Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   68   69   70   71   72   73   74   75   ...   94

136 
 
gecəsi", "Gün keçdi" (1969, 1971, rejissor A.Babayev), "Ən vacib müsahibə", "Var olun, qızlar" (1971, 1973, 
rejissor  E.Quliyev),  "Həyat  bizi  sınayır"  (1972,  rejissor 
Ş.Mahmudbəyov), "Xoşbəxtlik qayğıları" (1976, H.Seyidbəyli) 
və s.]. 
1960-70-ci  illər  sənədli  kinosunda  O.Mirqasımov, 
Yalçın  Əfəndiyev,  Ruslan  Şahmalıyev,  Teymur  Bəkirzadə, 
Nicat  Bəkirzadə  kimi  gənclər  fəaliyyətə  başladılar. 
O.Mirqasımovun  "Dəniz"  (1965),  "Qobustan"  (1966),  "Bu, 
həqiqətin  səsidir.  Bəstəkar  Qara  Qarayev"  (1967)  filmlərində 
60-cı  illərin  ikinci  yarısında  sənədli  kinonun  üslubundakı 
müəyyən  dəyişikliklər  (diktor  mətninin  olmaması,  poetik 
əhvali-ruhiyyə,  dəqiq  montaj)  özünü  göstərir.  Həmin  filmlərə 
görə O.Mirqasımov Azərbaycan Lenin komsomolu mükafatma 
layiq  görülmüşdür  (1967).  Rejissor  Y.Əfəndiyevə,  ssenari 
müəllifi  İ.Şıxlıya,  operator  Z.Məmmədova  "Nə  yaxşı  ki  dünyada  Səməd  Vurğun  varmış"  (1967),  rejissor 
Cahangir  Zeynalova  C.Cabbarlının  xatirəsinə  həsr  olunmuş 
"Solmaz  bir  bahar  kimi"  (1979)  filmlərinə  görə  Azərbaycan 
Lenin  komsomolu  mükafatı  verilmişdir.  70-80-ci  illərdə 
maraqlı  elmi-kütləvi  kino  nümunələri  yaradılmışdır: 
"Naxışların  yaddaşı"  (1973,  rejissor  İ.Əfəndiyev),  "Qızıl 
balıq"  (1975,  rejissor  Cəmil  Fərəcov),  "Eskulap  piyaləsinin 
sirri" (1984, rejissor T.Bəkirzadə), "Dirçəlmə" (1984, rejissor 
C.Fərəcov),  "Torpaq  borcu"  (1986,  rejissor  Tofiq 
Mütəllimov),  "Əks-səda"  (1987),  "Balaban"  (hər  ikisinin 
rejissoru Xamis Muradov, Azərbaycan SSR Dövlət mükafatı, 
1987) və s. Azərbaycan sənədli kinosunda aktual mövzuların 
seçilməsi  və  araşdırılması  üçün yeni  yollar  axtarılır,  çəkiliş 
metodunun,  montajın,  səsləndirilmənin  əlavə  imkanları 
təcrübədə  sınanılır.  Bu  baxımdan  rejissor  T.Bəkirzadənin 
"Dissonans"  (1977,  Ümumittifaq  və  beynəlxalq  kinofestivallarının  mükafatı),  X.Muradovun  "Qarabağ 
bülbülləri"  (1977),  Z.Məhərrəmovun  "Baharla  birgə"  (1978),  "Köç"  (1983),  Ç.Zeynalovun  "Səfillər"  (1985), 
"İntizar"  (1986),  "Əbədiyyətə  qovuşan  ömür"  (1987),  Rauf  Nağıyevin  "Ölü zona"  (1988),  "Şəhidlər"  (1988), 
"Abşeron qalaları" (1989), V.Mikayılovun "Qışdan sonra gələn bahar" (1989) filmləri diqqətəlayiqdir. 
1970-ci  ildən  "Azərbaycanfilm"  kinostudiyasında  "Mozalan"  satirik  kinojurnalı  istehsal  edilir.  Bu 
kinojurnalda  cəmiyyətin  antipodları,  gündəlik  həyatda  və  təsərrüfatda  rast  gəlinən  qüsur  və  nöqsanlar  tənqid 
olunur. 
İkinci  dünya  müharibəsinədək  Azərbaycanda  cizgi 
filmlərinin çəkilməsinə yalnız təşəbbüs göstərilmişdir. 1966-cı ildə 
"Azərbaycanfilm"də rəssam və rejissor-multiplikator A.Axundovun 
rəhbərliyi ilə ikiillik rəssam-multiplikator kursları açılmışdı. 1969-
cu  ildə  "Azərbaycanfilm"-də  yaradılmış  multiplikasiya  sexində 
A.Axundovanın Azərbaycan xalq nağılları əsasında yazdığı ssenari 
üzrə  birhissəli  rəngli  "Cırtdan"  (rejissor  Y.Əfəndiyev) 
multiplikasiya  (cizgi)  filmi  çəkilmişdir.  70-ci  illərdə  "Fitnə", 
"Cücələrim"  (rejissor  Ağanağı  Axundov),  "Tülkü  Həccə  gedir", 
"Cırtdanın  yeni  sərgüzəştləri"  (rejissor  Nazim  Məmmədov), 
"Çaqqal  oğlu  çaqqal"  (rejissor  Mirzə  Rəfiyev)  və  s.  filmlər 
yaradılmışdır. Rejissorlar Məsud Pənahi ("Bulud niyə ağlayır?", 7-
ci  Ümumittifaq  kinofestivalının  mükafatı,  "Siçan  bəy  və  Pıspısa 
xanım",  A.Axundovla  birgə,  "Günlərin  bir  günündə",  "Dınqıl, 
sazım, dınqıl", "Xoruz", "Qız qalası haqqında əfsanə" və s.), Əsgər 
Məmmədov  ("Daş",  "Toral  və  Zəri",  "Taya",  "Dəcəl  dovşan", 
"Sehrli  ləçək",  "Uçan  zürafə"  və  s.),  Arif  Məhərrəmov  ("Yatmaq 
vaxtı  çat-mışdır"),  Vahid  Talıbov  ("Təqib"),  R.Şahmalıyev  ("Sehrli  naxışlar"),  Hafiz  Əkbərov  ("Talada  ev"), 
Firəngiz  Qurbanova  ("Bir dəfə  axşamçağı",  "Ağacda  oturmuş  ana",  "Seans"  və  s.)  və  başqaları  maraqlı  cizgi 
filmləri çəkmişlər. 1981 ildən "Cırtdan-pəhləvan" cizgi filmləri seriyası çəkilir. 


137 
 
1965-ci  ildən  Azərbaycan  televiziyasında  da  cizgi  filmləri  istehsal  olunur  ["Danışan  işıqlar"  (1965), 
"Qırmızılar, qaralar və başqaları" (1969), rejissor R.İsmayılov)]. Rejissor Vaqif Behbudovun "İlham" (1972, ilk 
Azərbaycan kukla-cizgi filmi), "Göyçək Fatma" (1973) və "Möcüzələr adası" (1978) cizgi filmləri Ümumittifaq 
televiziya  filmləri  festivalında  mükafata  layiq  görülmüşdür. 
"Azərbaycanfilm"  kinostudiyası  səsli  (ağ-qara,  rəngli), 
genişekranlı,  panoram  və  genişformatlı  filmlərdə  səsin 
stereofonik yazılışmı təmin edən yeni kino avadanlığı ilə təchiz 
olunmuşdur. 
70-ci  illərin  sonu  -  80-ci  illərdən  başlayaraq  müasir 
Azərbaycan  kinosunda  mənəvi-əxlaqi  problemlərə  diqqət  daha 
da  artmışdır.  Ssenarist  R.İbrahimbəyovla  rejissor  R.Ocaqovun 
filmlərində  həmin  problemlərin  təhlilinə  meyl  güclüdür 
("İstintaq",  1979,  13-cü  Ümumittifaq  kinofestivalının  baş 
mükafatı, Düşənbə, 1980; SSRİ Dövlət mükafatı, 1981), "Bağlı 
qapı"  (1981),  "Park"  (1983,  "Lenfilm"  kinostudiyası  ilə 
birlikdə), "Özgə  ömür"  (1987), "Ölsəm,  bağışla" (1989)].  Etik-
psixoloji dərinlik "De ki sevirsən məni" (rejissor Murad İbrahimbəyov), "Bizi bağışlayın" (rejissor A.Babayev), 
"Anın quruluşu", "İşgüzar səfər" (rejissor R.İsmayılov), "Gümüşü furqon" (rejissor O.Mirqasımov), "Babamızın 
babasının babası", "Bağ mövsümü" (rejissor T.Tağızadə), "İlıq dənizdə buz parçası" (rejissor Yuli Solomonoviç 
Qusman), "Gümüşgöl əfsanəsi", "Burulğan", "Təxribat" (rejissor E.Quliyev), "Şeytan göz qabağında" (rejissor 
O.Mirqasımov,  21-ci  Ümumittifaq  kinofestivalının  mükafatı,  Bakı,  1988)  filmlərində  müşahidə  olunur. 
"Yaramaz" (1988, rejissor V.Mustafayev) filmində xarakter deformasiyası müasir bədii ifadə vasitələri, satirik 
boyalarla təsvir edilmişdir. Film ölkə xaricində də böyük maraq doğurmuşdur. 
60-80-ci  illərdə  tarixi-inqilabi  janrda  bir  sıra  maraqlı  orijinal  filmlər  çəkilmişdir.  "Mosfilm" 
kinostudiyası  ilə  birgə  yaradılmış  "Ulduzlar  sönmür"  (1971,  rejissor  Ə.İbrahimov)  filmi  N.Nərimanovun 
fəaliyyətindən  bəhs  edir.  S.Vurğunun  "Komsomol  poeması"nın  motivləri  üzrə  çəkilmiş  "Yeddi  oğul  istərəm" 
(1970, rejissor T.Tağızadə, Azərbaycan Lenin komsomolu mükafatı, 1970) filmi 20-ci illərin komsomolçularına 
həsr  olunmuşdur.  "Səmt  küləyi"  (1973,  rejissor  E.Quliyev)  filmi  Azərbaycan  kinosunun  tarixində  xarici  ölkə 
(Çexoslovakiya)  studiyası  ilə  birgə  yaradılmış  ilk  əsərdir.  "Axırıncı  aşırım"  (1971,  rejissor  K.Rüstəmbəyov), 
"Qatır Məmməd" (1974, rejissor R.Ocaqov) filmlərində sovet hakimiyyətinin ilk illərində Azərbaycan kəndində 
gedən  sinfi  mübarizədən  bəhs  olunur.  "Sevinc  buxtası"  (1977,  rejissor  E.Quliyev,  Azərbaycan  SSR  Dövlət 
mükafatı, 1978), "Birisi gün gecəyarısı" (1982, rejissor A.Babayev, Azərbaycan SSR Dövlət mükafatı, 1986), 
"Atları  yəhərləyin"  (1984,  rejissorlar  Ə.Mahmudov,  H.Turabov,  Azərbaycan  SSR  Dövlət  mükafatı,  1986), 
"İşarəni dənizdən gözləyin" (1987, rejissor C.Mirzəyev) filmləri də tarixi mövzulardadır. 
"Nəsimi"  (1973,  rejissor  H.Seyidbəyli,  7-ci 
Ümumittifaq  kinofestivalının  ən  yaxşı  tarixi  film  üçün 
mükafatı,  1975)  filmində  dahi  şairin  həyatı,  o  dövrün 
sosial  və  əxlaqi  problemləri  əksini  tapmışdır.  "Dədə 
Qorqud"  (1975,  rejissor  T.Tağızadə)  filmi  poetikliyi  ilə 
fərqlənir.  "Babək"  (1979, rejissor  E.Quliyev)  filmində  IX 
əsr  Azərbaycan  sərkərdəsi  Babəkin  başçılığı  ilə  Xilafətə 
qarşı xalqın mübarizəsi təsvir edilmişdir. "Nizami" (1982, 
"Mosfılm"  ilə  birlikdə;  rejissor  E.Quliyev)  filmində 
N.Gəncəvinin,  "Qəm  pəncərəsi"  (1987,  rejissor  Anar) 
filmində 
isə 
C.Məmmədquluzadənin 
obrazı 
canlandırılmışdır. 
Azərbaycan bədii televiziya filmləri içərisində "Ad 
günü"  (1977,  rejissor  R.Ocaqov),  8-ci  Ümumittifaq 
televiziya  filmləri  festivalının  1-ci  mükafatı,  Bakı,  1979; 
Azərbaycan  SSR  Dövlət  mükafatı,  1980)  xüsusilə 
fərqlənir. "Dantenin yubileyi", "Təkcə adanı özünlə apara bilməzsən", "Ötən ilin son gecəsi" (1978, 1980, 1983, 
rejissor  G.Əzimzadə),  "Anlamaq  istəyirəm"  (1980, rejissor  O.Mirqasımov)  və  s.  bədii  filmlər  də  Azərbaycan 
televiziyasının istehsalıdır. "Üzeyir ömrü" (1982, rejissor Anar) televiziya filmi geniş arxiv materialları əsasında 
yaradılmışdır. 
"Mozalan" satirlk kinojurnalı 1970 ildə "Azərbaycanfilm" kinostudiyasının nəzdində yaradılmış, 1980 
ildən Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsinin orqanı kimi fəaliyyət göstərmişdir. Dövrün idarə-
etmə sistemi və üslubundakı inkişafa mane olan bürokratizm, süründürməçilik, sənayedə, kənd təsərrüfatında, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə