MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar


✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦



Yüklə 0,65 Mb.
səhifə14/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

41

Pozuldu sarayının dəbdəbəsi. 

Nə qətl mərasimi var

Nə cəh-cəh vuran bülbül səsi. 

Hamısı ölüb gedib, 

Yaşayan bir şey var: Sənət! 

Ustanın divarlarda, tağlarda 

Ürəklə yaratdığı əbədi şeiriyyət! 

 

Burada Azərbaycan memarlığınım gözəl nümunələrindən biri 



olan Xan sarayı tərənnüm olunur, sənətkar əllərinə alqışlar deyilir, 

sənət qarşısında bir şair başı səcdəyə gəlir. 

Adilin rəssamların sənət  əsərləri qarşısındakı düşüncələri də 

dərin və heyrətamizdir. “Bəhruz Kəngərlinin həyatından lövhələr” 

adlı şeirdə həm rəssamın həyatından epizodları görürük, həm də onun 

yaratdığı  sənət sərgisi ilə tanış oluruq. Əsər üç hissədən ibarətdir. 

“Qürub çağı”nda rəssamın soyuqdan donan bir qız uşağını tapmasını, 

evinə gətirməsini, özünün və anasının qıza qayğısını təsvir edən şair, 

sonda ata-anasını aclıq və şaxta öldürmüş bu qızcığazın hekayətini 

dinləyən rəssamın ürəyinin od tutub yandığını, bu yetim qızın taleyini 

düşündüyünü qeyd edir. “Rəngdən, fırçadan ayrı” adlı hissədə rəs-

samın xəstələndiyini söyləyən şairin dəhşətli sualları var: qurtarırmı 

öz ömrünü, doğrudanmı kar olacaq, doğrudanmı görməyəcək”? Şair 

rəssamın suallarından sonra özünə təsəlli verdiyini yazır. Göstərir ki, 

rəssam yaşayacağına inanır. “O çəkəcək, sönən deyil ilham odu”! 

Sonda isə  şairin ölümə müraciətini görürük: ”Ölüm! Ondan uzaq 

dolan! Axı, Bəhruz çox cavandır”. 

“Yadigar şəkil” adlı hissəni şair belə başlayır: 

 

Atadan, babadan qalma bir otaq… 



Nə izahat verən, nə söz deyən var. 

Yığıb candan əziz əsərlərini, 

Bir sərgi düzəldib cavan sənətkar. 

 

Kim bilir, bəlkə də qədim Naxçıvan 



Sərgi görməyibdir bu günə kimi? 

Vurub şəkillərə Bəhruz nə vaxtdır, 

Bəlkə də sonuncu rənginə kimi… 

 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

42 

Sonra rəssamın qapını açdığını, içəriyə dostlarının gəldiyini gö-

rürük. Burada həkim də var, müəllim də. Hamının əsərlər haqqında 

fikirlərini sənətkar xoşhallıqla dinləyir. Bu zaman otağa yamaqlı 

çəkmə, nimdaş köynək geymiş, lakin çöhrəsi mehriban, dalğın 

baxışlı bir uşaq girir, şəkillərə “sanki bir xalqın, bir millətin gözü ilə 

baxır”. Utana-utana rəssama yaxınlaşıb şəkillərdən birini istəyir və 

onu gözündən artıq saxlayacağını bildirir. Rəssam bu xahişdən şad 

olur və şəkillərdən birini alıb uşağa verir. Hamı heyrətlə ona baxır, 

şair şeiri bu misralarla bitirir: 

 

Kim bilir, o oğlan bəlkə yazacaq– 



Bir vaxt bu sərginin tarixçəsini?! 

 

Adilin “Yollara baxdıqca analarımız” adlı  şeiri “Abşeron qa-



dınları” tablosunun müəllifi Tahir Salahova ithaf edilib. Şair bu tablo 

qarşısındakı düşüncələrini qələmə alıb, sanki yeni bir tablo 

yaratmışdır. Burada sınaqdan keçirilən insan taleyi, bəxtini arayan, bir 

ümüd, bir təsəlli ilə yollar keçən, dağlar aşan, qürbət ellər dolaşan 

insan, yurddan aralı düşən atalar, oğullar, köksü dağlı analar, bacılar, 

lal yollara baxan nişanlı  qızlar, təzə  gəlinlər görürük. Bu tabloda 

dərdin min bir çaları, məğrur anaların, nağıl deyən nənələrin intizarı 

var. Lakin ən gözəli budur ki, burada ümüd var, inam var. İnsan daim 

ümüd axtarır; bəzən Çənlibeldə, bəzən Təbrizdə, bəzən Sibirdə, bəzən 

Berlinin xərabəsində. Şair bu ümüdə sarı gedən insanları alqışlayır. 

Adilin “İlhama abidə” əsəri məşhur rəssam Vasletsovun sənət-

karlığına həsr edilmişdir. Şair burada Kiyevdəki Vladimir kilsəsinin 

divar rəsmlərini çəkən rəssamı alqışlayır. Qədim kilsəni anan şair 

üçün müsəlmanlıq, xristianlıq ön planda deyil, onun fikrini 

rəngarəng bir aləm cəlb edir. Boyaların şeiriyyəti, sənətkar xəyalının 

dərinliyi şairi heyrət dəryasına qərq edir. Divarları, tağları bəzəyən 

rəsmlər, “Qəlbini rənglərə açan sənətkar–insan”  şairin qəlbini 

oxşayır, onu düşündürür. Şair düşünür: vaxt olub rəssam ac qalıb, ona 

öləndən sonra heykəl ucaltsalar da, sağlığında istedadına  qiymət 

verilməyib. O bəzən bir parça çörək xatirinə, bəzən bir qutu rəng 

xatirinə  işləyib, amma heç vaxt sənətinə  xəyanət etməyib. Saxta-

karlığa qılınc çəkib, amma saxta boya vurmayıb. Şair şeirin sonunda 

sənətkarı alqışlayır, onun öz ilhamına abidə yaratdığını deyir: 

 



✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

43

O, qəlbinin qanını  

             boyalara qatdı, 

On il sərasər  

     həmdəmi oldu  

          ilhamlı saatlar,  

             qanadlı dəqiqələr. 

Nə gündüz dincəldi, 

                   nə gecə yatdı; 

Fırçasının qüdrətiylə  

       ilhamına abidə yaratdı. 

 

Şairin “Sənətin qüdrəti” adlı şeiri rəssam Pirosmaninin tabloları 



önündə düşüncələrindən doğulub. Burada rəssamın yalqızlıq və 

ehtiyac içində keçən ömrünün gah sərxoş, gah əsəbi həyat tərzinin 

şair qəlbində yaratdığı ağrı-acı var. Şair qaranlıq komada ilhamıyla 

nur saçan, şan-şöhrəti saymadan yaşayan rəssamın bir məsum gözəlin 

fikri ilə yaşayıb-yaratdığını, daim insanlara sevinc bəxş etdiyini, 

həyatın sevincini, kədərini lövhələrə köçürdüyünü, dünyada yar deyə

dost deyə yaşadığını qeyd edir. Lakin dünyadan köçəndə kimsəsiz 

köçən, ilk və son sözünün nə olduğu bilinməyən rəssamın insanların 

dərdini düşündüyünü, qəlbinin sərvətinin dostlara paylandığını ürək 

ağrısı ilə düşünən şair sonda fikrini belə yekunlaşdırır:  

 

Nə qədər ağırmış taleyin yolları... 



Nə qədər böyükmüş sənətin qüdrəti! 

 

Adil Babayevin aktyorlara həsr etdiyi şeirlərində də sənətə olan 



sevgisini, sənətkara olan rəğbətini görürük. Abbas Mirzə  Şərif-

zadənin xatirəsinə ithaf olunan “Sındırılmış piyalə” şeirinin təsirli 

mövzusu var. Şair gözəl bir məclisi təsvir edir: hər tərəf bəzədilmiş, 

həyətdə bağban güllərə su verir, ayaqlar altına xalılar döşənmiş, 

Parisdən alınmış heykəllər,  şəkillər göz oxşayır. “Gözəl Mərdə-

kanın güllü baharı salona dolub”, xarici qonaqlar–“Londonlu 

ağalar” Azərbaycana “səadət” gətirib, nazirlər yan-yana durub və 

bir gənc aktyor salona daxil olur. Hamı əl çalır, onu alqışlayır, ev 

sahibi  əlini onun çiyninə qoyub deyir ki, bu gün sən məni 

utandırma, Füzulidən oxu, lətifələr söylə, bizi şad elə. Hamı susur, 

aktyoru gözləyir, aktyor isə qəsbkarların bəd niyyətlərini bilir, qəlbi 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə