Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.

səhifə88/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   84   85   86   87   88   89   90   91   ...   94

169 
 
də  XVI-XVII  əsrlərə  aid  bir  çox  bədii  parça  nümunələri  vardır.  Burada  saxlanılan  bədi  parçalarımızın 
əksəriyyətini sujetli parçalar təşkil edir. Bunların da içərisində üç bədii parça xüsusilə diqqəti cəlb edir.  
Fransada Azərbaycan sənətkarlığı nümunələri. Hazırda Fransada saxlanılan Azərbaycan sənətkarlığı 
nümunələrinin ən böyük qismini toxuculuq sənəti nümunələrimiz təşkil edir. Fransanın bir çox muzey və şəxsi 
kolleksiyalarında Azərbaycanın Şamaxı, Şəki, Gəncə, Naxçıvan və Təbriz kimi şəhərlərində toxunmuş yüzlərlə 
yüksək  keyfiyyətli  parçalarımız  saxlanılır.  Bunlar  içərisində  XVI-XVII  əsrlərə  aid  edilən  süjetli  parçalarımız 
xüsusi yer tutur.  
Parisin  Dekorativ  sənətlər  muzeyində  nümayiş  etdirilən  süjetli  parçalarımız 
içərisində biri xüsusilə diqqəti cəlb edir.  
Parisin Dekorativ sənətlər muzeyində XVI əsrə aid edilən uzunu 26 sm, ölçüdə 
olan yenə bir orijinal suüetli parçamız vardır.  
Fransada  olan  toxuculuq  sənətimiz  örnəklərindən  bəhs  edərkən  bu  ölkənin 
zəngin muzey kolleksiyalarında nümayiş etdirilən xalçalarımızı xüsusilə qeyd etmək 
lazımdır.  Hazırda  Azərbaycanın  həm  bədii,  həm  də  texnoloji  cəhətdən  ən  dəyərli 
xalçaları Parisin Dekorativ sənətlər və Luvr muzeyindədir.  
Parisin Dekorativ sənətlər muzeyində saxlanılan xalçanın birinə nəzər salaq.  
Hazırda  dünyanın  ən  zəngin  muzeylərindən  sayılan  bu  mədəniyyət  ocağında 
yuxarıda qeyd etdiyimiz toxuculuq sənətimizdən başqa yüzlərlə saxsı, kaşı və bədii 
metal nümunələrimiz saxlanılır.  
Luvr  muzeyində  bir  neçə  ədəd  çox  nadir  sayılan  gümüş,  mis  və  bürüncdən 
düzəldilmiş  bədii  metal  sənəti  nümunələrimiz  də  vardır.  Bunların  içərisində 
bürüncdən düzəldilmiş 1190-cı il tarixli orijinal fiqurlu bir qab xüsusilə diqqəti cəlb 
edir. Bu sənət əsəri hazırda Luvr muzeyinin birinci mərtəbəsində Şərq incəsənətinə 
aid  edilən  salonun  tən  ortasında,  üstə  şüşə  kolpak  keçirilmiş  hündür  bir  kətil  üstə 
nümayiş etdirilir.  
Uzun dimdikli quşa bənzər bu bürünc qabın orijinallığı tək onun formasında 
deyil,  həm  də  bəzəklərindədir.  Qabın  üzərindəki  bəzəklər  üç  müxtəlif  ölçülü 
qurşaqlardan  və  onların  aralarındakı  boşluqlarda  yerləşdirilmiş  medalyonlardan 
ibarətdir.  
Döymə  və cızma texniki üsulu ilə həkk olunmuş bu bəzəklər stilizə edilmiş 
nəbati  ornament  ünsürlərindən  və  yazı  nümunələrindən  quraşdırılmışdır.  Bu 
yazıların birində onu yaradan ustanın - Osman Salman oğlu Naxçıvanın adı verilmişdir.  
İsveçrədə Azərbaycan sənətkarlığı nümunələri. Bern, Çenevrə, Surix, Bazel, Lozonna şəhərlərindəki 
muzeylərdə,  şəxsi  kolleksiyalarda  və  əntik  mallar  mağazalarındakı  sənət  örnəklərimiz  Azərbaycan  incəsənəti 
tarixinin gözəl bir səhifəsi sayıla bilər.  
Bern  tarix  muzeylərində  Avropa  və  Amerika  maddi-mədəniyyəti  ilə  yanaşı, 
Azərbaycan sənətkarlığının da bir çox gözəl nümunələri nümayiş etdirilir.  
Muzeyin ekspozisiyasının mərkəzini göy və qırmızı rənglər vəhdətində stilizə 
edilmiş,  ornament  motivləri  ilə  toxunmuş  böyük  bir  mafraş  və  onun  altına  sərilmiş 
kilim təşkil edir. Bu toxuculuq sənəti nümunələrinin yanında böyük bir etiketdə alman 
dilində  onun  XVIII  əsrdə  Azərbaycanda  toxunduğu  qeyd  olunmuşdur.  Bədii  və 
texnoloji  xüsusiyyətlərinə  görə  Qarabağ  xalçalarının  icra  üsulunu  xatırladan  bu  el 
sənəti nümunəsi Şərq incəsənəti şöbəsinin ən gözəl eksponatlarından sayılır.  
Bern  tarix  muzeyində  saxlanan  maraqlı  xalçalardan  biri  də 
1830-cu ildə Qubada toxunmuş "Qollu çiçi" xalçasıdır.  
XVIII-XIX  əsrlərdə  Şamaxı,  Göyçay,  Gəncə,  Şəki,  Bakı, 
Təbriz, Ərdəbil şəhərlərində düzəldilmiş xəncər, qılınc, tapança və 
barıt qabları tamaşaçıların diqqətini xüsusilə cəlb edir. Say etibarı 
ilə  Bern  tarix  muzeyində  Şirvan  ustalarının  adı  ilə  bağlı  əsərlər 
üstünlük təşkil edir.  
Muzeydə  nümayiş  etdirilən  silahlarımızın  bədii  tərtibatları  arasında  biz  təkcə  nəbati, 
həndəsi  naxışlara,  heyvanat  aləmindən  götürülmüş  rəsmlərə  deyil,  həm  də  kiçik  məzmunlu 
süjet xarakteri daşıyan kompozisiyalara rast gəlirik.  
Yeri  gəlmişkən  bu  silahların  müxtəlif  biçimli  naxışları  arasında  arabir  təsadüf  edilən 
ərəb  əlifbası  ilə  yazılmış  sözlər  və  kəlmələr  haqqında  da  danışmaq  lazımdır.  Onlar  mahir 
sənətkar əli ilə əşyada olan naxış və rəsmlər arasında elə bacarıqla yerləşdirilmişdir ki, gözəl 
bəzəyi  andırır,  ümumi  kompozisiyanın  qırılmaz  hissəsini  təşkil  edir.  Bu  yazılar  bəzəkdən 
savayı həm də qiymətli tarixi məxəzlərdir. Məsələn, döymə, qarasavad üsulu ilə bəzədilmiş 


170 
 
gözəl bir gümüş barıt qabı üzərində biz "Şamaxılı Seyidzadə" (inventar № 832), qundağı və lüləsinin yatağa 
bərkidilən  yerləri  qara  savadla  naxışlanmış  gümüş  hissəciklərlə  örtülən  tapança  üzərində  isə  "əməli  Əli" 
(inventar  №  766),  dəstəyi  fil  sümüyündən,  tiyəsi  nəbati  ornament  motivləri  ilə  bəzədilmiş,  38,2  sm, 
uzunluğunda olan kiçik bir xəncər üzərində "əməli Məhəmməd Ərdəbili" (inventar № 1178) sözlərini, uzunluğu 
51,1sm, tiyəsi əyri bir xəncərüzərində isə həm sənətkarın, həm xəncər sahibinin adını oxuyur.  
Bern tarix muzeyində saxlanılan Azərbaycan silahları üzərində "Bakı", "Quba", "Əməli Səməd", "Ömər" 
sözlərinə və digər adlara da rast gəlirik.  
Bundan  əlavə  Bern  tarix  muzeyinin  Şərq  bölməsində  XVIII-XIX  əsrlərdə  xalqımızın  məişətində  geniş 
istifadə edilən miss ev avadanlıqları nümunələri də vardır. Bu orijinal formalı mis qab-qacaqlarımız muzeyin 
divarına bənd edilmiş böyük bir stentdə taxçanı andıran çərçivələr içərisində nümayiş etdirilir.  
Almaniya  Federativ  Respublikasında  Azərbaycan  sənətkarlığı  nümunələri.  Almaniya  Federativ 
Respublikasında Azərbaycan el sənətkarlığını yeganə bir növ xalça sənətimiz təmsil edir.  
Hazırda  Bonn,  Hamburq,  Münhen,  Köln,  Düsseldorf,  Frankfurt-Mayn, 
Manheym  və  s.  şəhərlərdə  yerləşən  muzey,  əntiq  mallar  mağazalarında  və  şəxsi 
kolleksiyalarda minlərlə xalça sənəti nümunələrimiz saxlanılır.  
Bu ölkədə adi kütləvi xarakter daşıyan xalçalarımızla yanaşı, yüzlərlə müxtəlif 
əsrlərdə yurdumuzda toxunmuş çox nadir sayılan nümunəvi xalçalara da rast gəlmək 
olur.  
Orijinallıq  baxımından  1960-cı  ildə  Münxen  şəhərindəki  əntiq  mallar 
mağazasında nümayiş etdirilən XVIII əsr Qazax xalçası da diqqəti cəlb edir.  
Öz konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış, ucları dörd müxtəlif 
tərəfə ayrılan svastikasını andıran bu bəzəklər elə real səpgidə toxunmuşdur ki, sanki 
onlar  bir  nöqtə  ətrafında  fırlanaraq  hərəkət  edir.  Bu  ornament  elementinə  biz  təkcə 
"Damğalı" adını almış bu tipli Qazax xalçalarında deyil, dekorativ-tətbiqi sənətimizin 
başqa növlərində də rast gəlirik.  
Türkiyədə Azərbaycan sənətkarlığı nümunələri. Türkiyə şəhərləri içərisində Azərbaycanın dekorativ-
tətbiqi və təsviri sənət nümunələri ən çox İstambulda cəmlənmişdir. Türkiyə şəhərləri içərisində Azərbaycanın 
dekorativ-tətbiqi və təsviri sənət nümunələri ən çox İstambulda cəmlənmişdir.  
İstanbulda  Azərbaycan  sənətkarlığının  ən  qədim  və  gözəl  nümunələri  əsasən  üç  böyük  muzeydə 
cəmlənmişdir. Bunlar Topqapı sarayı muzeyi, Türk və İslam əsərləri muzeyi və Xalqı muzeyidir.  
İstanbul  muzeylərində  saxlanılan  sənətkarlıq  nümunələrimiz  içərisində  say  etibarilə  ən  görkəmli  yeri 
müxtəlif metallardan (qızıl, gümüş, polad, miss və s.) düzəldilmiş ev əşyaları, zərgərlik nümunələri və silahlar 
təşkil edir.  
Metaldan  düzəldilmiş  sənətkarlıq  nümunələrimiz  içərisində  İstambulun  Topqapı 
sarayı muzeyində saxlanılan qızıl kəmər xüsusilə diqqəti cəlb edir.  
Topqapı  sarayı  muzeyində  saxlanılan  1528-ci  il  tarixli  polad  başlıq  da  orta  əsr 
Azərbaycan zərgərliyi haqda təsəvvür verən qiymətli abidələrdən sayılır.  
İstanbulun  muzeylərində  saxlanılan  metal  sənəti  nümunələrimiz  sırasına  vaxtı  ilə 
Təbriz  və  Ərdəbildə  düzəldilmiş  bürünc  ələmləri  də  daxil  etmək  olar.  Bürünc  ələmlər 
keçmişlərdə  məscid,  mədrəsə  kimi  tikinti  və  minarələrin  təpəliklərinə sancılaraq  dini bir 
mahiyyət kəsb edirdi. Ələmlərin gövdə hissəsi tikintilərin təpəsindəki qutaracağa taxıldığı 
üçün içərisi boş, üzəri isə bəzəksiz olurdu.  
Ələmlərin  ən  gözəl  hissəsini  onların  yuxarı 
qurtaracağı  təşkil  edir.  Elə  bil  mahir  zərgər  əlindən 
çıxmış  ələmlərin  bu  hissəsində  həm  dini  xarakter 
daşıyan  yazılar,  həm  də  rəmzi  mahiyyətli  təsvirlər 
verilirdi.  Hazırda  Türkiyəmuzeylərində  saxlanılan 
ələmlərimiz  əsasən  iki  biçimdədir:  buynuz  və  armudvarı  şəkildə.  Onların 
bəzilərinin  üzərində  bədii  bir  səpgidə  işlənmiş  Allah,  Məhəmməd,  Əli 
sözlərinə, başqalarında isə rəmzi mahiyyətli təsvirlərə rast gəlirik.  
Türkiyə  muzeylərində  Azərbaycan  toxuculuq  sənətinin  də  bir  çox 
nadir nümunələri saxlanmaqdadır. Bunlardan vaxtı ilə Şamaxıda, Gəncədə, 
Şəkidə,  Şuşa  və  Təbrizdə  istehsal  olunmuş  parçaları,  bədii  tikmələri  və 
xalçaları xüsusi qeyd etmək lazımdır.  
Hazırda  Türkiyə  muzeylərində  parça  və  tikmə  sənətimizi  təmsil  edən  bir  neçə  yüksək  səviyyəli 
əsərlərimiz  vardır  ki,  bunlar  da  əsas  etibarı  ilə  İstambulun  Topqapı  sarayı  muzeyində  cəmlənmişdir.  Bu 
görkəmli muzeydə saxlanılan parça və tikmə sənətimiz içərisində ikisi xüsusilə diqqəti cəlb edir. Onlardan biri 
XVI əsrə aid sujetli parça tikəsidir, o birisi isə gülbətin tikməli xələtdir.  




Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə