MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar



Yüklə 0,65 Mb.
səhifə5/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   2   3   4   5   6   7   8   9   ...   31

✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

14 

gözəl bir salon təsvir edir: İşıqlar yanır. Salon doludur. Adamlar 

gözəldir. Buradakı kişilərin hamısı ağıllı, sağlam, qeyrətli, qoçaq-

dır. Qadınların hamısı qəşəng, məlahətli, mehribandır. Burada bir 

qadın hamıdan daha gözəldir. Salonda bütün bunları görən bir adam 

da var və o özünü də ağıllı, gözəl, ədalətli, qoçaq, güclü, istedadlı, 

şən hiss edir, sevir, sevilir və s. Birdən yazıçı yazır ki: “Musiqi 

qurtardı” və onun bütün dedikləri bir anda əksinə olur. Salonda yenə 

də  işıq yanır. Amma salondakı  qəndillər hisli, tutqundur. Adamlar 

zövqsüz geyinib, sözlər mənasızdır, kişilər axmaqdır, qeyrətsizdir. 

Qadınlar da çirkindir, qabadır. Salonda bir qadın var, o əvvəlki kimi 

gözəldir amma onun deyil. O özü də  ağılsızdır, zalımdır, çirkindir, 

darıxır, kədərlidir və s. Sonluq belədir: ”Heç kəsi sevmirəm. Heç kəs 

də məni sevmir”. Yazıçı burada musiqinin gücünü, onun nələrə qadir 

olduğunu diqqətə çatdırır. Burada “Şopenin balladası” adlı miniatür 

də diqqəti çəkir.  Şopenə qulaq asan kişiyə dünya gözəl görünür. 

Qadınını yanına çağırır. Onu öpdükcə, saçlarını oxşadıqca ona elə 

gəlir ki, Şopenin musiqisini oxşayır. 

Yəhya Seyidovun “Ədəbiyyat və incəsənət” qəzetinin 1970-ci il, 

19 dekabr tarixli sayında gedən “Ümüd limanına doğru” məqaləsində 

Anarın yaradıcılığının  əsas səciyyəvi cəhətlərindən bəhs olunur. 

Həmin məqalədən bəzi mqamları diqqətə çatdırmaq istəyirik: ”Anarın 

hekayə və povestləri həmişə maraqla qarşılanır. Bu istedadlı nasirin 

qələmindən çıxanlar asan, hətta deyərdim ki, birnəfəsə oxunur, amma 

unudulmur, uzun müddət düşündürür... Anarın qələmə aldığı material 

da, yazı üslubu da özünəməxsusdur... Anar canlı adamları təsvir edir, 

real tiplər yaradır. Özünün bu tiplərə aydın münasibətini oxucuya da 

aşılamağı, onu müasir meşşanlığın böyük ictimai zərəri haqda 

düşündürməyi bacarır. Oxucunun təsvir olunana münasibəti məhz 

yazıçının göstərdiyinə emosional əlaqəsi, təfərrüatı və sözləri seçmək 

məharəti ilə müəyyənləşir. O sevir, nifrət edir, acıyır...” 

Yazıçının 60-cı illər yaradıcılıq məhsulu olan, Rübabə Murado-

vanın xatirəsinə həsr olunmuş “Qaragilə” hekayəsində isə həbsdən 

çıxan, ölümdən başqa bir şey düşünməyən Kazımın Mihini tapması, 

onun yaşadığını, öz nəğmələrini oxuduğunu biləndən sonra artıq 

ölmək fikrindən daşındığını, bundan sonra yalnız pul yığıb bir radio 

almaq üçün işləyəcəyinə qərar verdiyini görürük. 



✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

15

II cilddə “Beşmərtəbəli evin altıncı  mərtəbəsi”  əsərində  də 

musiqili anlar yaşanılır. Burada lirik qəhrəmanın xalq mahnılarını 

dinlədiyinin, klassik musiqiyə rəğbət bəslədiyinin şahidi oluruq..  

III cilddə bir sıra sənətkarlara həsr olunmuş əsərlər vardır. “Qara 

Qarayevə rekviyem”də görkəmli musiqi xadiminin ölümündən 

mütəəssir olan yazıçının həzin ağısını eşidirik. “Ömrümüzün çeşidli 

çağlarında Qarayev musiqisi qəlblərimizi qürurla və ümüdlə doldu-

rurdu. Bizə güc verirdi. Təsəlli verirdi. Həyatın faciəvi ziddiyyətlərini 

anladır, gələcəyə inanmağa çağırırdı.” yazan müəllif bəstəkarın 

yaradıcılığından danışır və qeyd edir ki, Qara sənətindən keçmiş 

zamanda danışmaq düzgün deyil. Çünki o təkcə bugünün deyil, həm 

də  gələcəyin musiqisidir. Yazının  əvvəlində bağda səslənən Qara 

Qarayevin matəm odasının pəncərədən salona dolmasını obrazlı 

şəkildə təsvir edən yazıçı sonda fikrini belə bitirir: ”Meydan Qarayev 

musiqisini oxuyur, Qarayev musiqisi ölümə meydan oxuyur. Qara 

Qarayev öldü, bu gündən onun ölümsüzlüyü başlandı.” 

Tanınmış pianoçu və pedaqoq Elmira Səfərovanın vəfatının 

40-cı günündə əlinə qələm alan Anar həm gözəl bir sənətkara, həm 

yaxşı bir dosta, həm də bacısı  qədər  əziz olan bir qohumuna ağı 

deyərək yazır: ”Onun itkisinə indiki və sabiq tələbələri, yoldaşları, 

dostluq etdiyi insanlar və ya elə sadəcə bu nadir şəxsiyyətlə təmasda 

olan hər kəs dərindən və ürəkdən kədərləndi. Elmira təkin dostluq 

etməyi bacaranlar az olur. O, peşəsində olduğu kimi dostluqda da 

sadiq və etibarlıydı, dostluq münasibətlərinə  də sevdiyi işinə 

yanaşdığı kimi məsuliyyət və fədakarlıqla yanaşırdı.” 

Yazıçının dostu Emin Sabitoğluya həsr etdiyi “Eminə ağı” adlı 

yazıda bir qədər də dərin, ağır kədərin şahidi oluruq. Təkcə sənətkar 

deyil, həm də yaxın bir dost itirən Anarın burada təəssüf hissi ilə 

son həftənin xoşbəxtliyindən danışması, dostuna “Əlvida” deməsi 

və onun ölümünə onun hədiyyəsi olan qələmlə yazdığı  ağı 

oxucularda kədər və təəssüf doğurur: 

 

Sənsiz qalan bu dünyam  



        həsrətli bir aləmdir, 

Kədərdi, dərddi, qəmdi,  

         hıçqırıqdı, ələmdir. 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

16 

Əlimdə bu qələm də 

Sənin son hədiyyəndir–  

QARA YAZAN qələmdir. 

 

Bu cilddə Anarın “Gecə düşüncələri”ndə də maraqlı detallar var. 



Yazıçının  musiqi ilə bağlı fikirlərini oxuyanda təkcə  ədəbiyyat 

adamının deyil, sanki bir musiqiçinin fikirləri təsirini bağışlayır. 

Müəlif yazır: ”Motsartın musiqisini Mortsart yazıb, Baxın musi-

qisini–Allah. Albioninin Adajiosu da ilahi əsərdir. Baxın xoralları, 

Vivaldinin musiqisi, Şubertin “Ave Mariya”sı–bütün bu möcüzələri 

doğurub-yapan xristian mədəniyyətinə necə düşmən gözüylə ba-

xasan?” Yadıma bir epizod düşdü. Bir dəfə televiziyada, səhv 

etmirəmsə, “Ailələr və talelər” verilişində Zemfira xanım Anar 

haqqında danışanda, onun bütün musiqiçiləri tanıdığını bildirdi. 

Dedi ki, bir dəfə yoxlamaq üçün səhnəyə yenicə  çıxan gənc 

müğənni haqqında soruşdum, gördüm ki, hətta gəncləri belə tanıyır. 

Anar “Gecə düşüncələri”ndən birində yazır: ”Klassik Qərb musiqisi 

kasetlərini almışam, dinləyir, hey dinləyirəm. Gəncliyim  ədə-

biyyatın, kinonun cazibəsində keçdi, qocalığımın təsəllisi, deyəsən, 

musiqi olacaq.” Anar Qərb musiqisindən, sənətkarlarından danışsa 

da, onun qəhrəmanları ən çox milli musiqimizi dinləyirlər.  

Bu cildə Anarın musiqi ilə bağlı  şeirləri də daxil edilmişdir: 

”Qədim xalq mahnısını dinləyərkən”, Emin Sabitoğlunun ad gü-

nündə yazılmış “Aşıqsayağı”. Bundan başqa burada mahnı mətnləri 

də yer alır: Vaqif Səmədoğluya ünvanlanmış C. Quliyevin musiqi 

bəstələdiyi ”Sonun sonsuzluğu”, Emin Sabitoğlunun musiqi bəs-

tələdyi “Telefon avtomatlar”, “Düşürsən yadıma yağanda yağışlar”, 

Təhminə filmindən mahnı”, “Təhminənin mahnısı”, “Həsrət mah-

nısı”, “Qaravəlli” tamaşasından mahnı”, Xəyyam Mirzəzadənin 

musiqi bəstələdiyi “Qayalar”. 

V cildə daxil edilmiş pyeslərdə də ara-sıra mahnılar, musiqilər 

var. Bunsuz olmaz, çünki, Anar yaradıcılığını musiqisiz təsəvvür 

etmək mümkün deyildir. 

Ssenarilərin və  tərcümələrin toplandığı VI cilddə “Dədə Qor-

qud” kino-dastanında maraqlı bir mənzərə var: ”Dədə Qorqud 

qopuz çalırdı. Onu vurmaq istəyən ala ilan birdən dayandı, qopuzun 

sədaları altında qıvrılıb geri çəkildi, sürünüb getdi. 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə