13
50-ci illərdə simfonik musiqi sahə-sində xüsusi inkişaf nəzərə çarpır. Dövrün mühüm ictimai-siyasi
mövzuları bəstəkarların müxtəlif səpgili simfonik əsərlərində öz ifadəsini tapır. Bəstəkarların simfonik
yaradıcılığının janr və üslub tərkibi çeşidliyi ilə fərqlənir. Bu dövrdə Q.Qarayev, F.Əmirov, C.Hacıyev,
S.Hacıbəyov, Niyazi ("Rast" simfonik muğamı, 1949), R.Hacıyev
fəal yaradıcılıq işi aparırdılar. Q.Qarayevin bu dövr əsərlərində
bəstəkarın simfonizminə məxsus münaqişəli dramaturgiya, məntiqi
inkişaf, parlaq intonasiya ifadəliliyi özünü göstərirdi ("Leyli və
Məcnun" simfonik poeması, SSRİ Dövlət mükafatı, 1948; "Yeddi
gözəl" simfonik süitası, 1948; Alban rapsodiyası, 1952). F.Əmirov
musiqi tarixində simfonik muğam janrının yaradıcısı kimi
məşhurdur ("Şur", "Kürd ovşarı", SSRİ Dövlət mükafatı, 1949).
Bəstəkar muğamların məqam, mövzu və digər üslub
xüsusiyyətlərini
ustalıqla
simfonikləşdirmişdir.
Əmirov
simfonizminə xas olan orkestr boyalarının əlvanlığı, janr
rəngarəngliyi, obraz zənginliyi onun bu dövrdə yazdığı əsərlərində
öz ifadəsini tapdı (simli orkestr üçün "Nizami" simfoniyası, 1947;
"Azərbaycan" simfonik süitası, 1950). C.Hacıyev simfonizmi
obrazlarının dərin psixoloji fikir yönümü, musiqi inkişafının gərgin dramatizmi, melodikasının geniş epikliyi ilə
fərqlənir. S.Hacıbəyovun simfonik yaradıcılığı parlaq janr boyaları ilə aşılanmışdır ("Karvan" simfonik lövhəsi,
1945; orkestr üçün uvertüra, 1956).
C.Cahangirov vokal-simfonik əsərlər ("Arazın o tayında" poeması, SSRİ Dövlət mükafatı, 1950;
"Füzuli" kantatası, 1959) bəstələdi. "Arazın o tayında" vokal-simfonik poeması özündə həm simfonik, həm də
kantata-oratorial musiqinin özəlliklərini toplayan yeni janr idi. Cənubi Azərbaycanda azadlıq mübarizəsinə həsr
edilmiş bu əsər obrazlılığı, siyasi aktuallığı, musiqi dilinin milli koloriti ilə fərqlənir. "Füzuli" kantatasında isə
Füzuli poeziyasının obraz dairəsi polifonik inkişafa malik xor musiqisi vasitəsilə ifadə edilmişdir. Bu dövrdə
kamera musiqisinə, xüsusilə instrumental musiqiyə maraq daha da artdı (Q.Qarayev, F.Əmirov, C.Hacıyev,
Elmira Nəzirova, Azər Rzayev və başqa). Mahnı janrının yüksəlişi S.Rüstəmov, Tofıq Quliyev, R.Hacıyev,
C.Cahangirov, Qəmbər Hüseynli yaradıcılığı ilə sıx bağlıdır. Ağabacı Rzayeva, Ədilə Hüseynzadə, Şəfiqə
Axundova kimi qadın bəstəkarların mahnı yaradıcılığı da əhəmiyyətlidir. Bu dövrdə bir sıra kinofilmlərə və
dram tamaşalarına musiqi bəstələnmiş, ifaçılıq sənəti püxtələşmişdir. 1957-ci ildə ilk Dövlət simli kvarteti
[Azad Əliyev, Murad Tağıyev, Rəşid Seyidzadə, Sabir Əliyev; tələbə və gənclərin 6-cı Ümumdünya festivalı
beynəlxalq müsabiqəsinin (1957, Moskva) laureatı] yaradıldı. SSRİ xalq artistləri Firəngiz Əhmədova
(müğənni), Leyla Vəkilova (balerina), əməkdar incəsənət xadimi Çingiz Hacıbəyov (dirijor) və başqaları ilə
təmsil olunan yeni ifaçılar nəsli yetişdi. 1956-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının 1-ci qurultayı keçirildi.
60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar
qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq
əlaqələrin genişlənməsi ilə seçilir. Azərbaycan bəstəkarlarının peşəkarlıqlarının
təkmilləşməsi yazı texnikalarından, yeni musiqi ifadə vasitələrindən istifadə etməyə
şərait yaratdı.
60-80-ci illərdə ümumbəşəri ictimai əhəmiyyət daşıyan mövzular müasir dövrün
aktual fəlsəfi-etik problemləri ilə əlaqədə verilirdi. Yeni forma, ifadə vasitələri
axtarışları aparılırdı. Folklorla əlaqə yeni musiqi təfəkkürü sistemi səviyyəsində təzahür
edirdi. Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara
çevrilirdi. Arif Məlikovun "Məhəbbət əfsanəsi" (1961), "Bu torpaqda iki nəfər" (1969),
"İki ürək dastanı" (1982), F.Əmirovun "Nə-simi haqqında dastan" (1973; Azərbaycan
SSR Dövlət mükafatı, 1974), "Min bir gecə" (1979; SSRİ Dövlət mükafatı, 1980)
baletləri geniş şöhrət qazandı. Bu dövrdə Niyazi ("Çitra", 1962, 2-ci redaksiya, 1972),
Əşrəf Abbasov ("Qaraca qız", 1965), R.Hacıyev ("Ləzgi-həngi", "Yallı", "Hürriyyə" və s., 1969, 1970, 1979),
T.Bakıxanov ("Xəzər balladası", "Şərq poeması", 1968, 1989), F.Qarayev ("Qobustan kölgələri",
"Kaleydoskop", 1969, 1971), L.Vaynşteyn ("İlham", 1977), N.Məmmədov ("Humay", 1981), A.Əlizadə
("Babək", 1986) balet əsərləri yaratdılar. R.Mustafayevin "Vaqif" (1960), S.Ələsgərovun "Bahadır və Sona"
(1961), V.Adıgözəlovun "Ölülər" (1963), Z.Bağırovun "Aygün" (1972), Ə.Bədəlbəylinin "Söyüdlər ağlamaz"
(1971), Ş.Axundovanm "Gəlin qayası" (1972), M.Quliyevin "Aldanmış kəvakib" (1977), C.Cahangirovun
"Xanəndənin taleyi" (1978) əsərləri 60-70-ci illər Azərbaycan opera sənətini təmsil edirdi. R.Hacıyevin "Romeo
mənim qonşumdur" (1960), "Kuba, məhəbbətim mənim" (1963), "Yolayrıcı" (1981) və s. operettaları müxtəlif
səhnələrdə tamaşaya qoyulmuşdur. Q.Qarayevin "Coşğun qaskoniyalı" müziklində (1973; E.Rostanm "Sirano
de Berjerak" pyesinin motivləri üzrə) janrın yeni aspektləri meydana çıxdı. Bu dövrün Azərbaycan operettası
Z.Bağırov ("Qaymana", 1964), S.Ələsgərov ("Milyonçunun dilənçi oğlu", 1966; Ü.Hacıbəyov ad. respublika
14
mükafatı, 1967), T.Quliyev ("Sənin bircə sözün", 1967), A.Məlikov ("Dalğalar", 1967), A.Rzayev ("Hacı
Kərimin aya səyahəti", 1967), T.Bakıxanov və N.Məmmədov ("Məmmədəli kurorta gedir", 1969), Vasif
Adıgözəlov ("Nənəmin şahlıq quşu", 1971), Emin Sabitoğlu ("Hicran", 1973) və başqalarının əsərləri ilə təmsil
olunmuşdur.
Azərbaycan bəstəkarları simfonik musiqinin müxtəlif janrlarına müraciət etmişlər. Q.Qarayevin "Don
Kixot" simfonik qravürləri (1960), kamera orkestri üçün 3-cü simfoniyası (1965) və skripka ilə orkestr üçün
konsertində (1967) çağdaş dövrün mürəkkəb təzadları, bəstəkarın həyat, insan haqqında düşüncələri əksini
tapmışdır (Bu əsərlərdə 12 tonlu seriya texnikası ilə milli musiqinin üzvi sintezinin parlaq nümunəsi yaranmış,
millilik anlayışının yeni çalarları müəyyən edilmişdir). F.Əmirovun "Azərbaycan kapriççiosu" (1961),
"Gülüstan-Bayatı-Şiraz" simfonik muğamı (1971), "Azərbaycan qravürləri" (1977) janr rəngarəngliyi ilə seçilir.
C.Hacıyev (5-ci, "İnsan, Torpaq, Kosmos" simfoniyası, 1972), S.Hacıbəyov (böyük simfonik orkestr üçün
konsert, 1964, Azərbaycan SSR Dövlət mükafatı, 1970), A.Məlikov (2-6-cı simfoniyalar, 1969-85;
"Metamorfozlar", 1964), V.Adıgözəlov (fortepiano ilə orkestr üçün 3-cü konsert, 1985), X.Mirzəzadə (2-ci
simfoniya, 1970, Azərbaycan SSR Dövlət mükafatı, 1976), Aqşin Əlizadə (1-4-cü simfoniyalar, 1962, 1966,
1984, 1985) yeni musiqi əsərləri yaratmışlar. Ramiz Mustafayev, M.Mirzəyev, N.Məmmədov, A.Rzayev,
F.Qarayev, İ.Məmmədov, Oqtay Zülfüqarov, İ.Hacıbəyov, A.Dadaşov, C.Quliyev və başqa simfonik musiqi
sahəsində uğurla çalışmışlar. Hacı Xanməmmədov tar və simfonik orkestr üçün 4 konsertin (1952, 1966, 1973,
1984, 1-ci konserti Azərbaycanda bu janrda yazılmış ilk əsərdir) müəllifidir. S.Rüstəmov (1972), Süleyman
Ələsgərov (1983) tar ilə xalq çalğı alətləri orkestri üçün konsertlər bəstələmişlər.
Vokal-simfonik və xor musiqisi janrına C.Cahangirov ("Sabir" oratoriyası", 1962; "Nəsimi" kantatası,
1980), S.Rüstəmov ("Azərbaycan" kantatası, 1971), R.Mustafayev ("Hüseyn Cavid" oratoriyası, 1983),
A.Məlikov ("Vətən" vokal-simfonik poeması, 1964), A.Əlizadə ("Bayatılar" xor silsiləsi, 1969; "26-lar"
kantatası, 1975, Azərbaycan SSR Dövlət mükafatı, 1978), N.Məmmədov ("Azərbaycan" oratoriyası, 1978),
M.Mirzəyev ("İran motivləri" vokal-simfonik silsiləsi, 1979), İ.Hacıbəyov ("Memorial" kantatası, 1984) və
başqa müraciət etmişlər.
Kamera-instrumental musiqi janrına Q.Qarayev,
C.Hacıyev, F.Əmirov, Xəyyam Mirzəzadə, T.Bakıxanov,
A.Rzayev, M.Quliyev və başqa maraq göstərmişlər.
F.Əlizadənin violonçel və fortepiano üçün "Habilsayağı"
kompozisiyası (1981) geniş ifa edilir. Kamera-vokal
musiqisi
A.Məlikov,
Ə.Hüseynzadə,
F.Quliyeva,
S.İbrahimova və başqanın yaradıcılığı ilə təmsil olunur.
F.Əmirov, C.Cahangirov, Ş.Axundova, S.Ələsgə-rov,
V.Adıgözəlov, T.Hacıyev, E.Sabitoğlu, P.Bülbüloğlu,
O.Kazımov, R.Mirişli, E.İbrahimova, A.Bəbirov və başqa
mahnı janrında da diqqətəlayiq əsərlər yaratmışlar.
A.Məlikovun soprano və simli orkestr üçün N.Hikmətin
sözlərinə bəstələdiyi 2 sikl romansları (1962, 1984) bu
janrın dəyərli nümunələridir.
T.Quliyev, R.Hacıyev, C.Cahangirov, A.Məlikov,
X.Mirzəzadə, V.Adıgözəlov, E.Sabitoğlu, P.Bülbüoğlu və başqaları kino və dram tamaşalarına musiqi
yazmışlar. Uşaq musiqisi sahəsində O.Zülfüqarov, S.İbrahimova, O.Rəcəbov, R.Şəfəq və başqa fəal çalışırlar.
Azərbaycan bəstəkarlarının simfonik və kamera musiqisi 50-ci illərdən etibarən xaricdə geniş ifa
edilməyə başlamışdır. F.Əmirovun "Şur" və "Kürd ovşarı", Niyazinin "Rast" simfonik muğamları, Q.Qarayevin
və S.Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir. 80-ci illərdə
A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, F.Əlizadə, F.Qarayev və başqanın əsərləri Avropa, Amerika, Asiyada
uğurla ifa edilmişdir. Müğənnilər, SSRİ xalq artistləri R.Behbudov, F.Əhmədova, M.Maqomayev, Z.Xanlarova,
L.İmanov, Fidan Qasımova, Azərbaycanın xalq artistləri R.Atakişiyev, Xuraman Qasımova, pianoçular,
Azərbaycanın xalq artistləri Fərhad Bədəlbəyli, Tamilla Mahmudova, Çingiz Sadıqov, Zöhrab Adıgözəlzadə,
əməkdar incəsənət xadimləri Elmira Nəzirova, Elmira Səfərova, skripkaçalanlar, Azərbaycanın xalq artistləri
Azad Əliyev, Sərvər Qəniyev, altçalanlardan Çingiz Məmmədov, Rəşid Seyidzadə, violonçel çalanlardan
Azərbaycanın xalq artistləri Sabir Əliyev, Rauf Abdullayev, kontrabasçalan İslam Hüseynov, nəfəs alətləri
ifaçılarından Müzəffər Ağamalızadə, Rəhim Babayev, Ələkbər İskəndərov (fleyta), Kamil Cəlilov (qoboy),
Əliheydər Paşayev (valtorn), Hidayət Hüseynov (truba), orqançalanlar Zəhra Cəfərova, Rasimə Babayeva,
Tahirə Yaqubova, Rəna İsmayılova, dirijorlar - xalq artistləri Kamal Abdullayev, Rauf Abdullayev, Nazim
Rzayev, əməkdar incəsənət xadimləri Nadir Əzimov, Kazım Əliverdibəyov, Ramiz Məlikaslanov, xor dirijorları
- xalq artisti R.Mustafayev, əməkdar incəsənət xadimləri Ləman Atakişiyeva, Z.Bağırov, Eduard Novruzov,
Dostları ilə paylaş: |