Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.

səhifə8/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   94

15 
 
Əfsər  Cavanşirov,  dirijor  Yalçın  Adıgözəlov  və  başqa  müasir  Azərbaycan  ifaçılığının  tanınmış 
nümayəndələridir. 
Azərbaycan  muğam  ifaçılıq  və  el  sənəti  ənənələrinin  qorunub  saxlanılması  və  inkişafında 
xanəndələrdən  xalq  artistləri    X.Şuşinski,  Rübabə  Muradova,  Şövkət  Ələkbərova,  Əbülfət  Əliyev,  Sara 
Qədimova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Arif Babayev, İslam Rzayev, Hacıbaba Hüseynov, Qədir 
Rüstəmov,  Canəli  Əkbərov,  Alim  Qasımov,  əməkdar  artist  Z.Adıgözəlov,  tarzənlərdən  xalq  artistləri  Əhməd 
Bakıxanov,  Hacı  Məmmədov,  Bəhram  Mənsurov,  Əliağa  Quliyev,  Ramiz  Quliyev,  əməkdar  artistlər  Əhsən 
Dadaşov, kamançaçalanlardan xalq artistləri Habil Əliyev, Şəfiqə Eyvazova, nağara-çalan əməkdar artist Çingiz 
Mehdiyev,  qarmonçalanlardan  Abutalıb  (A.Yusifov),  Kor  Əhəd,  Kərbəlayi  Lətif,  Teyyub  Dəmirov,  Avtandil 
İsrafilov, sazçalan Ədalət Nəsibov və başqa xüsusi xidmət göstərmişlər. Respublikada həmçinin kamera orkestri 
(1964, rəhbəri N.Rzayev), xor kapellası (1966, bədii rəhbəri E.Novruzov, sonralar G.İmanova), Muğam Teatrı 
(1989,  bədii  rəhbəri  İ.Rzayev),  Azərbaycan  televiziyası  və  radiosunun  Niyazi  ad.  simfonik  orkestri,  Musiqi 
cəmiyyəti (1987- 89 illərdə sədri R.Behbudov, 1989 ildən F.Bədəlbəyli) fəaliyyət göstərir. 1989-cu ildə Dövlət 
Nəfəs Alətləri Orkestri yaradılmışdır. 
Azərbaycan 
musiqisinin 
uğurları 
respublika 
bəstəkarlarının 
qurultaylarında  (1962,  1968,  1973,  1979,  1985,  1990),  "Zaqafqaziya  baharı" 
festivallarında (1958, 1965, 1975), Alma-Ata, Səmərqənd simpoziumlarında və 
bir  sıra  başqa  xarici  ölkələrdə  keçirilən  milli  incəsənət  günlərində  və 
ongünlüklərdə  nümayiş  etdirilmişdir.  Azərbaycan  musiqi  ifaçılığının 
inkişafında  respublikada  keçirilən  müxtəlif  müsabiqə  və  festivalların 
əhəmiyyəti böyükdür. Bunlardan xalq çalğı alətləri ifaçılarının Ü.Hacıbəyov ad. 
müsabiqəsi  (1986,  Bakı;  Orta  Asiya,  Qazaxıstan  və  Cənubi  Qafqaz 
respublikaları  nümayəndələri  də  iştirak  etmişlər),  xarici  ölkə  musiqiçilərinin 
iştirakı ilə Q.Qarayev ad. "XX əsr musiqisi" festivalı (1986, 1988), "Bakı-87" 
caz festivalı, gənc xanəndələrin C.Qaryağdı oğlu ad. müsabiqəsi (1987, 1989), 
Cənubi  Qafqaz,  Qazaxıstan,  Orta  Asiya  və  Dağıstan  xalqları  gənc  ozanlarının 
müsabiqəsi (1989, Gəncə), "Xarı bülbül" muğam festivalı (1989, Ağdam, Şuşa), 
"Üzü zirvəyə" yeni musiqi günləri (1989, Bakı) uğurla keçmişdir. 
Musiqişünaslar  Azərbaycan  musiqisinin  müxtəlif  janrlarmı  və  sənətkarların  yaradıcılıqlarını  tədqiq 
etmişlər.  Dərin  tarixi  köklərə  malik  müasir  Azərbaycan  musiqişünaslığının  əsası  Ü.Hacıbəyov  tərəfindən 
qoyulmuşdur. O, Azərbaycan musiqisinin səs sistemi, lad, melodiya, ritm, ifaçılıq sənəti, operanın problemləri 
və  başqa  məsələləri  araşdırmış,  xalq  musiqisi  sahəsində  apardığı  elmi  tədqiqatlarmı  "Azərbaycan  xalq 
musiqisinin  əsasları"  (1945)  fundamental  əsəri  ilə  tamamlamışdır.  Ü.Hacıbəyovun  musiqi-nəzəri  irsi  yeni 
musiqişünaslar nəsli tərəfindən davam və inkişaf etdirilmişdir (bax Musiqişünaslıq bölməsinə). 
Müstəqil  Azərbaycan  Respublikasının  ictimai-siyasi  həyatında  baş 
verən  dəyişikliklər,  gərgin  proseslər,  zamanın  yeni  özəllikləri  musiqiyə  də 
böyük  təsir  göstərmiş,  onu  yeni  mövzularla  zənginləşdirmişdir.  Bu  dövr 
Azərbaycan  musiqisinin  inkişafında  ümummilli  lider  Heydər  Əliyevin  rolu 
böyük olmuşdur. Onun himayə və qayğısı, məqsədyönlü siyasəti nəticəsində 
ölkənin  ağır  ictimai-iqtisadi  durumu  şəraitində  Azərbaycan  mədəniyyəti  və 
incəsənəti  inkişaf  etdirilmişdir.  Azərbaycan  bəstəkarları  əsərləri  ilə  ölkədə 
baş  verən  hadisələrə  münasibət  bildirmiş,  dövrün  mənəvi  çalarlarını 
həssaslıqla ifadə etmişlər. Azərbaycan bəstəkarları hörmət və ehtiram əlaməti 
olaraq  Heydər  Əliyevə  bir  sıra  əsərlər  ithaf  etmişlər  (C.Hacıyev,  8  saylı 
simfoniya;  A.Məlikov,  "Əbədiyyət"  simfoniyası;  V.Adıgözəlov,  "Azərbay-
can"  kantatası;  R.Mustafayev,  "Atamız  Heydər"  və  Ramiz  Mirişli,  "Məşəl 
kimi  yanan  ürək"  odaları;  T.Bakıxanov,  "Xatirə  poeması";  Sərdar  Fərəcov,  "Böyük  vətəndaş  haqqında  oda"; 
Vasif Allahverdiyev, "Ömür yolu" simfonik poeması). 
Müstəqilliyin bərpa olunması ilə Azərbaycan musiqisinin dünyada baş verən müasir mədəni proseslərə 
inteqrasiya etmək imkanları daha da genişlənir. Dünyada gedən ümumi qloballaşma prosesinin axınına düşən 
Azərbaycan  bəstəkarları  bu  şəraitdə  milli  ənənələrin  və  irsin  qorunmasın  xüsusi  fikir  verir,  milli  musiqi  ilə 
müasir  tendensiyaları  yeni  səviyyədə,  yeni  formalarda  sintezləşdirməyə  çalışırlar.  Ölkənin  hazırkı  siyasi 
durumu, daim müharibə təhlükəsi, Vətəni tərənnüm edən, Vətəni müdafiəyə çağıran, Qarabağ müharibəsinə, 20 
Yanvar  faciəsinə  həsr  edilən  əsərlər  bəstəkar  yaradıcılığının  mühüm  hissəsini  təşkil  edir  [V.Adıgözəlovun 
"Qarabağ  şikəstəsi"  və  "Qəm  karvanı"  (1999)  oratoriyaları;  T.Bakıxanovun  "Qarabağ  harayı"  (2001) 
simfoniyası; A.Əlizadənin "Ana torpaq" (1993) odası; Sevda İbrahimovanın tar və simfonik orkestr üçün "Sənin 
üçün darıxmışam, Şuşam" (1999) və başqa]. 


16 
 
Bu dövrdə bəstəkarlar tarixi-ədəbi yazılı abidələrə, folklor motivlərinə müraciət etmiş, klassik ədəbiyyat 
nümunələrindən bəhrələnmişlər.  
Müstəqillik  dövründə  bəstəkarları  maraqlandıran  yeni  mövzulardan  biri  də  uzun  illərin  qadağasından 
çıxan islam dini, onun tarixi və "Quran"dır. F.Qarayevin ansambl və maqnitofon yazısı üçün "Xütbə, muğam və 
surə",  R.Həsənovanın  orqan  üçün  "Qəsidə"  (1991),  R.Mirişlinin  solist,  xor  və  simfonik  orkestr  üçün 
"Peyğəmbərin  tərifi"  vokal  poeması  (1997),  A.Ağasıyevin  solist  və  xor  üçün  "Ən  ulu  eşqim"  (1997)  bu 
mövzuya həsr edilmişdir. Azərbaycan bəstəkarlarının müstəqillik dövrü yaradıcılığı janr baxımından zəngindir. 
Son  illərdə  ən  çox  müraciət  olunan  sahələrdən  biri  xor  musiqisidir.  R.Mustafayevin  "Salatın"  (1990), 
V.Adıgözəlovun  "Çanaqqala"  (1998),  F.Əlizadənin  "Əbədiyyətə  səyahət"  oratoriyaları,  X.Mirzəzadənin  a 
capella xoru üçün 2 miniatürü, S.İbrahimovanın "Əziziyəm" vokal silsiləsi bu dövrə mənsubdur. Janrın müxtəlif 
interpretasiya  formaları  qeyd  edilir:  kantata-plakat,  kantata-and,  kantata-apofeoz,  kantata-epitafıya.  Daha  çox 
kiçik həcmli əsərlərə meyl duyulur. Xor əsərləri üslub baxımından çoxşaxəlidir. 
Simfonik  musiqi  sahəsində  həm  iri-həcmli  monumental  mövzulu  simfoniyalar,  həm  də  nisbətən 
kiçikhəcmli  əsərlər  yazılmışdır.  Üstünlük  miniatür,  yığcam  formalara  verilmiş,  düzüm  və  üslub  baxımından 
fərqli əsərlər - simfonik lövhələr, simfonik rəqslər, simfonik  muğamlar, simfonik süitalar, müxtəlif alətlər və 
orkestr üçün konsertlər və s. yaradılmışdır [A.Məlikov, 7 və 8 saylı simfoniyalar (1995, 2001); X.Mirzəzadə, 
"Orkestr üçün xatirə"; T.Bakıxanov, simfonik orkestr üçün "Türk eskizləri" (1999) və "Şərqdən gələn sədalar" 
(2000) süitaları; Aqşin Əlizadə, simfonik rəqslər (1994); A.Dadaşov, "Katarsis", simfonik orkestr və səs üçün 
10 saylı simfoniya (1996); F.Qarayev, simfonik orkestr üçün 4 postlüdiya (1990); C.Quliyev, simli orkestr üçün 
"Dastan"  (2001);  F.Hüseynov,  simfonik  orkestr  üçün  "Quarani  kapriççiosu"  (2000)].  H.Xanməmmədov 
(kamança  və  simfonik  orkestr  üçün konsert,  1991;  tar  və  simfonik  orkestr  üçün 5  saylı  konsert,  1993); 
T.Bakıxanov  (tar  və  simfonik  orkestr  üçün  4  saylı  konsert,  1993);  A.Rzayev  (tar  və  kamera  orkestri  üçün 
"Düşüncə"  və  "Qaytağı",  1995);  N.Əzimov  (tar  və  xalq  çalğı  alətləri  orkestri  üçün  "Xatirə",  1991); 
S.İbrahimova  (səs,  tar  və  simli  orkestr  üçün "Qurbansız  qalan  tarım",  "Elegiya-xatirə")  və  başqa  xalq  çalğı 
alətləri orkestri üçün müxtəlif səpgili əsərlər yazmışlar. 
Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərləri məzmun rəngarəngliyi, 
forma və üslub müxtəlifliyi, alətlərin tərkibinin orijinallığı ilə fərqlənir. Yeni 
mövzuların, müasir ifadə vasitələrinin, yeni yazı texnikasının sınanması üçün 
şərait  yarandığından,  bəstəkarlar  bu  janra  daha  çox  müraciət  edirlər. 
Bəstəkarların  əsərlərində  milli  musiqidən,  xalq  çalğı  alətlərindən  istifadə 
prinsipləri  yeniləşir,  xalq  musiqisi  ilə  müasir  musiqi  sintezinin  yeni, 
rəngarəng  formaları  yaranır.  Çalğı  alətlərinin  tərkibi  keçmiş  illərlə 
müqayisədə  genişlənir,  orijinal  ansambl  tərkibləri  yaranır  [F.Əlizadənin 
"Merac"  (1998)  əsəri  (ud  və  kamera  ansamblı  üçün),  "Oazis"  (1999)  simli 
kvartet  və  maqnit  yazısı,  "Deyişmə"  (2001,  arfa  və  maqnit  yazısı  üçün); 
C.Quliyevin  "Karvan"  (2000)  əsəri  (fleyta,  saz  və  violonçel  üçün); 
F.Qarayevin  "Forst  şəhəri üçün musiqi" (1997, royal,  vibrafon  və  marimba 
üçün)]. 
Kamera-vokal  musiqisi  sahəsində  A.Məlikov,  Ş.Axundova, 
T.Bakıxanov,  Hökumə  Nəcəfova,  S.İbrahimova,  İ.Hacıbəyov,  R.Mirişli, 
F.Əlizadə, A.Dadaşov, E.Dadaşova, Aydın Əzimov, Rəhilə Həsənova, Faiq Sücəddinov, Adilə Yusifova kimi 
bəstəkarlar əsərlər yazmışlar. 
Müstəqillik dövründə musiqili teatr - opera və balet səhnəsi üçün yazılan əsərlər azdır. Ölkənin mövcud 
ictimai-siyasi,  iqtisadi  durumundan  gələn  obyektiv  və  subyektiv  səbəblər  üzündən  bu  janrların  inkişafında 
durğunluq nəzərə çarpır. Uzun fasilədən sonra V.Adıgözəlovun səhnəyə qoyulan "Natəvan" (2003, dekabr) əsəri 
milli  operanın  inkişaf  tarixində  layiqli  yer  tutdu.  O.Zülfüqarov,  R.Şəfəq,  A.Dadaşov,  R.Həsənova,  Cəlal 
Abbasov,  Fərhəng  Hüseynov,  S.Fərəcov  uşaqlar  üçün  operalar  yazmışlar.  Ş.Axundova,  S.İbrahimova, 
Ə.Cavanşirov,  R.Şəfəq,  Elnarə  Dadaşova,  Azad  Ozan  Kərimli,  İlham  Abdullayevin  bir  sıra  xor,  kamera-
instrumental, kamera-vokal əsərləri də uşaqlar üçün nəzərdə tutulmuşdur. 
Balet  janrı  bir  sıra  yeni  əsərlərlə  zənginləşir  (X.Mirzəzadə,  "Ağlar  və  Qaralar",  2000;  A.Əlizadə, 
"Qafqaza səyahət", 2002; P.Bülbüloğlu, "Eşq və ölüm", 2005). 
Müstəqillik  dövründə  Azərbaycan  bəstəkarlarının  xaricdə  keçirilən  müxtəlif  musiqi  festivallarında, 
beynəlxalq  müsabiqələrdə,  dünyanın  mötəbər  mədəniyyət,  musiqi  layihələrində  iştirak  etmək,  Azərbaycan 
musiqisini dünyada təmsil edib, onu daha da yaxşı tanıtdırmaq imkanları genişlənmişdir. 
A.Məlikovun,  V.Adıgözəlovun,  X.Mirzəzadənin,  A.Əlizadənin,  T.Bakıxanovun,  F.Qarayevin, 
İ.Hacıbəyovun,  F.Əlizadənin,  C.Quliyevin,  E.Dadaşovanın,  R.Həsənovanın,  Q.Məmmədovun,  F.Hüseynovun 
əsərləri Türkiyə, Norveç, Hollandiya, Kipr, ABŞ, İsveçrə, Almaniya, Tailand və s. ölkələrdə səslənmiş, nüfuzlu 
müsabiqələrin qalibləri olmuşdur. A.Qasımov 1999 ildə muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda 




Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə