Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə85/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   81   82   83   84   85   86   87   88   ...   94

162 
 
jurnallardan,  kitablardan,  qəzetlərdən,  rəsm  əsərlərindən,  ev-məişət  əşyalarından,  əlyazmalardan,  afişalardan 
ibarətdir. Ekspozisiyada 500-ə yaxın eksponat qoyulmuşdur. 
Naxçıvan şəhərində də C.Məmmədquluzadənin ev-muzeyi yaradılmışdır (1998). 
 
Muzeyin ünvanı: Bakı şəhəri, Süleyman Tağızadə küç. 56. 
Telefon :492 94 09 
 
*** 
 
Hüseyn  Cavidin  ev-muzeyi.  1981-ci  ildə  ümummilli  lider  Heydər  Əliyevin  bilavasitə  təşəbbüsü və 
qayğısı  sayəsində  Bakıda  yaradılmışdır.  1991-ci  ildən  fəaliyyətə  başlamışdır.  1995-ci  ilədək  Mədəniyyət 
Nazirliyinin tərkibində olmuş, həmin ildə AMEA-nın tabeliyinə verilmişdir. Vaxtilə Hüseyn Cavidin yaşadığı 
binada (Bakı, İstiqlaliyyət küçəsi, 8) yerləşir. Muzeyin ekspozisiya və fondlarında görkəmli dramaturq Hüseyn 
Cavidin  həyat  və  yaradıcılığını  əks  etdirən  7000-ə  yaxın  eksponat  mühafizə  olunur.  Muzey  elmi  tədqiqat 
müəssisəsi kimi fəaliyyət göstərir. 
Muzeyin  yaradılmasında,  eksponatların  toplanılmasında,  habelə  Hüseyn  Cavid  yaradıcılığının 
öyrənilməsində  1991-ci  ildən  ömrünün sonunadək  (2004)  muzeyin  direktoru  kimi  çalışan  qızı Turan  Cavidin 
böyük əməyi olmuşdur. 
Naxçıvan şəhərində də Hüseyn Cavidin ev-muzeyi yaradılmışdır (1981). 
 
Muzeyin ünvanı: Bakı şəhəri Istiqlaliyyət küç., 8 
Telefon :492 06 57                                         
 
*** 
 
Məmməd Səid Ordubadinin ev-muzeyi. Görkəmli ədibin ev-muzeyi 1979 ildə Bakıda yaradılmış, açılışı 
1990-cı  ildə  olmuşdur.  Əsas  fondunda  1300-dən  artıq  eksponat  var.  Eksponatlar  3  bölmədə  saxlanılır:  xatirə 
əşyaları,  yazılı  xatirələr,  təsviri  sənət.  Muzeydə  incəsənət  əsərləri  də  vardır.  Muzeyin  giriş  hissəsində 
M.S.Ordubadinin büstü nümayiş etdirilir. 
 
Muzeyin ünvanı: Bakı şəhəri ,Bülbül prospekti, 15  
Telefon :493-50-85 
 
*** 
 
Bülbülün ev-muzeyi. Azərbaycan professional vokal sənətinin banisi Bülbülün memorial muzeyi 1976-
cı ildə Bakıda yaradılmış, açılışı 1982-ci ildə olmuşdur. Muzeydə 9000-dən çox eksponat saxlanılır. 1982-ci ildə 
muzeyin  Şuşa  şəhərində  açılmış  filialı  1992-ci  ildə  erməni  işğalçıları  tərəfindən  vəhşicəsinə  dağıdılmışdır. 
Həmin filialın maketi Bülbülün Bakıdakı ev-muzeyində saxlanılır. 
 
Muzeyin ünvanı: Bakı şəhəri, Bülbül prospekti,15  
Telefon :493-56-97 
*** 
 
Abdulla Şaiqin mənzil-muzeyi. Ədibin həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji 
fəaliyyətini,  onunla  ünsiyyətdə  olan  yazıçı  və  ziyalıların  fəaliyyətini  işıqlandıran  bir  mədəniyyət  ocağıdır. 
Myzey  1990-cu  ildə  Abdulla  Şaiqin  oğlu  Kamal  Talıbzadənin  təşəbbüsü ilə,  Azərbaycan  Nazirlər  Sovetinin 
qərarı  ilə  yaranmışdır.  Muzey  keçmiş  Yuxarı  dağlıq  küçəsində,  vaxtilə  ədibin  və  onun  ailəsinin  yaşadığı 
binadakı mənzildə yerləşir. Muzeydə 4000-dən çox eksponat vardır 
 
Muzeyin ünvanı: Bakı şəhəri, A. Şaiq küç., 21.  
Telefon: 92 29 61 
*** 
 
Yusif  Məmmədəliyevin  memorial  muzeyi.  1985-ci  ildə  yaradılmışdır.  AMEA-nın  Neft-Kimya 
Prosesləri İnstitutunda yerləşir. Muzeydə görkəmli kimyaçı alim, SSRİ EA-nın müxbir üzvü, akademik Yusif 
Heydər  oğlu  Məmmədəliyevin  (1905-1961)  həyatını  və  elmi  fəaliyyətini  əks  etdirən  fotosənədlər,  diplomlar, 
müxtəlif rəsmi sənədlər, Y.Məmmədəliyevin elmi kəşflərinə dair sxemlər nümayiş etdirilir.  


163 
 
 
Muzeyin ünvanı: Bakı şəhəri, Xocalı pr., 30  
 Telefon: (994 12) 4902476 
 
*** 
 
Bəhruz Kəngərlinin ev-muzeyi. Muzey Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən 
biri,  təsviri  sənətimizdə  realist  dəzgah  boyakarlığının  banisi  Bəhruz  Kəngərlinin  xatirəsini  əbədiləşdirmək 
məqsədilə 2002-ci ildə Naxçıvan şəhərində Bəhruz Kəngərlinin ev muzeyi yaradılmışdır. Burada 361 eksponat 
qorunub saxlanılır və nümayiş etdirilir ki, bunların da 56-ı rəssamın əsərlərinin orijinalı, qalanları isə əsərlərinin 
fotosurətlərindən,  habelə  ailəsi,  həyat  və  fəaliyyəti  ilə  bağlı  sənədlərdən,  məişət  əşyalarından  və  digər 
materiallardan ibarətdir. Xəstəliyi ilə əlaqədar qısa ömür sürmüş və cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul 
olmaq imkanı qazanmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır. 
Muzeyin ünvanı: Naxçıvan şəhəri, Atatürk  küçəsi 75 
*** 
 
Cəmşid  Naxçıvanskinin  ev-muzeyi.  Muzey  1981-ci  ildə  Kəngərli  xanları  nəslinin  nümayəndəsi, 
Azərbaycan  atıcı  diviziyasının  komandiri  general  Cəmşid  Naxçıvanskinin  anadan  olmasının  85  illiyi  ilə 
əlaqədar  onun  yaşadığı  evdə  yaradılmışdır.  Muzeydə  C.Naxçıvanskinin  həyat  və  fəaliyyətini  əks  etdirən 
fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları və s., 
ümumiyyətlə  5229  eksponat  nümayiş  etdirilir.  Bunların  içərisində  C.Naxçıvanskiyə,  Azərbaycan  atıcı 
diviziyasının tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar və s. xüsusi yer tutur. 
 
Muzeyin ünvanı: Naxçıvan şəhəri, Atatürk  küçəsi, 6 
 
*** 
 
Murtuza  Nağıyevin  memorial  muzeyi.  1998-ci  ildə  yaradılmışdır.  AMEA-nın  Kimya  Problemləri 
İnstitutunda  yerləşir.  Muzeydə  görkəmli  kimyaçı-texnoloq,  Sosialist  Əməyi  Qəhrəmanı,  akademik  Murtuza 
Fətulla oğlu Nağıyevin (1908-1975) həyat və fəaliyyətini əks etdirən materiallar: alimin fundamental əsərləri, 
təltifləri,  sənədlər,  fotolar,  albomlar  toplanmışdır.  Muzeydə  alimin  büstü  (heykəltəraş  A.Mustafayev) 
qoyulmuşdur. 
 
Muzeyin ünvanı: Bakı şəhəri H.Cavid pr., 29  
 Telefon: 4392908, 4387756, 
*** 
 
Rostropoviçlərin ev-muzeyi. Görkəmli musiqiçilərin ev-muzeyi 1998-ci ildə yaradılmış, açılışı 2002-ci 
ildə  olmuşdur.  Ev-muzey  Mstislav  Rostropoviçin  anadan  olduğu  və  uşaqlıq  illərini  keçirdiyi  evdə  yerləşir. 
Muzeyin ekspozisiyası iki hissədən ibarətdir. Birinci hissədə Rostropoviçlər ailəsinin yaşadığı evin ab-havası, o 
dövrkü  mühit  əks  etdirilmişdir.  Ekspozisiyanın  ikinci  hissəsində  M.L.Rostropoviçin  həyat  və  yaradıcılıq 
fəaliyyətinin ən mühüm anları, eyni zamanda onun Bakı ilə əlaqələrini təsdiqləyən materiallar nümayiş olunur. 
Muzeydə M.Rostropoviç haqqında olan filmlər, maestronun ifası ilə yazılmış audio kasetlər və disklər vardır. 
 
Muzeyin ünvanı: Bakı şəhəri, L.və M. Rostropovçlər küçəsi, 19 
Telefon: (99412) 492 02 65 
 
İstifadə olunmuş ədəbiyyat: 
 
Azərbaycan Milli Ensiklopediyası. 25 ciddə.“Az ərbaycan” cildi.  
Bakı, 2007, “ Muzeylər” məqaləsi, səh.713-723. 
 
Naxçıvan Ensiklopediyası. I-II-ci cildlər, Naxçıvan, 2005 
 
http://www.nakhchivan.az 
 
www.azertag.com 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə