Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.

səhifə89/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   86   87   88   89   90   91   92   93   94

171 
 
Dünya miqyasında geniş şöhrət tapmış Azərbaycan xalçaları da Türkiyə muzeylərinin 
gözəl incilərindən sayılır.  
Azərbaycan  xalçaları  Türkiyədə  dörd  böyük  muzeydə  cəmlənmişdir.  Bunlar 
İstambulda  Türk  və  İslam  əsərləri  muzeyində,  Topqapı  sarayı  muzeyində  və  Xalça 
muzeyində, Konya şəhərindəki Mövlanə muzeyindədir.  
Türkiyədə  saxlanılan  ən  qədim  Azərbaycan  xalçası  XIII  əsrə  aiddir.  Uzunu  254,  eni 
170  sm,  ölçüdə  olan  bu  nadir  toxuculuq  sənəti  əsəri  türk  sənətşünaslarının  verdiyi 
məlumatlara  görə  əvvəllər  Beyşəhərdə  Əşrəf  oğlu  camesinin  nəzir  verilmiş  xalçalarından 
olmuşdur. 1932-ci ildə isə Konya şəhərindəki Mövlanə muzeyinə gətirilmişdir.  
Türkiyədə saxlanılan orijinal sənətnümunələrimiz sırasına İzmirdə arxeoloji muzeydə 
nümayiş nümayiş etdirilən mürəkkəb boyalı vazı da aid edə bilərik.  
İran muzeylərində Azərbaycan sənətkarlarlığı nümunələri. Hazırda İranın muzey, 
məscid və şəxsi kolleksiyalarında Azərbaycan xalqının əsrlər boyu yaratdığı minlərlə nadir 
sənətkarlıq nümunələri mühafizə olunur.  
Bu  baxımdan  ölkənin  paytaxtı  Tehran  şəhərində  yerləşən  Basitan, 
Gülüstan, Arxeoloji və xalça muzeyinin eksponatları xüsusilə diqqəti cəlb edir.  
Tehranın  Arxeoloji  muzeyində  nümayiş  etdirilən  sənət  abidələrimiz 
içərisində  Həsənli  təpəsindən  tapılmış  bədii  metal  məmulatları  xüsusilə  diqqəti 
cəlb edir.  
Həsənli  təpəsi  İran  Azərbaycanın  Sulduz  mahalında  yerləşir.  Gözəl  təbii 
şəraitə malik olan bu məntəqəhələ eramızdan min il əvvəl Yaxın Şərqdə zəngin 
mədəniyyət  mərkəzlərindən  biri  olmuşdur.  Mənbələr  göstərir  ki,  Böyük  Midiya 
dövlətinin tərkibinə daxil olan Manna tayfası vaxtilə bu ərazidə yaşamışdır. 1956-
1957-ci  illərdə  Həsənli  təpəsindən  tapılmış  sənət  abidələri  içərisində  hazırda 
Tehranın  Arxeoloji  muzeyində  nümayiş  etdirilən  qızıl  cam  dünya  alimlərinin  diqqətini  xüsusilə  özünə  cəlb 
etmişdir.  
Aşağıdakı cərgədə də diqqəti cəlb edən bir çox səhnəciklər vardır. Burada başına 
ilan dolanmış ovçu, onun yanında iki qoç üzərində dayanmış lüt qadın, üçbaşlı əjdahanın 
caynağından  xilas  olunmaq  üçün  əllərini  kənarda  dayanmış  pəhləvana  uzadan  bir  kişi 
təsvir  edilmişdir.  Bu  səhnəciklər  camın  orta  hissəsində  yerləşmişdir.  Camın  nisbətən 
aşağı hissələrində kiçik səndəldə oturmuş qoca bir kişi təsvir olunmuşdur. Bir qadın onun 
qarşısında duraraq, kiçik yaşlı uşağı ona tərəf uzadır. Bu səhnənin üstündə üzü səndələ 
tərəf  olan  kişi  əlində  naməlum  qab  tutaraq  dayanmışdır.  Yuxarıda  bəhs  etdiyimiz 
şəkillərdə başına ilan dolanmış ovçu təsviri arasında üç başqa rəsm də vardır.  
Azərbaycan  mədəniyyətinin  bu  dövrlərdə  qonşu  dövlətlərlə  qarşılıqlı  əlaqəsini 
Urmiya  gölü ətrafında  Ziviyə  mahalından  tapılmış  e.ə.  VIII  -  VII  əsrlərə  aid  olan  qızıl 
döşlük də əyani şəkildə təsdiq edir.  
İran muzeylərində Azərbaycanda toxunmuş xalçalar da saxlanılır. Bunların içində 
Qubanın Pirəbədil kəndində toxunmuş xalçanı qeyd etmək olar.  
 
http://www.azerbaijan.az/portal/Culture/Folk/folk_a.html
 


172 
 
Azərbaycan mətbəxi 
 
Ümumi məlumat 
 
Dünyanın ən qədim və zəngin mətbəxlərindən biri olan Azərbaycan mətbəxi maddi mədəniyyətin mühüm 
tərkib  hissəsi  kimi  mətbəx  mədəniyyəti  tarixini,  onun  fəlsəfəsi,  süfrə  psixologiyası,  adət-ənənələri,  mətbəxin 
fiziologiyası, gigiyenası, avadanlığı, etikası, estetikası və s. cəhətləri, eləcə də təcrübi amilləri özündə birləşdirir. 
Azərbaycan  mətbəxi  ərazi  baxımından  Azərbaycan  Respublikası,  Cənubi  Azərbaycan,  keçmiş  İrəvan 
xanlığı,  Zəngəzur,  Göyçə  mahalı,  indiki  Ermənistanda  azərbaycanlılardan  zorla  təmizlənmiş  digər  tarixi 
torpaqlarda,  Borçalı  başda  olmaqla  Gürcüstanda,  Dərbənd  başda  olmaqla  Dağıstanda  azərbaycanlıların 
qədimdən bu günə kimi yaşadıqları torpaqları əhatə edən geniş arealda yayılmışdır. Azərbaycan Respublikası 
ərazisindən  8  iqlim  qurşağının  keçməsi  burada  flora  və  faunanın  zənginliyinə,  müxtəlif  heyvan  və  bitkilərin 
mövcudluğuna səbəb olmuş, zəngin mətbəxin yaranmasını şərtləndirmişdir. Burada ovçuluq məhsullarından və 
yabanı bitkilərdən istifadə ilə yanaşı əhalinin inkişaf etmiş əkinçilik və maldarlıq mədəniyyətinə malik olması 
da mühüm şərt idi. Belə ki, məhsul istehsalı çörək və çörək əvəzi yeməklərin hazırlanması üçün tələb olunan 
miqdardan çox olduqda mürəkkəb xörəklər meydana gələ bilərdi. Məhsul istehsalı artdıqca mürəkkəb xörəklərin 
çeşidi  artır  və  milli  yaddaşda  möhkəmlənirdi.  Təkcə  çətənin  (aşsüzənin  ibtidai  forması)  mövcudluğu  dənli 
bitkilərdən  hazırlanan  yeməklərin,  eləcə  də  xəmir  xörəklərin  tarixini  eramızdan  56  min  il  əvvələ  aparmaqla 
bərabər  artıq  bu  dövrdə  taxılın  tələbatdan  çox  istehsal  edildiyini  göstərirdi.  Bu  həm  də  inkişaf  etmiş 
maldarlıqdan, oturaq həyat keçirən əhalinin yüksək əkinçilik mədəniyyətindən, onun geniş suvarma sisteminə 
malik olmasından xəbər verir. Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda əsas ərzaq xammalını azərbaycanlılar 
istehsal etmişlər. Azərbaycanda olmuş səyyahlar, alimlər, diplomatlar və başqalarının yazıları, eləcə də arxeoloji 
materiallar Azərbaycanda ta qədimdən buğda, arpa, çəltik, küncüt, paxla, çuğundur, üzüm, alma, heyva və s. bu 
kimi  əkinçilik,  bostançılıq,  meyvəçilik  məhsullarının  çox  böyük  miqdarda  becərildiyini,  əhalinin  təzə  (eyni 
zamanda qurudulmuş) ət və balıq, kürü, bal, kərə yağı və digər heyvandarlıq məhsullarmı nəinki istehsal, hətta 
ixrac etdiyini də göstərir. 
Mətbəx mədəniyyətinin özlüyündə konservativ olduğuna, başqa mədəniyyətlərdən nəyi isə çox çətinliklə 
qəbul etdiyinə baxmayaraq, Azərbaycan mətbəxi üçün səciyyəvi hal ondan ibarətdir ki, başqa xalqların (gürcü, 
fars, erməni, Dağıstan xalqları və s.) mətbəxinə çox güclü təsir göstərdiyi halda, özü təmasda olduğu xalqlardan, 
demək olar ki, heç nə götürməmiş, götürdüyü cüzi nümunələri də xeyli dəyişdirib özünə uyğunlaşdırmışdır. 
Azərbaycan mətbəxinə güclü təsir göstərən amillərdən biri də ocaqdır (təndir, kürə, buxarı, külfə, çala, 
ocaq, sac, manqal və s.). Kürədə, əsasən, müxtəlif çörəklər, unlu qənnadı məmulatı, həm də gil qablarda piti, 
bozbaş  bişirilir.  Manqal,  başqa  ocaqlardan  fərqli  olaraq,  əsasən  şişlik  (kabab)  bişirmək  üçündür.  Quruluşuna 
görə  böyük  kürəyə  bənzəyən  və  hazırda  çox  az  istifadə  olunan  külfədə  külfə  çörəyi,  kömbə  və  s.  bişirilirdi. 
Yeraltı və yerüstü təndirlərin "döymə", "badlı" və "kərpic" növləri var. Təndirdə müxtəlif lavaşlar, təndir çörəyi, 
bəyimçörəyi,  müxtəlif  xörəklər,  qənnadı  məmulatı hazırlanır.  Qapalı  ocaq  növü olan  buxarıda  daha  çox duru 
xörəklər bişirilərdi. Buxarının divarlarındakı qarmaqlardan qazan asılardı. Azərbaycan dilində indi də "yemək 
bişirmək"  mənasında  işlənən  "qazan  asmaq"  ifadəsi  buradandır.  Buxarının  közündə  kartof,  qarğıdalı,  bəzən 
nazik ət tikələri də bişirərdilər. 
Azərbaycanlıların çox işlətdikləri ocaq növlərindən biri də sacdır. Sacda sacüstü, saciçi, sacaltı, sacarası 
xörəklər  hazırlanırdı.  Gil  və  daş  saclarda,  əsasən,  yuxa,  bozdamac  çörəkləri,  qutab,  qat-qat,  laylı  xəmirdən 
hazırlanmış fəsəli, qatlama və s. bişirilirdi. Sacı çevirib içərisinə çınqıl, çaydaşı yığaraq üzərində nazik səngək 
çörəyi (sac səngəki) də bişirirdilər. Sacın içərisində saciçi cızbız, saciçi ciyər, saciçi toyuq, saciçi kartof və s. 
hazırlanırdı.  Sacaltı  xörəklər  daha  çox  közün içərisində  bişirilir,  üstü  sacla  örtülür.  İki  sacın  arasında  bişən 
xörəklərə isə sacarası deyilir. Bu halda sacın biri tava, digəri isə qapaq rolu oynayır. Şərti olaraq samovarı da 
ocaqlara aid etmək olar. Bu, maye qaynatmağa, dəmləmə hazırlamağa imkan verirdi. Şəki rayonunda tapılmış 
gildən  olan  ən  qədim  samovar  tipli  qabın  4  min  ilə  yaxın  yaşı  var.  Belə  qablarda  əvvəllər  müxtəlif  içkilər 
hazırlanırdı. 
Din və inanclar da Azərbaycan mətbəxinə təsir göstərmişdir (məs., donuz ətinin haram sayılması, şərabın 
yasaq edilməsi və s.). 
Azərbaycan  mətbəxində  işlədilən  qablar  dəridən  (motal,  çılğı,  eymə,  tuluq  və  s.),  gildən  (küp, badya, 
çölmək, nehrə, kasa və s.), ağacdan (nehrə, tabaq, oxlov, yuxayayan və s.), metaldan (qazan, satıl, sini, məcməyi 
və  s.),  daşdan  hazırlanırdı.  Motal  şoru,  motal  pendirinin  hazırlanması, çoban  basdırmasının  bişirilməsi  yalnız 
dəri  qablarda  mümkün  idi.  Dəri  tuluqlardan  həm  də  nehrə  kimi  istifadə  edilirdi.  Mis  qazanlar  və  qablar 
istilikdən səmərəli istifadə etməyə imkan yaratmışdır. Xüsusi formalı taslar, kip qapaqlı qazanlar, əsasən, pəhriz 
yeməklərinin  hazırlanmasına,  xörəklərin  buğda  bişməsinə,  ərzaqdakı  vitaminlərin  maksimum  saxlanmasına 
xidmət edir. 




Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə