MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar


✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦



Yüklə 0,65 Mb.
səhifə8/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

23

doğrudan da ürəklə, səmimiyyətlə dediyi bu orijinal fikirlər adamı 

tutur. Sadə  və dolğun, səmimi və  mənalı... Burada yadıma Polad 

Bülbüloğlunun ifa etdiyi gözəl mahnılar düşür. Mənim ən çox sev-

diyim mahnılar: ”Bir baxmısan, bir də bax”, “Elçilərim”. Bu mah-

nıların sözləri Fikrət Qocanın, musiqisi Polad Bülbüloğlunundur... 

Fikrət Qocanın “Azərbaycan qadını” jurnalında çap olunmuş 

“Ömür də bir mahnıdır” adlı məqaləsi isə şairin bir çox şeirlərinə 

musiqi bəstələmiş tanınmış bəstəkar Firəngiz Babayeva haqqında-

dır.  Şair bəstəkarla söhbətindən aldığı  təəssüratı oxucularla 

bölüşərək yazır: “...Ürəyimdə özümü danladım ki, heç bülbüldən də 

soruşarlar ki, nə vaxt oxumağa başlamısan? Bülbül olmaq üçün gərək 

elə bülbül yumurtasından çıxasan. Bəstəkar, rəssam, şair elə anadan 

olan gündən ilk əsərini yazmağa başlayır. Bəstəkar, qulağı dünya 

səslərini eşidəndən bu səslər arasından gələcək əsərlərinin xallarını 

toplayır. Rəssam gözünü açan gündən dünyanın rəngləri arasından öz 

rənglərini yığır, toplayır.  Şair eşitdiyi ilk layladan, ilk nağıldan öz 

sözlərini seçir. Sonra isə həyatdan çox şey asılı olur. Bir də görürsən 

taleyin gətirməməyi üzündən, mühütdən, şəraitdən asılı olaraq adam 

öz sənətinin dalınca gedə bilmir. Onda da olur şair ürəkli çoban, 

rəssam ürəkli bənna, bəstəkar ürəkli nəqqaş. Bəlkə  də bizim 

nənələrimizin, babalarımızın taleyi belə olub. Bəlkə  də biz onların 

arzusuyuq, dünyaya gəlmişik. Firəngiz taleyi gətirənlərdəndir. Dün-

yada bəstəkar doğulub, sonra da səbrlə, inamla öz yolu ilə addımlayır. 

Gündən-günə onun sənət yolundakı addımları daha möhkəm olur. 

Onun mahnılarındakı həzin lirika get-gedə dərinləşir. Ən gözəl cəhəti 

də odur ki, nə tünd kədərli olmur, nə  də  həddindən artıq parlaq 

sevincli. O mahnılar kədərlə sevincin qovuşduğu yerdən keçir...” 

Şairin adına xələl gətirməsəydi, Fikrət Qocanı həm də nəğməkar 

şair adlandırardıq. Çünki onun yüzlərlə şeirinə musiqi bəstələnib. 

Ən tanınmış bəstəkarlar onunla birlikdə işləyiblər: Tofiq Quliyev, 

Arif Məlikov, Pamiz Mirişli, Emin Sabitoğlu, Müslüm Maqo-

mayev, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Vasif Adıgözəlov, 

Oqtay Kazımov, Tahir Əkbər, Telman Hacıyev... 

 

 “Qarabağa aparan yol” qəzeti, 19.11.10 



 

 


✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

24 

VAHİD ƏZİZ POEZİYASINDA İNCƏSƏNƏT 

 

Vahid Əziz yaradıcılığında sənətə, sənətkara xüsusi hörmət və 



məhəbbət var. Amma Vahidin o qədər də məhsuldar şair olmadığını 

nəzərə alsaq, sənəti tərənnüm edən şeirlərin azlığının bir səbəbini 

anlamaq olar. Bu azlıq içində belə Vahidin həm  şairlərə, həm də 

incəsənət xadimlərinə münasibətini duymamaq mümkün deyildir. 

Vahid təbiət qoynunda böyüyüb, boya-başa çatdığından onun xalq 

şeirinə, xalq sənətinə sevgisi də  təbiidir. Bu mənada “Sazım”, 

“Tütək”, “Kərəmi çal”, “Qavaldaşda bir hava” və s. bu kimi şeirlər 

diqqəti cəlb edir.  

 

Coşdun el toyunda, susdun qəmində, 



Səsin nər dizində, yar qədəmində. 

Bir pərdən zilində, biri bəmində, 

Mənim kövrək sazım, pərişan sazım. 

 

Payına nə düşər Vahid Əzizdən, 



Keçməsə Ələsgər saldığı izdən? 

Simləri şimşəkdən, sədəfi közdən, 

Sinəmin üstündə alışan sazım. 

 

“Kərəmi çalın” adlı  şeirdəsə “Sazım”  şeirindəki tərənnümü 



görmürük. Burada artıq dövr dəyişdiyindən, dərdlər də artıb, 

əzablar da çoxalıb. Artıq yurd yerlərini itirən xalqın saza, sözə 

münasibəti də  dəyişib, müraciəti də. “Bir aşıq çağırın dastan 

başında, Kərəmi alışsın dastan başında” misraları ilə söz başlayan 

şair yurd yerindəki xəzandan danışır. “O dağlar dağılsın, mənə 

qalmadı” deyən şairin artıq dağ çəkməyə sinəsi dözmür, Sarı Aşığı 

haraylayır. Dərd qapını açandan, ellər zülmdən qaçandan şair 

narahatdır. Şair şeirin sonunda olduqca gözəl, məntiqli fikirlər ve-

rir. Ötüşən vaxtın vaxt deyil, bəlkə də xəzəl olduğunu düşünən şair 

“Ömür  əzabıyla gözəldi, bəlkə” yazır və  əli qələm tutanlara 

müraciət edərək deyir ki, yazın, bəlkə də dünya bir yazıyla düzəldi. 

Amma daha sonra şairin dərin təəssüfünün şahidi oluruq və şeir elə 

beləcə də bitir: 

 

 




✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

25

Didərgin mən oldum, sizlərə nə var, 

Ürəyim göynəyər, gözüm yalvarar. 

Bilmirsiz qələmin min sifəti var,- 

Demişdim çalanda, beləmi çalın? 

 

“Qavaldaşda bir hava” şeirində  də  həmin dərdin, nisgilin səsi 



eşidilir. “Qovhaqovdur, qaçhaqaçdır, Biri qovur, biri qaçır” mis-

ralarıyla sözə başlayan  şair qəribə dünyanın bu qovhaqovuna, 

qaçhaqaçına təəccüb edir. Burada bu qaçışmanı müxtəlif çalarlarda 

görürük:”Biri qaçır irəliyə, Biri dönüb geri qaçır. Biri qaçıb dağa 

çıxır, Sola qaçır, sağa çıxır. Ölü düşüb—diri qaçır, Biri yarıb yeri, 

qaçır”, “Biri qaçır–can qurtarır, Biri ölür—can qurtarır”. Hər 

şeydən əli üzülən şair axırda yenə də üzünü göylərə tutur:”Allah, bu 

nə qaçhaqaçdır, Sonu nə vaxt olacaqdır?”... 

“Tütək” adlı  şeirdəsə daha böyük mətləblərin açıqlandığının 

şahidi oluruq. “Dərə dodaqlarda dağılar sükut, Palıd barmaqlarda 

səs düyün düşər” misralarıyla başlayan tərənnüm bayatılarımıza 

qədər uzanır. Elə ilk misralardan şeirin poetikası adamı tutur. Şair 

burada tütəyin həzin gileyini xatırlayır. Ürəyin sözünü yayan 

tütəyin sədasını çölün, çəmənin həyanı sayır və yazır ki:”Qəzəbli 

şimşəklər yaran qayanı Tütək bayatıyla sığallayıbdır”. “Böyük 

danışanda belə susa bilməyən şair” tütək dinəndə susur, dumanda, 

çəndə azmayan şair səslərin qoynunda azdığını etiraf edir. Şeir 

şairin xalq şeirinə, soyumuza, kökümüzə, mədəniyyətimizə sonsuz 

ehtiramının, sevgisinin ifadəsi olan misralarla bitir: 

 

Ürəkdən ayrılan, ürəkdən qopan 



Sükutu kitab tək varaqlayıbdır. 

İtən quzunu da tütəkdən qopan 

Mələr bayatılar soraqlayıbdır. 

 

Hərdən kəsilsə də həzin sədası, 



Demə bayatılar unudulubdur. 

Yox! İndi bayatı ana laylası, 

Bayatı min şirin nəğmə olubdur. 

 

Vahid Əzizin Qara Qarayevə, Emin Sabitoğluya, Elmira Rəhi-



movaya, Brilyant Dadaşovaya həsr elədiyi  şeirlər də maraqlıdır. 

“Gəmi” adlı şeir “Xəbərin oldumu, ustad, nəhəng bir gəmini çağır-

dılar adınla” misralarıyla başlayır. Şair burada bəstəkarın düşüncələr 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə