Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   71   72   73   74   75   76   77   78   ...   94

142 
 
edilmişdir. 1920-ci il aprel işğalına qədər Azərbaycanda 965 məktəb və 102 şəhər və kənd kitabxanası fəaliyyət 
göstərmişdir. 
M.Ə.Sabir adına Kütləvi Kitabxana universal xarakterli olub, o dövr üçün kifayət qədər böyük oxucu 
auditoriyasına malik idi. 1925-ci ildən etibarən bu kitabxana Azərbaycan Respublikasında nəşr olunan kitablarla 
komplektləşdirilməyə  başladı.  Fondu  rus  və  Azərbaycan  ədəbiyyatı  ilə  zəngin  olan  kitabxana  ilk  illər  3  min 
ədəbiyyat  toplaya  bilmişdi.  Sonralar  kitabxananın  fondu  200  minə  çatdı.  Hazırda  M.F.Axundov  adına  Milli 
Kitabxanadan sonra ölkədə fəaliyyət göstərən universal təmayüllü ən iri kitabxanadır. 
Azərbaycan Respublikasının ən böyük ali məktəb kitabxanalarından olan Bakı Dövlət Universitetinin 
Elmi Kitabxanasının əsası 1919-ci ildə Mixaylovski (indiki Məşədi Əzizbəyov adına) xəstəxanasının nəzdindəki 
kitabxananın universitetə verilməsi ilə qoyulmuşdur. Həmin ildə kitabxananın fondunda 250 nüsxə çap vahidi 
olmuşdur. 1920-ci ildə Sabunçu xəstəxanası nəzdindəki kitabxananın fondu da universitetə verilmiş və fondu 
212 çap vahidi olan tibb şöbəsi təşkil edilmişdir. Kitabxananın Şərq şöbəsi Şərq fakültəsinin dekanı professor 
Panteleymon  Kristoviç  Juzenin  təşəbbüsü  ilə  yaradılmışdır.  1922-ci  ildə  professorlar  F.N.İlyin  və  Pavel 
Yuryeviç  Rostovsev  Petroqrada  (Sankt-Peterburq)  ezam  olunmuş  və  onlar  oradan  pulsuz  olaraq  200  puddan 
artıq elmi ədəbiyyat, o cümlədən Rusiya Elmlər Akademiyasının bütün nəşrlərini alıb gətirmişlər. Kitabxananın 
kitab fondu 1924-cü ildə 24713 nüsxəyə çatmışdır. 1928-29 illərdə Bakı Fransız Cəmiyyətinin 1000 nüsxədən 
ibarət kitabı, Maarif İşçiləri Evi Kitabxanasının 2000 cilddən ibarət rus dilində jurnallar komplekti universitetin 
kitabxanasına verilmişdir. Həmin illərdə kitabxananın fonduna professorlardan Bəkir Çobanzadə, P.K.Juze və 
başqalarının şəxsi kitabları da daxil olmuşdur. 
1940-cı  ildə  kitabxananın  fondunda  204613,  1975-cı  ildə  1531769,  2006-cı  ildə  2500000  nüsxə  çap 
vahidi  olmuşdur.  Kitabxana  1971-ci  ildən  ölkənin  bütün ali  məktəb  kitabxanalarının  elmi-metodik  mərkəzi 
sayılır. Onun qızıl fondu nadir, qədim kitablardan, rus ədəbiyyatı fondunun əlyazmalarından, Avropa dillərində 
olan fonddan, eləcə də Azərbaycanşünaslıq və Şərqşünaslıq şöbələrinin ədəbiyyatından ibarətdir. Burada XIV-
XVIII  əsrlərə  aid  nadir  əlyazmaları  toplanmışdır.  Ən qədim  əlyazması  1308-ci  ilə aiddir.  Bu  zəngin  fonddan 
universitetin 15 mindən artıq müəllim və tələbə heyətindən əlavə, Azərbaycanın digər alim və mütəxəssisləri də 
istifadə edir. Onların xidmətinə elmi, tədris və bədii ədəbiyyatdan ibarət olan 5 abonement, 12 qiraət zalı və 30 
kafedra kitabxanası verilmişdir. 
XX əsrin 20-ci illərindən başlayaraq Azərbaycanda kütləvi kitabxanalar və eləcə də müxtəlif tipli sahə 
kitabxana şəbəkələri inkişaf etməyə başladı. 1920 ildə Politexnik İnstitutunun (indiki Neft 
Akademiyası)  kitabxanasının,  1921-ci  ildə  Azərneft  mərkəzi  elmi  kitabxanasının  (indiki  Respublika 
Elmi-Texniki Kitabxanası), 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin kitabxanasının (indiki 
AMEA  Mərkəzi  Elmi  Kitabxanası),  1923-cü  ildə  Azərbaycan  Respublika  Dövlət  Kitabxanasının  (indiki 
M.F.Axundov  adına  Azərbaycan  Milli  Kitabxanası)  və  1925-ci  ildə  Dövlət  Kitab  Palatasının  yaradılması 
Azərbaycanda kitabxana işinin inkişafına təkan verdi. 
1921-ci  ildə  yaradılan  Respublika  Elmi-Texniki  Kitabxanası  normativ-texniki  sənədlər,  patent 
ədəbiyyatı,  elm  və  texnika  sahəsində  ədəbiyyat  və  digər  sənədlərlə  Azərbaycan  Respublikasının 
Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət  Agentliyinə  kitabxana-biblioqrafiya  və  informasiya 
xidmətini  həyata  keçirən  ixtisaslaşdırılmış  kitabxanadır.  Yarandığı  vaxtdan  indiyədək  onun  fondu  normativ-
texniki sənədlər, patent ədəbiyyatı, elm və texnika sahəsində ədəbiyyat və digər sənədlərlə komplektləşdirilir. 
Kitabxana respublikadakı bütün elmi-texniki kitabxanalara metodik rəhbərliyi həyata keçirir. Fonda daxil olan 
yeni  kitablar  barədə  oxuculara  məlumat  vermək,  oxucuların  sorğularmı  öyrənmək  üçün kitabxana  kütləvi 
tədbirlərin müxtəlif növlərindən, daimi sərgilərdən, mövzu sərgilərindən, informasiya günlərindən və normativ-
texniki sənədlərin sərgilərindən geniş istifadə edir. 
1921-ci  il  yanvarın  21-də  Azərbaycan  SSR  Xalq  Torpaq  Komissarlığının  nəzdində  respublika 
əhəmiyyətli ilk sahə kitabxanalarından biri olan Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanası yaradıldı. 40-cı 
illərin əvvəllərində kitabxananın 13 mindən çox kitabı olmuşdur. 
1967-ci ildən Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi nəzdində Respublika Elmi Kənd Təsərrüfatı 
Kitabxanası  kimi  öz  fəaliyyətini  davam  etdirdi.  1967-ci  ildən  kənd  təsərrüfatı  ədəbiyyatına  dair  geniş  oxucu 
kütləsinə  məlumat  çatdırmaq  məqsədilə  məlumat-biblioqrafik  nəşrlər  çap  etdirir.  1973-cü ildən  başlayaraq, 
Azərbaycanda çıxan kənd təsərrüfatına dair bütün ədəbiyyatın məcburi pullu nüsxələrini alır. 
Kitabxananın  39  filialı,  51  şəbəkəsi  fəaliyyət  göstərir.  1982  ildən  kənd  təsərrüfatı  üzrə  depozitar 
mühafizə  mərkəzidir.  Kitabxananın  ümumi  fondunun  həcmi  1  milyon  nüsxəyə  yaxındır.  Kitab  fondu  39260 
nüsxədir (2006). 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Mərkəzi  Elmi  Kitabxanası  respublikada  ölkə  və  dünya 
əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadır. 
Mərkəzi Elmi Kitabxana 1923-cü ildə görkəmli ziyalılar Nəriman Nərimanov,  Əbdürrəhim bəy Haqverdiyev, 
Tağı Şahbazi (Simurğ), Hənəfi Zeynallı və başqalarının təşəbbüsü və yaxından köməyi ilə Azərbaycanın təbii 
sərvətlərini,  iqtisadiyyatını,  tarixini,  fəlsəfəsini,  ədəbiyyat  və  incəsənətini  və  s.  öyrənmək  məqsədi  ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə