Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə86/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   82   83   84   85   86   87   88   89   ...   94

164 
 
http://www.mct.gov.az
 
 
http://www.icom.azeurotel.com/az
 


165 
 
Azərbaycanın bədii sənətkarlığı dünya muzeylərində 
 
Azərbaycan  incəsənəti  xalqımızın  tarixi  qədər  qədim  və  zəngindir.  Qobustanın  qaya  təsvirləri,  Qafqaz 
Albaniyasının  bədii  keramika  və  metal  məmulatı,  bədii  şüşə  və  oyma  sənəti,  orta  əsrlərdə  dünya  şöhrəti 
qazanmış Təbriz miniatür sənəti nümunələri, rəngarəng xalçalar, tikmələr, şirli saxsı qablar, kaşı sənəti, zərif 
oyma şəbəkələr və gözəl zərgərlik məmulatları - bütün bunlar bədii irsimizin çox zəngin olduğunu sübut edir.  
Xalqımızın  əməyi  sayəsində  yaranıb  onun  həyat  və  məişətində  geniş  istifadə  edilən  el  sənətlərimizin 
böyük və zəngin bir tarixi vardır.  
Araşdırmalar göstərmişdir ki, Azərbaycan ərazisində yaşayan tayfalar hələ 4 min il bundan əvvəl daşdan, 
gildən, metaldan orijinal formalı qab-qacaq, silah və bəzən örnəkləri düzəldib öz həyat və məişətlərində istifadə 
etmişlər.  
Bu sənət əsərləri öz orijinal forması, dəqiq işlənməsi və xüsusən üzərindəki bəzəkləri ilə çoxdandır sənət 
araşdırıcılarının diqqətini özünə cəlb etmişdir.  
Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, 
İstambulun,  Tehranın,  Qahirənin  zəngin  muzey  kolleksiyalarına  baxarkən  orada  Təbriz,  Naxçıvan,  Gəncə, 
Qazax,  Quba,  Bakı,  Şəki,  Şamaxı  və  Qarabağ  ustalarının  bacarıqlı  əlləri  ilə  yaradılmış  sənət  nümunələrini 
görmək olar.  
Dünya  muzeylərinin  bəzəyi  sayılan  bu  nadir  sənət  əsərlərimizin  Avropa,  Asiya,  Amerika  qitəsindəki 
ölkələrin  muzey  və  şəxsi  kolleksiyalarına  yayılması  da  böyük  bir  tarixə  malikdir.  Onların  bir  çoxu  ayrı-ayrı 
şəxslərdən  alınmış,  bəzilərini  müxtəlif  vaxtlarda  ölkəmizdə  olmuş  əcnəbi  səyyah,  tacir,  diplomat  və  alimlər 
gətirmiş, bəziləri isə qarət olunmuşdur.  
Moskva  muzeylərində  Azərbaycan  sənətkarlığı  nümunələri.  Uzun  illər  aparılan  elmi  araşdırmalar 
göstərmişdir ki, hazırda dünyanın bir çox görkəmli şəhərlərində olduğu kimi Moskva 
şəhərində  də  Azərbaycan  xalqının  əsrlər  boyu  yaratdığı  sənət  nümunələrinin  böyük 
bir qismi mühafizə olunur.  
Bunlar  əsas  etibarı  ilə  Kremlin  Silah  palatasında,  Şərq  xalqları  muzeyində, 
Dövlət  Tarix  muzeyində,  Xalq  yaradıcılığı  muzeyində,  Moskva  və  onun  ətrafında 
yerləşən  kilsələrdə  (Savvo-Storojevski,  Sergiyevo  kilsələri,  Kiril-Belozyerski 
monastrı və s.) cəm olunmuşdur.  
Moskvada  Azərbaycan  sənətkarlarığının  ən  bədii  və  orijinal  nümunələri 
hazırda Kremlin Silah palatasındadır.  
Burada  türk,  İran,  hind,  Fransa,  İngiltərə,  alman  xalq  sənəti  nümunələri  ilə 
yanaşı  müxtəlif  zamanlarda  Azərbaycanda  yaradılmış  bir  çox  orijinal  sənət 
nümunələri də nümayiş etdirilir.  
Silah  palatasındakı  Azərbaycana  aid  sənət  nümunələrinin  böyük  bir 
qismini  zərgərlik  və  bədii  metal  məmulatları  təşkil  edir.  Bunlardan  zərif 
naxışlarla  həkk  olunub,  qiymətli  daş-qaşlarla  bəzədilmiş  başlıqları, 
qalxanları,  qılınc,  xəncər  və  bəzək  nümunələrini  xüsusilə  qeyd  etmək 
lazımdır.  
Kremlin Silah palatasında nümayiş etdirilən 
Azərbaycan  zərgərliyi  nümunələri  içərisində  XVI 
əsrə  aid  bədii  bir  qalxan  tamaşaçıların  nəzərini 
xüsusilə cəlb edir.  
Qalxanla əlaqədar olaraq, Azərbaycanda düzəldilmiş bu dövrə aid iki maraqlı 
əsəri  də  qeyd  etməliyik.  Bunlardan  biri  müharibə  zamanı  zadəganlar  tərəfindən 
istifadə edilən zirehli baş geyimi, o birisi isə bir cüt dirsəklikdir.  
Bu  nadir  sənət  əsərlərinin  də  bədii  qalxan  kimi  nə  vaxt,  kim  tərəfindən 
Moskvaya gətirildiyi haqda dəqiq bir məlumat yoxdur.  
Silah  palatasında  saxlanılan  metal  məmulatları  bəzəyindən  danışarkən  bəzən 
rəsm və naxışlar arasında olan ərəb əlifbası ilə yazılmış sözlər və kəlmələr haqqında 
da söhbət açmaq lazım gəlir. Bunlarda hansı usta tərəfindən kim üçün, kimin sifarişi 
ilə və nə vaxt düzəldiyini bildirən sözlərə, bəzən qurandan götürülmüş kəlmələrə və 
yaxud klassik Şərq şairlərinin şerlərinə də rast gəlinir.  
Silah  palatasında  saxlanılan  parçalarımızı  öz  bədii  xüsusiyyətlərinə  görə  iki  qrupa  bölmək  olar: 
ornamental və süjetli parçalar.  
Süjetli  parçalarımız  daha  orijinal  və  qiymətlidir.  Çünki  bu  tipli  parçalarımız  üzərində  biz  Şərq 
klassiklərinin əsərlərindən və Azərbaycan xalq yaradıcılığından götürülmüş müxtəlif mövzulu səhnəciklərə rast 
gəlirik.  


166 
 
Silah palatasında saxlanılan bu tipli parçalarımızdan biri daha çox maraq doğurur.  
Sankt-Peterburq  Muzeylərində  Azərbaycan  sənətkarlığı  nümunələri.  Azərbaycan  ustalarının 
yaratdığı sənət nümunələrini mühafizə edən muzeylər içərisində Sankt-Peterburq şəhərində yerləşən muzeylər 
görkəmli yer tuturlar. Belə muzeylər sırasına ilk növbədə Sankt-Peterburq Dövlət Ermitajını, Kazanski Sobor və 
s. yerləri aid etmək olar.  
Dövlət  Ermitajının  Şərq  incəsənəti  şöbəsində  İran,  türk,  çin,  yapon  və  ərəb 
xalqlarının  maddi-mədəniyyəti  ilə  yanaşı  Azərbaycan  xalqının  da  əsrlər  boyu 
yaratdığı bir çox nadir sənət nümunələri nümayiş etdirilir.  
Burada  ən  qədim  dövrlərdən  tutmuş  əsrimizin  əvvələrinədək  Azərbaycan 
ustaları  tərəfindən  düzəldilmiş  zərgərlik,  saxsı,  daş,  taxta  üzərində  oyulmuş  sənət 
əsərləri və müxtəlif növlü toxuculuq nümunələri vardır.  
Dövlət  Ermitajı  dünya  muzeyləri  içərisində  ilk  növbədə  Azərbaycan 
sənətkarlığının  ən  qədim  nümunələrini  mühafizə  edən  mədəniyyət  ocağıdır.  Burada 
yığılan bürüncdən düzəldilmiş zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. 
zinət şeyləri qədim dövr sənətimizin maraqlı bir səhifəsini təşkil edir.  
Ermitajda  nümayiş  etdirilən  e.ə.  II  minilliyə  aid  abidələrimiz  içərisində  öz 
orijinal forması və dəqiq işləməsi ilə Dağlıq Qarabağda aparılan qazıntı işləri zamanı 
tapılmış bürünc öküz başı fiquru xüsusi ilə diqqəti cəlb edir.  
Dövlət Ermitajında tunc dövrə aid edilən sənət abidələri içərisində kəmər, bilərzik, müxtəlif formalı və 
rəngli muncuq kimi zərgərlik sənəti nümunələrinə də rast gəlinir.  
Vaxtı  ilə  Qarabağın  Xocalı  kəndində  aparılan  qazıntı  işləri  zamanı  tapılmış  3000  illik  tarixi  olan  bu 
zərgərlik sənəti nümunələri öz orijinal forması və texniki icrası ilə diqqəti 
cəlb edir. Qeyd etmək lazımdır ki, hazırda Dövlət Ermitajında tunc dövrünə 
aid edilən bəzi qızıl zərgərlik sənəti nümunələri də elə buradan tapılmışdır.  
Sankt-Petereburq  Dövlət  Ermitajında  orta  əsrlərə  aid  olan  metal 
sənəti nümünələrimiz də çoxdur.  
Bu  sənət  nümunələrini  forma  və  məzmununa  görə  iki  böyük  qrupa 
bölmək olar:  
1. Plastik sənət xarakteri daşıyan abidələr.  
2. Məişət əşyaları.  
Plastik sənət abidələri sırasına ilk növbədə burada saxlanılan V-VIII 
əsrlərə aid bürüncdən tökülmüş quş, heyvan və insan fiqurlarını daxil etmək 
olar.  
Qafqaz  Albaniyasının  tarixi  və  incəsənəti  ilə  məşğul  olan  görkəmli  Sankt-Peterburq  alimi  akademik 
K.Trever  bu  fiqurları  Mingəçevirdən  tapılmış  bu  tipli  saxsı  məmulatların  davamı  kimi  qələmə  verir.  Qeyd 
olunan fiqurlardan biri alimlərin diqqətini çoxdan özünə cəlb edir. VII əsrə aid edilən bu fiqur hələ XIX əsrin 
axırlarında  Naxçıvandan  tapılıb.  35,6  sm  hündürlükdə  olan  bu fiqur alimlərin  fikirincə  Qafqaz  Albaniyasının 
hökmdarı Cavanşiri (638-670) təsvir edir.  
Fiqurun dördkünc altlıq hissəsinin üz tərəfində iki şir və dağ keçisi təsvir edilmişdir. Yan tərəfdə ovçunun 
şirlə mübarizəsi səhnəciyi, fil, tülkü və bitki ornamenti motivləri vardır.  
Metaldan  düzəldilmiş  plastik  sənət  nümunələrimiz  içərisində  1206-cı  ilə  aid  edilən  Şirvan  lüləyini 
Ermitajın ən maraqlı eksponatlarından sayılır.  
Sankt-Peterburq  Dövlət  Ermitajında  metaldan  düzəldilmiş  plastik  sənət  nümunələri  ilə  yanaşı,  bir  çox 
orijinal formalı, bəzəkli məişət əşyalarımız da nümayiş etdirilir. Belə sənət nümunələri sırasına ilk növbədə VI - 
VIII əsrlərə aid edilən bürünc məcməyiləri daxil etmək lazımdır.  
Ermitajda  ilk  orta  əsrlərə  aid  edilən  üç  məcməyimiz  vardır.  Bunların  ikisi  süjet  xarakterli  təsvirlərlə 
bəzədilmiş, üçüncü isə sırf ornamental bəzəklidir.  
Metaldan düzəldilmiş məişət əşyaları sırasına XIII - XIV əsrlərə aid 
edilən müxtəlif forma və bəzəkli bürünc qazanları da aid etmək olar.  
Ermitajda  nümayiş  etdirilən  qazanlarımız  XIII  -  XIV  əsrlərə  aid 
olub  öz  həcmi,  forması  və  bəzəkləri  ilə  diqqəti  cəlb  edirlər.  Bu 
qazanlardan biri xüsusi ilə maraqlıdır.  
Məlum  olduğu  kimi  orta  əsr  Azərbaycan  bədii  sənətkarlığının  ən 
inkişaf etmiş növlərindən biri keramika sənəti idi.  
Dövlət Ermitajında bu xalq sənətimizin də bir çox gözəl nümunələri 
vardır.  Burada  saxlanılan  keramika  sənəti  nümunələrimiz  həm  istifadə 
edilməsinə,  həm  də  bir  çox  bədii  xüsusiyyətlərinə  görə  iki  böyük  qrupa 
bölünür.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə