Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   74   75   76   77   78   79   80   81   ...   94

147 
 
Respublikası  Nazirlər  Kabineti  "Kitabxana  işi  haqqında"  qərar  qəbul  etdi.  Bu  qərarda  kitabxana  şəbəkələrini 
qoruyub  saxlamaq  və  əhaliyə  xidmət  işini  yaxşılaşdırmaq  üçün  Azərbaycan  Respublikasının  Mədəniyyət 
Nazirliyinin  qarşısında  ciddi  vəzifələr  qoyuldu.  Qərar  keçid  dövründə  kitabxanaların  qorunub  saxlanılmasına 
xeyli  kömək  göstərdi.  Bu  dövrdə  dövlətin  kitabxana  sahəsində  apardığı  siyasətin  mühüm  aspektlərindən  biri 
kitabxanaların maliyyələşdirilməsi oldu. Bütün çətinliklərə baxmayaraq dövlət kitabxanaların saxlanılmasına və 
kitabxana işçilərinin əməkhaqqının verilməsinə lazımı vəsaiti ayıra bildi. Bu, kitabxana şəbəkələrinin qorunub 
saxlanılmasını təmin etdi. 
1998-ci  ildən  başlayaraq  dövlət  büdcə-sində  kitabxanalara  yeni  kitablar  almaq  üçün vəsaitin  nəzərdə 
tutulması  və  onun  ilbəil  artırılması  əhaliyə  kitabxana  xidmətinin  təşkili  işini  xeyli  yaxşılaşdırdı.  Ölkədə  özəl 
müəssisələrin yaradılması ilə əlaqədar olaraq yeni özəl kitabxanalar təşkil edilməyə başladı. Xüsusilə özəl təhsil 
müəssisələrinin, ali və orta ixtisas məktəblərinin kitabxana şəbəkələri formalaşmağa başladı. 
Ayrı-ayrı  nazirliklərin,  idarə  və  müəssisələrin  kitabxanalarında  informasiya  texnologiyası  artmağa, 
kitabxanalar tədricən kompyuterləşdirilməyə, bir çox elmi kitabxanalar şəbəkəsinə internet qoşulmağa başlandı. 
1994-cü ildə ölkədə Parlament Kitabxanasının yaradılması ideyası irəli sürüldü. Bu ideya 1997-ci ildə həyata 
keçirildi. 2006-cı ildə kitabxananın fondunda 7000 kitab olmuşdur. 
Bu  fondun  80  faizini  hüquq  ədəbiyyatı  və  soraq-məlumat  nəşrləri  təşkil  edir.  Parlament  Kitabxanası 
Türkiyə  Böyük  Millət  Məclisinin  Kitabxanası,  Rusiya  Federasiyasının  Duma  Kitabxanası,  Ukrayna,  Belarus, 
Qazaxıstan  və  Tacikistan  parlamentlərinin  kitabxanaları  ilə  rəsmi  sənədlərin  və  çap  əsərlərinin  mübadiləsini 
həyata keçirir. 
1995-97-ci  illərdə  dövlətin  başçısı  Hey-dər  Əliyevin  beş  dəfə  Milli  Kitabxanaya  gəlməsi,  onun  işi, 
əməkdaşları ilə tanış olması, keçirilən tədbirlərdə iştirak və çıxış etməsi bu sahəyə dövlətin diqqət və qayğısının 
nəticəsi idi. 
1998-ci il dekabrın 29-da "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. 
"Kitabxana  işi  haqqında"  Azərbaycan  Respublikasının  Qanununun  tətbiq  edilməsi  barədə  12  mart  1999-cu  il 
fərmanı ilə dövlət başçısı qanunun ayrı-ayrı maddələrinin yerinə yetirilməsinə cavabdeh olan dövlət orqanlarmı 
müəyyənləşdirdi. 
1998-ci ildə həmin Qanunun 8-ci maddəsinə əsasən Respublika Elmi-Texniki Kitabxanasına elmi-sahə 
kitabxanası statusu verildi. 
2003-cü ildə  AMEA-nın  Mərkəzi  Elmi  Kitabxanası  respublikada  elmi  tədqiqat  müəssisəsi  statusuna 
yiyələnmiş ilk kitabxana oldu. Bu isə kitabxanada həyata keçirilən islahatlara daha böyük təkan verməklə onun 
kitabxanaşünaslıq,  biblioqrafiyaşünaslıq  və  informasiya  sahəsində  apardığı  elmi  tədqiqatların  daha  intensiv 
xarakter  almasına,  aktual  elmi  problemlərin  həllində  yaxından  iştirak  etməsinə  və  elmi  dərəcəsi  olan 
yüksəkixtisaslı  mütəxəssisləri  kitabxana  işinə  cəlb  etməyə  imkan  yaratdı.  Burada  yaradılmış  "Azərbaycan 
dövlətçiliyi və Heydər Əliyev Kitabxanası"nda 5000-dən artıq qiymətli kitab saxlanılır. 
2003-cü ildə  dövlət  başçısı  Heydər  Əliyevin  sərəncamı  ilə  Azərbaycan  Respublikası  Prezidenti  İşlər 
İdarəsinin  Kitabxanası  yaradıldı.  Kitabxana  Bakı  şəhərinin  iki  ən  qədim  kitabxanasının  -  Mərkəzi  Şəhər 
Kitabxanasının  (keçmiş  V.İ.Lenin  adına  Kitabxana)  və  Azərbaycan  Respublikası  Prezidenti  İşlər  İdarəsi 
Təsərrüfat  şöbəsinin  nəzdində  olan  kitabxananın  (keçmiş  Siyasi  Maarif  Evinin  Kitabxanası)  bazasında 
formalaşdırıldı.  Kitabxananın  fondunda  XVIII-XIX  əsrlərdə  və  20  əsrin  əvvəllərində  nəşr  olunmuş  müxtəlif 
dillərdə olan zəngin nadir ədəbiyyat nümunələri saxlanılır. Fondda iqtisadiyyata, siyasətə, dövlət quruculuğuna, 
hüquqa,  fəlsəfəyə,  statistikaya, 
tarixə, 
ədəbiyyatşünaslığa 
və 
dilçiliyə  dair  ədəbiyyat  üstünlük 
təşkil edir. 
2004-cü  ildə  Naxçıvanda 
Azərbaycan  tarixində  ilk  elektron 
kitabxananın açılışı oldu. 
Son 
dövrlərdə 
müasir 
informasiya  və  kommunikasiya 
vasitələrinin  kitabxanalarda  tətbiq 
edilməsi,  informasiyanın  elektron 
şəkildə  yığılması,  saxlanılması  və 
ötürülməsi texnologiyasının inkişafı, 
informasiyanın  kağız  üzərindən 
sürətlə elektron daşıyıcılarına keçməsinə təkan vermişdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti 
İlham  Əliyevin  12  yanvar  2004-cü il  tarixli  Azərbaycan  dilində  latın  qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata 
keçirilməsi  haqqında  sərəncamı  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  sərəncamda  yenidən  latın  qrafikası  ilə  çap 
olunan  kitabların  elektron  nəşrinin  və  internet  mühitində  yerləşdirilməsinin,  eləcə  də  bütün  kitabxanalara 


148 
 
hədiyyə  olaraq  paylanılmasının  nəzərdə  tutulması  və  bundan  irəli  gələn  vəzifələrin  artıq  yüksək  səviyyədə 
yerinə  yetirilməsi  dövlət  başçısının  uzaqgörən  siyasətinin  və  Azərbaycan  dövlətinin  ölkədə  informasiya 
cəmiyyətinin qurulmasına verdiyi önəmin bariz nümunəsidir. 
2006-cı ilə olan məlumata görə Azərbaycanda ümumi kitab fondu 38,8 mln. nüsxə olan 4374 kütləvi 
kitabxana fəaliyyət göstərir. Bu kitabxanalar 298,4 min oxucuya xidmət edir. Naxçıvan Muxtar Respublikasında 
2 respublika kitabxanası (M.S.Ordubadi adına Respublika Kitabxanası – 1922-ci ildə yaradılmışdır; A.Babayev 
adına Respublika Uşaq Kitabxanası - 1960 ildə yaradılmışdır) və 7 mərkəzləşdirilmiş kitabxana sistemi fəaliyyət 
göstərir. Onlardan ən qədimi olan Ordubad rayon kitabxanası 1922-ci ildə yaradılmışdır. 
Hazırda respublikanın iri kitabxanalarında kompyuterləşdirmə işləri həyata keçirilir. 
Respublikada  kitabxanaların  fəaliyyətini  koordinasiya  etmək  məqsədilə  Azərbaycan  Kitabxana 
İnformasiya  Konsorsiumu,  Azərbaycan Kitabxana  İşinin  İnkişafı  Assosiasiyası və  Azərbaycan  Kitabxanaçılar 
Cəmiyyəti yaradılmışdır. 
Aybəniz Əliyeva-Kəngərli 
 
Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. 25 ciddə. “Azərbaycan” cildi.  
“Şəhərlər” məqaləsi. Bakı, 2007, səh.705-711. 
 
AZƏRBAYCAN KİTABXANALARI 
 
 
AMEA Mərkəzi Elmi Kitabxanası 
www.csl-az.com
  
M.F.Axundov adına Milli kitabxana 
www.anl.az
  
Prezident kitabxanası 
www.preslib.az
  
Azərbaycan Dillər Universitetinin kitabxanası 
http://adu.edu.az/library.htm
  
Bakı Dövlət Universitetinin kitabxanası 
http://www.bsu.az/lib/
  
"Heydər Əliyev irsi" adlı Beynəlxalq Elektron Kitabxana 
http://www.aliyevheritage.org
  
Qərb Universitetinin kitabxanası 
http://www.wu.edu.az/library.html
  
Azərbaycan Dövlət İqtisad Universitetinin kitabxanası  
http://www.aseu.ab.az/cgi-bin/menu.pl?n=16
  
Bakı Slavyan Universitetinin kitabxanası 
http://www.bsu-az.org/library_az.html
  
Azərbaycan Universitetinin kitabxanası  
http://www.au.edu.az
  
Xəzər Universitetinin kitabxanası 
http://www.khazar.org/sservices/index.shtml
  
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AzKİK) 
www.azlic.aznet.org
  
İqtisadi İslahatlar Mərkəzinin kitabxanası 
http://www.cer.az/kitabxana.htm
  
Qafqaz Universitetinin kitabxanası 
http://www.qafqaz.edu.az/index.php?z=31
  
Tibb Universitetinin kitabxanası 
http://www.medlib.aznet.org/
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə