MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar


✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦



Yüklə 0,65 Mb.
səhifə2/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   2   3   4   5   6   7   8   9   ...   31

✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

5

“Cabir Novruz yaradıcılığında musiqiyə qiymət” məqaləsinin 

əvvəlində biz onun milli musiqimiz haqqında, çağdaş dövrümüzdə 

“şoubiznes” kimi bir “xəstəliyə” münasibəti ilə də tanış oluruq.    

İstedadlı şair olan Cabir Novruz həm də gözəl mahnı mətnlərinin 

müəllifi idi. Onun sözlərinə yazılmış “Tələbəlik illəri”, “Bakının 

qızlarlı”, “Həyat, sən nə  qəribəsən”, “Sən nəğmələr qoş” və s. Ma-

hnılar vaxtilə dillər  əzbəri idi. Onlar radioda, televiziyada və böyük 

konsert salonlarında istedadlı müğənnilərimizin ifasında dəfələrlə 

səslənmişdir. Yuxarıda hər bir mahnının adını yazanda onun musiqisi 

mənim beynimdə  səslənirdi. Bu bir tərəfdən,  şübhəsiz ki, həmin 

mahnıların bəstəkarı Telman Hacıyevin məsuliyyətindən irəli 

gəlirdisə, digər tərəfdən də  şairin sözə yaradıcı münasibət bəslə-

məsindən, hər sözü musiqiyə uyğunlaşdırmaq bacarığından irəli gəlir. 

Bunu biz Səid Rüstəmov, Tofiq Quliyev, Cahangir Cahangirov və 

digər bəstəkarlarımızın mahnıları haqqında da deyə bilərik. 

Cabir Novruzun şeirlərinə yazılmış mahnıların məşhurlaşmasının 

səbəbini Sona Xəyal  şairin “şeirinin özünəməxsus musiqiyə oturma 

cəhəti” ilə izah edir ki, bu da onun vurğuladığı kimi “bəstəkar üçün 

imkan yaradır”. 

Sona Xəyalın Cabir Novruz haqqındakı yazısında  şairin sənətə, 

sənətkara olan münasibəti də açıqlanır və görürsən ki, onu narahat 

edən məsələlər bu gün də gündəmdədir... 

Azərbaycanın xalq şairi Rəsul Rzanın poeziyası haqqında çox 

danışılmışdır, çox yazılmışdır. Lakin hər bir əsl sənətkar, söz adamı 

kimi Rəsul Rza da incəsənətin bir çox sahələrinə, onların nüma-

yəndələrinə dair fikirlər söyləmişdir ki, bununla da şairin 

dünyagörüşünü, intellektual səviyyəsini öyrənmək olar. Məlumdur ki, 

Rəsul Rza incəsənətlə, xüsusən də kino ilə bağlı bir neçə  məsul 

vəzifələrdə olduğundan həmin sahələrlə bilavasitə  təmasda olub; 

həmin sahədə müəyyən xidmətlər göstərib. Təəssüf ki, belə görkəmli 

söz ustasından yazanlar onun fəaliyyətindəki, yaradıcılığındakı bu 

cəhətə ötəri yanaşmışlar. Lakin Sona Xəyal Rəsul Rzanın bu sahədəki 

xidmətlərini müasir gəncliyə çatdırmaq və bir qədər yaşlı  nəslin 

nümayəndələrinin yadına salmaq məqsədilə “Rəsul Rza və incəsənət” 

məqaləsini kitaba daxil etmişdir. Burada şairin ilk növbədə kino sənəti 

sahəsində  rəhbər vəzifələrdə  işləyərkən, milli kinematoqrafiyamızın 

inkişafında göstərdiyi xidmətlər bugünkü nəslə çatdırılır. Sona Xəyal 




✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

həm də şairin ayrı-ayrı sənət adamları haqqında söylədiyi fikirləri də 

özünün təhlil süzgəcindən keçirir və göstərir ki, şair incəsənətdən 

yazanda da onları  xırdalıqlarına kimi təhlil edir. Məqalə müəllifi 

sözünə qüvvət kimi onun dahi bəstəkarımız Qara Qarayevin “İldırımlı 

yollarla” baleti haqqında yazdığı məqalədən sitat gətirir. Sona Xəyalın 

Rəsul Rza haqqında məqaləsini oxuduqca, onun Azərbaycan 

incəsənətinə olan bələdliyi bir daha aşkarlanır. 

Kitabın bu bölməsində verilmiş xalq  şairi Nigar Rəfibəyli, Zeynal 

Xəlil, Əli Tudə, Adil Babayevlə bağlı məqalələr də xoş təsir bağışlayır. 

Şəxsən mənə xoş gələn cəhətlərdən biri də müəllifin Nigar Rəfibəyli 

haqqında yazılmış məqaləsində bacarıqlı və istedadlı aktyor və rejissor 

İsmayıl Əfıəndiyevin xatırlanması oldu. Onun xidmətlərini göstərmək 

üçün təkcə 1945-ci ildə Rza Təhmasibin rejissorluğu ilə  çəkilmiş 

məşhur “Arşın mal alan” filmindəki Süleyman obrazını yada salmaq 

kifayətdir. 

Sona Xəyal bu kitabında topladığı  məqalələrdə sanki söz adam-

larının bu gün diqqəti az çəkən cəhətlərinə toxunmaqla mövzu etibarilə 

zənginliklərini nəzərə çarpdırır. 

Kitabın “Sənətlə yaşayanlar” adlı üçüncü bölməsində bu gün az 

tanınan, lakin vaxtilə dinləyicilərin ürəklərini fəth etmiş  sənət 

adamlarından söz açılır.  Şəxsən mənə xoş  gəldi ki, bu bölmənin ilk 

məqaləsi məşhur piano çalan Zaur Əliyevə  həsr edilmişdir. Yaşlı 

nəslin yadında olar ki, bir çoxumuz onun pianodakı ifasını heyranlıqla 

dinləyərdik. Onun musiqi alətində solo ifaçısı kimi ustalığını  mən 

məşhur kaman ustası Habil Əliyevin çalğısı ilə müqayisə edərdim. 

Yəni, Habil Əliyev kaman çalmaqda necə məşhurdursa, Zaur Əliyev 

də vaxtilə pianoda solo çalmaqda elə məşhurlaşmışdı. 

Bölmənin sonrakı  səhifələrində Sona Xəyal incəsənət, xüsusilə 

musiqi sahəsində özünəməxsus xidmətləri olanlardan söz açır. Bu 

günkü müasir oxucuları, ilk növbədə də gəncliyi onların fəaliyyətləri 

ilə tanış edir. Buna Maştağa Mədəniyyət Evinin əməkdaşları, “Qara-

bağ bülbülləri”, “Qurbani” məclisinin gənc üzvləri, habelə vaxtı ilə bir 

neçə teatın səhnəsində  çıxışlar etmış, lakin bu gün unudulmuş teatr 

fədaisi aktyor Fərəc İsmayılzadə haqqındakı yazılar misal ola bilər.  

Kitabın “Şahid muzeyində” adlı dördüncü bölməsindəki məqalələr 

bugün məişətimizdə  təəssüf ki, işlənilməyən, sıradan çıxmaqda olan 

mis qabları toplayıb, onlara yeni həyat verən məşhur kolleksiyaçı 




✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

7

Şahid Həbibullayevin xidmətlərinə  həsr edilmişdir.  İlk məqalə 

“Simavər nağılı adlanır ki, burada Azərbaycanda mis samovarın ilk 

dəfə hazırlanması tarixi göstərilmiş, “Azərbaycan” adlı iri həcmli 

albom-kitabda verilmiş 260 samovarın illüstrasiyaları, onların hansı 

metaldan hazırlanması  və s. haqqında məlumat verilmişdir. Müəllif 

oxucuları  Şahid Həbibullayevin yeni aldığı,  əldə etdiyi müxtəlif 

əşyaların ilk görünüşləri ilə tanış edir. Hələ cilalanmamış, öz əvvəlki 

halına gəlməmiş, “dünyanın bütün kürünc rənglərini özündə toplamış” 

belə  əşyalar kolleksiyaçının arxivində saxlanılır. Biz bu məqaləni 

oxuduqca  Şahid bəyin həmin  əşyalara həyat vermək prosesi 

gözlərimizin önündə canlanır. Bu proses müəllif tərəfindən bədii 

şəkildə təsvir edilmişdir. Biz Sona Xəyalın məqalələri ilə Şahid bəyin 

kolleksiyası saxlanılan salonlarla qiyabi də olsa tanış oluruq.  Müəllifin 

köməyi ilə onların hər birinə yaxınlaşdıqca, onlar haqqında müəyyən 

məlumat əldə edirik. Buna kitabda bu və ya digər münasibətlə verilmiş 

xalq bayatıları da kömək edir. 

Sona Xəyal Şahid bəyin kolleksiyası haqqındakı məqalələrində incə 

naxışlarla bəzədilmiş  şərbət qabları, kuzələr, güyümlər, səhənglər, 

vaxtı ilə əl-üz yumaq üçün işlədilən aftafa-ləyənlər, camlar, piyalələr, 

parçlar və s. haqqında sadəcə  məlumat vermir. Müəllif bunun üçün 

xalq yaradıcılığının nümunələrindən biri olan bayatılardan istifadə 

etməklə, sanki onları da bugünkü nəslin yadına salır. Onları öz kökünə 

bağlayır.  

Mən deyərdim ki, bu gün yuxarıda adlarını çəkdiyimiz hər bir mis 

qab haqqında məlulat, bilik əldə etmək istəyən Sona Xəyalın 

kolleksiyaçı  Şahid Həbibullayev haqqında yazdığı “Simavər nağılı”, 

“Gəlinlər, analar, nənələr gördüm”, “Ələsgərin gözəlləri”, “Çıraqlar, 

lampalar, qəndillər” kimi məqalələrindən və  həmin məqalələrin top-

landığı bu kitabdan istifadə etməlidir. 

Şəxsən mənim üçün bu kitab bir çox unudulmuşları  və ya 

unudulmaqda olanları yada saldığı üçün qiymətlidir, dəyərlidir. 

 

RAUF SADIXOV, 

filologiya üzrə fəlsəfə doktoru, dosent         



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə