MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar



Yüklə 0,65 Mb.
səhifə9/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

26 

içində  səfərə  çıxdığını xatırladır, hansı limandasa bir vaxt bir fırça 

ustasının bəstəkarın bir anını “tutdu”ğunu qeyd edir və nəhayət, indi 

də “Bəstəkar Qara Qarayev” gəmisinin uzaq ümmanlara yol almasını 

arzulayır. “Səni sıxar, sıxar liman, Yeri, coşan dalğalara, Arxanca 

boylansın işıqlı şəhər” deyə onu yola salır. Daha sonra şairin bəstəkar 

haqqında düşüncələrini oxuyuruq. ”Azmı oldu anlamadım nə demək 

istədiyini” etirafı da, “İndi anlayıram bir həqiqəti: gölün səsinə 

öyrənən adam çətin dərk edir ümmanların harayını” təvazökarlığı da 

Vahid Əzizin qəlbindəki dərin sevgidən, böyük ehtiram və hörmətdən 

soraq verir. Şair hərdən dalğalarla baş-başa verib bəstəkarın 

yazdıqlarını dinlədiyini bildirir:”Zülmət gecədə  tənha qulaq asmaq 

olmur sənə, kiməsə söykənmək istəyir adam”... Şair şeiri belə bitirir: 

 

Sənin ürəyin barmaqlarının 



                             ucundaymış, 

Geniş ümmanlar ovcundaymış, 

           açdın buraxdın azadlığa, 

İndi adını daşıyan gəmi 

           gedir ümmanlarla 

                    dünyanı dolanmğa. 

“Bəstəkar Qara Qarayev” gəmisi. 

 

Elmira Rəhimovaya ünvanlanmış  şeirdə  şair müğənninin 



nəğmələrinə, səsinə vurğunluğunu bildirir. “Bir durna qatarı uçdu 

səsində” misrasıyla başlayan bu tərənnüm ulduzlara kimi axıb ge-

dir. Şair bu nəğməni vətənin düzlərində görür, müğənninin sevin-

cini, təbəssümünü nərgizin, lalənin gözlərində görür. Müğənninin 

dinən tarın sədalarında yandığını, şirin arzularının elləri gəzdiyini, 

küləklərin qanadlarında nəğmələrini düzlərə daşıdığını qeyd edir və 

şeirini belə bitirir: 

 

Üfüqlər dar gəldi təbəssümünə, 



Ulduzlsr kövrəlib axdı yerindən. 

Ömrümdən, günümdən qopub yenə də 

Uçdun ulduzlara nəğmələrinlə. 

 

Brilyant Dadaşovaya ithaf olunmuş  şeirdə  qəribə müraciətlər 



var. Şairdir də… 

Emin Sabitoğlunun ölümünə həsr olunmuş şeir öz tutumu, bədii 

siqləti, obrazları və elə mövzusu ilə də diqqəti çəkir. Burada həm 



✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

27

dost ölümünə ağı deyilir, həm qürbətə yağı deyilir, həm də şair öz 

gününə ağlayır. Nədənsə, bu şeiri yaralamaq, ondan bir parça sitat 

vermək istəmirəm. Çünki, bu şeir elə bütövlükdə oxunmalıdır: 

 

Mən bir qoltuq ağacı tək qürbət eldən 



Bərk-bərk tutub yeriməkdə, 

Ağrılarla dolu ürək ucuz canı sürüməkdə, 

Bu Türkiyə sənin üçün gəzməyə qərib ölkəymiş, 

Mən bir daha duydum bunu: bu ömür-gün heçnəymiş! 

 

Qürbət – uzaq, Vətən – şikəst, 



Vətənindən gedən – şikəst, 

Bizi şikəst edən – şikəst, 

Mən bir daha duydum bunu: 

Dünya üçün doğulanlar məşəqqətdən keçməliymiş!.. 

 

Namərd içirtdi acını, 



Bulmaq olmur əlacını. 

Ölümündə andım bunu: 

Atıb qoltuq ağacını qərib insan 

Ölmək üçün vətəninə dönməliymiş… 

Mən hələ ki, qürbət eldən 

Bərk-bərk tutub yeriməkdə, 

Ucuz canı, çəkildiyim çarmıx kimi – sürüməkdə…  

 

Şeir 2000-ci ildə  İstanbulda yazılıb. Amma indi Vahid Əziz 



Bakıdadır... 

Vahidin səhnə ustası Yaşar Nuriyə  həsr elədiyi “Səhnəmizin 

Yaşarı” adlı şeirdə aktyorun səciyyəsinin açıqladığının şahidi olu-

ruq. Səhnədə adi bir sözündən şimşək qopan, sənət yolunda çıraq 

olan, nur saçan, parladıqca dağa dönən, ocağından, közündən 

ürəklərə alov paylayan, məhəbbətdən xəbərsizə eşqin sirrini açan, 

şair kimi, alim kimi sözün sehrini açan, həm səhnədə, həm həyatda 

öz yerini bilən bir insan kimi təqdim olunan aktyor haqqında şairin 

yekun sözü də səhnədəki tost kimi səslənir: 

 

Bütün böyük sənətkarlar 



Tarixlərdə baş olar. 

Səhnəmizdə bir Yaşar var— 

Səhnəmizi yaşadar!  



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

28 

Vahid Əzizin sənətə, sənətkarlara həsr elədiyi  şeirlər az olsa da, 

hiss olunur ki, səmimidir. Vahid Əziz hər adama şeir yazan şairlərdən 

deyildir. Amma bu heç də o demək deyildir ki, onun şeir həsr elədiyi 

sənətkarlar,  şeir yazmadığı  sənətkarlardan daha yüksəkdir. Sadəcə, 

Vahid Əzizin də sənət meyarlarına öz yanaşması var. Axı, insan da, 

sənətkar da sənət  əsəridir, o da zövqə görə qiymətləndirilir. Amma 

Vahidin bu şeirlərində daha çox hiss-duyğu, daha çox sevgi, ehtiram 

var. Görkəmli heykəltəraş professor Ömər Eldarova ünvanlanmış 

“Mum kimi əriyər ovcunda mərmər” adlı şeirdə həm də gözəl obrazlar 

vardır. Burada bir qədər də pafos var. Şair şeirdə sənətkarın portretini 

yaradıb. Sanki heykəltəraşa öz sənətinə uyğun şəkildə abidə yonmaq 

istəyib: 

 

Palçıqdan yaratdı Tanrı insanı, 



Sən onu daşlardan yaratdın, ustad. 

İnsanı yaşadan–ürəyi, qanı, 

Mərməri ruhunla yaşatdın, ustad. 

 

Qranit səcdədə barmaqlarına, 



Dağları əridər sənətkar əli. 

Eldarov, varlığın Odlar yurduna 

Məhəbbət heykəli, sevgi heykəli. 

 

Vahidin sənətə, sənətkarlaraı  təqdiri ilə paralel, sənəti ba-



yağılaşdıranlara qarşı iradlarını da görürük. “Sinə, çənə zənguləsi” 

adlı  şeirini  şair “Bu millətə  rəhm eləyin, telekanallar” harayı ilə 

təqdim edir. Şair saxta təriflərlə yüksələnləri, qoltuğunda beş-altı 

qarpız gəzdirən “populyarnı”ları, nə yollasa “ulduz” adı alanları, 

“tanınmış, görkəmli, məşhur” olanları tənqid edir. Burada diqqəti 

çəkən misralar vardır:“Segahı kövşəyir, “ulduz” deyirlər”, “Tanrı 

ulduzları yanında tutub, Bəs bu qulbeçələr haradan çıxır”, “Layiqsiz 

adamlar adlar alanda,-Fəxri ad səslənir ayama kimi”, “Tərifi bir 

azca eşələyəndə, Diktorlar ya qohum, ya tanış çıxır. Sərçə var bir 

azca tərifləyəndə, Efirə Bülbüldən “tanınmış” çıxır”, “Çənə 

zənguləsi çörək qazanır, Sinə zənguləsi—ürəyə bağlı”...          

                                           



“Ulu məkan”, qəzeti, 15.11.10 

 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə