Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   76   77   78   79   80   81   82   83   ...   94

151 
 
Dövlət muzeyləri 
 
Milli Azərbaycan Tarixi Muzeyi 
 
Muzey  Azərbaycan  tarixinin  bütün  dövrlərinə  aid  maddi  və  mənəvi  mədəniyyət  abidələrinin 
toplanılması,  öyrənilməsi,  nümayişi  və  təbliği  ilə  məşğul  olan  elmi  tədqiqat  və  mədəni-maarif  müəssisəsidir. 
1920-ci ilin iyun ayında "Doğma diyarın tədris muzeyi" adı ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 
məktəbdənkənar  işlər  şöbəsində  təzəcə  təşkil  olunmuş  "Muzekskurs"  yarımşöbəsinin  nəzdində  yaradılmışdır. 
Əsas bazasını Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ildönümü münasibətilə 1919-cu il dekabrın 7-də 
açılmış "İstiqlal" muzeyinin materialları təşkil edirdi. 
1920-ci ilin iyulundan həmin  muzeyin şərəfinə "Doğma diyarın tədris muzeyi  -  İstiqlal", 1920-ci ilin 
oktyabrından 1936-cı ilin martınadək Azərbaycan SSR Dövlət Muzeyi adlandırılmışdır. 1920-ci ilin iyulundan 
məşhur  neft  sahibkarı  və  xeyriyyəçi  Hacı  Zeynalabdin  Tağıyevin  1895-1901-ci  illərdə  tikdirdiyi  sarayda 
yerləşdirilmişdir.  İlk  tamaşaçılarmı  1921-ci  ilin  mayında  qəbul  etmişdir.  Yarandığı  ilk  illərdə  muzeydə  tarix, 
arxeologiya və etnoqrafiya, botanika və zoologiya, mineralogiya və geologiya, təsviri incəsənət və bədii sənət, 
xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və 
Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqə-də 
fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyəti və komissiyanı 
özündə birləşdirdi. Sonrakı illərdə dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi. 
1930-cu  illərin  ortalarında  böyüməkdə  olan  nəslin  siyasi  tərbiyəsi  məsələlərinə  diqqətin  artırılması,  muzey 
ekspozisiyasında  sosialist  cəmiyyətinin  "üstünlüklərini"  nümayiş  etdirməyin  vacibliyinə  dair  partiya  və 
hökumətin  tələblərinin  həyata  keçirilməsi  tarixin  totalitar  rejimin  siyasətinə  uyğun  öyrənilməsi  və  təbliğini 
günün  əsas  məsələlərindən  etdi.  Məktəblərdə  tarixin  tədrisinə  artırılan  diqqət  yeni  tipli  tarix  və  tarix-
diyarşünaslıq  muzeylərinin  yaranması  ilə  müşayiət  olundu.  Azərbaycan  SSR  XKŞ-nin  31  mart  1936-cı  il 
qərarına görə Azərbaycan Dövlət Muzeyinin yenidən qurulması, tarix profilli yeni muzeyin yaradılması və onun 
Azərbaycan Tarixi Muzeyi adı ilə yenicə təşkil 
edilmiş  SSRİ  EA-nın  Azərbaycan  Filialına 
verilməsi  ilə  nəticələndi.  Bu,  keçmiş  Dövlət 
Muzeyinin  tərkibindən  1934-cü  ildə  çıxmış 
Teatr  Muzeyindən  başqa  qeyri-tarix  profilli 
digər sahələrin ayrılmasına və yeni muzeylərin 
(Təbiət  Tarixi  Muzeyi,  İncəsənət  Muzeyi,  Din 
və  Ateizm  Tarixi  Muzeyi,  Ədəbiyyat  Muzeyi 
və  s.)  yaranmasına  səbəb  oldu.  30-cu  illərin 
sonu  -  40-cı  illərin  əvvəllərində  baş  verən 
kütləvi  repressiya  və  müharibə  alimlərin, 
muzey  işçilərinin  sıralarmı  seyrəltdi.  1941-ci 
ildən  bu  vaxtadək  müstəqil  qurum  olan  Tarix 
Muzeyi SSRİ EA Azərbaycan Filialının Tarix, 
Dil  və  Ədəbiyyat  İnstitutunda  muzey  şöbəsinə 
çevrildi.  İki  il  sonra  yenidən  müstəqilləşən 
Azərbaycan  Tarixi  Muzeyi  1945-ci  ildə 
yaradılmış Azərbaycan SSR EA-nın tərkibində 
eyni adla fəaliyyətə başladı. 2005-ci ilin noyabrında Nazirlər Kabinetinin sərəncamı ilə ona milli muzey statusu 
verildi.  1920-1941-ci  illərdə  H.Z.Tağıyevin  mülkündə  və  Şirvanşahlar  Sarayında,  əsasən,  tarixi  mövzularda 
sərgilər  təşkil  edən  muzey  (1941-52-ci  illərdə  H.Z.Tağıyev  mülkündə  Azərbaycan  SSR  XKŞ Nazirlər  Soveti 
yerləşdirilmişdi) müharibə və sonrakı illərdə elmi tədqiqat (xüsusilə arxeoloji) işlərinə daha çox üstünlük verdi. 
1953-cü ildə Tağıyev mülkünün yenidən muzeyə qaytarılması və dövlətin muzey quruculuğu sahəsində gördüyü 
tədbirlər Tarix Muzeyində xalqın ta qədimdən bu günədək tarixini əks etdirən elmi ekspozisiyanın qurulması 
üçün şərait  yaratdı.  Muzeydə  hazırda  9  şöbə  (Azərbaycanın  ən  qədim  dövrlərdən  XIX  əsrin  əvvəllərinədək 
tarixinin  elmi  ekspozisiya  şöbəsi,  Azərbaycanın  XIX-XX  əsrin  əvvəlləri  tarixinin  elmi  ekspozisiya  şöbəsi, 
Azərbaycanın XX-XXI əsrlər tarixinin elmi ekspozisiya şöbəsi, Elmi maarif şöbəsi, Fondların uçot və təsnifatı 
şöbəsi, Arxeologiya elmi fond şöbəsi, Etnoqrafiya elmi fond şöbəsi, Heraldika elmi fond şöbəsi, Numizmatika 
və epiqrafika elmi fond şöbəsi), 12 fond, 2 laboratoriya (Fondların elmi restavrasiyası və Foto laboratoriyaları), 
3  qrup  (Bədii  tərtibat,  Ekspozisiyanın  təhlükəsizliyi  xidməti  və  İstehsalat  qrupları)  fəaliyyət  göstərir.  2005-
2006-cı  illərdə  həyata  keçirilən  bərpa  və  restavrasiya  işlərindən  sonra  muzeyin  8  otağında  Azərbaycan 
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi yaradılmışdır. 


152 
 
Muzeydə ekspozisiya, elmi tədqiqat, elmi-kütləvi və fond işlərinin əsas istiqamətlərini tarix elminin son 
illərdə əldə etmiş olduğu nailiyyətlərə və muzeyşünaslığın dünya təcrübəsi ilə təsdiq olunan müasir prinsiplərinə 
əsaslanaraq  ekspozisiyanın  qurulması,  onun  daim  zənginləşdirilərək  təkmilləşdirilməsi  təşkil  edir.  Muzeyin 
fondlarında müxtəlif dövrlərə aid 250 mindən çox eksponat, 1920-ci ildə təşkil olunmuş zəngin kitabxanasında 
isə, əsasən, XIX-XX əsrin birinci yarısına aid 80 mindən çox kitab, nadir qəzet və jurnal nüsxələri toplanmışdır. 
Arxeologiya fond şöbəsində qorunan eksponatlar Azərbaycanın Paleolit dövründən son orta əsrlərədək 
olan tarixinə aiddir. Burada daşdan düzəldilmiş əmək alətləri, misdən, tuncdan, dəmirdən hazırlanmış təsərrüfat 
və məişət əşyaları, saxsı və gil qablar, bəzək şeyləri saxlanılır. Ötən əsrin 20-50-ci illərində Gəncədə, Dağlıq 
Qarabağda,  Şəkidə,  Qəbələdə,  Naxçıvanda,  Qobustanda,  Mingəçevirdə  və  b.  yerlərdə  aparılan  arxeoloji 
tədqiqatlar respublikanın ilk arxeoloji mərkəzi olan bu şöbənin adı ilə bağlıdır. Azərbaycanın ilk arxeoloqları 
Davud  Şərifov,  İshaq  Cəfərzadə,  V.Leviatov,  Saleh  Qazıyev,  Məhəmmədəli  Hüseynov  və  başqaları  əmək 
fəaliyyətinə  bu  muzeydə  başlamışlar.  60-cı  illərdən  arxeoloji  işlərin  aparılması,  əsasən,  AMEA-nm  Tarix 
İnstitutuna həvalə edilsə də, muzey yeni bir sahənin  sualtı arxeoloji tədqiqatların mərkəzinə çevrilir, 1968-72-ci 
illərdə Xəzərin bir sıra yerləri tədqiq olunur və zəngin maddi mədəniyyət nümunələri aşkar edilir. 
Numizmatika və Heraldika fond şöbələrində müxtəlif dövrlərə dair təqribən 150 min ədəd sikkə və pul 
qorunur. Fondlarda həmçinin orden, medal və nişanlar, möhürlər, poçt markaları da saxlanılır. 
Etnoqrafiya fondunda müxtəlif mis, saxsı, gil qablar, Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus kişi və 
qədim geyimləri, xalça və xalça məmulatı və s. mühafizə olunur. 
Azərbaycan  zərgərlərinin  orta  əsrlərdən  müasir  dövrədək  hazırladıqları  bəzək  nümunələri  muzeyin 
qiymətli metallar fondunda saxlanılır. 
Silah  və  bayraqlar  fondunda  qorunan  Azərbaycan  xanlıqlarına,  XIX  əsrdə  çar  ordusu  tərkibində 
fəaliyyət  göstərən  azərbaycanlılardan  təşkil  olunmuş  hərbi  birləşmələrə  məxsus  bayraqlar,  XIX  əsrin 
əvvəllərində ölkənin Rusiya tərəfindən işğalı zamanı ələ keçirilən şəhərlərin qapılarının açarları, müxtəlif silah 
növləri nadir eksponatlardır. 
Sənədli  mənbələr  fondunda  müxtəlif  sənəd,  fotoşəkil,  albom,  afişa,  qəzet,  açıqca  və  s.  qorunur. 
Hədiyyələr  və  xatirə  əşyaları  fondunda  bədii  sənət  nümunələri,  müxtəlif  xarici  ölkələrdən  Azərbaycana 
bağışlanmış hədiyyələr və s., Təsviri materiallar fondunda, əsasən, Azərbaycan rəssamlarının bir sıra qiymətli 
əsərləri saxlanılır. 
Foto-kino sənədləri və texniki sənaye materialları fondlarında Azərbaycan tarixinin müxtəlif dövrlərini 
işıqlandıran zəngin maddi mədəniyyət nümunələri vardır. 
Muzeydə  Azərbaycan  tarixinə,  arxeologiya  və  etnoqrafiyasına  dair  geniş  tədqiqat  işləri  aparılır, 
aspirantura  fəaliyyət  göstərir,  elmi  əsərlər,  toplular,  kataloqlar,  bukletlər  nəşr  edilir,  ekspozisiya  və  sərgilər 
vaxtaşırı yenisi ilə əvəz olunur. Muzeyin xarici ölkə muzeyləri ilə (ABŞ, Norveç, Türkiyə, Macarıstan, Rusiya 
və b.) qarşılıqlı əlaqələri vardır. 
 
Muzeyin ünvanı: Bakı şəhəri

Z. Tağıyev küç., 4 
Telefon :493 36 48 
 
*** 
 
Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi 
 
Muzey 1936-cı ildə Azərbaycan Dövlət Muzeyinin incəsənət şöbəsi əsasında yaradılmış, 1937-ci ildə 
açılışı olmuşdur. 1943-cü ildən muzey tanınmış teatr rəssamı R.Mustafayevin adını daşıyır. Muzeydə 16 mindən 
artıq bədii sənət nümunəsi, rəsm və heykəltəraşlıq əsəri, dekorativ-tətbiqi sənət əşyaları toplanmışdır. Burada, 
əsasən, Azərbaycan, Qərbi Avropa, rus, Şərq rəssamlarının və xalq sənətkarlarının əsərləri qorunub saxlanılır. 
Muzeydə  ekspozisiyalar  tarixi-xronoloji  ardıcıllıqla  ölkələr  üzrə  qurulmuşdur.  Muzeydə  Azərbaycan 
incəsənətinin  qiymətli  nümunələrinin  geniş  kolleksiyası  toplanmışdır.  Burada  arxeoloji  qazıntılar  zamanı 
Mingəçevir və Xanlar rayonları ərazisindən tapılan e.ə. VI-IV  minilliklərə aid məişət əşyaları, XI-XI əsrlərin 
kaşı,  bürünc,  xalça,  mis  məmulatları,  zərgərlik  nümunələri  nümayiş  etdirilir.  Muzeydə  Mirzə  Qədim  İrəvani, 
Mir  Möhsün Nəvvab,  Usta  Qənbər  Qarabaği,  Abbas  Hüseyni,  Bəhruz  Kəngərli,  Əzim  Əzimzadə  ilə  yanaşı, 
Mikayıl  Abdullayev,  Tahir  Salahov,  Ələkbər  Rzaquliyev,  Qəzənfər  Xalıqov,  İsmayıl  Axundov,  Salam 
Salamzadə, Baba Əliyev, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Ömər Eldarov, Fərhad 
Xəlilov, Fuad Əbdürrəhmanov, Tokay Məmmədov, İbrahim Zeynalov kimi rəssam və heykəltəraşların əsərləri 
saxlanılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə