Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   77   78   79   80   81   82   83   84   ...   94

153 
 
Qərbi  Avropa  incəsənətini  Leonardo  Bassano,  Françesko  Solimena,  Adrian  Brauver,  Yustus 
Sustermans,  Piter  Klass,  Frist  Avqust 
Kaulbax,  Jül  Dyüpre  və  b.  məşhur 
rəssamların  əsərləri  təmsil  edir. 
Muzeydə  rus  incəsənəti  Aleksey 
Qavriloviç 
Venesianov, 
Vasili 
Vasilyeviç 
Vereşşagin, 
Valentin 
Aleksandroviç 
Serov, 
İqor 
Emmanuiloviç 
Qrabar, 
Sergey 
Vasilyeviç  Gerasimov,  Aleksandr 
Aleksandroviç 
Deyneka 
və 
başqalarının tabloları ilə təmsil olunur. 
İncəsənət  Muzeyində  geniş 
elmi-metodiki  iş  aparılır.  Muzeyin 
eksponatları  dəfələrlə  xarici  ölkələrdə 
(Fransa,  Böyük  Britaniya,  Çexiya, 
Slovakiya,  Əlcəzair,  Suriya,  Kanada, 
Kuba  və  s.)  nümayiş  etdirilmiş,  müxtəlif  sərgilər,  xarici  ölkə  muzeylərinin  eksponatlarının  nümayişi,  digər 
mədəni-kütləvi tədbirlər təşkil olunmuşdur. Muzeyin bərpa emalatxanası, kitabxanası, laboratoriya və fondları 
var. 1938-ci ildə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə muzeyin filialı açılmışdır. Muzey elmi əsərlər, 
kataloqlar, bukletlər və albomlar nəşr etdirir. 
 
Muzeyin ünvanı: Bakı şəhəri, Niyazi küçəsi, 9/11  
Telefon :492-57-89, 492-51-17 
 
*** 
 
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 
 
Muzey  1939-cu  ildə  yaradılmış,  1945-ci  ilin  mayından  fəaliyyətə  başlamışdır.  Ölkənin  ədəbiyyat 
təmayüllü muzeyləri arasında baş muzeydir. 1959, 1967 və 2003-05-ci illərdə xeyli genişləndirilmiş və yenidən 
qurulmuşdur.  Burada  Azərbaycan  ədəbiyyatının  ən  qədim  zamanlardan  müasir  dövrə  qədər  keçdiyi  yol 
işıqlandırılır. Muzeydə Azərbaycan ədəbiyyatı tarixini əks etdirən müxtəlif sənədlər, əlyazmalar, kitablar və s. 
Ilə  yanaşı,  qədim  və  orta  əsrlərə  aid 
maddi  mədəniyyət  nümunələri,  daş 
kitabələr, rəsm və heykəltəraşlıq əsərləri, 
xalçalar  və  s.  Qiymətli  eksponatlar 
nümayiş  etdirilir.  Muzey  Azərbaycan 
ədəbiyyatı  tarixini  hərtərəfli  öyrənib 
təbliğ  etmək,  milli  ədəbiyyat  və 
mədəniyyət 
nümunələrini 
toplayıb 
mühafizə  etmək,  dünya  ədəbiyyatı 
tarixində  ədəbi-bədii  irsin  yeri,  rolu, 
əhəmiyyəti  ilə  ictimaiyyəti  tanış  etmək 
istiqamətində  iş  aparır.  30  zalı  var. 
Materialların  toplanması,  tədqiqi,  elmi 
fondlarda  qorunması,  ekspozisiya  və 
sərgilərdə 
nümayiş 
etdirilməsi 
istiqamətində  aparılan  fundamental, 
nəzəri  və  praktik  işlərlə  muzeyin 
“ Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi”, “ Yeni və müasir Azərbaycan ədəbiyyatının 
tədqiqi və təqdimi”, “ Mədəni irs və mənbəşünaslıq”, “ Beynəlxalq əlaqələr və komparativistika”, “ Elmi inkişaf 
və  tədris  layihələri”,  “ Ədəbi  mərasimlər,  ictimaiyyətlə  iş  və  nəşrlər”,  “ Ekspozisiyanın  qorunması,  izahı  və 
audiomüşayiətin  təmini”,  “ Bədii  tərtibat  və  bərpa”  adlanan  8  elmi  şöbəsi  məşğul  olur.  Şöbələrdə  həm 
Azərbaycan  ədəbiyyatının  tarixi  və  nəzəri  problemləri,  həm  də  muzeyşünaslıq  problemləri  üzrə  iş  aparılır.  3 
texniki şöbə inzibati-təsərrüfat işləri ilə məşğul olur. Muzeyin 3 filialı "Sergey Yeseninin Mərdəkandakı xatirə 
ev-muzeyi",  "Xurşud  banu  Natəvan  adına  Şuşa  muzeyi"  və  Kürdəmirdə  yerləşən  "Aran  ədəbiyyatı  muzeyi" 
fəaliyyət göstərir.  


154 
 
Muzeyin  ekspozisiya  zallarında  Nizami  Gəncəvi,  Xaqani  Şirvani,  Məhsəti  Gəncəvi,  Nəsirəddin  Tusi, 
İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Mirzə Şəfi 
Vazeh,  Qasım  bəy  Zakir,  Abbasqulu  ağa  Bakıxanov,  Mirzə  Fətəli  Axundzadə,  Mirzə  Ələkbər  Sabir,  Cəlil 
Məmmədquluzadə,  Əbdürrəhim  bəy  Haqverdiyev,  Hüseyn  Cavid,  Salman  Mümtaz,  Cəfər  Cabbarlı,  Səməd 
Vurğun, Mir Cəlal, Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər, Rəsul Rza, İlyas Əfəndiyev 
kimi  tanınmış  şair  və  yazıçılara,  ədəbiyyatşünaslara  həsr  olunmuş  stendlər,  orijinal  fotomateriallar,  rəsm 
əsərləri, sənədlər, kitablar, həmçinin şəxsi əşyalar vardır. Muzey müxtəlif elmi əsərlər, monoqrafiyalar, buklet 
və bələdçilər nəşr etdirir. Onların arasında əlyazma və səsyazmaları özündə birləşdirən "Qaynaq", mərasimlər, 
ildönümlər,  görüşlər  barədə  məlumatları  əks  etdirən  "Məclis  muzeyin  fondlarında  saxlanılan  unikal 
eksponatların öyrənilməsinə həsr olunmuş "Saxlanc", müxtəlif dillərdən tərcümələri özündə birləşdirən "Şərq" 
və  "Risalə"  adlanan  elmi  araşdırmalar  topluları,  fundamental  "Füzuli  ensiklopediyası  üçün tərtib  olunmuş 
"Sözlük"  vardır.  Dəyərli  nəşrlər  sırasında  "Bakının  ədəbiyyat  muzeyləri",  "Məhəmməd  Füzuli",  "Sergey 
Yesenin"  və  s.  bukletlərinin,  elm  və  mədəniyyət  xadimlərinin  muzeydə  olan  memorial  fondları  üzrə 
kataloqlarının  ("Cəlil  Məmmədquluzadə",  Bakı,  1996;  "Xurşud  banu  Natəvan",  Bakı,  1997;  "Mirzə  Fətəli 
Axundov, Bakı, 1997; "Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə", Bakı, 1999; "Tağı 
Şahbazi Simurğ, Əli Nəzmi, Firidun bəy Köçərli, Bakı, 2003) adlarını çəkmək olar. 
 
Muzeyin ünvanı: Bakı şəhəri, İstiqlaliyyət küç., 53  
Telefon.: (994 12) 4921864 
 
*** 
 
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi 
 
Muzey 1967-ci ildə təşkil olunmuşdur. Xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə 
dünyada ən böyük xalça kolleksiyasına malik, xalça sənəti üzrə ilk nüfuzlu, ixtisaslaşmış muzeydir. 
Muzeyin  kolleksiyasında  öz  kompozisiya  və  ornament  quruluşuna,  eləcə  də  rəng  həllinə  görə  bir-
birindən seçilən, Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi klassik xalça məktəblərinə məxsus 
olan  XVII-XX  əsrlərə  aid  xalçalar  saxlanılır.  Muzeydə  öz  zərifliyi,  rəsm  və  naxış  elementləri  ayrıntılarının 
nəcibliyi, səthə taxılmış kimi görünən, toxunması belə hiss olunmayan elementləri, xırdalanmış cizgi rəsmləri, 
yığcam rəng qammaları ilə seçilən "Pirəbədil", "Qımıl", "Sırt-Çiçi" və s. kimi Quba xalçaları, zərif cizgi rəsmi, 
mürəkkəb ornamentləri ilə fərqlənən "Xilə-Buta", "Novxanı", "Fatmayi" və s. kimi Bakı xalçaları diqqəti çəkir. 
Qədim Azərbaycan xalçalarına oxşayan "Muğan", "Şilyan" kimi Şirvan xalçalarında kompozisiyalar ciddi ritmlə 
realizə  edilir,  onlar  sakit  kolorit  üstünlüyü ilə  səciyyələnir.  Kolleksiyada  yüksək  kompozisiya  ustalığı,  geniş 
fantaziya, kolorit əlvanlığı ilə diqqəti cəlb edən "Xanlıq", "Malıbəyli", "Ləmpə" kimi Qarabağ xalçaları, olduqca 
böyük şərtiliyə əsaslanan "Faxralı", "Şıxlı", "Borçalı", "Qaçağan", "Qədim Göyçə", "Dəmirçilər" kimi Gəncə və 
Qazax  xalçaları  xüsusi  yer  tutur.  Dairəvi  və  ya  spiralvarı  plastik  formaların  dekoru  ilə  dünyanın  əbədiliyi, 
gözəlliyi  və  həyat  ritmi  haqqında  təsəvvür  yaradan  Təbriz  xalçaları  ("Sərabi",  "Əfşan",  "Ləçəktürünc"  və  s.) 
muzeyin qiymətli eksponatlarından hesab olunur. Herodot, Klavdi Elian, Ksenofont kimi antik tarixçilərin qeyd 
etdikləri xüsusiyyətləri kolleksiyadakı bu xalçalarda izləmək mümkündür. Muzeydə orta əsr ərəb tarixçilərinin 
və  Azərbaycan  şairlərindən  Nizaminin  (XII  əsr),  Xaqaninin  (XII  əsr)  məlumat  verdikləri  tipdə  xalçaların 
nümunələri də saxlanılır. Muzeyin kolleksiyasında olan xalçaların kompozisiya təsvirlərinə İntibah dövrünün bir 
çox  Avropa rəssamlarının əsərlərində rast gəlinir. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz 
körpəsi  ilə"  tablosunda  "Şirvan"  xalçasının,  Van  Eykin  "Müqəddəs  Məryəm"  əsərində  "Zeyvə"  xalçasının, 
alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfirlər" əsərində "Qazax" xalçasının təsvirləri verilmişdir. Bundan 
başqa muzeydə palaz, cecim, kilim, şəddə, zili, ladı, vərni və sumax daxil olmaqla, bir-birindən rəng çalarları, 
çeşniləri və texnoloji toxunma üsulları ilə seçilən xovsuz xalçalar, yaraşıqlı bəzək elementləri ilə toxunulmuş 
məfrəş, xurcun, heybə, çanta, çul, xaral və s. kimi xalça məmulatları da toplanmışdır. Muzeyin ekspoziyasında 
qiymətli  metaldan  hazırlanmış  zərgərlik  məmulatları,  zinət  əşyaları  və  soyuq  silahlar,  üzərində  oyma  ilə 
işlənmiş çini, şüşə, ağac və daş əşyalar, bədii tikmə və parça, kişi, qadın və uşaq milli geyimləri, zərif naxışlı 
bədii metal məmulatlar və s. xalq tətbiqi sənəti nümunələri nümayiş etdirilir. Onların içərisində Tunc dövrünə 
aid  tunc  və  keramikadan  düzəldilmiş,  üzəri  həndəsi  və  zoomorf  naxışlarla  bəzədilmiş  qablar,  silahlar,  bəzək 
əşyaları və s. arxeoloji nümunələr diqqəti daha çox cəlb edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə