Dostluğun  sirri" 
(H.Həsənov),  "Üç  keçi  balası  və  yalquzaq  canavar" 
(H.Həsənov),  "Qumral  quzunun  kələyi"  (R.Səməndər), 
"Əhmədin vəfalı xoruzu" (Ə.Səmədov), "Hamıdan güclü" 
(İ.Coşğun) və s. əsərlər  teatrın ən yaxşı tamaşalarındandır. 
1998-ci ildən Gəncə Dövlət Kukla Teatrının baş rejissoru 
F.Paşayevdir. 
Azərbaycanda ilk peşəkar teatr təhsili ocağı 1923-cü 
ildə  opera  müğənnisi  Şövkət  Məmmədovanın  (ilk 
direktoru)  təşəbbüsü  ilə  yaradılmış  Bakı  Teatr 
Texnikumudur. 1928-ci ildə texnikuma M.F. Axundzadənin adı verilmişdir. İlk illərdə dram və opera, 
sonralar  aktyorluq,  rejissorluq  və  kino  sənəti  (1935-ci  ildən)  şöbələri  fəaliyyət  göstərmişdir. 


131 
 
Texnikumda  Ə.Haqverdiyev,  H.Cavid,  A.M.  Muradov,  V.V.Sladkopevtsev,  P.P.Fridolin, 
A.A.Tuqanov,  H.Abbasov,  A.Şərifzadə,  K.Ziya,  M.Haşımov,  R.Təhmasib,  A.Gəraybəyli,  N.N. 
Boqolyubov, Y.A.Qrossman, A.K.Şərifov və başqaları dərs demişlər. Texnikum Azərbaycanın teatr və 
klubları üçün aktyor və rejissor kadrları, mədəni-maarif işçiləri hazırlayırdı. C.Cabbarlı, A.İsgəndərov, 
İ.Osmanlı,  Ə.H.  Ələkbərov,  Ə.Bədəlbəyli,  F.Qədri,  R.Əfqanlı,  N.Zeynalova  və  başqaları  burada 
oxumuşlar. 
Teatr texnikumunun əsasında 1945-ci ildə Azərbaycan Teatr Institutu (1968-ci ildən Azərbaycan 
Dövlət İncəsənət İnstitutu, 1991-ci ildən Mədəniyyət və İncəsənət Universiteti) yaradılmışdır. Burada 
14 ixtisas üzrə mütəxəssis (teatr kadrları, mədəni-maarif işçiləri, teatrşünas, bədii konstruktivləşdirmə, 
keramika-şüşə-plastik  kütlə  məmulatı,  sənaye  qrafikası  və  s.) hazırlanır.  Bir  neçə  fakültəsi  (mədəni-
maarif  işi,  teatr  sənəti  və  rəssamlıq,  rejissorluq),  müxtəlif  ixtisas  kabinetləri,  tədris  teatrı,  foto-kino 
laboratoriyası  və  s.  var.  İlk  buraxılışı  1949-cu  ildə  olmuşdur.  Universitetdə  xalq  artistləri 
A.İsgəndərov, M.Məmmədov, R.Təhmasib, T.Kazımov, H.Salayev və başqaları, 80-ci illərdə isə xalq 
rəssamları T.Məmmədov, K.Kazımzadə, xalq artisti Ş.Məmmədova və başqaları dərs demişlər. 
1982-ci  ildə  Gəncədə  "Nizami",  Naxçıvanda  "H.Cavid",  Ağdamda  "X.Natəvan"  poeziya 
teatrlarının, Şəkidə M.F. Axundov adına Satira Teatrının açılışı olmuşdur. 
Azərbaycanda 28 professional teatr, respublikanın ayrı-ayrı rayon və şəhərlərində 64 xalq teatrı, 
müxtəlif müəssisə və məktəblərdə həvəskar teatr kollektivləri fəaliyyət göstərir (2006). 
 
İnqilab Kərimov 
 
Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. Bakı, 2007, 
“ Teatr” məqaləsi, səh. 802-811. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə