Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ilin birinci yarısında gördüyü işlər haqqında hesabat



Yüklə 353,1 Kb.
səhifə3/3
tarix02.01.2018
ölçüsü353,1 Kb.
#19199
1   2   3

TURİZM
2012-ci ilin birinci yarısında ölkədə turizmin inkişaf etdirilməsi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi tərəfindən 2012-ci ilin birinci yarımilliyi ərzində təsdiq olunmuş iş planı əsasında turizmin inkişafı istiqamətində ardıcıl işlər görülmüşdür.

Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, İslam Konfransı Təşkilatı (İKT), Müstəqil Dövlətlər Birliyi (MDB), Demokratiya və İqtisadi inkişaf naminə - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) s. beynəlxalq təşkilatlarla turizm sahəsində çoxtərəfli əməkdaşlığın təşkil edilməsi, turizm sahəsində mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, həmçinin yeni təklif və layihələrin hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində səmərəli və mühüm fəaliyyətini davam etdirmişdir.

2012-ci ilin 15-22 yanvar tarixlərində İspaniyanın Madrid şəhərində keçirilmiş «FITUR» beynəlxalq turizm sərgisində və “VI Exceltur Tourism Leadership Forum”unda Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir. Səfər çərçivəsində Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və İspaniya ilə Azərbaycan Respublikası arasında turizm sahəsində əməkdaşlığın müzakirə olunması və turizm sahəsi üzrə gələcək əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə bir sıra görüşlər keçirilmişdir.

2012-ci ilin 06-22 fevral tarixlərində Yaponiyanın Sapporo şəhərində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən keçirilən 2011-ci maliyyə ili üzrə “Gənc liderlər üçün təlim proqramı” çərçivəsində “Regionlarda turizmin təşviqi” adlı təlim kursunda Nazirlik təmsil olunmuşdur. Tədbirdə Nazirliyin əməkdaşı ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Duzdağ” mehmanxanasının nümayəndəsi iştirak etmişdir. Təlim kursunun həyata keçirilməsinin əsas məqsədi regionlarda turizmin təşviqi, daxili turizmin inkişafı üçün mövcud imkanlardan maksimum istifadə və bu sahədə Yaponiya təcrübəsinin öyrənilməsindən ibarət olmuşdur.

Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın cari ilin 21-22 fevral tarixlərində Vyana şəhərində keçirilmiş 7-ci iclasında Nazirliyin nümayəndəsi iştirak etmiş və Azərbaycanın turizm imkanlarına dair məruzə ilə çıxış etmişdir.

2012-ci ilin 23-24 fevral tarixlərində Serbiyanın Belqrad şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Turizm üzrə İşçi Qrupunun növbəti iclası olunmuşdur. İclas zamanı QDİƏT-yə üzv dövlətlərdə viza prosesinin asanlaşdırılması, dövlətlərin turizm sahəsində çalışan əməkdaşları, turizm şirkətləri və təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi, davamlı turizmin inkişaf perspektivləri, balneologiya, dəniz, sağlamlıq, spa, yaradıcı və sair kimi turizm növlərinin Qara Dəniz regionunda inkişafı, ətraf mühitin regionda qorunması, müvafiq seminarların və treninqlərin təşkili, statistik məlumatların mübadiləsi, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq, turizm xidmət səviyyəsinin yüksəldilməsi, marketinq-təbliğat işlərinin gücləndirilməsi, QDİƏT regionunun vahid brendinin yaradılması, birgə turizm informasiya mərkəzinin yaradılması, üzv dövlətlərdə təşkil olunan turizm üzrə tədbirlərdə iştirak və digər məsələlər müzakirə olunmuşdur.

2012-ci ilin 1 mart tarixində Krım Muxtar Respublikasının Yalta (Ukrayna) şəhərində KMR-in Kurortlar və Turizm Nazirliyi tərəfindən keçirilən “Birinci Beynəlxalq Qara Dəniz Forumu”nda Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Azərbaycanın turizm potensialı: Qara dəniz ölkələri arasında alternativ turizmin inkişafı” adlı məruzə ilə çıxış etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə KMR Kurortlar və Turizm Nazirliyi arasında əməkdaşlığın gücləndirilməsi, Azərbaycandan Krıma və əks istiqamətdə turist axınının çoxalması, ikitərəfli yeni layihələr, Qara dəniz ölkələri arasında alternativ turizmin inkişafı və digər məsələlər müzakirə edilmişdir.

2012-ci ilin 3 - 9 mart tarixində Almaniyanın Berlin şəhərində keçirilən “ITB” beynəlxalq turizm sərgisi zamanı BMÜTT-nin Katibliyində 2012-ci ilin aprel ayından Azərbaycan Respublikası ekspertinin fəaliyyətə başlamasına dair BMÜTT və Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi arasında Anlaşma Memorandumu imzalamışdır.

Azərbaycanın turizm imkanlarının xarici ölkələrdə təbliğ edilməsi məqsədilə Nazirlik tərəfindən 2012-ci ilin 11-18 mart tarixində İtaliyanın “Classis Association” şirkətinin, 13-31 mart tarixində “Italian Multimedia Group Sri” şirkətinin, 18-31 mart tarixlərində Cənubi Koreyanın “Educational Broadcasting System” dövlət televiziya kanalının, 16-30 mart tarixində Almaniyanın media nümayəndələrinin, 12-14 aprel

tarixində Rusiyanın “Коммерсант ФМ” radiosunun və 5-7 may tarixində “Yapon turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu” layihəsi çərçivəsində Yaponiyanın kütləvi informasiya vasitələri nümayəndələrinin ölkəmizə press-turları təşkil edilmişdir.

Cari ilin 25-30 mart tarixində London şəhərində keçirilmiş Beynəlxalq Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının növbəti illik iclasında Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdur.

13 aprel tarixində Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında Turizm sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

13 aprel tarixində İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm adlı beynəlxalq konfransa Azərbaycan Respublikasının ev sahibliyi barədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (BMÜTT) arasında Saziş imzalanmışdır.

19-20 aprel tarixində Ukraynanın Kiyev şəhərində keçirilmiş GUAM-ın turizm üzrə işçi qrupunun növbəti iclasında Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdur.

9-10 may tarixində Gürcüstanın Batumi şəhərində keçirilmiş BMÜTT-nin Avropa Regional Komissiyasının 54-cü iclası və “Dünyada turizm məkanlarının brendləşdirilməsi” adlı seminarda Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdur.

7-8 iyun tarixində Belarusun Minsk şəhərində keçirilmiş MDB-yə üzv dövlətlərinin Turizm Şurasının iclasında Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdur.

11-13 iyun tarixlərində İspaniya Krallığının Madrid şəhərində keçirilmiş BMÜTT-nin İcraiyyə Şurasının 93-cü sessiyasında Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdur.

22 fevral tarixində “Turizm ili”nin yekunlarına həsr olunmuş geniş miqyaslı Kollegiya iclası keçirilmişdir. İclasda Kollegiya üzvləri, Milli Məclisin, Nazirlər Kabinetinin, turizm şirkətlərinin və mehmanxanaların nümayəndələri iştirak etmişlər.

Mədəni turizm marşrutlarının sertifikatlaşdırılması ilə əlaqədar ilkin işlər görülmüşdür. Avropa Mədəni Turist Marşrutları İnstitutu tərəfindən müəyyənləşdirilmiş meyarlara əsasən Aleksandr Düma mədəni turist marşrutunun sertifikatlaşdırılması işinə başlanılmışdır. Həmçinin, “Aleksandr Düma Qafqazda” Mədəni Turizm Marşrutu üzrə tədbirlər planının ilkin variantı hazırlanmışdır.

Cari ilin 17 fevral tarixində turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Milli İncəsənət Muzeyinə infotur təşkil olunmuşdur.

Azərbaycanın Milli Turizm İnkişaf Planını hazırlamaq məqsədilə 28 fevral – 3 mart tarixində Avstriyanın “Kohl Partner” şirkətinin 2 əməkdaşının ölkəmizin turizm potensiallı rayonlarına (Masallı – Lənkəran – Lerik, Şamaxı – İsmayıllı – Qəbələ – Oğuz – Şəki – Qax və Gəncə – Göygöl – Şəmkir marşrutları üzrə) səfəri təşkil təşkil edilmişdir.

“Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi ilə əlaqədar cari ilin 01-10 mart tarixində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA Bakı Proqram Koordinatorluğu ilə birgə mehmanxana idarəçiliyi, qeyd-qəbul, masa xidməti və xadiməçilik mövzularında 30 mehmanxananın 120 nəfər əməkdaşı üçün təlim-tədris kursları təşkil olunmuşdur.

"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın icrasına uyğun olaraq mədəni turizm obyektlərinin reyestri hazırlanaraq təsdiq edilmişdir.

12 aprel tarixində Azərbaycan Respublikası Avropa Mədəni Turizm Marşrutları üzrə Hissəvi Sazişin rəyasət heyətinə üzv seçilmişdir.

“Misterioso Azerbaigian” (Sehrli Azərbaycan) layihəsi çərçivəsində italiyalı turistlərin ölkəmizə cəlb edilməsini təmin etmək məqsədilə cari ilin 25-29 aprel tarixində İtaliyanın “Classis” şirkətinin dörd nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

“Azərbaycan Respublikasında 2010 - 2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində “Azərbaycanda palçıq vulkanları" turizm növü üzrə turların təşkili məqsədilə 2012-ci ilin 04 may tarixində Nazirliyin nümayəndəsinin, AMEA-nın Geologiya İnstitutunun əməkdaşlarının, turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Lökbatan, Daşgil və Qoturdağ ərazisində “Palçıq vulkanı” ekoturizm marşrutu keçirilmişdir. İnfotur layihəsi çərçivəsində “Palçıq vulkanları” üzrə iki müxtəlif marşrutun texniki pasportu hazırlanmışdır.

May ayının 6-dan 8-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şəki rayonu ərazisindəki atüstü turizm marşrutu üzrə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü turist yürüşü keçirilmişdir.

Mayın 12-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş və Çexiya Respublikasının Standartlar Üzrə Agentliyi tərəfindən keçirilmiş “Avropa standartlarının Azərbaycan məkanında tətbiqi” mövzusunda seminarda Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdur.

Avstriyanın ORF, Britaniyanın BBC və Qətərin Əl-cəzirə televiziya kanalları üçün müsahibə materialları hazırlanmışdır.

“Eurovision-2012” mahnı yarışması ilə əlaqədar ölkəmizə gələn turistlər üçün müxtəlif çeşidli ekskursiya proqramlarının təmin edilməsi ilə bağlı Bakı Şəhəri üzrə 3 şəhər turu proqramı və region üzrə 1 ekskursiya proqramı hazırlanmışdır. Bununla yanaşı, xarici qonaqların asudə vaxtlarının səmərəli keçirmələri və Bakı şəhəri ilə əyani tanış olmaları üçün may ayının 15-dən “Şəhər Turu” (City Tour) layihəsinə start verilmişdir.

Muzeylərin fəaliyyətinin yaxşılaşdırılması və xarici dil bilən muzey bələdçilərinin və mehmanxanalarda xarici dil bilikləri olan işçilərin sayının optimallaşdırılması üçün xüsusi təlim kurslarının təşkili ilə bağlı muzey və mehmanxana sistemində çalışan 78 nəfər üçün ingilis dili üzrə iki ay müddətində tədris kursları təşkil edilmişdir.

Ölkəyə giriş məntəqələrində – Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, Bakı Beynəlxalq Avtovağzal Kompleksində, Bakı Dəmiryolu Vağzalında və Dəniz limanında sərnişinlərin çıxış nöqtəsində turizm informasiya mərkəzləri yaradılmışdır.

Müxtəlif xarici dillərdə Bakının xəritəsini (tədbir keçirilən yerlər xüsusi göstərilməklə) əks etdirən bukletlər hazırlanmış, bütün mehmanxanalarda və tədbirin keçirildiyi məkanda paylanmışdır.

Bununla yanaşı, ölkəmizin turizm potensialının təbliği və təşviqi baxımından Azərbaycan Sənaye Bankı tərəfindən “Eurovision”a gəlmiş qonaqlar üçün ilkin ödəmə məqsədilə “Baku Card” layihəsi həyata keçirilmişdir.

Cari ilin 23 may tarixində Masallı rayonunda turizm xidməti və xalq sənəti nümunələri istehsal edən obyektlərin iştirakı ilə təşkil olunan turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi iştirak etmişdir.

Azərbaycanın beynəlxalq mədəni turizm marşrutlarına cəlb olunması məqsədilə “Millennium Turizm, Konqres DMC” MMC ilə Malayziyada fəaliyyət göstərən “4x4 Worldexplorer” şirkəti arasında imzalanmış, uzunluğu 21000 km–dən çox olan, istiqaməti Malayziyadan başlayaraq Tailand, Laos, Çin, Qazaxıstan, Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Suriya və İordaniya dövlətlərindən keçən avto turizm marşrutu çərçivəsində yürüş iştirakçılarının 29 may - 01 iyun 2012-ci il tarixlərində Azərbaycandan keçmələri təmin olunmuşdur.

“İbtidai insanların qayaüstü rəsmləri” beynəlxalq turizm marşrutu üzrə ilkin materiallar hazırlanmış və iyun ayının 22-də Lüksemburqda keçirilmiş Avropa Mədəni Turizm Marşrutları üzrə Hissəvi Sazişin Bürosunun iclasında təqdim olunmuşdur.

Yay turizm mövsümünün başlanmasını nəzərə alaraq, turizm potensiallı bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə hazırlıq səviyyəsinin yoxlanılması, cari mövsümdə turistlərə göstəriləcək xidmətin qiymətlərinin araşdırılması və mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış yerləşdirmə obyektlərinin fəaliyyətinin öyrənilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri daxil olmaqla xüsusi komissiya yaradılmış və komissiya üzvləri qərb regionu (Gədəbəy, Gəncə, Naftalan və Mingəçevir) üzrə cari ilin 11-15 iyun, şimal-qərb regionu (Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala və Balakən) üzrə 18-25 iyun və şimal regionu (Xaçmaz, Qusar və Quba) üzrə 27-30 iyun tarixində bölgələrdə monitorinq keçirmişlər.

Yeni turizm mövsümünün başlaması ilə bağlı Azərbaycanda akkreditə olunmuş səfirlərin, mehmanxanaların, turizm şirkətləri və KİV nümayəndələrinin iştirakı ilə iyunun 13-də Azərbaycanda yay turizm mövsümünün açılışı məqsədilə “Jumeirah Bilgah” otelində tədbir keçirilmişdir.

Turizm məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsi məqsədilə “Hotelstars Union” təşkilatı ilə danışıqlar aparılmış və onların standart və kriteriyalarının Azərbaycan mehmanxanalarında tətbiqinə razılıq əldə olunmuşdur.

Mədəniyyət və Turizm Nazirliyinin əldə etdiyi təcrübəyə, turizm sahəsindəki beynəlxalq təşkilatların tövsiyələrinə və müvafiq dövlət qurumlarının təkliflərinə əsasən hazırlanmış “Turizm haqqında” yeni Qanun layihəsi 06 fevral tarixindən 30 gün müddətində ictimaiyyətin müzakirəsinə təqdim olunmuşdur. Göndərilmiş rəy və təkliflər təhlil edilmiş, yeni Qanun ingilis dilinə tərcümə olunaraq təhlil üçün Ümumdünya Turizm Təşkilatına təqdim edilmişdir.

Rusiya Federasiyasından Azərbaycana turistlərin cəlb olunması məqsədilə “Kulinariya turu” adlı həftəsonu və bir həftəlik proqram hazırlanmışdır.

“Qırxotaq Əfsanələri” adlı mədəni turizm marşrutu layihəsinin ilkin variantı hazırlanmış, təqdim olunan bu layihə əsasında Lahıc və Basqal Tarix-mədəniyyət Qoruqlarının arasındakı ərazidə “Qırxotaq Əfsanələri” və “Fit dağ Əfsanələri” adlı mədəni və ekoturizm marşrutlarının yaradılması və pasportlaşdırılmasına razılıq əldə olunmuşdur.

“Kutvan konsaltinq” şirkəti tərəfindən Xaçmaz rayonunun turizm potensialının öyrənilməsi və turizmin inkişaf planının hazırlanmasına dair daxil olmuş layihə təklifləri təhlil olunmuş və icrası üçün müvafiq müqavilə sənədləri tərtib edilmişdir.

Rusiya Federasiyasında 2013-cü ildə keçirilməsi nəzərdə tutulan “Azerbaijan Tourism Roadshow” layihəsi üzrə təhlil aparılmış və ilkin təkliflər hazırlanmışdır.

“Mehmanxanalar və digər yerləşdirmə obyektlərinin təsnifatı” standartının ilkin variantı və atçılıq turizminin inkişafı konsepsiyası və marketinq planı üzrə təkliflər hazırlanmışdır.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu və Almaniyanın Texniki Əməkdaşlıq təşkilatının dəstəyi ilə Turist Bələdçiləri Assosiasiyasının Dünya Federasiyası (TBADF) tərəfindən Azərbaycan Respublikasında fəaliyyət göstərən turist bələdçilərinə treninq kursları keçirilmişdir. Keçirilmiş treninq kurslarında 11 nəfər turist bələdçisi iştirak etmiş və kursun sonunda müvafiq sertifikatlarla təltif olunmuşlar. Cari ilin sentyabr ayında ikinci treninq kurslarının keçirilməsi nəzərdə tutulur.

Cari ilin 12-15 yanvar tarixində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Ferien Messe 2012”, 14-22 yanvar tarixində Ştuttqart şəhərində keçirilən “CMT 2012”, 18-22 yanvar tarixində Madrid şəhərində keçirilən “FİTUR”, 27-29 yanvar tarixində ABŞ-ın Los-Anceles şəhərində keçirilən “Los Angeles Times Travel Show 2012”, 09 – 12 fevral tarixində Türkiyənin İstanbul şəhərində keçirilmiş “EMİTT 2012”,16-19 fevral tarixində İtaliyanın Milan şəhərində keçirilmiş “BİT 2012”, 02 – 04 mart tarixində Litvanın Vilnüs şəhərində keçirilən “VİVATTUR 2012”, 07 – 11 mart tarixində Almaniyanın Berlin şəhərində keçirilən “İTB-2012, 17 – 20 mart tarixində Moskva şəhərində keçirilmiş “İntourmarket 2012”, 21 – 24 mart tarixində Moskva şəhərində keçirilən “MİTT 2012”, 06 – 08 aprel tarixində Gürcüstanın Tbilisi şəhərində keçirilən “Caucasus Tourism Fair 2012”, 20-22 aprel tarixində Varşavada keçirilən “LATO Fair 2012”, 30 aprel – 03 may tarixində BƏƏ-nin Dubay şəhərində keçirilən “ATM 2012”, 07 – 10 iyun tarixində Koreyanın Seul şəhərində keçirilən “KOTFA”, 14 – 17 iyun tarixində Çinin Honq-Konq şəhərində keçirilən “İTE and MİCE” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin turizm şirkətləri iştirak etmişdir.

Eyni zamanda 12-14 aprel tarixində Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə “AITF-2012” beynəlxalq turizm və səyahətlər sərgisi keçirilmişdir. Sərgiyə, həmçinin Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilmişdir. Sərginin tərəfdaşları qismində “AZAL” şirkəti (rəsmi hava daşıyıcısı), “Hilton Baku” , “Qafqaz Point” otelləri (rəsmi mehmanxanalar) və “Greenwich Travel Club” şirkəti (rəsmi tur-operator) çıxış etmişlər.

Bütövlükdə 62 turizm istiqamətini təqdim edən “AITF-2012” sərgisində dünyanın 32 ölkəsindən 201 şirkət və təşkilat iştirak etmişdir.

Azərbaycanın turizm potensialının təbliğinin İran Körfəzi ölkələrində həyata keçirilməsi məqsədilə aprelin 28-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə “Atlantis Holidays” şirkəti arasında müqavilə imzalanmışdır. “Atlantis Holidays” şirkəti tərəfindən Azərbaycanın turizm potensialının İran Körfəzi ölkələrində təbliğ edilməsi məqsədilə ərəb-ingilis dillərində “Azerbaijan” adlı jurnal nəşr olunmuşdur.

Hesabat dövrü ərzində ingilis, rus, ərəb, çin və alman dillərində müxtəlif növ reklam-çap məhsulları hazırlanmış və iştirak olunan sərgilərdə paylanılmışdır.

Cari ildə Azərbaycanın turizm potensialını əks etdirən 45 və 60 saniyəlik reklam çarxlarının “CNN”, “Euronews” və “Travel Channel” telekanallarında nümayiş olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə adları qeyd olunan telekanallar arasında müqavilə yenilənmişdir.

“Eurosport” kanalı ilə Nazirlik arasında ölkəmizin mədəniyyət və turizm potensialının təbliği ilə bağlı müqavilə imzalanmışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Belçikanın “Unicap Television” şirkəti arasında bağlanmış müqaviləyə əsasən həmin şirkət Azərbaycanın turizm potensialına dair 13 dəqiqəlik film çəkmişdir. Filmin iyul ayından etibarən Fransanın “TV5 MONDE” telekanalında yayımlanması nəzərdə tutulmuşdur.

Türkiyə Səfirliyinin müvafiq məktubuna əsasən, Türkiyənin “Kanaltürk” telekanalının “Dünyayı Geziyorum” proqramında Azərbaycana dair filmin yerləşdirilməsi məqsədilə 18-25 mart tarixlərində qeyd olunan telekanalın əməkdaşları Azərbaycana səfər etmişlər. Film aprel ayının 15-dən etibarən “Kanaltürk” telekanalında yayımlanmışdır.

Rusiyanın “Pervıy” televiziya kanalının “Neputyovie zametki” verilişində ölkəmizin turizm potensialı haqqında materialın efirdə yayımlanması məqsədilə 22-30 aprel 2012-ci il tarixində telekanalın əməkdaşları Azərbaycanda səfərdə olmuşlar. Çəkilmiş materiallar iyun ayında həmin kanalda yayımlanmışdır.

“BMİ Voyager”, “Business Year” jurnallarında və “MİTT” sərgisinin rəsmi kataloqunda Azərbaycanın turizm potensialına dair reklam səhifələri yerləşdirilmişdir.

Cari ilin 31 may - 05 iyun tarixində Ukraynada və 06-10 iyun tarixində Qazaxıstanda keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində ölkəmizin turizm potensialını əks etdirən müxtəlif növ reklam-çap məhsulları ziyarətçilərə təqdim edilmiş və Azərbaycanı əks etdirən plakatlar sərgilənmişdir.

2012-ci ilin yanvar-iyun ayları ərzində 27 hüquqi və fiziki şəxsin təqdim edilmiş sənədlərinə baxılmış və onlara turizm fəaliyyəti ilə məşğul olmaq üçün (lisenziya) verilmişdir. Hazırda respublikada 194 turizm şirkəti fəaliyyət göstərir.

Həmin müddət ərzində 24 hüquqi və fiziki şəxsin təqdim edilmiş sənədlərinə baxılmış və onlara mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmişdir. Hazırda respublika ərazisində 335 hüquqi və fiziki şəxs Mədəniyyət və Turizm Nazirliyindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alaraq fəaliyyət göstərir.

Hesabat dövründə 5 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) Nazirlik tərəfindən ləğv edilmişdir.

Eyni zamanda turizm fəaliyyəti ilə bağlı 22 hüquqi və fiziki şəxsə verilmiş lisenziyalar Nazirlik tərəfindən ləğv edilmiş, onlardan yalnız 4-nün fəaliyyəti daha sonra bərpa edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2004-cü il tarixli, 56 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2004-cü il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş «Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası»na əsasən, 2012-ci ilin yanvar-mart ayları ərzində ekspert qrupu tərəfindən 22 obyektə baxış keçirilmiş və Azərbaycan Respublikasında dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 70-ə çatmışdır.

Vahid lisenziya reyestrinin aparılması məqsədi ilə lisenziya almış şirkətlərin və mehmanxanaların siyahısı hazırlanaraq hər ay üzrə İqtisadi İnkişaf Nazirliyinə, rüb üzrə isə Vergilər Nazirliyinə və Hesablama Palatasına təqdim edilmişdir.

Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən alınan rəsmi məlumatlar əsasında 2011-ci il ərzində Azərbaycana gələn əcnəbi vətəndaşlar və xarici turistlərlə bağlı müqayisəli təhlillər aparılaraq müvafiq arayış hazırlanmışdır.

Dövlət Statistika Komitəsi tərəfindən alınan rəsmi məlumatların əsasında 2011-ci il ərzində mehmanxanaların və turizm müəssisələrinin fəaliyyətlərinə dair əsas göstəricilər haqqında müvafiq arayış tərtib olunmuşdur.




BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ MƏDƏNİYYƏT PROQRAMLARI
Hesabat dövründə mədəniyyət və turizm sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

2012-ci il 24 fevral tarixində Qazaxıstanın Astana şəhərində keçirilmiş “Astana–Türk Dünyasının Mədəniyyət Paytaxtı–2012” mədəniyyət ilinin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak etmişdir.

Tədbir çərçivəsində TÜRKSOY üzv ölkələrinin mədəniyyət nazirlərinin iştirakı ilə Astana şəhərində TÜRKSOY Ölkələri Mədəniyyət Nazirlərinin Daimi Şurasının qeyri-rəsmi toplantısı keçirilmişdir. Toplantıda Astana şəhərinin 2012-ci il üçün Türk Dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar üzv ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, eyni zamanda TÜRKSOY-un yaradılmasına dair 1993-cü ildə imzalanmış Müqavilənin yenilənməsi, yeni layihənin beynəlxalq standartlara uyğunlaşdırılması müzakirə olunmuşdur.

Daha sonra Azərbaycan nümayəndə heyəti 2010-cu ildə Astanada açılışı keçirilmiş Türk Akademiyasında olmuş, Akademiyanın Prezidenti Şakir İbrayevin müşayiəti ilə Türk Dünyası Əl İşləri Muzeyi və Türk Akademiyasının nəzdində yerləşən kitabxananı ziyarət etmişdir.

Tədbir çərçivəsində, həmçinin TÜRKSOY rəsm sərgisi və üzv ölkələrin stendlərinin açılışı keçirilmişdir. Sərgidə türk dünyasının geyimləri sərgilənmiş və iştirakçıların böyük marağına səbəb olmuş moda nümayişi təşkil edilmişdir.

“Astana-Türk Dünyasının Mədəniyyət paytaxtı-2012” mədəniyyət ilinin açılışı münasibətilə təşkil olunmuş qala-konsertdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Krım, Qaqauz Yeri, Başqırdıstan, Tıva, Tatarstan, Xakasiya və Altayın Dövlət Rəqs Ansamblları və solistləri iştirak etmişlər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qazaxıstan, Türkiyə, Tatarıstan, Altay və Şimali Kipr Türk Respublikalarının mədəniyyət nazirləri, TÜRKSOY-un Baş katibi, Türk Şurasının Baş katibi, Türk Dünyası Parlamentlərarası Assambleyasının Baş katibinin müavini və Eskişəhərin icra hakimi ilə ikitərəfli görüşlər keçirmişdir.

7-10 mart tarixində Belçikanın Brüssel şəhərində növbəti Krans Montana forumu və bu tədbir çərçivəsində “Gələcəyin Gənc Liderləri” mükafatına layiq görülmüş şəxslərin görüşü keçirilmişdir. Görüşdə 2011-ci ildə “Gələcəyin Gənc Liderləri” mükafatına layiq görülmüş Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak etmişdir.

26-27 mart tarixində Türkiyə Respublikasının İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Yüksək Vəzifəli Şəxslər Komitəsinin V iclasında Nazirliyin nümayəndəsi iştirak etmişdir.

İclas zamanı “Türk Mədəniyyətinə Dəstək və Türk İrsinin Qorunması Fondunun Nizamnaməsi” və “Türk Akademiyasının təsis edilməsi haqqında Sazış” layihəsi müzakirə edilmişdir.

14-16 may tarixində Strasburqda Avropa Şurasının Mədəniyyət, Mədəni irs və Landşaft üzrə Rəhbər Komitəsinin ilk iclası keçirilmişdir. Azərbaycan tərəfindən iclasda mədəniyyət və turizm nazirinin müavini S.Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

İclasda yeni Komitənin Nizamnaməsi, sədr, sədr müavini və üzvlərinin seçilməsi, 2012-2013-cü illər üçün Fəaliyyət Planı, Avropa Şurasının layihə və proqramları, AŞ ilə Aİ və YUNESKO arasında əməkdaşlıq, Lyublyana prosesi, “Münaqişələrin həllində İncəsənət vasitə kimi” layihələri, Aİ Faro, Qranada, Valetta Konvensiyaları və 2013-cü ildə Bakıda keçiriləcək 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Rusiyada keçirilməsi təklif edilən Avropa Şurasının Mədəniyyət Nazirlərinin Konfransı və digər məsələlər müzakirə olunmuşdur.

İclasda regiondan Azərbaycan və Gürcüstan nümayəndələrinin artıq komitə bürosuna üzv olduqlarını və bu dəfə növbənin Ermənistana çatdığını əsas gətirən Ermənistan mədəniyyət nazirinin müavini Arev Samvelyan Avropa Şurasının Mədəniyyət, Mədəni irs və Landşaft üzrə Rəhbər Komitəsinin bürosu üzvlüyünə öz namizədliyini irəli sürmüşdür. Azərbaycan nümayəndə heyəti bununla bağlı qabaqlayıcı tədbirlər görərək, Gürcüstan və Moldova nümayəndələrini öz namizədliklərini irəli sürməyə təşviq etmiş, iştirakçılarla iş aparmış və nəticədə region ölkələri üzrə səslərin parçalanması səbəbindən Ermənistan nümayəndəsi az səs toplayaraq büro üzvü seçilə bilməmişdir.

Səfər çərçivəsində Avropa Şurasının baş direktoru və digər rəsmilərlə ikitərəfli görüşlər keçirilmişdir.

15 may tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev İsrail parlamentinin üzvləri xanım Faina Kirşenbaum, Orit Zuaretz, İsrailin Azərbaycandakı səfiri Mixail Lotem, səfirliyin ikinci katibi Ronen Krauszdan ibarət İsrail nümayəndə heyətini qəbul etmişdir. Nazir Ə.Qarayev iki ölkə arasında mədəniyyət sahəsində mövcud olan sıx əlaqələrdən məmnunluğunu ifadə etmiş və turizm sahəsi üzrə əməkdaşlığı daha da genişləndirmək məqsədilə İsraildə fəaliyyət göstərən turizm şirkətlərini hər il aprel ayında Bakıda keçirilən “Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi”ində iştiraka dəvət etmiş, hər iki ölkədə info-turların keçirilməsi, turizm sahəsində mütəxəssislər və tələbə mübadiləsinin həyata keçirilməsi, İsraildən olan jurnalistlərin Azərbaycana dəvət olunması, ibri dilində Azərbaycan haqqında bələdçilərin çap olunması, Azərbaycan haqda təbliğat xarakterli materialların İsrail tele - kanallarında yayımlanması kimi konkret təkliflər irəli sürmüşdür.

2012-ci ilin 23 may tarixində Bakıda YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni obyektlərin qorunması üzrə Hökumətlərarası Komitəsinin sədri Nut Vudenberqlə görüş keçirilmişdir. Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə yanaşı Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun nümayəndələri də iştirak etmişlər. Görüş zamanı Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun İkinci Protokoluna əsasən İçərişəhər və Qobustan üçün gücləndirilmiş mühafizə statusunun verilməsi ilə bağlı prosedur məsələlər müzakirə edilmiş və bununla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında Qanun layihəsinə dair məsləhətləşmələr aparılmışdır.

2012-ci il aprelin 27-də YUNESKO-da Beynəlxalq Caz Günü münasibətilə bayram tədbirləri təşkil edilmiş və Azərbaycan ən mühüm sponsorlarından biri olaraq, bu tədbirdə fəal iştirak etmişdir.

YUNESKO-nun Xoşməramlı səfiri Herbi Henkok tərəfindən irəli sürülən və YUNESKO tərəfindən dəstəklənən bu tədbirə dünyanın ən məşhur müasir caz musiqiçiləri – Markus Miller, Di Di Bricuoter, Barbara Hendriks, Tania Maria, Danilo Peres, gənc musiqiçilərdən – şeypurçular Hyu Masekela və İbrahim Maaluf, gitaraçı Svan Berger, pianoçu Covanni Mirabassi və başqaları cəlb olunmuşdur.

4-6 iyun 2012-ci il tarixində Türkiyənin İstanbul şəhərində Yaxın Şərq, Şimali Afrika və Avrasiya regionu üzrə “Keçid dövründə olan regionların əlaqələndirilməsi” adlı Dünya İqtisadi Forumunun xüsusi iclasında mədəniyyət və turizm naziri Ə.Qarayev iştirak etmişdir. İnkişaf naminə əməkdaşlığı genişləndirmək üçün dünyanın müxtəlif ölkələrindən olan 1000-ə yaxın siyasət və biznes liderlərini, mütəfəkkirləri bir araya gətirən Dünya İqtisadi Forumu 42 illik tarixində ilk dəfə olaraq Yaxın Şərq, Şimali Afrika və Avrasiya regionuna həsr edilmiş xüsusi iclas keçirirdi. Forum zamanı dövlət, biznes və vətəndaş cəmiyyəti strukturlarının yeni birgə əməkdaşlıq formaları araşdırılmış, gələcəyin meqa-regionunun ölkələri arasında əməkdaşlığın gücləndirilməsi və rəqabətə davamlılıq sahəsində ən yaxşı qlobal təcrübələr, Avropa regionunda böhran, Ərəb baharı və Rusiya Qışı, tədqiqat və elm sahələrinə investisiyalar, bilik iqtisadiyyatının formalaşdırılması, enerji təhlükəsizliyi, sosial dinamiklik, idarəçilik və digər mühüm məsələlər müzakirə olunmuşdur.

Nazir Ə.Qarayev Forum çərçivəsində keçirilən “Mədəniyyət sosial dəyişiklik üçün vasitədir” adlı sessiyada çıxış etmişdir.

Sessiya zamanı 2011-ci ildən başlayaraq iki ildən bir Bakıda təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rol oynadığı, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platforma təşkil etdiyi və Azərbaycan xalqının tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə çatdırılmasında xüsusi əhəmiyyətə malik olduğu xüsusi vurğulanmışdır. Eyni zamanda Dünya İqtisadi Forumunun iştirakçıları 2013-cü ildə Azərbaycanda keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunmuşlar.

7-8 iyun tarixdə Belarusun Minsk şəhərində MDB dövlətlərinin Turizm üzrə Şurasının növbəti iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. İclasda MDB dövlətləri arasında turizm sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, Turizm Şurasının yeni statusu və bununla bağlı Saziş ətrafında müzakirələr aparılmışdır.

14-16 iyun tarixdə Qazaxıstanın Astana şəhərində “Yeni Dünyada Avrasiya Mədəniyyəti” adlı Beynəlxalq Forum keçirilmişdir. Astana şəhərinin 2012-ci il “Birliyin Mədəniyyət Paytaxtı” elan olunmasına həsr olunmuş Forum Astanın Sülh və Həmrəylik Sarayında keçirilmişdir. Azərbaycan tərəfindən tədbirdə AR Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi mədəniyyət və elm xadimlərindən ibarət geniş tərkibdə nümayəndə heyəti iştirak etmişdir.

15 iyun 2012-ci tarixində, forumun rəsmi açılış mərasimindən sonra AR Mədəniyyət və Turizm naziri Ə.Qarayev çıxış etmiş, Astana şəhərinin 2012-ci il “Birliyin Mədəniyyət Paytaxtı” seçilməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevə və Qazaxıstan xalqına xüsusi təbrikini səsləndirmişdir. Nazir Ə.Qarayev “Yeni Dünyada Avrasiya Mədəniyyəti” forumunun əhəmiyyətini yüksək qiymətləndirmiş, dünya ictimaiyyətinin müasir şəraitdə mədəniyyət sahəsində üzləşdiyi təhdidlərə qarşı birgə mübarizəsini, fərqli mədəniyyətlərin və sivilizasiyaların dialoqunun təmin edilməsini və bu sahədə müştərək işin görülməsinə ehtiyac duyulduğunu iştirakçıların diqqətinə çatdırmışdır.

Forumun üçüncü iş günü, 16 iyun 2012-ci il tarixində Astananın “Şabit” sarayında Qazaxıstan Milli İncəsənət İnstitutun tələbələri ilə görüş keçirilmiş, həmin görüşdə nazir Ə.Qarayev, Qazaxıstanın Mədəniyyət və İnformasiya naziri Darxan Mimbay, səfir Polad Bülbüloğlu, M.Şvidkoy və digər elm və mədəniyyət xadimləri iştirak etmişlər. Tədbirdə gələcəkdə incəsənət sahəsi üzrə tələbə və mütəxəssis mübadiləsinin mümkünlüyü məsələləri müzakirə olunmuş və tələbələri maraqlandıran suallar cavablandırılmışdır. Həmin gün həmçinin, Qazaxıstanın Akademik Milli Kitabxanasında Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev ilə Qazaxıstan yazıçıları arasında görüş keçirilmişdir.

Forum çərçivəsində həmçinin, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun iclası keçirilmiş, “Qazaxıstanın mədəniyyəti: dünən, bu gün, sabah” adlı sərgi açılmış, Mərkəzi Konsert Salonunda Astana şəhərinin 2012-ci il “Birliyin Mədəniyyət Paytaxtı” elan olunmasına həsr olunmuş təntənəli konsert keçirilmişdir. Konsertdə MDB ölkələrindən olan musiqi qrupları və rəqs ansamblları çıxış etmişdir.




İNVESTİSİYA VƏ TEXNİKİ PROQRAMLAR
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2012-ci il tarixli 24s nömrəli, 01 may 2012-ci il tarixli 111s nömrəli və 23 may 2012-ci il tarixli 132s nömrəli sərəncamları ilə mədəniyyət və turizm obyektlərinin tikintisi, təmiri və yenidənqurulması üçün Mədəniyyət və Turizm Nazirliyinə 38 obyekt üzrə 273975,20 min manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Yerinə yetirilmiş təmir-tikinti işləri üçün ayrılmış vəsait 98736,17 min manat, yaxud 36,0% təşkil etmişdir, o cümlədən “Şahdağ” Qış-Yay Turizm Kompleksinin yaradılması layihəsi (nəzərdə tutulan vəsait 200000,0 min manat) üzrə maliyyələşmə 82432,41 min manat, yaxud 41,2% olmuşdur.

Mədəniyyət və turizm obyektlərinin tikintisi, təmir-bərpası və yenidənqurulması ilə əlaqədar aşağıdakıları qeyd etmək olar:

- Azərbaycan Dövlət İncəsənət Muzeyində keçid korpusunun tikinti işləri davam etdirilir.

- Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində tikinti işləri davam

etdirilir.

- Bakı şəhərində “Nizami” kinoteatrının binasında əlavə təmir-yenidənqurma işləri

aparılır.

- ”Şahdağ” Qış-Yay Turizm Kompleksinin 1.1 mərhələsinin tikintisi üzrə işlər davam

etdirilir.

- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təmir və yenidənqurma işləri

üçün layihə-smeta sənədləri hazırlanmışdır.

- Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında təmir və bərpa işləri davam

etdirilir.

- Qobustan Dövlət Tarix-Bədii Qoruğunda muzey və inzibati binanın tikintisi üzrə əlavə

işlər başa çatdırılmışdır.

- Şəki şəhərində Aşağı Karvansarayın bərpa işləri davam etdirilir.

- Gəncə şəhərində "Şah Abbas" Karvansarayının bərpa işləri davam etdirilir.

- Ağdam rayonu, Xındırıstan kənd Uşaq Musiqi Məktəbinin tikintisi davam etdirilir.

- Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində C.Hacıyev adına 3 saylı uşaq musiqi

məktəbinin əsaslı təmir işləri davam etdirilir.

- Qəbələ rayon Mədəniyyət Evinin tikintisi davam etdirilir.

- Masallı rayon Mədəniyyət Evinin əsaslı təmir işləri davam etdirilir.

- Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında yenidən qurulma işləri

aparılır.

- Tərtər şəhərində Mədəniyyət evi əsaslı təmir olunur.

- Bərdə şəhərində qəza vəziyyətində olan 1 saylı Uşaq İncəsənət Məktəbi üçün yeni

binanın tikintisi aparılır.

- Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində 11 saylı musiqi məktəbi üçün əlavə sinif

otaqlarının tikintisi davam etdirilir.

- Nərimanov rayonunda 35 saylı musiqi məktəbinin əsaslı təmir işləri davam etdirilir.

- Qaradağ rayonu, Lökbatan qəsəbəsində 9 saylı musiqi məktəbi üçün yeni binanın

tikintisinə başlanmışdır.

- Xəzər rayonu, Buzovna qəsəbəsi 4 saylı Uşaq İncəsənət məktəbinin akt zalının tikintisi

davam etdirilir.

- Sabunçu rayonu, Nardaran qəsəbəsindəki mədəniyyət evində muğam musiqi evi

yaradılmaqla əsaslı təmir üçün layihə-smeta sənədləri hazırlanır. Paralel olaraq əsaslı

təmir işlərinə başlanıb.

- Binəqədi rayonu, F.Əmirov adına 6 saylı Uşaq Musiqi Məktəbinin binasında

yenidənqurma və əsaslı təmir işləri üçün layihə-smeta sənədləri hazırlanır.

- Xəzər rayonu, Buzovna qəsəbəsində Mədəniyyət Evinin binası əsaslı təmir olunur.

- Xətai rayonu, Əhmədli qəsəbəsində kitabxana binasının tikintisi üçün layihə-smeta

sənədləri hazırlanır.

- Qaradağ rayonu, Qobustan Mədəniyyət Mərkəzinin binası əsaslı təmir olunur.

- Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki Mədəniyyət Evinin əsaslı təmiri

üçün layihə-smeta sənədləri hazırlanır.

- Qaradağ rayonu, Sahil qəsəbəsində 28 saylı Musiqi Məktəbi əsaslı təmir olunur.

- Qaradağ rayonu, Sahil qəsəbə 5 saylı Uşaq İncəsənət Məktəbi əsaslı təmir olunur.

- Nərimanov rayonu, 23 saylı Musiqi Məktəbi əsaslı təmir olunur.

- Nəsimi rayonu, 20 saylı Uşaq Musiqi Məktəbinin əsaslı təmiri və yenidən qurulması

üçün layihə-smeta sənədləri hazırlanır.

- Səbail rayonu, Bibiheybət qəsəbəsindəki Mədəniyyət Evi və kitabxananın əsaslı təmiri

üçün layihə-smeta sənədləri hazırlanır. Paralel olaraq əsaslı təmir işləri aparılır və s.


Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2011-ci il tarixli 1881 №-li sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına (300.000,00 manat) cari ildə Bakı şəhərində Səməd Vurğunun ev muzeyi əsaslı təmir olunmuşdur.

“Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri” maddəsi ilə 2012-ci ilə 2.000,00 min manat vəsait nəzərdə tutulmuşdur. Həmin maddə ilə maliyyələşdirilən mədəniyyət və turizm obyektlərinin təmir-bərpası ilə əlaqədar aşağıdakıları qeyd etmək olar:

- R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının binasında əsaslı təmir işləri davam etdirilir.

- Quba rayonunun Xınalıq kəndində 112 yaşayış evinin qəzalı vəziyyətdə olan - sahələrinin təmir işləri davam etdirilir.

- Lənkəran şəhər tarix-diyarşünaslıq muzeyinin əsaslı təmir işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması başa çatmışdır.

- Alban abidələrində elmi-tədqiqat işlərinin aparılması və ayrı-ayrı elementlərdə möhkəmləndirmə işləri üzrə layihə-smeta sənədlərinin hazırlanır və s.


2012-ci ildə gələcək illər üzrə dövlət büdcəsində dövlət investisiya xərclərinin vəsaiti hesabına tikintisi, təmiri və yenidənqurulması nəzərdə tutulmuş obyektlərin siyahısının layihəsi hazırlanmış, Maliyyə və İqtisadi İnkişaf nazirlikləri və Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti və “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti ilə birgə obyektlərdə podratçılar tərəfindən görülən işlərin texniki nəzarəti və maliyyələşdirilməsi, burada aparılan təmir-tikinti, bərpa-konservasiya, layihələndirmə işlərinin idarə olunması təşkil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarında, Dövlət Proqramlarında, Mədəniyyət və Turizm Nazirliyinin Əmrlərində, Kollegiyanın Qərarlarında müəyyənləşdirilmiş tapşırıqların, daxil olan məktub və sənədlərin icrası dövr ərzində yerinə yetirilmişdir.


MALİYYƏ-İQTİSADİYYAT
Hesabat dövründə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün «Mərkəzi Aparat», «Mədəniyyət və Turizm», «Təhsil» bölmələri üzrə ayrılan büdcə vəsaitinin bölgüsü hazırlanıb təsdiq edilmiş, 2012-ci ilə təsdiq olunmuş büdcə xərclərinə əsasən «Mədəniyyət və Turizm», «Təhsil» bölmələri üzrə ştat cədvəlləri və xərclər smetası hazırlanmışdır.

2012-ci ilə təsdiq olunmuş büdcədənkənar xərclər smetalarının müəssisələr arasında bölgüsü hazırlanmışdır.

Teatr-tamaşa müəssisələrinin əsas proqnoz göstəricilərinin və büdcədən ayrılan vəsaitinin bölgüsü hazırlanmış və təsdiq edilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxanaların, klub müəssisələrinin, uşaq musiqi məktəblərinin və digər statistik hesabatların 2011-ci il üzrə toplu (yekun) hesabatları hazırlanmış və Dövlət Statistika Komitəsinə təqdim olunmuşdur.

Hesabat dövründə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 yanvar 2012-ci il tarixli 17s saylı Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin o cümlədən, “Mərkəzi Aparat”, “Mədəniyyət və Turizm”, “Təhsil” bölmələrinin xərc maddələri nəzərə alınmaqla mərkəzləşdirilmiş xərclərdən maliyyələşən müəssisə və təşkilatlar üzrə 2013-cü il və sonrakı 3 il üzrə büdcə və büdcədənkənar layihələri hazırlanmışdır.

Kapital Qoyuluşu üzrə müəyyən olunmuş hesabatlar mütəmadi olaraq hər ay Maliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə və yerli statistika idarələrinə təqdim olunmuşdur.

“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inzibati və xidmətedici heyət işçilərinin say normativləri”nin təsdiq edilməsi haqqında” qərar layihəsi işlənib hazırlanmış və baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Maliyyə Nazirliyinə və Ədliyyə Nazirliyinə göndərilmişdir.

“Teatr, konsert, sirk müəssisələrində olan fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın layihəsi təsdiq olunaraq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir.

Balet artistləri və peşəkar bədii kollektivlərdə rəqs nömrələrinin ifaçı artistlərinin (rəqqasların) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun müəyyənləşdirilməsini nəzərdə tutan ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Qanun layihəsi yenidən işlənərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Respublikamızda mədəniyyət və turizm sahəsinin səmərəli idarə edilməsi və müasir tələblərə uyğun qurulması məqsədilə şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) aparatlarında islahatların aparılması, işçilərin sayının artırılmasına yaranmış zərurəti nəzərə alaraq yerlərdən təkliflər toplanmış, yaradılacaq ştatların mənbələri müəyyənləşdirilmiş və şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) aparatlarına yeni ştatların verilməsi və onların saxlanılması xərclərinin 2013-cü ilin dövlət büdcəsinin yerli xərclərində nəzərə alınması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmişdir.



ANALİTİK TƏHLİL VƏ PROQRAM TƏMİNATI
Hesabat dövründə Nazirlikdə tətbiq edilən sistemlərin (147 nömrəli telefon məlumat sistemi, Nazirliyə daxil olan sənəd, ərizə, şikayət və təkliflərin qeydiyyatı sistemi, Kinoların reyestri proqramı, Azərbaycan qeyri-maddi mədəni irs abidələrinin reyestri sistemi, Tarixi abidə, heykəl və monumentlərin reyestri proqramı, Ezamiyyələrin qeydiyyatı və nəzarət proqramı, İşə davamiyyət, intizam qaydalarına, tədbirlərə nəzarət sistemi, İnventar proqramı, Fərman, Sərəncam, Qərarlar, Əmrlərin icrasına nəzarət proqramı, Dövlət Rəsm Qalereyalarında saxlanılan əsərlərin “Vahid Elektron Kataloqu” proqramı) işinə daima nəzarət edilmiş, məlumatların təhlükəsizliyi və qorunması təmin olunmuş, sistemlər işlək vəziyyətdə saxlanılmışdır.

Turizm üzrə informasiya naviqasiya sisteminin təkmilləşdirilməsi işləri davam etdirilmişdir. “Eurovision-2012” mahnı yarışmasına hazırlıq dövrlərində (gomap.az) Nazirliyin yaratdığı elektron xəritədə lazımı məlumatlar çevik şəkildə yeniləşdirilmiş “Eurovision-2012” saytı ilə inteqrasiya edilməsi işləri təmin edilmişdir.

Hesabat dövründə İnformasiya və Kommunikasiya Texnologiyaları ilə əlaqədar müxtəlif tarixlərdə keçirilən bir çox konfrans, seminar və digər tədbirlərdə Nazirliyin əməkdaşları iştirak etmiş, yeni təcrübə və texnologiyalarla tanış olmuşlar.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23.05.2011-ci il tarixli, 429 nömrəli Fərmanının icrası ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir.

E-xidmətlərin siyahısı hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edilmişdir.

Rəsmi internet informasiya ehtiyatında (rəsmi saytda) xüsusi “Elektron xidmətlər” bölməsi yaradılmışdır. Bu bölmədə informativ və interaktiv xidmətlər göstərilir.

Nazirliyin kompüter şəbəkə sistemində yenidənqurma işləri aparılmışdır

Nazirlikdə istifadə edilən kompüterlərə yeni proqram təminatları qoşulmuş, əməkdaşlara mütəmadi olaraq yeni proqramlarla işləmək üçün müvafiq təlimatlar verilmişdir.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət (Elektron Azərbaycan) proqramı”nın 7.2.2.1 bəndinin icrası ilə əlaqədar müvafiq işlər aparılmışdır.

Kitabxanalarının mövcud veb saytlarının vahid domen (libnet.az, libraries.az, cls.az) adına bağlanılması, idarə edilməsi, saytların məlumatlarının bir serverdə yerləşdirilməsi, təhlükəsizliyin təmin edilməsi, fasiləsiz olaraq internetə birləşdirilməsi üçün müvafiq işlərə nəzarət edilmişdir.

Nazirlik Aparatının bütün şöbələrdə elektron poçt vasitəsi ilə sənədlərin göndərilməsi və qəbul edilməsi tətbiq olunmuşdur.

Gündəlik məlumatların dövri mətbuata çatdırılması və nazirliyin rəsmi internet saytında yerləşdirilməsi təmin edilmişdir.

Bütün avadanlıqların işlək vəziyyətdə saxlanılması təmin edilmiş, yaranmış problemlər qısa vaxt ərzində həll olunmuşdur. Dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirləri həyata keçirmək məqsədilə şəbəkə sisteminin və hər bir kompüterin kənar müdaxilədən müdafiə sistemi gücləndirilmişdir.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə bağlı məlumatlar və tapşırıqlar vaxtında icra edilmişdir.

Bununla əlaqədar olaraq Nazirliyin rəsmi veb səhifəsi daha da təkmilləşdirilmiş, əməkdaşlara elektron imzaların alınması üçün müvafiq sənədlər hazırlanmış, Nazirlikdə “DATA” mərkəz yaradılmış, EHDİS portalına qoşulmaq üçün müvafiq işlər görülmüşdür.

KADRLARLA İŞ
Hesabat dövründə mədəniyyət və turizm sahəsində dövlət kadr siyasətinin həyata keçirilməsi istiqamətində Nazirlik tərəfindən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun, «Azərbaycan Respublikasının Dövlət Qulluqçularının Reyestrinin aparılması Qaydaları»nın və bu məsələyə aid digər normativ-hüquqi aktların icrası ilə bağlı zəruri işlər görülmüşdür.

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə cari dövr ərzində elan edilmiş 1 müsabiqəyə 17 yer, 5 müsahibəyə isə 12 yer təqdim olunmuşdur.

Elan edilən müsabiqəyə təqdim olunan vəzifələrə (12 vəzifə nazirliyin aparatından, 1 vəzifə Bakı şəhər, 4 vəzifə rayon mədəniyyət və turizm şöbələrindən) yalnız 1 nəfər nazirliyin maliyyə-iqtisadiyyat şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir.

Nazirliyin aparatında vakant vəzifələrin tutulması üçün elan edilən müsahibələrdə müvəffəqiyyət qazanan namizədlər müvafiq vəzifələrə təyin edilmişlər.

Həmçinin, ehtiyat kadrlar siyahısında olan 1 nəfər Turizm şöbəsinin turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi vəzifəsinə qəbul edilmişdir.

İdarəetmənin təkmilləşdirilməsi və müasir tələblərə uyğun qurulması məqsədilə Nazirliyin aparatında struktur dəyişikliyi aparılmışdır.

“Azərbaycan Respublikasının Dövlət Qulluqçularının Reyestrinin aparılması Qaydaları”nın tələblərinə uyğun olaraq nazirliyin strukturunda çalışan dövlət qulluqçuları haqqında məlumat hər ayın əvvəlində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya göndərilmişdir.

Cari dövr ərzində nazirliyin aparatına, tabe təşkilat və müəssisələrə ümumilikdə 60 nəfər işçi təyin edilmişdir.

Hesabat dövründə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nomenklaturasına daxil olan vəzifələrdə çalışan 7 əməkdaşın çalışma müddəti uzadılmış, 21 əməkdaş işdən azad edilmişı və uzunmüddətli səmərəli əmək fəaliyyətinə görə onlara nazirliyin Fəxri Fərmanı və pul mükafatı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının icrası ilə əlaqədar şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) aparatında çalışan baş mühasiblərin dövlət qulluğuna qəbul edilməsi və onlara kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilməsi ilə əlaqədar müvafiq işlər görülmüşdür.

Hesabat dövründə Nazirlik aparatında 2, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində 3 əməkdaş sınaq müddətinin bitməsi ilə əlaqədar daimi dövlət qulluğuna qəbul edilmiş və onlara müvafiq olaraq “2-ci dərəcəli dövlət qulluqçusu” və “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir.

2012-ci ilin altı ayı ərzində nazirliyin 4 əməkdaşına müvafiq ixtisas dərəcəsi verilmişdir.

Nazirliyin 5 əməkdaşına Dövlət qulluğundakı qulluq stajları ilə bağlı vəzifə maaşlarına əlavə haqqın ödənilməsi təmin edilmişdir.

Cari ilin yanvar ayında brona alınma işləri ilə əlaqədar təlimata uyğun olaraq Nazirliyin və tabeliyində olan təşkilat və müəssisələrin əməkdaşlarının 2011-ci il üçün hərbi uçotu haqqında statistik məlumatlar ümumiləşdirilərək aidiyyəti üzrə təqdim edilmişdir.

07 iyun 2012-ci il tarixində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən təlimlərdə Mədəniyyət və Turizm Nazirliyi aparatından 12 nəfər və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən 4 nəfər əməkdaşın iştirakı təmin edilmişdir.

REGİONLARLA İŞ
2012-ci ilin birinci yarısında Nazirliyin cari iş planının icrasına uyğun olaraq, regionlarda mədəniyyət və turizmin inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür.

Yanvar ayında şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) 2011-ci ildəki fəaliyyəti təhlil edilmiş, ümumiləşdirilmiş və geniş müzakirə olunmuşdur.

Fevral ayının 17-də Xaçmaz, 22-də Astara, martın 2-də Zaqatala və 14-də Bərdə şəhərlərində şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) 2011-ci il ərzində fəaliyyətinə həsr olunmuş zona müşavirələri keçirilmişdir.

Mart ayının 16-da və 17-də müvafiq olaraq Ağcabədi rayon Taxta Körpü qəsəbəsində və Goranboy şəhərində incəsənət ustalarının iştirakı ilə Novruz bayramına həsr olunmuş konsert proqramı təşkil edilmişdir.

Mart ayının 19-da Bakı şəhərində keçirilmiş Novruz bayramı şənliklərində 32 şəhər və rayonun satış-yarmarkaları təşkil edilmiş və folklor kollektivlərinin iştirakı təmin olunmuşdur.

Mart ayının 16-da Novruz bayramı ərəfəsində və iyun ayının 14-də Milli Qurtuluş günü ərəfəsində Salyan rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə ərzaq yardımı paylanılmışdır.

Aprel ayının 3-dən 6-dək Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin və onun tabeliyində olan müəssisələrin fəaliyyəti yerində təhlil edilmiş, Nazirliyin Kollegiyasında müzakirə məqsədilə müvafiq arayış və qərar layihəsi hazırlanmışdır.

May ayının 1-dən 7-dək Masallıda Uşaq-gənclər muğam ifaçılarının VI respublika müsabiqəsi keçirilmişdir.


“Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2012-ci il tarixli Sərəncamının icrası məqsədilə may ayının 7-dən 9-dək Muzey Mərkəzində Şuşa şəhərinin fotoşəkillərindən və Şuşa rayon incəsənət məktəbinin şagirdlərinin rəsmlərindən ibarət sərgi keçirilmiş, kataloq nəşr olunmuşdur.

İyun ayının 5-dən 9-dək Bakı şəhərində LN İncəsənət Mərkəzində “Mədəniyyət abidələrimiz” adlı foto müsabiqənin yekun turu və qaliblərin əsərlərindən ibarət sərgi təşkil olunmuş, sərginin kataloqu hazırlanmışdır.

İyun ayının 11-dən 14-dək Siyəzən və Qusar rayonlarında Milli Qurtuluş Gününə həsr olunmuş yaradıcılıq görüşləri keçirilmişdir.

İyun ayının 19-dan 22-dək Ağdam və Bərdə rayonlarında Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində mədəni kütləvi tədbirlər keçirilmişdir.


2012-ci ilin birinci yarısında Mədəniyyət və Turizm Nazirliyinə ümumən 3767 sənəd – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından – 140, Milli Məclisdən – 14, Nazirlər Kabinetindən – 441, xarici ölkələrdən – 390, MDB ölkələrindən – 192, müxtəlif yerli təşkilatlardan – 1799, vətəndaşlardan – 782 məktub və müraciət daxil olmuşdur. Bütün sənədlər lazımi qaydada icra olunmuş, məktub və müraciətlərə vaxtlı-vaxtında cavab verilmişdir. Nazirliyin Kollegiya iclaslarında 13 məsələ müzakirə edilmişdir.



Hesabat dövründə vətəndaşların müraciətlərinə baxılmış, onların icrasına nəzarət müasir texnologiyalar əsasında təmin edilmişdir.



Yüklə 353,1 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə