Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   70   71   72   73   74   75   76   77   ...   94

141 
 
(Həqiqi),  Uzun  Həsənin,  Sultan  Xəlilin  və  Sultan  Yaqubun  təşkil  etdiyi  saray  kitabxanaları  xüsusilə  zəngin 
olmuş, onlarda dövrün bir çox alim, şair, xəttat, rəssam və digər görkəmli şəxsiyyətləri fəaliyyət göstərmişlər. 
Səfəvi hökmdarı I Şah İsmayıl (Xətai) tərəfindən yaradılmış Təbriz saray kitabxanasında Şərqin böyük 
klassiklərindən  Nizaminin,  Firdovsinin,  Sədinin,  Hafizin,  Əssar  Təbrizinin  qiymətli  əlyazmaları  vardı. 
Kitabxananın  nəzdində  həmçinin  əlyazma  kitablarım  hazırlayan,  köçürən,  miniatürlərlə  bəzəyən,  cildləyən, 
bədii tərtibatını təmin edən emalatxana da fəaliyyət göstərirdi. 
1522-ci  ildə  I  Şah  İsmayıl  tərəfindən  kitabxananın  fəaliyyətinə  dair  xüsusi  fərman  imzalanmış,  bu 
fərmanla  görkəmli  rəssam  Kəmaləddin  Behzad  kitabxananın  rəisi  vəzifəsinə  təyin  olunmuşdu.  I  Şah  İsmayıl 
tərəfindən ikinci kitabxana Ərdəbildə, babası Şeyx Səfinin şərəfinə tikdirdiyi məqbərənin nəzdində yaradılmış 
və  bu  elm-mədəniyyət  ocağı  kitabxana  işi  tarixində  Şeyx  Səfi  kitabxanası  kimi  məşhurlaşmışdır.  Səfəvilər 
sülaləsinin hakimiyyətdə olduğu 235 il ərzində fəaliyyət göstərən bu kitabxanaya I Şah İsmayıldan sonra bütün 
Səfəvi hökmdarları tərəfindən qiymətli kitabların hədiyyə edilməsi ənənəyə çevrilmişdir. 
XVII-XVIII  əsrlərdə  bu  kitabxanada  olmuş  bir  sıra  Avropa  alimləri,  səyyahlar  və  elçilər  orada 
saxlanılan qiymətli əlyazmalar haqqında məlumatlar vermişlər. 1852-ci ildə Ərdəbilə daxil olan rus qoşunlarının 
başçısı  general  Suxtelen  Şeyx  Səfi  kitabxanasının  bütün  kitablarmı  A.S.Qriboyedovun  köməyi  ilə  Sankt-
Peterburq  İmperator  Kitabxanasına  (indiki  Saltıkov-Şedrin  adına  Rusiya  Milli  Kitabxanası)  göndərmiş  və  bu 
kitablar  həmin  kitabxananın  Şərq  fondunun  əsasmı  təşkil  etmişdir  (əlyazmalarının  əksəriyyəti  indi  də  orada 
saxlanılmaqdadır). 
Orta  əsrlərdə  kitabxanaların  geniş  yayılmış  formalarından  biri  də  şəxsi  kitabxanalar  idi.  Bu  dövrdə 
Azərbaycanda Bəhmənyarın, Xətib Təbrizinin, Əbül-Üla Gəncəvinin, Xaqaninin, Nizaminin, Fələki Şirvaninin, 
Mücirəddin Beyləqaninin, Nəsirəddin Tusinin və başqaları böyük kitabxanaları olmuşdur. 
XVII  əsr  şəxsi  kitabxanaları  içərisində  Təbrizli  Şərəfəddinin,  Məmmədrza  Məcruhun,  18  əsrdə  isə 
Əbdülrəzzaq  Dünbilinin  kitabxanaları  öz  zənginlikləri  ilə  xüsusilə  fərqlənirdi.  Belə  kitabxanalarda,  əsasən, 
təzkirələr  saxlanılırdı.  Şəxsi  kitabxanalar  şəbəkəsinin  inkişaf  etməsinə  səbəb  ölkədə  təhsilin  inkişaf  edərək 
kütləviləşməsi, kitab hazırlayıb yayan müəssisələrin sayının artması, kitab nüsxələrinin çoxalması idi. 
XVIII əsrin şəxsi kitabxanaları arasında Qarabağ xanı Pənah xanın kitabxanası xüsusilə fərqlənmişdir. 
Pənah xanın (1747-1760) və onun oğlu İbrahimxəlil xanın (1760-1806) hakimiyyəti illərində Qarabağda böyük 
abadlıq, inşaat işlərinin aparılması faktı məlumdur. Şuşada tarixi qalalar tikdirməklə bərabər Pənah xan XVIII 
əsrin  2-ci  yarısında  özünün  saray  əyanlarının  və  eləcə  də  Qarabağa  gələn  hörmətli  qonaqların  istifadə  edə 
biləcəyi  Şərq  üslubunda  möhtəşəm  bir  kitabxana  binası  tikdirmişdir.  Kitabxananın  fondu,  əsasən,  Qarabağın 
məscid  və  mədrəsələrində  toplanmış,  üzü köçürülmüş  qiymətli  əlyazmalar  ilə  zəngin  olmuşdur.  İbrahimxəlil 
xanın hakimiyyəti dövründə kitabxananın fondu daha da zənginləşmiş, hətta uzaq Venesiyadan kitabxana üçün 
kitablar gətirilmişdir. Həmin dövrdə İbrahimxəlil xanın vəziri, dövrünün mütəfəkkir şairi Molla Pənah Vaqif də 
bu kitabxanadan bəhrələnmiş, sonralar burada üzünü köçürdüyü əlyazmalardan və bütün ömrü boyu topladığı 
əsərlərdən ibarət şəxsi kitabxanasını yaratmışdır. 
XIX  əsrin  tanınmış  ziyalılarından  Abbasqulu  ağa  Bakıxanov  uzun  illər  boyu  Şərq  ədəbiyyatına  və 
tarixinə dair topladığı əsərlərdən ibarət zəngin bir kitabxana təşkil etmişdi. Bu kitabxananın əksər hissəsi nadir 
əlyazmalardan ibarət idi. Professor İ.Brez həmin kitabxanada olan əlyazmaların kataloqunu hazırlayaraq 1849-
cu ildə Kazanda nəşr olunan "Dağıstana və Zaqafqaziyaya səyahət" əsərinin əlavələrinə daxil etmişdi. 
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin (Axundov) də böyük şəxsi kitabxanası 
olmuşdur.  Onun  kitabxanasında  fəlsəfəyə,  siyasətə,  təbabətə,  iqtisadiyyata,  tarixə,  coğrafiyaya, 
ədəbiyyatşünaslığa, dilçiliyə, riyaziyyata, fizikaya və s. elmlərə aid kitablar olmuşdur. 
Ən  zəngin  şəxsi  kitabxanalardan  biri  də  1901-ci  ildə  qızlar  üçün  seminariya  açmış  Məmmədqulu 
Kəngərliyə məxsus olmuşdur. Üç bölmədən ibarət həmin kitabxanada, əsasən, hüquq və fəlsəfəyə aid 3041 adda 
kitab toplanmışdır. 
XIX  əsrin  ikinci  yarısında  Azərbaycanda  ilk  ictimai-kütləvi  kitabxanalar  və  qiraətxanalar  meydana 
gəlməyə başladı. 1859-cu ildə Şuşada, 1868-ci ildə Gəncədə, 1887-ci ildə Bakıda ictimai kitabxanalar açıldı. 
1887-ci  ildə  Bakıda  üç kitabxana  var  idi.  1890-ci  ildə  bu  kitabxanalar  birləşdirilərək  Bakı  şəhər  bələdiyyə 
idarəsinə verildi. 1887-ci ildə Qubada, Lənkəranda və Naxçıvanda ictimai-kütləvi kitabxanalar yaradıldı. 
1894-cü ildə görkəmli yazıçı Nəriman Nərimanov tərəfindən yaradılmış ilk ictimai kitibxana-qiraətxana 
Azərbaycanın mədəni həyatında böyük hadisə oldu. Kitabxana 1898-ci ildə çar senzurası tərəfindən bağlandı. 
XIX əsrdə Azərbaycanda ümumi fondu 18 min nüsxə olan 25 kütləvi kitabxana fəaliyyət göstərirdi. 
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mədəniyyət və maarif sahəsində ciddi 
islahatlar  aparmağa  başlamış,  kitabxana  işinin  inkişafına  xüsusi  diqqət  yetirmişdir.  Həmin  dövrdə  ölkədə 
fəaliyyət göstərən bütün təhsil müəssisələrində - xalq məktəblərində, seminariyalarda, politexnik məktəblərdə, 
gimnaziyalarda, realni məktəblərində və s. kitabxanalar yaradılmışdır. 
Xalq Cümhuriyyəti dövründə Azərbaycanda kitabxana kollektoru və iki kitabxana – 1918-ci ildə Mirzə 
Ələkbər  Sabir  adına  Kütləvi  Kitabxana,  1919-cu  ildə  isə  Bakı  Dövlət  Universitetinin  elmi  kitabxanası  təşkil 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə