Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   66   67   68   69   70   71   72   73   ...   94

132 
 
 
Kino 
 
Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Həmin il ölkədə xarici filmlərin ilk nümayişi 
(yanvarın 8-də), Azərbaycan filmlərinin ilk çəkilişi (mayın 31-də, iyunun 6-da) və göstərilməsi (iyunun 21-də, 
avqustun 2-də) ilə bağlıdır.  
Azərbaycan kinosunun səssiz dövrü (1898-1935) həm sənədli, həm də bədii növlərin formalaşması 
ilə  səciyyəvidir.  Fotoqraf-kinooperator  Aleksandr  Mixayloviç  Mişon  tərəfindən  "Bibiheybətdə  neft  fontanı 
yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s. xronika süjetləri və bir 
bədii  kinosüjeti  ("İlişdin")  çəkilmişdi.  1915  ildə  Bakı,  Tiflis,  İrəvan  şəhərlərində  Pirone  qardaşlarının 
Qafqazdakı  "Filma"  səhmdar  cəmiyyətinə  məxsus  prokat  kontorları  açılmışdı.  1916-cı  ildə  həmin  cəmiyyət 
Bakının  neft  sənayeçilərinin  pulu  ilə  İbrahim  Musabəyovun  "Neft  və  milyonlar  səltənətində"  əsəri  əsasında 
eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişini başa çatdırdı. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris 
Svetlov və operator Qriqori Lemberq dəvət olunmuşdu. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyon 
səhnələri isə Tiflisdə çəkilmişdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynamışdır. 1916-cı ildə Bakıda 
Üzeyir Hacıbəyovun ildən başlayır. Həmin il ölkədə xarici filmlərin ilk nümayişi (yanvarın 8-də), Azərbaycan 
filmlərinin ilk çəkilişi (mayın 31-də, iyunun 6-da) və göstərilməsi (iyunun 21-də, avqustun 2-də) ilə bağlıdır. 
Azərbaycan  kinosunun  səssiz  dövrü  (1898-1935)  həm  sənədli,  həm  də  bədii  növlərin  formalaşması  ilə 
səciyyəvidir.  Fotoqraf-kinooperator  Aleksandr  Mixayloviç  Mişon  tərəfindən  "Bibiheybətdə  neft  fontanı 
yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s. xronika süjetləri və bir 
bədii  kinosüjeti  ("İlişdin")  çəkilmişdi.  1915-ci  ildə  Bakı,  Tiflis,  İrəvan  şəhərlərində  Pirone  qardaşlarının 
Qafqazdakı  "Filma"  səhmdar  cəmiyyətinə  məxsus  prokat  kontorları  açılmışdı.  1916-cı  ildə  həmin  cəmiyyət 
Bakının  neft  sənayeçilərinin  pulu  ilə  İbrahim  Musabəyovun  "Neft  və  milyonlar  səltənətində"  əsəri  əsasında 
eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişini başa çatdırdı. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris 
Svetlov və operator Qriqori Lemberq dəvət olunmuşdu. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyon 
səhnələri isə Tiflisdə çəkilmişdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynamışdır. 1916-cı ildə Bakıda 
Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  (1918-20)  yaranması  ölkədə  mədəni  həyatın  canlanmasına  böyük 
təkan verdi. Cümhuriyyətin birinci ildönümü münasibətilə Azərbaycanın əksər bölgələrində el şənlikləri, Bakıda 
isə  möhtəşəm  teatrlaşdırılmış  təntənələr  keçirildi.  Bununla  əlaqədar  1919  ildə  "Azərbaycanın  müstəqilliyinin 
ildönümü münasibətilə təntənə" adlı tammetrajlı sənədli film çəkilərək ekranlarda nümayiş etdirildi. 
Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  (1920)  sonra  ayrı-ayrı  sahibkarların  foto,  kinoteatr  və 
prokat  kontorlarının  milliləşdirilməsi  və  birləşdirilməsi  tədbirləri  həyata  keçirildi.  20-ci  illərdə  Bakıda  yerli 
operatorlar  və  xarici  kino  şirkətlərinin 
nümayəndələri  tərəfindən  şəhərin  həyatından, 
neft  mədənlərindən  bəhs  edən  kinosüjetlər  və 
sənədli filmlər çəkilirdi. 1920-ci ildə "XI Qızıl 
Ordu hissələrinin Bakıya gəlişi", "XI Qızıl Ordu 
hissələrinin  Bakıda  paradı",  "Bakıda  Şərq 
xalqlarının  I  qurultayı",  "Pyotr  meydanında 
iməcilik"  kimi  xronika  filmləri  lentə  alındı. 
Sənədli  filmlərlə  ("Sovet  Azərbaycanının  3-cü 
ildönümü", -1923; "Suraxanı neft mədənlərində 
yanğın", -1923; "Nəriman Nərimanovun dəfni", 
-1925;  "Frunzenin  Bakıya  gəlməsi",  -1925) 
yanaşı,  elmi-kütləvi  filmlərin  də  istehsalına 
başlanıldı.  1925-ci  ildə  rejissor  A.M.Şərifzadə 
respublikanın  mədəni  və  iqtisadi  həyatından 
bəhs  edən  "Azərbaycana  səyahət"  filminin 
çəkilişini  başa  çatdırdı.  Elə  həmin  ildən 
"Azərbaycan  ekranı"  kinojurnalı  (ildə  4-5 
nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda Mikayıl Mikayılov, Aleksandr Litvinov, 
Aleksandr Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, Arkadi Yalovoy, A.Tolçan, İvan Tartakovski, İvan 
Manakov kimi operatorlar çalışırdılar. 
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ-nin nəzdində Bakıda "Təyyarə", 
"Edison", "Minyon", "Ladya", "Mədənçi" və s. kinoteatrlar fəaliyyət göstərirdi. 1924 il-də AFKİ-nin istehsalı 
olan ikiseriyalı "Qız qalası əfsanəsi" (rejissor Vladimir Ballyuzek) bədii filmi ekranlara çıxdı. 


133 
 
Milli  rejissor  və  aktyor  kadrları  hazırlamaq  üçün 1925-ci  ildə  Şamil  Mahmudbəyovun  təşəbbüsü ilə 
AFKİ-nin  nəzdində  studiya  təşkil  edilmişdi.  Cəfər  Cabbarlı,  M.Mikayılov,  Ağarza  Quliyev  və  b.  burada 
oxumuşlar.  Filmlərin  bədii  keyfiyyətini  yüksəltmək,  milli  kadrların  inkişafına  kömək  məqsədilə  Vsevolod 
İllarionoviç Pudovkin, İqor Andreyeviç Savçenko, Nikolay Mixayloviç Şengelaya, Mixail Edişeroviç Çiaureli 
kimi 
məşhur 
kinorejissorlar, 
Q.M.Lemberq, 
V.R.Lemke,  Aleksandr  Qalperin,  İvan  Frolov,  Dmitri 
Feldman,  Leonid  Vasilyeviç  Kosmatov,  Yevgeni 
Şneyder  və  b.  kinooperatorlar  Bakıya  dəvət  olunmuş, 
C.Cabbarlı,  Abbas  Mirzə  Şərifzadə  və  digərləri  kino 
yaradıcılığı  işinə  cəlb  edilmişdi  [AFKİ  sonralar 
"Azdövlətkino"  (1926-30),  "Azərkino"  (1930-33), 
"Azfilm"  (1933),  "Azdövlətkinosənayesi"  (1934), 
"Azərfilm"  (1935-40),  Bakı  kinostudiyası  (1941-59) 
kimi  adlar  daşımışdır.  1961  il-dən  C.Cabbarlı  adına 
"Azərbaycan-film" kinostudiyası adlanır]. 
Xurafat  və  cəhalətə  qarşı  mübarizə,  inqilab, 
qadın azadlığı 20-ci illərin ikinci yarısında Azərbaycan 
kinosunun əsas mövzusu idi. "Bismillah" (1925, rejissor 
A.M.Şərifzadə),  "Hacı  Qara"  ("Sona";  1928,  rejissor 
A.M.Şərifzadə),  "Sevil"  ("Azərbaycan  qadını";  1929) 
kimi kino əsərləri bu dövrdə yaradılmış uğurlu filmlərdəndir. 
30-cu illərdə müasir həyatdan bəhs edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər, o cümlədən "Lətif" 
("Üz-üzə"), "İsmət" ("Adətin məhvi"; 1930, 1934, rejissor M.Mikayılov), "Almaz" və "Yeni horizont" (1936, 
1940,  rejissorlar  A.Quliyev,  Qriqori  Braginski),  "Bakılılar"  (1938,  rejissor  Viktor  Turin),  "Kəndlilər"  (1939, 
rejissor Səməd Mərdanov) və s. çəkilmişdir. 
Azərbaycan kinosunun sonrakı mərhələsi (1935-60) səsli kinonun yaranması və geniş inkişafı ilə 
bağlıdır. 1935-ci ildə "Azərfilm"in "Mejrabpomfilm" kinostudiyası (Moskva) ilə birgə yaratdığı "Mavi dənizin 
sahilində"  (rejissor  Boris  Barnet,  S.Mərdanov)  bədii  filmi  ilə  Azərbaycanda  səsli  kino  əsərlərinin  istehsalına 
başlanıldı.  Filmdə  baş  rollarda  tanınmış  sovet  kinoaktyorları  Lev  Naumoviç  Sverdlin,  Nikolay  Afanasyeviç 
Kryuçkov,  Yelena  Aleksandrovna  Kuzmina  və  b. 
çəkilmişlər.  1936-41  illərdə  ekranlara  10-dan  çox  səsli 
film buraxılmışdır. 
Səsli  kinonun  yaranması  ilə  sənədli  kinonun  da 
yaradıcı  imkanları  genişləndi.  30-cu  illərdə  bu  sahədə 
Seyfulla  Bədəlov,  Əbdül  Həsənov,  Əlibala  Ələkbərov, 
Camal  İsmixanov  və  b.  fəaliyyətə  başladılar.  "Adlı-sanlı 
Azərbaycan"  (1935,  ssenari  müəllifi  və  rejissoru  Boris 
Pumpyanski,  Vladimir  Yeremeyev)  bir  hissəli  sənədli 
xronika  kinoalmanaxında  ilk  dəfə  olaraq,  diktor  mətni 
oçerkin  qəhrəmanlarının  çıxışı  ilə  sinxron  verilmişdi. 
1939-cu  ildən  "Azərbaycan  ekranı"  kinojurnalı  "Ordenli 
Azərbaycan" (ildə 36 nömrə) adı altında çıxmağa başladı. 
30-cu  illərdə  çəkilmiş  tammetrajlı  "Şərqə  yol"  (1934, 
rejissor  A.A.Makovski),  "Azərbaycan  incəsənəti"  (1934, 
rejissor  Q.Braginski),  "Türk  qadınının  baharı"  (1936, 
rejissor S.Bədəlov) və s. sənədli filmlər diqqətəlayiqdir. 1940-cı ildə rejissorlar M.Mikayılov və V.Yeremeyev 
Azərbaycanda  Sovet  hakimiyyəti  qurulmasının  20  illiyi  münasibətilə  "İyirminci  bahar"  sənədli  filmini 
yaratdılar. 
Həmin  illərdə  M.F.Axundzadənin  (M.F.Axundov)  həyat  və  fəaliyyətinə  dair  "Səbuhi"  (1941,  rejissor 
Rza  Təhmasib),  vahid  süjet  xətti  ilə  bağlı  üç  kinonovelladan  ibarət  "Bir  ailə"  (1943,  rejissorlar  Qriqori 
Vasilyeviç  Aleksandrov,  R.Təhmasib, M.Mikayılov), müharibə  dövründə  dənizçilərin  göstərdikləri  igidliklərə 
həsr olunmuş "Sualtı qayıq T-9" (1943, rejissor A.Q.İvanov) bədii filmləri çəkilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə