Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   86   87   88   89   90   91   92   93   94

177 
 
Quymaq - undan çalınmış pəhriz xörəyi. 
Lavaşana - alça mətindən nimçələrdə və ya təbəqələrdə qurudulmuş yastı turşu. 
Lavaş - xəmirdən oxlovla nazik yayılmış və bişirilmiş məmulat. 
Lappa - lobyadan tam bişirilib və əzilib yarı duru hala salınmış xörək. 
Ləvəngi - balıq və toyuğun qoz, soğan və başqa qarışıqlarla içliyi. 
Mannı yarması - buğda unundan iri formada üyüdülmüş xüsusi yarma (irmik). 
Mərci - xırda qırmızı lobyaya bənzər paxlalı bitki. 
Müntəcəm - qızardılmış xörək növü. 
Moruq - giləmeyvə. 
Mixək  -  mərsin  fəsiləsindən  olan  həmişəyaşıl  ağacın  çiçək  tumurcuğu.  Güclü  ətrə,  xoşagələn  dada 
malikdir. 
Noxud - Azərbaycanda çox yayılmış paxlalı bitki növü. 
Narşərab - nar şirəsinin qatılaşmış məti. 
Ovdux - qatıq və xiyardan hazırlanmış soyuq şorba. 
Ovşara - limon və şəkərdən hazırlanmış şərbət növü. 
Piti - milli mətbəxdə xüsusi dulus qablarda ət, noxud və başqa ərzaqlarla bişirilən xörək. 
Püstə - subtropik ölkələrdə yetişən meyvə növü. 
Pencər - bağlarda yetişən yabanı bitki növü. 
Reyhan - tərkibində çoxlu efir yağı olan ətirli, yaşıl və göyümtül rəngə çalan yeməli göyərti. 
Razyana - çoxillik iri bitkinin ətirli toxumları. 
Sumaq  -  Azərbaycanda  bitən  yabanı  bitkinin  toxumlarının  döyülməsindən  alınmış  qırmızı  rəngli 
məmulat, xörəklərə əlavə. 
Sırdaq - balıqdan hazırlanmış xörək növü. 
Sürfüllü - qalın xəmirdən barmaqla bükülmüş və eşilmiş duru xəmir xörəyi. 
Səməni - buğdanın yaz vaxtı göyərtisi (bunun köklərindən səməni xörəyi hazırlanır). 
Sıyıq - düyüdən və başqa yarmalardan hazırlanmış qatı şorba. 
Siləbic - qızıl balıqdan bişirilmiş balıq xörəyi. 
Səbzi - əsasən kəvərdən hazırlanmış ət xörəyi. 
Şırfıl - lobyadan hazırlanmış duruhal məhsul (aş üçün). 
Tərxun - tərkibində efir yağı olan dadlı, ətirli göyərti (estraqon). 
Tərə - göyərtidən hazırlanmış Lənkəran xörəyi. 
Tər - təzə göyərti və meyvə-tərəvəz. 
Umac - undan qovrulmuş xörək. 
Yuxa - mayasız xəmirdən oxlovla nazik yayılmış məmulat. 
Yel cevizi - tropik ölkələrdə bitən, tərkibində çoxlu efir yağı olan kiçik qazaoxşar ətirli ədviyyə. 
Yarma - çəltik, qarabaşaq və buğdadan hazır olan məhsul. 
Zəncəfil - tropik ölkələrdə bitən acıtəhər, ətirli ədviyyə. 
Zəfəran - zərif və gözəl çoxillik bitkinin sarı, ətirli çiçəkləri ("zəfəran" ərəbcə "sarı" deməkdir). 
Zirinc - Qafqaz dağlarının ətəyində bitən kolların qırmızı turş ətirli meyvəsi. 
 
 
Ədəbiyyat:  Xəlifəzadə  C.M.  "Azərbaycan  milli  mətbəxinin  süfrə  nemətləri".  Bakı,  "Adiloğlu",  2006, 
səh.440-442. 
 
 
 


178 
 
Turizm 
 
Ümumi məlumat 
 
Müasir dövrdə iqtisadi inkişafa ciddi təsir göstərən və mühüm strateji əhəmiyyətə malik olan turizmin 
tarixi Azərbaycanda XX əsrin əvvəlinə təsadüf edir. 1908-ci ildə Krım-Qafqaz dağ klubunun bir bölməsi Bakıda 
fəaliyyətə  başlamışdı.  Bu  bölmənin  başlıca  vəzifəsi  Qafqazda  turizmlə  bağlı  araşdırmaların  aparılması  və 
ekskursiyaların təşkili idi. XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı karvansaralarından mehmanxana kimi 
istifadə olunurdu. Bakıda "Astoriya", "Bolşaya Moskva", "Ermitaj", "Marsel", "Madrid", "Metropol", "İmperial" 
kimi  yüksək  səviyyəli  mehmanxanalar  fəaliyyət  göstərirdi.  Ekskursiyaların,  alpinist,  velosiped  və  piyada 
yürüşlərinin  geniş  yayılması  bu  sahəyə  marağın  artmasına,  həvəskarların  ixtisaslaşmış  cəmiyyətlərdə 
birləşməsinə səbəb olmuşdu. Rusiya Turist Cəmiyyəti 1910-cu ildən Qafqaza müstəqil səyahətlər təşkil etməyə 
başlamışdı. 
Turizmi inkişaf etdirmək məqsədilə 1928-ci ildə Azərbaycan Komsomolu Mərkəzi Komitəsi nəzdində 
Turizm bürosu yaradılmışdı. "Sovetski turist" (1928) və "İnturist" (1929) səhmdar cəmiyyətləri 1929-cu ildən 
başlayaraq Qafqaza və Cənubi Qafqaza turist marşrutları təşkil etmişdi. Bakıda mərkəzi turizm təşkilatlarının 
bölmələri fəaliyyət göstərirdi. 
1936-cı ildə Bakı Turist Bazası (BTB), Hacıkənd turist evi və Göygöl turist düşərgəsi, 1950-ci ildə Bakı 
Ekskursiya  Bazası  yaradılmış,  BTB  onun  tərkibinə  daxil  edilmişdi  (1952).  Azərbaycan  Turist-Ekskursiya 
İdarəsi (ATEİ, 1957), Göygöl (1960), Mingəçevir və Hacıkənd (1962) turist bazaları yaradılmışdı. Ümumittifaq 
Həmkarlar  İttifaqları  Mərkəzi  Şurasının  Azərbaycanda  Turizm  üzrə  Respublika  Şurası  (1962)  Azərbaycanda 
Turizm və Ekskursiyalar üzrə Respublika Şurasına (1969) çevrilmişdi. Yalamada BTB-nin filialı olan "Sputnik" 
turist  düşərgəsi  (1962),  Gəncə,  Sumqayıt,  Abşeron,  Naftalan  (1967),  Xankəndi  (1971),  Mingəçevir  (1972), 
Naxçıvan  (1978),  Lənkəran  (1980),  Şamaxı,  Şəki,  Quba,  Şirvan  (1982),  Ordubad,  Zaqatala,  Şuşa,  Qobustan 
(1984) ekskursiya büroları və Azərbaycan SSR Baş Xarici Turizm İdarəsi (1984) yaradılmışdı. 1970-80 illərdə 
respublika  ərazisində  turizmin  daha  geniş  miqyasda  inkişafına  diqqət  yetirilmiş,  Şuşa,  Zaqatala,  Qəbələ, 
Xankəndi,  Sumqayıt,  Naftalan,  Gəncə  və  Yalamada  ("Dostluq",  "Xəzər")  turist  baza  və  klubları  açılmışdı. 
Bakıda  "Azərbaycan"  və  "Abşeron"  kimi  iri  mehmanxanalar  tikilmişdi.  Respublikaya  1984-cü  ildə  SSRİ-nin 
müxtəlif regionlarından 290 min turist gəlmiş, turizm-ekskursiya bürolarının təşkil etdiyi ekskursiyalarda 2 mln. 


179 
 
turist  iştirak  etmişdi.  1987-ci  ildə  Azərbaycan  vətəndaşlarının  10  mini  xarici  ölkələrdə,  300  mini  SSRİ 
məkanında turist səfə-lərində olmuşdu. Həmin ildə Azərbaycanda 17 turizm və ekskursiya bürosu, 8 baza və 6 
turist mehmanxanası fəaliyyət göstərirdi. 
Azərbaycanda turizm müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir 
forması kimi inkişaf etdirilir. Ölkədə "Turizm haqqında" Qanun (1999, 4 iyun) qəbul edilmiş, Gənclər, İdman 
və  Turizm  Nazirliyi (2001,  18  aprel)  yaradılmışdı.  Azərbaycan  Respublikası  Prezidentinin  30  yanvar  2006  il 
tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv olunaraq Mədəniyyət və 
Turizm Nazirliyi təşkil edilmişdir. Respublikada 2006-cı ildən Turizm İnstitutu fəaliyyətə başlamışdır. 
2001-ci  ilin  sentyabrında  Azərbaycan  Ümumdünya  Turizm  Təşkilatına  üzv  qəbul  olunmuşdur. 
Respublikada  turizm  xidmətlərindən  istifadə  edənlərin  hüquqlarının  qorunması,  normativ-hüquqi  aktların 
nizamlanmasına yardım göstərilməsi, beynəlxalq turizm bazarında Azərbaycanın nüfuzunun yüksəldilməsi və b. 
məqsədlərlə 2001-ci ildə Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı yaradılmışdır. 
Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyi  İslam  Konfransı  Təşkilatı,  Qara  Dəniz 
İqtisadi  Əməkdaşlıq  Təşkilatı,  Gürcüstan,  Ukrayna,  Azərbaycan,  Moldova  (GUAM)  İqtisadi  Əməkdaşlıq 
Təşkilatı,  BMT-nin  Asiya  və  Sakit  Okean  Regionu  üzrə  İqtisadi  və  Sosial  Komissiyası  (UNESCAP), 
Beynəlxalq  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatı  (OECD),  Müstəqil  Dövlətlər  Birliyi  (MDB)  ölkələrinin 
Turizm Şurası və digər beynəlxalq regional təşkilatlarla turizm sahəsi üzrə əlaqələri inkişaf etdirir. Azərbaycan 
Respublikası bir sıra dövlətlərlə (Türkiyə, Çin, Polşa, İtaliya, Bolqarıstan, Yunanıstan və s.) turizm sahəsində 
əməkdaşlıq  haqqında  hökumətlərarası  saziş  imzalamışdır.  2002-ci  ildən  Bakı  şəhərində  hər  il  Azərbaycan 
Beynəlxalq  Turizm  Sərgisi  -"AİTF"  keçirilir,  respublikanın  turizm  imkanları  beynəlxalq  turizm  sərgilərində 
(London, Moskva, Berlin, İstanbul, Məsqət, Əl-Küveyt, Daşkənd, Tbilisi, Kiyev və b.) nümayiş etdirilir. 2006-
cı ilin sentyabrında Azərbaycanda İslam Konfransı Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin 5-ci Konfransı 
keçirilmiş, "Bakı Bəyannaməsi" qəbul edilmişdir. 
"Azərbaycan  Respublikasında  2002-2005  illərdə  turizmin  inkişafına  dair  Dövlət  Proqramı"  təsdiq 
edildikdən  sonra  ölkədə  turizm  ehtiyatlarından  səmərəli  istifadə  olunur.  Respublika  ərazisində  turizmin 
inkişafmı təmin etmək məqsədilə 2002-ci ildə beynəlxalq standartlara cavab verən 7 əsas (Bakı-Xaçmaz, Bakı-
Astara,  Bakı-Balakən,  Bakı-Qazax,  Bakı-Abşeron  yarımadası  -  Qobustan,  Bakı-Naxçıvan,  Bakı-Şuşa)  turist 
marşrutu müəyyənləşdirilmişdir. Ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsi turizm sektorunun inkişafına və 
turizm  sənayesinin  formalaşmasına  müsbət  təsir  etmişdir.  Respublikada  206  hüquqi  və  fiziki  şəxs  turizm 
fəaliyyəti  ilə  məşğul  olur  (2006,  avqust)."İmprotex  Travel",  "Azal",  "Sİ  LTD",  "BTİ  Azerbaijan",  "Caspian 
Travel" və b. ölkənin iri turist şirkətləridir. Xarici turistlərin qəbulu üzrə ən iri turoperator "İmprotex Travel" 
qonşu ölkələrin turist şirkətləri ilə "İpək yolu" alyansı yaradaraq kombinə olunmuş turlar təşkil edir. 
Azərbaycanda  10661  nömrəsi  olan  262  turist  yerləşdirmə  obyekti  (TYO),  o  cümlədən  126 
mehmanxana, 21 motel və 115 digər TYO fəaliyyət göstərir (2005). Mehmanxana xidməti sahəsində 4092 nəfər 
çalışır. TYO-ların istismarından əldə edilən gəlir 66510,9 min manat, büdcəyə daxil olan gəlir vergisi, ƏDV və 
digər vergilər 9441,1 min manat, istismar xərcləri 47312,0 min manat olmuşdur. 2005 ildə TYO-larda 264058 
turist yerləşdirilmiş, 524947-si ölkə vətəndaşı olmaqla gecələmələrin sayı 1064758-ə çatmışdır. Turist səfərləri 
istirahət-əyləncə (79594), işgüzar (141933), müalicə (17701) və s. (24830) məqsədlər daşımışdır. Azərbaycan 
vətəndaşlarının 1829765 nəfəri xarici səfərlərə getmişdir (2005). 
Bakıda dünyanın ən böyük mehmanxana şəbəkələrinə daxil olan beşulduzlu "Hyatt Regency" (1995), 
"Grand Hotel Europe" (1997), "Radisson SAS Plaza Hotel" (1998), "Park Hyatt Hotel" (1999), "Excelsior Hotel 
Baku" (2005) və b. fəaliyyət göstərir. 
Azərbaycanda turizmin inkişafında vacib amillərdən sayılan qida sektoru formalaşmış, Milli Kulinariya 
Mərkəzi yaradılmışdır (1991). "Amburan", "Karvansara", "Bəh-bəh klub", "Mc Donald's", "Pizza-nat", "Patio-
pizza",  "Oyster  Fish  House",  "Dolce  Vita",  "Dəniz"  restoranları  və  b.  həm  yerli  əhalinin,  həm  də  turistlərin 
ixtiyarındadır.  Respublikada  fəaliyyət  göstərən  milli,  Avropa,  türk,  hind  və  Çin  mətbəxli  restoranların 
əksəriyyəti Bakıda yerləşir. 
Turizmin  inkişafı  sosial  problemlərin  həlli,  məşğulluğun  təmin  olunması  və  yaşayış  səviyyəsinin 
yüksəlməsində  mühüm  rol  oynayır.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  "Azərbaycan 
Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  (2004-2008-ci  illər)  Dövlət  Proqramının  təsdiq  edilməsi 
haqqında 11 fevral 2004-cü il tarixli Fərmanına uyğun olaraq respublikanın turizm ehtiyatları ilə daha zəngin 
bölgələrində potensial imkanlar nəzərə alınır və turizmin inkişafı istiqamətində tədbirlər həyata keçirilir. 
Respublikada turizmi inkişaf etdirmək məqsədilə Bakı, Xaçmaz, Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Quba 
şəhərlərində və Lahıc qəsəbəsində turist informasiya mərkəzləri açılmışdır (2006). 
Azərbaycan  Respublikasında  turizmin  daha  da  inkişaf  etdirilməsi  və  turizm  fəaliyyəti  üçün əlverişli 
şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi 
landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə