Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   67   68   69   70   71   72   73   74   ...   94

134 
 
1945-ci ildə Ü.Hacıbəvovun "Arşın mal alan" musiqili komediyası yenidən ekranlaşdırıldı. Rejissorlar 
R.Təhmasib və Nikolay Leşşenko, operatorlar Ə.Atakişiyev və M.Dadaşov milli koloritə malik, parlaq realist 
kinokomediya  yarada  bildilər.  Film  keçmiş  SSRİ-də, 
eləcə  də  dünyanın  bir  çox  ölkəsində  uğurla  nümayiş 
etdirilmişdir.  "Arşın  mal  alan"  filminə  görə 
Ü.Hacıbəyov,  rejissor  R.Təhmasib,  aktyorlardan 
Rəşid  Behbudov,  Leyla  Bədirbəyli,  Ələkbər 
Hüseynzadə,  Münəvvər  Kələntərli  və  Lütfəli 
Abdullayev  1946-cı  ildə  SSRİ  Dövlət  mükafatına 
layiq görüldülər. 
40-cı  illərin  sonu  -  50-ci  illərin  əvvəllərində 
Bakı  kinostudiyasının  əsas  diqqəti  bədii-sənədli  və 
publisistik filmlərin çəkilişinə yönəldilmiş, bu dövrdə 
yalnız  "Fətəli  xan"  (1947,  rejissor  Yefim  Dziqan; 
1959-ci  ildə  ekrana  buraxılmışdır)  və  "Bakının 
işıqları"  (1950,  rejissorlar  İosif  Yefimoviç  Xeyfits, 
Aleksandr  Zarxi  və  R.Təhmasib)  bədii  filmləri 
çəkilmişdir. 
İkinci  dünya  müharibəsi  (1939-45)  illərində 
Azərbaycan  sənədli  kinosunun  bir  qrup  rejissoru  (Əbdül  Həsənov  və  b.)  və  operatorları  (Mirzə  Mustafayev, 
Muxtar  Dadaşov,  S.Bədəlov,  V.Y.Yeremeyev,  Ç.Məmmədov  və  b.)  cəbhə  xəttinə  gedərək  əsgərlərin 
qəhrəmanlığını  lentə  çəkirdilər.  Həmin  materiallar  xüsusi  buraxılışlar  kimi  müxtəlif  cəbhələrə  göndərilirdi. 
Müharibə illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş "Vətən oglu" və 
"Bəxtiyar"  (1941,  1942,  rejissor  A.Quliyev)  kinonovellaları,  Azərbaycan  xalqının  arxa  cəbhədəki  rəşadətli 
əməyini  əks  etdirən  kinojurnallar,  kinooçerklər  də 
yaradıldı  ["Vətən  uğrunda"  (1943,  rejissor 
Ə.Həsənov),  "Qayğı"  (1943,  A.Quliyev),  "Məktuba 
cavab"  (1944,  rejissor  İ.Əfəndiyev),  "Qardaşlıq 
köməyi" (1944, rejissor M.Dadaşov) və s.]. 1944-cü 
ildə  Bakı  kinostudiyası  Moskva  sənədli  filmlər 
studiyası  ilə  birgə  dənizçilərin  qəhrəmanlığından 
bəhs  edən  "Xəzər  dənizçiləri"  (rejissorlar 
Q.V.Aleksandrov  və  N.İ.  Bolşakov)  tammetrajlı 
sənədli  filmini  çəkdi.  1945-ci  ildə  Azərbaycanda 
sovet hakimiyyəti qurulmasının 25 illiyi ilə əlaqədar 
rejissor H.Seyidzadə "Əbədi odlar diyarı" tammetrajlı 
sənədli filmini yaratdı. 
Müharibədən 
sonrakı 
illərdə 
"Sovet 
Azərbaycanı" (ildə 36 nömrə; "Ordenli Azərbaycan" 
kinojurnalının yeni adı) ilə yanaşı "Gənc nəsil" (ildə 
4 nömrə) kinojurnalının da buraxılışına başlanıldı. 1945-50-ci illərdə sənədli kino sahəsində ssenaristlər İmran 
Qasımov,  Ədhəm  Qulubəyov,  rejissorlar  Zeynəb  Kazımova,  Lətif  Səfərov,  operatorlar  Arif  Nərimanbəyov, 
Teyyub Axundov, Xan Babayev, bəstəkarlar Qara Qarayev, Tofiq 
Quliyev  və  b.  fəaliyyətə  başladılar.  Cənubi  Azərbaycan  xalqının 
1945-46-cı  illərdə  azadlıq  mübarizəsindən  bəhs  edən  "Arazın  o 
tayında"  (1947,  rejissorlar  Esfir  İlyiniçna  Şub,  İ.Əfəndiyev) 
tammetrajlı  filmi  diqqəti  cəlb  edirdi.  Respublikada  sovet 
hakimiyyətinin  qələbəsinin  30  illiyi  münasibətilə  1950-ci  ildə 
"Sovet  Azərbaycanı"  (rejissorlar  M.Dadaşov,  F.Kiselyov)  rəngli 
tammetrajlı  sənədli  filmi  yaradıldı.  Film  1951-ci  ildə  Kann 
(Fransa)  beynəlxalq  kinofestivalının  xüsusi  mükafatına  layiq 
görüldü. 
Azərbaycan  kinosunun  intensiv  inkişafı  50-ci  illərin 
ortalarından  başlamışdır.  Bu  dövrdə  milli  ssenarist,  rejissor, 
operator,  rəssam  kadrları  yetişmişdir.  Onların  çoxu  Ümumittifaq 
Dövlət  Kinematoqrafıya  İnstitutunda  (Moskva)  təhsil  almışdı 
(İ.Qasımov,  Ənvər  Məmmədxanlı,  Tofıq  Tağızadə,  L.Səfərov, 
Həsən  Seyidbəyli,  Əjdər  İbrahimov,  H.İsmayılov,  H.Seyidzadə, 


135 
 
Ş.Mahmudbəyov, Ə.Atakişiyev, X.Babayev, A.Nərimanbəyov, T.Axundov, Rasim Ocaqov, Kamil Nəcəfzadə, 
Cəbrayıl  Əzimov,  Elbəy  Rzaquliyev,  Nadir  Zeynalov  və  b.).  Bu  illərdə  bədii  filmlərin  çəkilişinin  sayca 
çoxalması  onlarm  mövzu  dairəsinin  genişlənməsinə  səbəb  oldu  ["Qara  daşlar"  (1956,  rejissor  A.Quliyev), 
"Qızmar günəş altında" (1957, rejissor L.Səfərov), "Kölgələr sürünür" (1958, rejissorlar İ.Əfəndiyev, Ş.Şeyxov), 
"Onun böyük ürəyi" (1958, rejissor Ə.İbrahimov), "Ögey ana" (1958, rejissor H.Ismayılov), "Əsl dost" (1959, 
rejissor  T.Tağızadə),  "Onu  bağışlamaq  olarmı?"  (1960,  rejissor  R.Təhmasib),  "Bizim  küçə"  (1961,  rejissor 
Ə.Atakişiyev), "Böyük dayaq" (1962, rejissor H.İsmayılov), "Telefonçu qız", "Möcüzələr adası" (1962, 1963, 
rejissor H.Seyidbəyli) ]. Bakı kinostudiyasında 1957-ci ildə yaradılmış "Bir məhəllədən iki nəfər" (Moskvanın 
M.Qorki ad. kinostudiyası ilə birlikdə, rejissorlar Ə.İbrahimov, İ.Qurin) filmi Şərq ölkələrindən birində xalqın 
azadlıq və demokratiya uğrunda mübarizəsindən bəhs edir. 
Cəsur partizan Mehdi Hüseynzadəyə həsr edilmiş "Uzaq sahillərdə" (1958, rejissor T.Tağızadə) filmi 
Azərbaycan,  eləcə  də  keçmiş  sovet  kinosunun  nailiyyətlərindəndir.  Dinamik,  gərgin  hadisələr,  dəqiqliklə 
verilmiş xarakterlər, operator və rejissor işinin yüksək səviyyəsi filmə geniş şöhrət qazandırmışdır. 
Bu illərdə müasirlik mövzusu, xalqın məişəti, əmək nailiyyətləri sənədli kino ustalarının yaradıcılığında 
başlıca  yer  tutmuşdu  ["S.M.Kirov  adına  körfəzdə",  (1954,  Venesiya  beynəlxalq  kinofestivalının  mükafatı, 
1955),  "Axtaran  tapar"(1969,  rejissor  C.Məmmədov),  "Səadət  yolu  ilə",  "Bizim  Azərbaycan"  (1957,  1959, 
rejissor M.Dadaşov), "Bakı və bakılılar" (1957, rejissor L.Səfərov), "Azərbaycan mədəniyyətinin baharı" (1960, 
rejissorlar C.Məmmədov, X.Babayev), "M.F.Axundov" (1962, rejissor N.Bədəlov) və s.]. Sovet kino sənətinin 
dəyərli  nümunələrindən  sayılan  "Xəzər  neftçiləri  haqqında 
dastan" (1953) və "Dənizi fəth edənlər" (1959) filmlərini rejissor 
Roman  Lazareviç  Karmen  Bakı  kinostudiyasında  çəkmişdir. 
Həmin filmlərdə dəniz neftçilərinin fədakar əməyi və həyatı əks 
olunmuşdur.  Bu  filmlərə  görə  rejissor  R.L.Karmen,  operatorlar 
Cavanşir  Məmmədov  və  Sergey  Medinski  Lenin  mükafatına 
layiq görülmüşlər (1960). 
1960-80-ci  illər  Azərbaycan  kinosunun  dirçəliş  dövrü 
olmuşdur.  60-cı  illərin  əvvəllərindən  Azərbaycanda  rəngli 
filmlərin  çəkilişi  genişləndirildi.  "Koroğlu"  (1960,  rejissor 
Hüseyn  Seyidzadə)  bədii  filmi  genişekranlı  rəngli  Azərbaycan 
kinosunun  ilk  nümunəsidir.  "Səhər"  (1960,  rejissor  A.Quliyev) 
filmi  Bakıda  1905-07-ci  illər  inqilabi  hadisələrindən  bəhs  edir. 
"Mahnı  belə  yaranır"  (1957,  rejissorlar  R.Təhmasib  və 
M.Mikayılov

filmi 
Dağıstanın  xalq  şairi  Süleyman  Stalskiyə,  "Leyli  və 
Məcnun"  (1962,  rejissor  L.Səfərov)  əbədi  məhəbbət 
mövzusuna həsr edilmişdir. 
"Arşın  mal  alan"  filmindən  sonra  Azərbaycan 
kinosunda  musiqili  komediya  janrma  meyil  güclənmişdir. 
"Görüş"  (1955,  rejissor  T.Tağızadə),  "Bəxtiyar"  (1955, 
rejissor  L.Səfərov,  baş  rolda  R.Behbudov),  "O  olmasın,  bu 
olsun" (1956, rejissor H.Seyidzadə; Azərbaycanda ilk rəngli 
bədii  film),  "Romeo  mənim  qonşumdur"  (1963,  rejissor 
Ş.Mahmudbəyov),  "Ulduz"  (1964,  rejissor  A.Quliyev), 
"Əhməd  haradadır?"  (1965,  rejissor  A.İsgəndərov),  növbəti 
ekran  təcəssümündə  "Arşın  mal  alan"  (1965,  rejissor 
T.Tağızadə),  "Qaynana"  (1978,  rejissor  H.Seyidzadə)  və  s. 
filmlərdən bu ənənə davam etdirilmişdir. 
60-cı  illərin  ikinci  yarısı  -  70-ci  illər  kinematoqrafiyaya  gənclərin  böyük  bir  qrupunun  gəlməsi  ilə 
əlamətdar  olmuşdur  (ssenaristlərdən  Rüstəm  və  Maqsud  İbrahimbəyov  qardaşları,  Anar,  Alla  Axundova,  İsa 
Hüseynov,  Yusif  Səmədoğlu,  Elçin,  Ramiz  Rövşən,  Ramiz  Fətəliyev,  rejissorlardan  Arif  Babayev,  Eldar 
Quliyev,  Oqtay  Mirqasımov,  Yalçın  Əfəndiyev,  Tofiq  İsmayılov,  Gülbəniz  Əzimzadə,  operatorlar  Zaur 
Məhərrəmov, Rasim İsmayılov, Rafael Qəmbərov, Valeri Kərimov, rəssamlar Fikrət Bağırov, Rafis İsmayılov, 
aktyorlar Həsən Məmmədov, Şahmar Ələkbərov, Həsən Turabov, Rasim Balayev, Şəfiqə Məmmədova və b.). 
Onların  yaşlı  və  orta  nəslə  mənsub  sənət  xadimləri  ilə  əməkdaşlığı  Azərbaycan  kinosunun  professional 
səviyyəsinin yüksəlməsinə, milli özünəməxsusluğu, ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə 
səbəb  oldu.  Bu  dövrün  filmlərində  müasir  həyata  müxtəlif  baxışlar,  insan  xarakterlərinin  təhlili,  gənc  nəslin 
formalaşması və s. mövzular başlıca yer tutur ["Bir cənub şəhərində" (1969, rejissor E.Quliyev), "Uşaqlığın son 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə