Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   80   81   82   83   84   85   86   87   ...   94

159 
 
Muzeydə Gəncənin qədim qapısının fotoşəkli nümayiş olunur. Bu qapını 1063-cü ildə dəmirçi Osman 
oğlu İbrahim hazırlayıb. 1140-cı ildə gürcü çarının hücumu zamanı qarət kimi Gürcüstana aparılan qapı hazırda 
Gürcüstanın Herat monastırında saxlanılır. 
Muzeyin salonlarından biri dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunub. Bu bölmədə həmçinin 
XII əsrdə yaşamış şairlərdən Məhsəti Gəncəvi və Əbül-üla Gəncəvi barədə məlumat verilir. Gəncə hökmdarı 
Cavad xan, şair Mirzə Şəfi Vazeh, Azərbaycan Xalq Cümhuriyyəti barədə materiallar Gəncənin nisbətən yaxın 
tarixini əks etdirir.  
Muzeyin ünvanı: Gəncə şəhəri, Atatürk prospekti, 244  
Telefon :56-35-94 
 
*** 
 
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 
 
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi (QAEMK) 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi 
ilə  Bakının  Xəzər  rayonunun  ərazisindəki  qədim  Qala  kəndində 
yaradılmışdır. Muzeyə gələnlər burada Qala kəndinin qədim tarixi ilə 
tanış  olurlar.  Dünyanın  açıq  səma  altında  yaradılmış  nadir 
muzeyləridən  olan  QAEMK-da  eramızdan  əvvəl  III  minillikdən  bu 
günə  qədər  Qala  kəndində  yaşayan  əhalinin  həyat  tərzi,  kurqanlar, 
sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam 
və  sair  canlı  olaraq  qorunub  saxlanılmışdır.  Dulusçuluq, 
çörəkbişirmə sexləri orta əsrlərdəki kimi bu gün də fəaliyyət göstərir. 
İki  hektar  ərazisi  olan  muzey  kompleksdə  Abşeron  yarımadasında 
tapılmış  və  eramızdan  əvvəl  III-II  minilliklərdən  orta  əsrlərə  qədər 
dövrü əhatə  edən  qayaüstü  rəsmlər,  Qavaldaş,  keramika,  məişət  və 
bəzək  əşyaları,  silah  və  sikkələr,  qədim  yaşayış  kompleksinin  konservasiya  olunmuş  qalıqları  və  sair 
yerləşdirilmişdir.  
 


160 
 
İşğal olunmuş ərazilərdəki muzeylər 
 
1988-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində 600-dən çox tarixi-
memarlıq abidəsi, 12 muzey, 6 rəsm qalereyası, 927 kitabxana, 85 musiqi məktəbi, 4 dövlət teatrı qalmışdır. 
İşğal olunmuş yerlərdəki mədəniyyət abidələri və obyektləri - xatirə-memorial kompleksləri, muzey-qoruqlar, 
məscidlər, məqbərələr, məbədlər, tarixi əhəmiyyət daşıyan yaşayış binaları və s. talan edilərək dağıdılmışdır. 
 
Kəlbəcər tarix-diyarşünaslıq muzeyi 
 
1982-ci  ilin  sentyabrında  yaradılmışdır.  Ermənistanın  işğalçı  ordusu  tərəfindən  dağıdılmış  muzeylər 
içərisində yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarına görə ən zəngin muzeylərdən biri idi. Muzeydə 
geologiya, arxeologiya materialları, maddi-mədəniyyət, incəsənət əşyaları toplanmışdı. Muzeyin həyəti 900 m
2
-
dən artıq sahəni tuturdu. Burada nadir bitki, o cümlədən ağac nümunələri, müxtəlif qaya təsvirləri, qoç  və at 
fiqurları,  arxeoloji  əhəmiyyət  daşıyan  nümunələr  toplanmışdı.  Muzeyin  fondunda  30  mindən  artıq  eksponat 
saxlanılırdı.  Muzeydə  Qanlıkənd  istiqamətində  yerləşən  məşhur  Lök  qalasının  maketi,  Kəlbəcər  dağlarında 
yaşayan bir çox vəhşi heyvanın müqəvvası, 150 mln. yaşı olan, Tərtərçay qumluğunda aşkar edilmiş daşlaşmış 
ilbiz  nümunələri,  ibtidai  icma  quruluşu  dövrünə  aid  olan  oxlar,  bıçaqlar,  baltalar,  dəmir  nizə  ucluqları  və  s. 
nümayiş  etdirilirdi.  Muzeydə  Aşıq  Ələsgərin  vəsf  etdiyi  kəlbəcərli  Güləndamın  şəkli,  onun  şəxsən  toxuduğu 
100-dən artıq gəbə və kilim saxlanılırdı. Kəlbəcər tarix-diyarşünaslıq muzeyi 1993-cü ilin aprel ayında erməni 
işğalçıları tərəfindən məhv edilmişdir. 
 
*** 
Şuşa tarix muzeyi. 
 
Muzey Şuşada yerləşirdi. Tarix-diyarşünaslıq profilli muzeydə Şuşa şəhərinin tarixini əks etdirən nadir 
fotoşəkillər,  XIX  əsr-XX  əsrin  əvvəllərinə  aid  sənədlər,  Şuşada  XVIII-XIX  əsrlərdə  inşa  edilmiş,  tarixi 
əhəmiyyət daşıyan yaşayış evlərinin sxemləri, maketləri və fotoşəkilləri, Şuşada yaşamış Azərbaycan ziyalıları, 
maarifçiləri,  xanəndələri,  musiqişünasları  və  yazıçıları  haqqında  maraqlı  stendlər,  eksponatlar  nümayiş 
etdirilirdi. Dekorativ-tətbiqi sənət bölməsində qiymətli incəsənət əşyaları, dolçalar, qazan dəstləri, dulusçuluq 
məmulatları,  Şuşada  və  ətraf  kəndlərdə  toxunmuş  xalçalar,  gəbələr,  bədii  toxuculuq  nümunələri  saxlanılırdı. 
1992 ilin  may  ayına  qədər  fəaliyyətini davam  etdirmişdir.  Eksponatların  xeyli hissəsini  erməni  təcavüzündən 
xilas etmək mümkün olmamışdır. 
 


161 
 
Ev-muzeylər və xatirə-memorial muzeylər 
 
Azərbaycanda  ev-muzeylərin  və  xatirə-memorial  muzeylərin  geniş  şəbəkəsi  yaradılmışdır.  Bu  tipli 
muzeylər həm Bakıda, həm də respublikanın ayrı-ayrı yerlərində fəaliyyət göstərir. 
 
Cəfər Cabbarlının ev-muzeyi. 1982-ci ildə Bakıda yaradılmışdır. Muzeydə böyük dramaturqun həyat və 
yaradıcılığını  əks  etdirən  9000-ə  yaxın  müxtəlif  eksponat,  fotoşəkil,  ədibin  pyeslərinin  tamaşaları  üçün 
hazırlanmış  maket  saxlanılır.  Son  illərdə  muzey  əsaslı  şəkildə  yenidən  qurulmuş,  ekspozisiyası 
genişləndirilmişdir. 
Muzeyin ünvanı: Bakı şəhəri, H.Sultanov küçəsi, 44  
Telefon :438-43-50 
*** 
 
Üzeyir Hacıbəyovun ev-muzeyi. 1975-ci ildən Bakıda fəaliyyət göstərir. Muzeydə görkəmli bəstəkar, 
professional musiqi sənətinin banisi Ü.Hacıbəyova məxsus müxtəlif əşyalar, bəstəkarın şəxsi kitabxanası, yazı 
stolu,  yarımçıq  qalmış  "Azərbaycan"  simfonik  poemasının  partiturası,  iş  otağında  royal  və  skripka,  kitab  və 
qəzetlər saxlanılır. Muzeydə geniş elmi tədqiqat işləri aparılır, Ü.Hacıbəyovun əsərlərinin ən yaxşı ifası üçün 
yaradıcılıq gecələri və müsabiqələr təşkil edilir. 
 
Muzeyin ünvanı: Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi, 67  
Telefon :495-25-34  
 
*** 
 
Mirzə  Ələkbər  Sabirin  ev-muzeyi.  Şamaxı  şəhərində  yerləşir.  Muzeydə  Azərbaycanın  böyük  satirik 
şairi  M.Ə.Sabirin  həyat  və  yaradıcılığını  əks  etdirən  eksponatlar:  rəsm  əsərləri,  kitablar,  müxtəlif  sənədlər 
nümayiş  etdirilir,  mütəmadi  olaraq  Sabir  irsinə  həsr  olunmuş  mədəni-kütləvi  tədbirlər,  yaradıcılıq  gecələri, 
Yazıçılar Birliyinin xətti ilə ənənəvi Sabir poeziya günləri və s. keçirilir. 
 
Muzeyin ünvanı : Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, 28.  
Telefon :9-34-63  
 
*** 
 
Səməd Vurğunun ev-muzeyi. 1975-ci ildə Bakıda açılmışdır. Eksponatlarının sayı 16000-dən çoxdur. 
Ekspozisiyada  şairin  iş  otağındakı  yazı  stolu,  royal,  onun  şəxsi  əşyaları    ov  tüfəngi,  sazı,  son  əlyazmaları, 
həmçinin kitablar, fotolar, sənədlər, S.Vurğuna həsr olunmuş məqalələr və s. nümayiş etdirilir. Muzeydə xatirə 
günləri,  görüşlər,  poeziya  saatı  və  başqa  tədbirlər  keçirilir.  Qazaxın  Yuxarı  Salahlı  kəndində  S.Vurğunun 
Poeziya Evi yaradılmışdır. 
 
Muzeyin ünvanı: Bakı şəhəri , T.Əliyarbəyov küçəsi, 4  
Telefon :493-56-52  
 
*** 
Nəriman Nərimanovun xatirə muzeyi. 1977-ci ildə Bakıda yaradılmışdır. Muzeydə görkəmli yazıçı və 
dövlət  xadimi  N.Nərimanovun  həyat  və  yaradıcılığını  əks  etdirən  sənədlər,  fotolar,  kitablar  toplanmışdır. 
Muzeyin ekspozisiya zalında 2 minə yaxın eksponat nümayiş etdirilir. 
 
Muzeyin ünvanı: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 35  
Telefon :492-05-15 
 
*** 
 
Cəlil Məmmədquluzadənin ev-muzeyi. 1978-ci ildə Bakıda yaradılmış, 1994-cü ildə açılışı olmuşdur. 
C. Məmmədquluzadənin ev-muzeyi 5  zaldan ibarətdir. Mühafizə olunan eksponatların sayı 4600-dən çoxdur. 
Onlar  muzeyin  əsas  fonduna  toplanıb.  Əsas  fondun  materialları  “ Molla  Nəsrəddin” jurnalları  və  digər  tarixi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə