MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar


✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦



Yüklə 0,65 Mb.
səhifə4/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   2   3   4   5   6   7   8   9   ...   31

✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

11

əsərlər, o cümlədən Mir Möhsün Nəvvabın elmi irsi, xüxusən 

“Vüzuhül-Ərğam” risaləsindən danışılır.  

Nəhayət, son hissədə Üzeyir Hacıbəyovun bizə əvvəldə məlum 

olan, haqqında yuxarıda söz açdığımız kitabdakı araşdırma 

verilmişdir. Müəllif sonda Səfiəddin Urməvinin,  Əbdülqadir 

Marağayinin və Mir Nöhsün Nəvvabın risalələri  əsasında 

hazırladığı qədim musiqi terminləri lüğətini təqdim edir. 

Növbəti kitablar “ELM” nəşriyyatının çapdan buraxdığı “Həmi-

şəyaşar ənənələr” və onun rus dilində bir qədər kiçik həcmdə tərtib 

edilmiş variantı “Seyat razumnoe, dobroe, veçnoe” adlı kitablardır. 

Burada müəllifin müxtəlif illərdə müxtəlif qəzet və jurnallarda çap 

olunmuş  məqalələri toplanmışdır. “Dədə Qorqudun musiqi dün-

yası” adlı geniş məqalə ilə açılan bu kitablarda musiqi tariximizdən, 

böyük musiqi xadimlərimizin həyat və yaradıcılığından müxtəlif 

yazılar hər bir musiqisevər üçün maraqlıdır. 

Zemfira xanımın bütün yaradıcılığını kiçik bir məqaləyə sığış-

dırmaq qeyri-mümkündür. Onun tədqiqata cəlb etdiyi sahələr o 

qədər zəngin, o qədər əhatəlidir ki, oxuduqca firkin səpələnir, har-

dasa azıb qalırsan, nədən yazasan, hansı aspektdən yanaşasan, hansı 

araşdırmasını təqdim edəsən, bilmirsən. Bütün ömrünü musiqimizin 

tədqiqinə  həsr etmiş, uzun əziyyətli elmi yol keçmiş görkəmli 

alimlərin həyatını, yaradıcılığını dünənin uzaqlığından gətirərək bu 

günümüzdə bizə çatdıran bu tədqiqatçının özünün yaradıcılığının 

araşdırılması  gərəkdir. Biz bu yazımızda  Əməkdar  İncəsənət xa-

dimi, sənətşünaslıq doktoru, professor, AMEA-nın müxbir üzvü 

Zemfira Səfərovanın yaradıcılıq yoluna sadəcə nəzər saldıq. Ümüd 

edirik ki, bu yaradıcılıq yolu kiminsə tədqiqat işi olacaq və lazımi 

şəkildə araşdırılıb oxuculara çatdırılacaqdır. Zemfira xanımı yubi-

leyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq 

uğurları və elmi axtarışlar arzulayırıq. 

 

 “Yazıçı qadınlar” jurnalı, dekabr, 2008, N-4. 



 


✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

12 

ANAR YARADICILIĞI VƏ MUSİQİ 

 

Anar yaradıcılığı haqqında dəfələrlə danışsam da, hardasa yenə 



də özümü “sözüm varmış” kimi hiss edirəm. Hər dəfə “Altıcildlik” 

üzərində düşünəndə, nəsə tapıram və nəsə yazmaq istəyirəm. Hər 

dəfə Anar haqqında bir yazı oxuyanda, yenidən cildləri götürüb 

oxuyuram. “Bakı” qəzetinin 1988-ci il, 26 mart tarixli sayındakı 

Anarla müsahibəsində öz suallarıyla Qarabağ münaqişəsi, Anarın 

əsərləri, o cümlədən filmləri ilə bağlı bir sıra məsələlərə aydınlıq 

gətirmək istəyən Mark Puzel yazır: ”Son dərəcə mehriban, mədəni 

və xeyirxah adam kimi Anar zəmanəmizin ictimai təmayülünü 

özünəməxsus bir tərzdə təcəssüm etdirir. Onun yaradıcılığına belə 

böyük maraq da məhz onunla əlaqədardır ki, adamlar bəzək-

siz-boyaqsız həqiqəti sevirlər. Ədəbiyyatda müəyyən mülahizələrə 

əsaslanan üstüörtülü, yarımçıq fikirlər indi adamları həmişəkindən 

daha çox iyrəndirir. Onlar həqiqəti öyrənmək istəyirlər. Anarı məhz 

ona görə çox oxuyurlar ki, bütün suallar içərisində ən başlıca suala, 

əsrlər boyu nəsilbənəsil bütün adamları düşündürmüş suala–“Necə 

yaşamalı?” sualına cavab tapsınlar”. Burada yenə də yadıma Baba 

Pünhanla söhbətimiz düşür. Həmişə Anardan söhbət düşəndə, onun 

sözlərini xatırladıram:”Hansı Anar? Bizim Anar? ... Yazıçı Anar. 

Hə də bizim Anar. Biz elə onun kitabları ilə böyümüşük də...”  

Birinci cildi vərəqləyirəm. Dəfələrlə oxuduğum hekayələrdir: 

“Yağışlı gecə”, “İki dəniz”, “Taksi və vaxt”. Amma bu dəfə məni 

Anarın əsərlərində bir detal maraqlandırır: musiqi. Anar ilk təhsilini 

musiqi təmayüllü məktəbdə alıb.  Ədəbiyyat adamı olsa da, uşaq-

lıqdan onun iliyinə-sümüyünə işləyən musiqi əsər yazarkən hardasa 

qeyri-ixtiyarı  qələminə  gəlir. Onun hələ ilk qələm təcrübələrində 

görürük ki, Anarın qəhrəmanı darıxan kimi dərmanı musiqidə ax-

tarır. Bəzən yazıçı musiqi haqqında mülahizələrini verir. “Taksi və 

vaxt” hekayəsində həyatı musiqi ilə müqayisə edən yazıçının eti-

rafını oxuyuruq: “Qaytarın mənə 20 yaşımı”, hardan qaytaracaqlar? 

Kim qaytaracaq? 20 yaşımda 20 yaşımın qədrini bilmədim. Dayazı 

dərin görünən fəlsəfələrə qarıldım. İndi isə hər şey keçib getmişdir. 

Həyat musiqi kimidir. O, sona yetməkçün davam edir. Dayana 

bilməz; qırıla bilər, kəsilə bilər, susa bilər. Lakin dayana bilməz, bir 



✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

13

yerdə saya bilməz, təkrar oluna bilməz. Bəlkə  də belə yaxşıdır. 

Xarab olmuş patefon kimə  gərəkdir?”  Əsərin sonunda könlündə 

bahar ətirli mart soyuğunu hiss edən qəhrəman musiqi səsi eşidir, 

qəribə duyğuılar keçirir. Birdən qaçmaq istəyir. Amma kimdən, 

nədən? Bəlkə də özündən, bəlkə də tənhalığından. Pillələri düşür. 

Müəllif yazır ki, sonuncu pilləyə kimi musiqi səsi gəlir. “Yorğun 

ahəngli sərgərdan bir melodiya sanki öz aramını, sakitliyini, sonunu 

axtarırdı, tapa bilmirdi.”  

“Bayram həsrətində” hekayəsində yenə də kimsə radionu qurub, 

muğamat konserti gedir. ”Sabah biz ayıq olacağıq”da keflənən 

qəhrəmanlar “Qubanın ağ alması”nı oxuyurlar.  

Anarın “Hekayə” adlı maraqlı bir hekayəsi diqqəti çəkir. Burada 

da radio işə salınır. Kimsə Füzulinin “könlüm” rədifli qəzəlini 

“Humayun” üstündə oxuyur. Qəhrəman hekayə yazır və burada 

muğamatın insana verdiyi dərsdən danışır və musiqini qadınla 

müqayisə edir: ”Həmişə qəmgin olmaq olmaz, həmişə şad olmaq da 

mümkün deyil. Muğamatın bizə verdiyi ən böyük dərs bu deyilmi? 

Kədər də sevinc kimi keçəridir - əsrarəngiz musiqimizin ulu 

fəlsəfəsi bu köhnə həqiqəti bizə yenidən xatırlatmırmı? 

Vüsal musiqi haqqında, yalnız tək bir musiqi haqqında düşün-

mək istəyirdi və düşünə bilmirdi. Musiqi sevdiyin qadın kimidir...” 

Sonra yenə  də radio səsi gəlir və Qara Qarayevin “Leyli və 

Məcnun” əsərinin sonluğu eşidilir. Bu hekayədə musiqiyə çox yer 

verilir. Amma sonda redaktorun iradına cavab olaraq yazıçının 

olduqca maraqlı bir fikri səbəbi açıqlayır: ”İş radionun verdiyi 

musiqidə deyil. Radionu söndümək də olar. Çətini qəlbdə oyanan, 

könüldə çalınan musiqiylə bacarmaqdır”. 

“Keçən ilin son gecəsi”ndə uşaqlarını dostlarının görüşünə gön-

dərən və evdə tək qalan Həmidə xalanın radionu qurduğunu, xoşuna 

gəlmədiyi nömrə olduğu üçün yenidən söndürdüyünü, daha sonra 

maqnitofona yaxınlaşdığını diqqətə çatdıran yazıçı qeyd edir ki, 

onun sevimli musiqisi Bülbülün nəğmələridir və onun 

maqnitofonunda Bülbülün bir neçə nəğməsi yazılıb.  

Kitabdakı  “İlk hekayələr” bölümünün sonunda “Dağınıq və-

rəqlər” başlığı altında kiçik esselər, miniatürlər, hətta mənsur şeiri 

xatırladan yazılar toplanmışdır. “Musiqi” adlanan hissədə müəllif 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə