MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar



Yüklə 0,65 Mb.
səhifə3/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   2   3   4   5   6   7   8   9   ...   31

✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  



 

YAŞAYIB YAŞADANLAR 

_____________________________________________________ 

 

 

 



MUSİQİŞÜNAS ALİM 

 

Mən Zemfira xanımın imzasına ilk dəfə “Qobustan” jurnalında 



rast gəlmişəm. Sadəcə “Zemfira Səfərova” imzası ilə yazılan 

müxtəlif məqalələri oxuyanda hələ onun kim olduğunu bilmirdim. 

Sonralar “Rəsul Rza” monoqrasiyası üçün material toplyanda onun 

kim olduğunu öyrəndim. Şəxsi tanışlığımız isə Musiqili Komediya 

teatrında Anarın Türkiyədən gəlmiş teatrın oynadığı “Təhminə və 

Zaur” tamaşasından sonra olub. Bizi Anar müəllim tanış elədi. 

Sonralar Anar müəllimdən onun kitablarını istədim. İlk oxuduğum 

kitab “Ardı yaşanılır” oldu. Bu kitabı Anarın otağındakı  şkafda 

görmüşdüm. Dəfələrlə istədiyimi bildirmək istəsəm də, çəkinmiş-

dim. Amma Anar kitabı elə istəyən kimi verdi və başqa kitablarını 

da gətirəcəyini dedi. Beş kitabın hamısını oxudum, gördüm ki, bir 

məqaləyə yerləşə biləcək material deyil. Bir kənara qoydum, 

düşündüm ki, haçansa Zemfira xanım haqqında bir kitab yazaram. 

Yubileyi düşünüb tez-tez bu fikrə qayıtsam da, o kitabı yaza 

bilmədim. 

Düzü,  ədəbiyyatdan birbaşa incəsənətə keçmək, musiqi sə-

nətindən yazan alim haqqında yazmaq, özü də heç beş-on məqalə 

yazmamış kitab yazmaq fikrinə düşmək hərdən özümə  də  qəribə 

gəlirdi. Bunun çətin olduğunu boynuma alsam da, hər halda 

haçansa, bu işi görəcəyimə inanıram. Hələlik isə Zemfira xanım 

haqqında jurnalımızın oxucularına nəsə demək istəyi ilə bu 

rubrikanın ilk məqaləsini ömrünü musiqi tariximizə  həsr edən, 

musiqini bir elm kimi təqdim etməyi bacaran və bu elmin 

incəliklərini açmaq üçün əsrlərin daş yaddaşını oyadan və oradan 

bu günümüzə  gərək olan mənəvi dəyərləri qazıb üzə  çıxaran bir 

alim xanımımıza həsr etməyi qərara aldıq. 

Zemfira xanımın bir insan kimi, şəxsiyyət kimi, bir alim kimi



✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

9

nəhayət bir ailə başçısı kimi, bir ana kimi keçdiyi həyat yolunu 

öyrənmək üçün onun “Ardı yaşanılır” adlı xatirələr kitabını oxumaq 

kifayətdir. Bir il ərzində ərsəyə gələn bu kitabı oxuduqca bütöv bir 

ömrün acılı-şirinli, ağlı-qaralı  məqamlarını izlədikcə, sanki qar-

şında rəngarəng, bir-birindən canlı, diqqətçəkici bir rəsmlər 

qalereyası açılır. Bir azərbaycanlı  qızının, müxtəlif rəsmləri və 

uşaqlıq illərini yaşayan və bu yaşantıda atalı, analı, nənəli günlərini 

yaşadan, gənclik illərinin odlu-alovlu məqamlarını yaşayan və bu 

məqamların məhəbbət dolu hissini, duyğusunu yaşadan bir qızın 

xatirələr dənizindən çıxarıb öz oxucularına təqdim etdiyi mən-

zərələr insan qəlbini riqqətə gətirir, oxucunu bir anlıq öz aləminə 

aparır və bu bir anda, sanki, müəllifin həyatı ilə yaşayırsan. Daha 

sonra ailə həyatının xoşbəxt anları, bəzən çətinlikləri, bəzən sevinc, 

bəzən kədər doğuran yaşantıları sənə diqtə olunur. Bu həyat daha 

maraqlıdır, çünki, bu həyat təkcə Zemfira xanımın deyil, daha bir 

neçə adamın həyatından fraqmentləri  əks etdirir. Burada Rəsul 

Rzanı görürsən, Nigar xanımı, Anarı görürsən. Burada hətta balaca 

Tural, balaca Günel də var və daha sonra bu balacaların böyüməsi 

var, burada analıq hissinin aliliyi, müqəddəsliyi daha qabarıq 

boyalarla səni tutur. Burada Zemfira ilə Anarın sevgisi var. Anarın 

məktubları içindən axıb gələn məhəbbət hardasa sənə  Rəsul Rza 

sevgisini xatırladır. Hardasa Rəsul Rza sevgisinin sanki davamını 

hiss edirsən. 

Bu kitabda səfərlərdən danışılan nağılları dinlədikcə, yollarda 

keçən insan ömrünün qayğılarının şahidi olursan.  

Burada bir alim ömrünün keçdiyi keşməkeşli yol var, 

pillədən-pilləyə genişlənən, dəyərlənən, aydınlaşan, işıqlanan bu 

yolda qazanılan uğurları izlədikcə sevinməyə bilmirsən. Düşünür-

sən ki, bu azərbaycanlı  qızıdır. Onun uğurları bütünlükdə  vətə-

nindir, bütün vətəndaşlarındır, hamımızındır. 

Qarşımda daha dörd kitab var. Hamısı da musiqimizə  həsr 

olunmuş, bu sahədə ömür-gün sərf edən dəyərli insanların 

yaradıcılığından süzülən nurla işıqlanmışdır. 1985-ci ildə “ELM” 

nəşriyyatında işıq üzü görən “Üzeyir Hacıbəyov yaradıcılığında 

nəzəri və estetik problemlər” kitabı elə böyük musiqi xadimimiz 

Üzeyir Hacıbəyovun 100 illik yuibileyinə həsr edilib. Burada böyük 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

10 

Üzeyirin yaradıcılığı müxtəlif cəhətlərdən işıqlandırılmış  və elmi 

şəkildə təhlilə cəlb edilmişdir. Müəllif Üzeyir yaradıcılığının nəzəri 

problemlərini işlərkən, böyük Üzeyirin Azərbaycan xalq musiqisi 

üzərində apardığı tədqiqatlarını, müşahidələrini, elmi düşüncələrini 

dərindən öyrənmiş və özünün biliyi, təcrübəsi ilə təhlillər apararaq 

ortaya samballı bir kitab qoymuşdur. Bu kitabda müəllif səs sistemi

lad nəzəriyyəsi, melodiya, metrorizm, xor, çoxsəslilik və harmonik 

üslub,  Şərq və  Qərb musiqisi alətləri, musiqidə  tərcümə, vokal 

ifaçılığı  və  Şərqin musiqi nəzəriyyəsi haqqında təqdim etdiyi 

ayrı-ayrı yazılarinda Üzeyir yaradıcılığının nəzəri problemlərinə 

aydınlıq gətirir və dəyərli fikirlərlə oxucuları məlumatlandırır. 

 “Üzeyir  Hacıbəyov yaradıcılığında estetik problemlər” adlı 

ikinci fəsildə isə Üzeyir yaradıcılığı xəlqilik və realizm, ənənə və 

novatorluq, millilik və beynəlmiləlçilik baxımından təhlilə  cəlb 

edilmişdir. Bu kitab istər musiqi sahəsində çalışan mütəxəssislər 

üçün, istərsə  də Azərbaycan musiqisini, Üzeyir yaradıcılığını 

öyrənmək istəyən hər bir ziyalı üçün maraqlı, dəyərli vəsaitdir. 

Zemfira Səfərovanın ən samballı əsəri “Azərbaycan musiqi el-

mi” adlanır. XIII-XX əsr musiqi tariximizi əks etdirən bu kitabda 

Azərbaycan musiqi elminin inkişafı, nəzəri və estetik problemləri 

və bu dövrdə yaşayıb-yaradan, musiqi tariximizə xüsusi töhfələrini 

verən, musiqi tariximizə öz uğurlarını  və  şərəfli adlarını yazan 

alimlərin həyatı, yaradıcılığı araşdırılmış və elmi şəkildə  əsaslan-

dırılmış, oxuculara təqdim olunmuşdur. 

Müəllif ön sözdə və girişdə musiqi tariximizə ümumi nəzər ye-

tirir və bu sahədəki alimləri təqdim edir. Kitabın birinci hissəsində 

XIII  əsrin korifeylərindən olan, musiqi tarixində silinməz izlər 

qoyan,  Şərqin  ən böyük alimlərindən hesab edilən Səfiəddin 

Urməvinin yaşadığı dövrdən, onun həyat yolundan, elmi irsindən, 

xüsusən də “Kitabəl-Ədvar” və  “Şərəfiyyə” adlı risalələrindən 

söhbət açılır.   

İkinci hissədə XIV-XV əsrlərdə yaşayıb-yaradan böyük 

alimlərdən  Əbdülqadir Marağayinin dövründən, həyatından, elmi 

fəaliyyətindən, elmə gətirdiyi yeniliklərdən, onun musiqisindən və 

poeziyasından bəhs edilir. Kitabın üçüncü hissəsində musiqi el-

mimizin Marağayidən sonrakı dövrü, XV-XIX əsrlərdə yaranan 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə