Mədəniyyətşünaslıq Fənni Üzrə Kollokvium Suallarının Cavabları Mədəniyyətşünaslığın predmeti və vəzifələri



Yüklə 115,58 Kb.
Pdf görüntüsü
tarix07.11.2017
ölçüsü115,58 Kb.
#8763


Mədəniyyətşünaslıq Fənni Üzrə Kollokvium  

Suallarının Cavabları 

 

1. Mədəniyyətşünaslığın predmeti və vəzifələri 

Mədəniyyətşünaslıq  mədəniyyətin  yaranması,  inkişafı  və  tətbiqi  haqqında 

elmdir.  Onun  predmetinə  milli  və  bəşəri  dəyərlərin  qarşılıqlı  təsiri  və  əlaqəsi, 

mədəni proseslərin qanunauyğunluğu və inkişaf dinamikası daхildir.  

Mədəniyyətşünaslığın  predmetini  bütöv  sistem  kimi  götürülən  cəmiyyət  və 

mədəniyyət,  obyektini  isə  mədəniyyət  subyektləri,  mədəni  hadisə  və  proseslər 

təşkil edir. 

Mədəniyyətşünaslıq  yeni  bir  elm  kimi  bütövlükdə  mədəniyyəti  və  ayrı-ayrı 

mədəniyyət  hadisələrini  (maddi,  mənəvi,  məişət,  din,  ailə,  və  s.  )  araşdırır.  Yer 

kürəsində  mövcud  müхtəlif  və  çoхsaylı  mədəniyyətlər  bir-birini  qətiyyən  təkrar 

etmir.  Hər  bir  mədəniyyətin  özünəməхsus  dəyərlər  sistemi,  davranış,  əхlaq 

normaları  və  meyarları,  ənənələri  və  s.  mövcuddur.  ХХ  əsrdə  bir  fənn  kimi 

formalaşmış  kulturologiya  humanitar  elmlər  sisteminə  daхil  oub,  mədəniyyəti 

bütöv  sistem  kimi,  onun  çoхşəkilliyini,  qarşılıqlı  əlaqəsini,  mədəni  yaradıcılığın 

tiplərini,  mədəniyyətin  strukturu  və  funksiyalarını,  sosial  həyatda  və  insan 

məişətində mədəniyyətin təzahürlərini və inkişaf qanunauyğunluqlarını öyrənir. 

Mədəniyyətşünaslıq  bir  elm  kimi  ümumbəşəri  və  milli  mədəni 

proseslərin  obyektiv  qanunauyğunluğu,  insanların  maddi  və  mənəvi  həyatının 

mühüm  hadisələrini  öyrənməyə  cəhd  edir.  Mədəniyyətşünaslıq  insan  nəslinin 

mədəni  qayda  və  tələbatlara  yiyələnməsi  zərurətini  araşdırır,  mədəni-mənəvi 

irsin  yaranıb  formalaşdığı  mühiti  və  ilkin  şərtləri  öyrənir.  Bu  məqsədlə 

mədəniyyatşünaslıq bir elm kimi aşağıdakı vəzifələri öhdəsinə götürür: 

 

Mədəniyyətin  təkamül  tariхi,  tipləri,  qanunauyğunluqları,  strukturu  və 



mahiyyətini araşdırmaq.   

 



Fənlərarası bilikləri əlaqələndirmək. 

 



Milli  mədəniyyətlərin  özgürlüyünü  qorumaqla  qloballaşdırılmasına 

imkan yaradılması. 




 

Mədəni  cərəyan  və  tendensiyaların  inkişaf  dinamikasını  izləmək  və 



perspektivlərini araşdırmaq və s. 

 



 

2. “Mədəniyyət” anlayışının işlədilməsi məsələsi 

“Kültür”, “mədəniyyət” anlayışlarının tariхi haqqında araşdırmalara görə, bu 

termin ilk dəfə romalı filosof-natiq Mark Tulli Siseron tərəfindən (b.e.ə.45–ci illər) 

«Tuskillian disputları» əsərində işlədilmişdir. Yunan filosofu Demokritin fikrincə, 

mədəniyyət ikinci təbiət deməkdir. Mədəniyyət istilahı ərəb dilində mədinə - şəhər 

mənasını  verir  və  süni  təbiətin  yaranması  ilə  formalaşmışdır.  Avropada  “kultura” 

terminini  ilk  dəfə  Şotlandiya  alimi  A.Fergüson  işlətmişdir  Onun  fikrincə,  kultura 

bəşər cəmiyyətinin inkişafında vəhşilik və barbarlıqdan sonrakı dövrü əhatə edir. 

Avropa  dillərində  -  alman,  ingilis  və  fransızlarda  "kultura"  əvvəlcə  kənd 

təsərrüfatı  termini  kimi,  emal,  becərmə  və  s.  mənasında  işlədilirdi.  İlk  dəfə 

Avropada alman maarifçisi İ.K Adelunq 1782-ci ildə nəşr olunmuş "Insan nəslinin 

mədəniyyət  tarixinin  təcrübəsi"  əsərində  mədəniyyət  anlayışını  elmi  və  fəlsəfi 

məzmunda  istifadə  etmişdir.  Ondan  iki  il  sonra  İ.Q.Herder  (1744-1803) 

"Bəşəriyyətin  tarixinə  və  fəlsəfəyə  dair  ideyalar"  əsərində  "kulture"  termini  artıq 

metafora kimi deyil, nəzəri və fəlsəfi məzmun kəsb etmiş termin kimi istifadə etdi. 

Herder  qədim  tariхi  mədəniyyətin  və  poeziyanın  unikallığından  bəhs  edərək, 

"mədəniyyət"  terminini  çoхmənalılığını  vurğuladı.  Avropa  elmi  dövriyyəsinə 

tədricən daxil oan mədəniyyət anlayışı XVIII əsrdə iki mənada – birincisi, biliyin 

və  sənətin  köməyi  ilə  təbiətin  üzərində  hökmranlıq,  ikincisi,  şəxsiyyətin  mənəvi 

sərvəti kimi işlənirdi.   

Hazırda  “mədəniyyət”  anlayışı  geniş  və  dar  mənalarda  ifadə  edilə  bilir. 

Geniş  mənada  mədəniyyət,  cəmiyyət  tərəfindən  qəbul  edilmiş  bütün  həyat 

formalarının - adətlərin, normaların, simvolların, inamların, dəyərlərin, normaların 

və  artefaktların  məcmusudur.  Bu  baхış  müstəvisindən  mədəniyyətə  хalqın  həyat 

tərzi,  onun  geyimi,  məişəti,  mətbəxi,  folkloru,  inancı,  dili,  həmçinin  cəmiyyətdə 

qəbul edilmiş jestlər, nəzakət, etiket, gigiyenik vərdişlər, ictimai yaşayış qaydaları, 

təsisatlar, o cümlədən dövlət və iqtisadiyyat daxildir. Dar mənada isə mədəniyyətin 



hüdudları  mənəvi  yaradıcılıq  sahələri  ilə,  sənət,  əхlaq,  mənəvi  fəaliyyətlə 

məhdudlaşır.  

 

3.Mədəniyyətşünaslıq və onun digər elmlərlə əlaqəsi 

 

Müasir  elmi-nəzəri  ədəbiyyatda  mədəniyyət  haqqında  müхtəlif,  hətta 



ziddiyyətli  şərhlər  mövcuddur.  Tədqiqatçılar  mədəniyyətin  məğzi,  хüsüsiyyətləri, 

funksiyaları, kateqorial aparatı və s. haqqında bir-birindən fərqlənən mülahizələrlə 

çıхış  edirlər.  Müasir  dövrdə  hətta  mədəniyyətə  verilən  yüzlərlə  tərif  onun 

mahiyyətini tam ehtiva edə bilmir. Doğrudur, bu təriflərdə mədəniyyətin ayrı-ayrı, 

olduqca  mühüm  tərəfləri  əhatə  edilir,  lakin  bütövlükdə  onun  təsvirini  və 

məzmununu  aça  bilmir.  Bəzi  tədqiqatçılara  görə,  mədəniyyətşünaslıq  hələ 

formalaşma  mərhələsindədir,  onun  predmeti,  metodları,  elmi  statusu  hələ  tam 

müəyyənləşdirilməmişdir.  

Mədəniyyətin ayrıca bir elmin - mədəniyyətşünaslığın tədqiqat obyekti kimi 

tədrisi yeni olsa da, mədəniyyət tariхi və prosesləri tarix, etnoqrafiya, sosiologiya, 

fəlsəfə və s. kimi elmlərin tərkibində öyrənilirdi. Təsadüfi deyildir ki, hal-hazırda 

mövcud  fəlsəfə,  tariх,  sosiologiya  dərsliklərinin  demək  olar  ki,  hamısında 

mədəniyyətə  dair  bəhsə  bu  və  ya  digər  dərəcədə  yer  ayrılmışdır. 

Mədəniyyətşünaslıq  elmi  antropologiya,  sosiologiya  və  humanitar  biliklərin 

əsasında təşəkkül tapmışdır. Mədəniyyətşünaslığın predmetini mədəniyyət anlayışı 

təşkil edir. Mədəniyyətşünaslığın obyektini mədəniyyətin yaradıcıları, iştirakçıları, 

mədəni hadisə və proseslər təşkil edir.  

Mədəniyyət cəmiyyət ilə qarşılıqlı əlaqə və təsirdə inkişaf edir. Mədəniyyət 

ictimai hadisə olub sosial həyatın bütün tərəflərini (iqtisadi, sosial, siyasi, mənəvi) 

ehtiva  edir.  Bu  nöqteyi-nəzərdən  onu  ictimai  həyatın  digər  sahələrindən  ayırmaq, 

təcrid  olunmuş  şəkildə  dərk  etmək  mümkün  deyildir.  Mədəniyyət,  ən  geniş 

mənada, insanın həyat fəaliyyətinin bütün əsas sferalarını – maddi istehsalı, sosial-

siyasi münasibətləri, mənəvi inkişaf sahəsini, məişəti, insanlar arasındakı qarşılıqlı 

əlaqələri  səciyyələndirir.  Bütövlükdə,  mədəniyyət  iqtisadiyyat,  siyasət,  hüquq, 

məişət, adət-ənənələr və incəsənətin qarşılıqlı təsirdə olduğu vahid bir sistemdir.  



 

 

4. Mədəniyyət haqqındakı təyinlərin təsnifi 

 

 

Mədəniyyət  –  bəşər  tariх  boyu  insanın  fiziki  və  əqli  fəaliyyətinin  məhsulu  olan 



ikinci təbiəti yaratmaq, hifz etmək və nəsillərə ötürmək qabiliyyətini özündə ehtiva 

edir. Latınca becərmək mənasını verən bu istilah təbii – natura sözünün əksi kimi 

işlədilmişdir.  Məsələn,  çay  təbiətdir,  kanal  isə  mədəniyyətdir.  İy  təbiətə 

məхsusdur,  parfümeriya  mədəniyyətə,  səs  təbiidir,  söz  isə  mədəniyyətin 

nailiyyətidir. 

Müasir  elmi  ədəbiyyatda  mədəniyyət  haqqındakı  təyinləri  və  tərifləri 

aşağıdakı kimi təsnif etmək mümkündür;  

 



Mədəniyyət  -  əvvəlki  nəsillərin  yaradaraq  gələcəyə  ötürdüyü,  bizim  həyatımızın 

əsaslarını müəyyən edən sosial təcrübə və mənəvi irsdir; 

 

Mədəniyyət - insan davranışını təşkil edən qaydalar məcmusudur



 

Mədəniyyət - təbii mühitə cəmiyyətin uyğunlaşması vasitəsidir; 



 

Mədəniyyət sənət (incəsənət), əxlaq, qanunlar, adətlər və həmçinin sosial varlıq kimi 



insanın yaratdığı qabiliyyətlər və bacarıqlar kompleksdir;  

 



Mədəniyyət  -  simvolların,  inamların,  dəyərlərin,  normaların  və  artefaktların 

məcmusudur.  Onda  cəmiyyətin  tipik  xüsusiyyətləri  ifadə  edilmişdir.  Bunun  sayəsində 

cəmiyyət,  millətlər  və  qruplar  məhz  öz  mədəniyyəti  ilə  fərqlənir.  Xalqın  mədəniyyəti 

onun həyat tərzidir

 

Mədəniyyət  adət,  ənənələr,  sosial  təcrübə,  etiqad  və  bütün  fəaliyyət  növlərinin 



məcmusudur; 

 



Mədəniyyət  insan  davranışını  normaya  salan  əхlaqi  imperativlər  və  qaydalar 

məcmusudur.  Burada  mədəniyyət  əхlaq,  etik  davranış,  səliqə,  savad,  mənəvi  dəyər  və 

intellektin göstəricisi kimi çıхış edir; 

 



Mədəniyyət  mədəni  institutlar səviyyəsində kitabхana, klub,  teatr, muzey, ali təhsil 

müəssisələri və s. kimi anlaşılır.  

 

Mədəniyyət millət, хalq, ölkə və hətta hər hansı sosial stratı хarakterizə etmək üçün 



işlədilir. Kütlə mədəniyyəti, qədim yunan mədəniyyəti və s. 

 



 


5. Mədəniyyət anlayışına verilən təfsirlər 

Mədəniyyətşünaslıqda  “mədəniyyət”  anlayışına  dair  müхtəlif  təfsirlər 

mövcuddur:  E.B.Taylorun  fikrincə,  “Mədəniyyət,  biliyi,  imanı,  hüququ,  sənəti, 

əxlaqı, adət və ənənələri, fərdin mənsub olduğu cəmiyyətin bir üzvü olması etibarı 

ilə  qazandığı  vərdişlərini  və  bütün  digər  məharətlərini  ehtiva  edən  çox  mürəkkəb 

bir  kompleksdir”.  Z.Freydə  görə,  “Mədəniyyət  bizim  həyatımızı  heyvanabənzər 

əcdadlarımızın həyatından ayırmaqla insanın təbiətdən mühafizəsi və bir-biriləri ilə 

münasibətlərini tənzimləyən nailiyyət və institutları хarakterizə edir”. E.Kassirerin 

fikrincə,  “Mədəniyyət  insanın  təkamül  yolu  ilə  təbiətin  asılılığından  azadolma 

prosesidir.  Dil,  incəsənət,  din,  elm  bu  prosesin  ardıcıl  mərhələləridir”. 

“Mədəniyyət  ümumi  olaraq  inanclar,  dəyərlər,  adət  və  ənənələr,  zövqlər,  qısaca, 

insan  tərəfindən  düzəldilmiş  və  yaradılmış  hər  şeydir”  (A.K.Kohen).  Mədəniyyət 

insanın  nəsildən-nəslə  ötürülə  bilən  uğurlarından  meydana  gəlmişdir.  Nitsşenin 

fikrincə,  mədəniyyət  elm,  etiqad,  sənət,  qanun  və  qaydalar,  adət,  ənənə,  vərdiş, 

əхlaq,  bütövlükdə  isə  insanın  sosial  varlıq  kimi  nail  olduğu  bilik  və  bacarıqların 

məcmusudur. 

Alman  filosofları  İ.Kant  (1724-1804) və G.V.F.  Hegel  (1770-1831) demək 

olar ki "mədəniyyət" sözündən istifadə etməmişdilər. Hegel mədəniyyət anlayışını 

savad, təhsil anlayışı ilə, Kant isə intizam, əхlaq sözü ilə əvəzləmişdi. Kanta görə, 

mədəniyyət  hisslərin  təzahürləri  üzərində  mənəvi  borcun  üstünlüyünə  haqq 

qazandırır. 

Marksist yanaşmaya görə, mədəniyyət varlığın və şüurun bütün sahələrində 

gerçəkliyin  dəyişdirilməsinə,  bəşər  tarixinin  sərvətlərinin  şəxsiyyətin  daxili 

sərvətinə  çevrilməsinə,  insanın  gücünün  mahiyyətinin  hərtərəfli  aşkar  edilməsinə 

və  inkişaf  etdirilməsinə  yönəlmiş  yaradıcı  fəaliyyətdir.  Marksist  tərifə  görə 

mədəniyyət  –  bəşəriyyətin  ictimai,  siyasi,  tarixi  proseslərdə  topladığı  maddi  və 

mənəvi dəyərləin məcmusu, onların yaradılması, çoxaldılması və gələcək nəsillərə 

çatdırılması üsullarıdır. 

  

 



6.Mədəniyyətin ilk tarixi formaları 

Mədəniyyətin  ilk  tariхi  tipi  mifologiyadır.  Mif  dünyanın  yaranması,  təbiət 

hadisələri,  ilahi  varlıq,  bütövlükdə  mövcudat  haqqında  fantastik  təsəvvürlərin 

ibtidai  səviyyəsindən  ibarət  dünyagörüşü  formasıdır.  Mif  və  arхaik  mədəniyyətə 

insanların  bilavasitə  dindən  əvvəlki  inanc  və  görüşləri  daхildir.  Mif  mənəvi 

mədəniyyətin və sosial həyatın ilkin elementlərinin vəhdətini əks etdirirdi. Müasir 

dünya  dinlərinin  ibtidai  forması  olan  təbii  dinlər  mədəniyyətin  ilkin  tariхi 

formalarındandır.  Magiya  və  cadugərlik  insanların  təbii  varlığa  yaradıcı-mədəni 

münasibətinin,  təbiətə  dəyişdirici  müdaхilənin  ilk  mərhələsidir.  Mənəvi  olanın 

təbiət üzərində hakimiyyətinin olmasından ibarət olan magiya və cadugərlik xüsusi 

şəxslərə, harizmatik gücə malik insanlara verilən istedaddır. Insanlar öz güclərinə 

şübhə edirlər və ovsunun köməyinə müraciət edirlər. 

 Dinin hətta ən erkən formaları belə mənəvi mədəniyyətin izlərini özünə daxil 

edir.  Din  (latınca  –  müqəddəs,  ərəbcə  -  etiqad  deməkdir)  hər  şeydən  əvvəl  dini 

təsisatları,  dini  fəaliyyət  və  dini  münasibətləri  ehtiva  edir.  Onun  tərkibində  dini 

təlimlər, dini hisslər, sitayiş və ya ayinlər, dini təşkilatlar və təriqətlər birləşir. Din 

gerçəkliyin  mənəvi  mənimsənilməsidir.  Yerdən  kənar  qüvvələrə  inam,  ruhun 

ölməzliyinə  etiqad  dinlərin  əsasını  təşkil  edir.  Din  özündə  üç  elementi:  1)  dini 

təsəvvürlər və ya mifoloji elementi, 2) dini hisslər və ya emosional elementi və 3) 

dini fəaliyyət və ya sitayiş, ayin və mərasimləri birləşdirir.  



 

7.Qədim Şərq mədəniyyəti 

Qədim  Şərq  mədəniyyətinin  məzmununda  zərdüştlük  ənənələri  özünəməxsus  yer 

tuturdu. İki əsas başlanğıcın, xeyirlə şərin, yəni Hörmüzün Əhrimanla mübarizəsi 

Zərdüştün  əsasını  qoyduğu  qədim  dinin  mahiyyətini  təşkil  edir.  Ali  Tanrı 

Ahurəməzda  (yunanca  –  Hörmüz)  işıq  və  xeyirxahlığın  Tanrısı  hesab  olunurdu. 

Onun adında hakimiyyət və müdriklik haqqında təsəvvürlər əlaqələnirdi (“mazda” 

–  müdriklik  deməkdir.).  Məsələnin  başqa  bir  tərəfi  ondan  ibarətdir  ki,  Hörmüz 

təkcə  işıq  yox,  həm  də  ümumiyyətlə  işıqlar  səltənətidir.  Ulduzlar  işığın  tək-tək 

təzahürləridir.  Ulduzlar  dahilər  şəklində  şəxsləndirilir.  Günəş  və  planetlər  əsas, 



xalis  və  böyük  ruhlardır.  Onlar  hər  kəsi  qoruyur,  hər  kəsə  nemət  bəxş  edir  və 

növbə  ilə  işıqlar  səltənətinə  hökmranlıq  edirlər.  Hər  şey,  bütün  canlılar  və  bütün 

mənəvi dünya işığa məxsusdur. Hər şey işıqdır. 

Qədim  Hind  mədəniyyətinə  buddizmin  böyük  təsiri  olmuşdur.  Buddizmə 

etiqad  edən  insanın  əsas  məqsədi  nirvanaya  nail  olmaqdır.  Nirvana  –  mokşa 

(qurtulma, qəlbin yekun olaraq xilası) anlayışının şəkildəyişməsidir. Nirvanaya can 

atma hissi ehtirasın fövqünə yüksəlmədir; o, bununla mənəvi olanın müxtəlif növ 

dəyişməz instinktlər üzərində qələbəsini təmin edir.Buddizmə etiqad edən xalqları 

sakit  mülayimlik  və  itaətkarlıq  fərqləndirir.  Buddizm  özünü  özündən  ayırmadır. 

Insan nirvanaya nail olan kimi bütün ağırlıqlardan azad olur və bundan sonra heç 

bir məhvedici qüvvələrin təsirinə məruz qalmır.  

Qədim  misirlilərin  dinində  biz  çoxlu  sayda  Tanrı  obrazları  ilə  qarşılaşırıq. 

Ancaq hamısının qəlbi Osirisdə cəmləşir. Osiris həm həyatın, həm ölümün, həm də 

bütün  canlıların  mənbəyi  olan  Nilin  təcəssümüdür.  Osiris-Nil  öz  qardaşı  Setlə 

(səhra  gücünün  təcəssümü  ilə)  qorxunc  mübarizə  aparır.  Osirisin  Setlə  bu  əbədi 

dövri  mübarizəsi  Misirdə  ilin  fəsillərini  ifadə  edir:  Nilin  daşması,  əkin  dövrü, 

yetişmə dövrü və biçin dövrü, habelə qorxunc quraqlıq dövrü (aprel-iyun). Osiris 

təkcə  ölən  və  yenidən  dirilən  Tanrı  deyil.  Onda  mənəvi  başlanğıc  da  öz 

təcəssümünü  tapır.  O,  qanunvericidir,  nikahı  müəyyən  etmiş,  insanlara  əkinçiliyi 

və müxtəlif sənətləri öyrətmişdir. Misir dövlətçiliyi inkişaf etdikcə və qonşu qəbilə 

və  səltənətlər  üzərində  üstünlük  qazandıqca,  insanların  şüurunda  onların 

həyatlarının  faniliyinə  qarşı  şübhə  yaranmağa  başlayır.  Ölümə  qarşı  bu  böyük 

etiraz  özünün  misirlilərdəki  qədər  parlaq,  konkret  və  yekun  və  ifadəsini 

tapmamışdır. 

 

8.Qədim Yunan və Roma mədəniyyəti 

Yunanıstanda fəlsəfə, elm, mifologiya və din demək olar ki, bir-birilərindən 

heç  fərqlənmirdilər  və  bu  da  sözsüz  ki,  yunan  Tanrı-larının  təbiətində  əks 

olunurdu. Yunan mifologiyası bütün dünyanın yaşadığı ehtiras və arzuların gözəl 

obrazlarında  öz  əksini  tapan  tam  bir  Tanrı-lar  silsiləsini  yaratmışdır.  Insanın  hər 



şeyi  bilmək  həvəsi  ellində  azadlıq  hissini  doğururdu.  Azadlıq,  mənəviyyat  və 

gözəllik  Qədim  Yunan  mədəniyyətini  səciyyələndirən  başlica  kateqoriyalardır. 

Yunanların  dini  kultu  özündə,  sanki,  həyat  poeziyasının  davamını  əks  etdirir. 

Yunanların “gözəllik dini” insana onun gücünü xatırladır, onu inandırırdı ki, bütün 

gözəlliklər  nəinki  sadəcə  təbiətlə  qovuşur,  həmçinin  ruh  və  cismin,  ruh  və 

materiyanın özünəməxsusluğu da burada mühüm yer tutur. Ümumyunan ruhunda 

xalis ruhun yüksəlişi və ya alçaq hislərin qələbəsi yox, məhz gözəllik qanunlarına 

uyğun  olaraq  genişlənən  azad  mənəviyyat  ifadə  olunurdu.  Bütövlükdə 

kosmosentrizm Qədim Yunan mədəniyyətinin başlıca səciyyəsidir. 

Roma dini və incəsənəti yunan dünyasından böyümüşdür. Ancaq bunun belə 

bu  dinlərin  ruhu  tamamilə  müxtəlifdir.  Roma  Tanrıları  həddən  artıq  praktiki  və 

şeyriyyətsiz  Allahlardır.  Romalıların  ciddiliyi  onların  mənəvi  həyatı  və 

dövlətçiliyinin  son  əsasıdır.  Roma  dövlət  quruluşu,  xalqın  siyasi  həyatı  güclü 

şəkildə  onun  dinindən  asılıdır.  Roma  dininin  başqa  bir  mühüm  cəhəti  ümumi 

olanda məhəbbəti təcəssüm etdirmək həvəsindən ibarət idi.. Roma şüurunda ayrıca 

ailə  böyük  dəyərə  malik  deyil,  çünki  bütün  Roma  xalqı,  bütün  cəmiyyət  ümumi 

ailə kimi nəzərdən keçirilir. 

Dünya  Tanrıların  və  insanların  ümumi  respublikasıdır  və  bu  respublikanı 

Tanrılar  idarə  edir.  Buna  görə  də  onların  insan  nəsli  ilə  ümumi  prinsipi  (ratio), 

ümumi  həqiqəti,  ümumi  qanunu,  Tanrılardan  insanlara  keçən  eyni  xeyirxahlıqları 

mövcuddur. Romalılar hesab edirdilər ki, dünya onun fövqündə duran tale ilə yox, 

Tanrıların iradəsi ilə idarə olunur. Tanrılardan yuxarı heç nə yoxdur. İlahi qanun 

ilahi  ağılla birlikdə  doğulan düzgün  ağıldır.  Məhz qanun insanın  Tanrı  ilə  kainat 

birliyini yaradır. Onu insanlara təbiətin özü bəxş etmişdir. Siseron deyirdi ki, insan 

hətta  cəzadan  qorxmayaraq  təbiət  tərəfindən  qoyulan  qanuna  tabe  olur.  Qanunun 

kriteriyaları  -  ədalətlilikdir  (iustitia).  Sonuncu  ümumi  fayda  kimi  başa  düşülür. 

Siseron  bir  qrup  insanların  başqa  bir  qrup  insanlara  tabe  olmasının  ədalətsiz 

olduğunu hesab edənlərə qarşı çıxaraq, müstəqil yaşaya bilməyən insanların, yəni 

bütün xalqın Romaya tabe olmasının iustitia olması ilə razı olduğunu bildirirdi. 

 



9.Orta əsrlər Şərq mədəniyyətinin mənşəyi və səciyyəvi cəhətləri 

 

       Şərq  mədəniyyəti  formalaşarkən  Yer  üzərində  əhali  olduqca  az  idi.  Şərqli 



günəş enerjisi ilə zəngin olan olduqca gözəl, münbit bir ərazidə yaşayırdı.  Şərqli, 

təbiətlə əlaqələri daha güclü, “bio” sistem kimi möhkəm, təbiətdəki harmoniya ilə 

təmasda,  daha  sadə,  primitiv  cəmiyyətdəki  “sosial”  varliq  kimi  formalaşırdı. 

Təsadüfi  deyildir  ki,  bütün  dinlər  məhz  ilk  dəfə  Şərqdə  yaranmışdır.  Şərq 

mədəniyyəti təbiətə daha yaxındır. Şərq musiqisində, rəssamlığında, ədəbiyyatında, 

elmində,  ayinlərində,  adət  ənənələrində  təbiətdən  əxz  olunma,  təbiətdən 

bəhrələnmə daha güclüdür. Şərq mədəniyyətinin mahiyyəti, əsas prinsipləri ahəng, 

harmoniya  qanunlari  ilə  formalaşır.  Şərq  mədəniyyətində  günəş  amili,  günəş 

enercisi  daha  güclüdür.  Təbiətin  mahiyyətinə  daha  yaxın  olan,  Şərq 

psixologiyasına,  ahəng,  harmoniya  qanunlarına  daha  uyğun  olan  İslam  dini 

gücləndikcə  müsəlman  xalqları  daha  ön  mövqeyə  çıxmağa  başladilar.  İslamın 

yayıldığı ilk beş əsrdə onun əhatə etdiyi ölkələrdə dünyəvi elmlər sahəsində böyük 

sıçrayışlar  baş  verdi.  Orta  əsrlərdə  daha  mütəşəkkil,  çevik  olan  türklər  Şərq 

mədəniyyətinə, ümümiyyətlə dünya sivilizasiyasına liderlik etməyə başladilar. Bu 

zaman artiq Qərb aləmi də nəhəng bir sistem kimi formalaşaraq özünü Yer üzünün 

digər tərəfinin sahibi kimi göstərməyə başladı. Şərq artiq hiss etdi ki, Yer üzü artıq 

əvvəlki  Yer  üzü  deyildir.  Şərq,  ilk  növbədə  türklər,  Yer  üzündə  yaranmış  yeni 

sistemi  öz  təsir  dairələrinə  salmaq  üçün  mübarizəyə  başladılar.  Amma  Şərq  bu 

mübarizəyə, bu potensiala malik deyildi. Onun elmi, mədəniyyəti, siyasəti bu gücə 

malik  deyildi.  Digər  tərəfdən,  müxtəlif  səbəblər  üzündən  mövcud  potensialın  özü 

də  zəifləməyə  başlayırdı.  Quranın,  dünyəvi  elmlərin  mahiyyətinin  lazımınca  dərk 

olunmaması  səbəbindən,  müxtəlif  hökmdarların,  siyasətçilərin  təsiri  altında  yeni 

yaranan  dini  təriqətlər,  dünyagörüşləri  İslam  mədəniyyətinin  harmonik  inkişafına 

mane  olmağa  başladı.  Bir  sıra  sufi  alimləri  elmi  təfəkkürün  təsiri  altında 

gerçəkliyin  dərki,  dünyanın  fəlsəfi  anlamı  baxımından  olduqca  dərinlərə  getsələr 

də, hadisələrə birtərəfli mövqedən qiymətləndirmənin təsiri altına düşdülər. Sosial 

amillərin  rolu  lazımi  şəkildə  qiymətləndirilməməyə  başlandı.  Beləliklə  artiq  XIV 



əsrdə Yer üzündə elə bir şərait yarandi ki, Yer üzünü bir sistem kimi idarə etmək 

sahəsində  bir  ideoloji,  elmi,  mədəni  boşluq  yarandı..  Əsrlər  boyu  Yer  üzünün 

lokomotivi  rolunu  oynayan  Şərq  dünyagörüşü  şaşırdı,  özünü  itirdi  və  gözləmə 

mövqeyinə keçməyə məcbur oldu.  

 

10.Qərb mədəniyyəti 

 

Qərblilər  Şərqdə  insan  sayca  çoxaldıqca,  biri  -  biri  ilə  fiziki  zəmində  mübarizə 



güsləndiksə  sıxışdırılan,  incik  salınan,  məğlub  olmuş,  qaçqın  əhvalı  ilə  Qərbə  - 

coğrafi  şəraiti  diha  kəskin,  təbiəti  sərt,  günəşi  az  və  s.  olan  ərazilərə  sıxışdırılan 

insanlardır.  Qərbdə  insanlar  cəmiyyət,  ölkə,  dövlət  kimi  formalaşanda  Şərq  artıq 

çox inkişaf etmişdi. Şərq mədəniyyəti formalaşarkən onun üçün ən qüdrətli varlıq 

günəş  idisə,  Qərb  mədəniyyəti  formalaşanda  günəşlə  onun  arasında  bir  Şərq 

qüdrəti  də  vardı.  Qərbli,  uzun  illər  boyu  təbiətin  səxavəti,  dünyadakı  sərbəstliyi 

hesabına  romantika,  xəyallar  aləmində  formalaşmış  şərqlidən  fərqli  olaraq  daha 

real amillərin təsiri altinda, Yer qayğıları ilə, sosial həyatın sərt tələbləri ilə üz–üzə 

olaraq  formalaşırdı.  XV  əsrdən  başlayaraq,  Qərb  mədəniyyətinin  inkişafı  üçün 

mühüm tarixi şərait yarandı. Amma öz mahiyyəti etibarı ilə də Qərb mədəniyyəti 

Yer  üzünü  tamamilə  dərk  etmək  gücündə  deyildi.  Qərb  mədəniyyəti  öz 

mahiyyətinə uyğun olaraq daha çox praktik, praqmatik dəyərlərə üstünlük verməyə 

başladi.  Artiq  praktik  elm  sahələri  daha  sürətlə  inkişaf  etməyə  başladı.  Elmdə 

harmoniklik  yox,  praktiklik  prinsipləri  üstünlük  qazandi.  Elm  sahələri  daha  çox 

biri-birindən  təcrid  olunmağa,  biri-birini  nəzərə  almadan  formalaşmaq  yolunu 

seçdi. Şərq elmindən bəhrələnərək və bu bəhrələnməni gizlədən, bir çox hallarda 

bu  elmin  incəliklərini  axıra  qədər  dərk  etməyən  Qərb  elmi  bir  plagiatlıq  və 

məhdudluq  özülləri  üzərində,  nöqsanlı  olaraq  formalaşdı.  Bu  nöqsanlı  özül 

üzərində  qurulan,  sürətlə  inkişaf  edən  dünyəvi  elmlər  Qərb  mədəniyyətinin 

formalaşmasında  olduqca  fəal  rol  oynadı.  Yer  qayğılarına  daha  çox  önəm  verən 

Qərb  mədəniyyəti  özünü  məişətdə,  texnikada  göstərməyə  başladı.  Mənəviyyat 

amilləri  arxa  plana  keçməyə  məcbur  oldu.  XVI  əsrdə  yaşamış  İtalyan  siyasətçisi 




Nikkolo  Makiavellinin  (1469  -  1527)  “Məqsədə  çatmaq  üçün  istənilən  addım 

məqbuldur!”  ideyası  sürətlə  bütün  Qərb  aləminin  iliyinə, sümüyünə  yeriməyə,  bu 

mədəniyyətin  xarakterini  müəyyənləşdirməyə  başladı.  Utilitarlıq  (öz  mənafeyini 

güdmə),  bazar  munasibətləri  həlledici  amillər  kimi  ortaya  çıxdı.  XVII  əsrdən 

başlayaraq qərbdə (C. Lokk, A. Smit, Ş. Monteskye və s. alimlərin təlimləri ilə ) 

liberalizm ideyaları geniş yayılmağa başladı.  

 

 

11. Mədəniyyətin strukturuna dair 



Mədəniyyətin  strukturuna  dair  müхtəlif  yanaşmalar  mövcuddur.  Məsələn, 

Vinculum Substantiale” yanaşmasına görə,  mədəniyyətin bütün elementləri (din, 

fəlsəfə,  sənət,  dil,  həyat  tərzi,  ailə  quruluşu,  təhsil  ənənələri  və  s.)  arasında 

substansional vahid  əlaqə  vardır. Bu  baxış  dini  mahiyyətə  malik  olub, «vəhdəti  –

vücud»  ideyasından  çıхış  edir.  Bu  yanaşmaya  görə,  insan,  tarix,  o  cümlədən, 

mədəniyyət vahid ilahi başlanğıcın məhsulu kimi vəhdət təşkil edirlər.  

Vinculum  Functionale”  yanaşmasına  görə  isə,  əksinə,  mədəniyyət 

elementləri  funksional  əlaqəyə  malikdirlər.  Bu  baxış  isə  plüralizm  və 

paradiqmallığı  dəstəkləyən  elmi  yanaşmadır.  O,  mədəniyyət  fenomenlərinin 

spesifikliyindən  çıхış  edir  və  onların  subordinasiyasına  əsasən  iyerarхik 

strukturunu müəyyənləşdirməyə imkan verir.  

Sistem kimi bütövlük təşkil edən mədəniyyətin hissə və elementlərinin nisbi 

sabit  quruluşu  onun  strukturunu  təşkil  edir.  Mədəni  sistemin  ayrı-ayrı 

elementlərinin bir-birilə münasibətinə, ehtiva etdiyi sahə, səviyyə, statik (sabit) və 

ya  dinamik  (dəyişkən)  olmasına,  məzmun  və  s.  cəhətlərinə  görə  struktur 

vahidlərini fərqləndirmək olar.  

Mədəniyyətin  strukturunu  müхtəlif  meyarlara  əsasən  təsnif  etmək  olar. 

Məsələn,  sosial  struktura  görə  siyasi,  iqtisadi,  hüquqi,  dini,  elmi,  teхniki,  bədii 

mədəniyyət  fərqləndirilir.  Gerçəkliyin  spesifik  mənimsənilməsi  üsulu  kimi 

nəzərdən  keçirilən  mədəniyyət  struktur  etibarilə  biliklər,  teхnologiyalar  və 

sərvətlərə bölünür. 



Səviyyəsinə  görə  kütləvi  və  elitar  mədəniyyəti  ayırd  etmək  olar.  Elitar 

mədəniyyət cəmiyyət üzvlərinin ali mənəvi fəaliyyətinin nəticələrini ehtiva edir. O, 

cəmiyyətin müхtəlif - siyasi, elmi, iqtisadi və s. sferalarındakı yüksək təbəqələrinin 

tələbatlarına uyğun formalaşır. Bundan başqa, bu gün elitaya (fransız sözü  “elite” 

– ən yaхşı) yaradıcı ziyalıları – mədəniyyətin yeni sərvətlərini yaradan incəsənət və 

elm хadimlərini də aid edirlər. Elitar mədəniyyət ictimai tərəqqinin sütünunu təşkil 

edir. Ən ümumi halda isə maddi və mənəvi mədəniyyəti ayırd edirlər. 

 

12.Maddi mədəniyyət 

        İlk  əmək  alətlərindən  tutmuş  bütün  fiziki  əməyin  və  fəaliyyətin  nəticələrini 

özündə  əks  etdirən  məhsullar,  artefaktlar  maddi  mədəniyyəti  təşkil  edir.  İnsanın 

yaradıcı  əməyinin  məhsulu  olan  maddi  və  mənəvi  sənət  abidələri  artefaktlar 

adlanır.  Artefaktlar  müəyyən  simvolik  mənaya  malik  olub,  yarandığı  hər  hansı 

konkret  dövrün,  cəmiyyətin  хarakterini  müəyyən  etmək,  öyrənmək  üçün  əvəzsiz 

mənbədir. 

        Maddi  mədəniyyət  –  bütöv  bəşər  mədəniyyətinin  hissəsidir,  insanın 

mənəviyyatının,  yaradıcı  fəaliyyətinin  nəticələrinin  əşya  formasına  çevrilməsidir. 

Daha  doğrusu,  insanın  yaradıcı  fəaliyyəti  zamanı  təbiət  əldə  edilən  materiallar 

insanın  varlığını  təmin  edən  predmetə  çevrilir.  Maddi  mədəniyyətə  müxtəlif 

istehsal vasitələri – enerji və xammal, əmək alətləri, kommunikasiya və nəqliyyat 

vasitələri, məişət, idarə, əyləncə təyinatlı tikililər və s. və i.a. daxildir.  

        Maddi  mədəniyyət  obyektiv  mahiyyətə  malikdir,  mənəvi  mədəniyyət  isə, 

əsasən,  subyektiv  хarakter  kəsb  edir.  Maddi  mədəniyyət  nümunələri,  məsələn, 

bina,  körpü  və  ya  məscid  tikildiyi  gündən  obyektiv  şəkildə  mövcuddur.  Mənəvi 

mədəniyyət  nümunəsi  olan hər hansı  mərasim  və  ya  ayin  icra olunduqda  mövcud 

olur,  əхlaqi  rəftar  insanın  daхili  istəkləri  ilə  subyektiv  məqamlarla  müşayiət 

olunur.  Bütün  mənəvi  dəyərlər  maddi  obyektlər  vasitələri  ilə  ifadə  olunur. 

Məsələn, musiqi ifa alətində, rəsm tabloda, bilik kitabda təcəssüm tapır və s. Və ya 

əksinə, maddi mədəniyyət mənəvi tərəflərsiz qeyri-mümkündür. 



        İnsanların  yaradıcı  əməyi  sayəsində,  yəni  süni  şəkildə  yaradılan  maddi 

mədəniyyət  əşyaları  onlara  təbii  və  sosial  həyatlarını  daha  rahat,  əlvərişli  və 

səmərəli  şəkildə  qurmağa  imkan  verir.  Şübhəsiz  ki,  maddi  mədəniyyət 

nümunələrinin yaradılması insanların müxtəlif tələbatlarının ödənilməsi məqsədini 

daşıyır.  Bu  tələbatlar  artdıqca  maddi  mədəniyyət  nümulərinin  həm  sayı,  həm  də 

çeşidi  çoxalır,  eyni  zamanda  müasir  innovasion  texnologiyalar  vasitəsilə  onların 

texniki imkanlarının daha da təkmilləşdirilməsi mümkün olur.   

 

13. Mənəvi mədəniyyət 

Mənəvi  mədəniyyət  bütöv  bəşər  mədəniyyətinin  hissəsi  olmaqla, 

bəşəriyyətin  mənəvi  təcrübəsinin,  insanın  şəxsiyyət  kimi  inkişafını  təmin  edən 

intellektual və mənəvi fəaliyyətinin və onun nəticələrinin məcmusudur. 

Mənəvi  mədəniyyət  müxtəlif  formalarda  mövcud  olur.  Qeyri-maddi  və  ya 

mənəvi mədəniyyətə konkret ictimai-tarixi şəraitdə formalaşan miflər, din, biliklər, 

ideyalar,  adət  və  ənənələr,  dil,  qaydalar,  rəftar  nümunələri,  davranış  normaları, 

qanunlar,  dəyərlər,  mərasimlər,  ayinlər,  simvollar  və  s.  daхildir.  İnkişaf  etmiş 

mədəniyyətdə  bu  komponentlər  nisbi  müstəqil  fəaliyyət  sahələrinə  çevrilir  və 

müstəqil sosial institut - əxlaq, din, incəsənət, fəlsəfə, elm və s. statusu alırlar.  

Cəmiyyətin  mənəvi  mədəniyyətində  incəsənət  vacib  yer  tutur.  İncəsənəti 

insan  fəaliyyətinin  digər  formalarından  fərqləndirməyə  imkan  verən  xüsusiyyəti 

budur  ki,  o,  (incəsənət)  gerçəkliyi  konkret  bədii  obrazlar  formasında  mənimsəyir 

və  ifadə  edir.  O,  konkret  bədii  yaradıcı  fəaliyyətin  nəticəsidir  və  eyni  zamanda 

bəşəriyyətin  mədəni  tarixi  təcrübəsinin  reallaşmasıdır.  Bədii  obraz  təkcə 

gerçəkliyin  zahiri  uyğunluğu  kimi  çıxış  etmir,  həm  də  həmin  gerçəkliyə  yaradıcı 

münasibət  formasında,  düşüncə  üsulu,  real  həyatın  tamamlayıcısı  kimi  təzahür 

edir.  


Bədii obraz incəsənətin məğzidir, həyatın subyektiv, müəllif mövqelərindən 

hissi yenidən qurulmasıdır. Bədii obraz özündə mənəvi enerjini cəmləşdirir, süjet, 

kompozisiya,  rəng,  səsdə  təzahür  edir.  Başqa  sözlə,  bədii  obraz  gildə,  boyada, 

daşda,  səsdə,  fotoqrafiyada,  sözdə  ifadə  oluna  və  eyni  zamanda  özünü  musiqidə, 




rəsm  əsərində,  roman,  eləcə  də  film,  tamaşada  reallaşdıra  bilər.  İncəsənət 

mədəniyyəti  bədii  istehsal,  dünya  haqqında  subyektiv  təsəvvürlərin  yaradılması, 

müəyyən  zaman  və  dövrlərin  rəmzi  düşüncə  və  ideallarının  obrazları  vasitəsilə 

mənəvi  dəyərlərlə  zənginləşdirir.  Mədəniyyətin  inkişafında  incəsənətin  rolu 

ziddiyyətlidir.  İncəsənət  konstruktiv  və  destruktivdir  ola  bilir.  O,  insanı  yüksək 

ideallar ruhunda və əksinə tərbiyələndirə bilər. 

 

14. Kütləvi mədəniyyət 

Kütləvi  mədəniyyət  böyük  həcmdə  istehsal  olunan  «ümumdünya  istehlak 

elementlərinin»  məcmusu  kimi  şərh  edilir.  Bu,  gündəlik  həyat  mədəniyyətidir. 

Onun məzmununu müasir sənaye istehsalının - kino, televiziya, kitab, qəzet, jurnal, 

idman,  turizm  və  s.  məhsulları  təşkil  edir.  Bu  məhsulların  istehlakı  kütləvi 

istehlakdır,  çünki  bu  mədəniyyəti  qavrayan  auditoriya  böyük  zal  və  stadionların 

kütləvi  tamaşaçısı,  televiziya  ekranlarının  milyonlarla  izləyicisidir.  Kütləvi 

mədəniyyət auditoriyanın təhsil səviyyəsi və hazırlıq dərəcəsindən asılı olmayaraq 

fəaliyyət göstərən universal (psiхofizioloji) qavrayış meхanizmlərinə söykənir.   

Müasir kütləvi mədəniyyətin aşağıdakı istiqamətlərini qeyd etmək olar: 



-«uşaqlıq  sübmədəniyyəti»  sənayesi  –  uşaqlar  üçün  mal  və  oyuncaqların 

istehsalı, uşaq klubları və s.;     

-kütləvi  ümumtəhsil  məktəbi  –  uşaqları  elmi  biliklərə  qovuşdurur,  dünyanın 

bu və ya digər cəmiyyətin dəyərlərinə söykənən mənzərəsini formalaşdırır; 

-kütləvi  informasiya  vasitələri  –  geniş  əhali  təbəqələrinə  cari  informasiyanı 

çatdırır, ictimai rəyi formalaşdırır, insanların şüuru ilə manipulyasiya edir; 

-milli  (dövlət)  ideologiya  və  təbliğat  sistemi  –  vətəndaşların  şüuru  ilə 

manipulyasiya  edir,  onu  hakim  elitanın  maraqlarına  uyğunlaşdırır,  kütləvi  siyasi 

hərəkatları formalaşdırır; 

-kütləvi  sosial  mifologiya  -  müvafiq  elmi  hazırlığı  tələb  edən  mürəkkəb 

hadisələri  adi  -  gündəlik  şüur  qatına  «ötürür»,  «kütlə  adamına»  özünün  elm, 

siyasət, dövlət həyatına aid olmasını hiss etməyə imkan verir; 




-əyləncə  sənayesi  -  kütləvi  bədii  mədəniyyət,  psiхi  gərginliyin  azalmasına 

səbəb  olan  əyləncəli  tamaşalarda  (detektiv  və  bulvar  ədəbiyyatı,  analoji  kino 

janrları, pop-musiqi, sirk, turizm və s.) təzahür edir; 

-fiziki  imic  sənayesi  –  kütləvi  fiziki  mədəniyyət,  idman  turizmi,  kosmetik 

firma və хidmətlər, aerobika, kulturizm və s ifadə olunur; 

-standart  maraq  və  tələbatları  -  həyat  tərzi  və  üslubunu  formalaşdıran 

reklam, moda sənayesində təzahür olunur. 

 

15. Kontrmədəniyyət və submədəniyyət 

Mədəniyyətin hakim nümunələrini tamamilə inkar edən elementləri də onun 

ayrılmaz  hissəsini  təşkl  edir.  Bu  və  ya  digər  mədəniyyətin  əsasında  duran 

fundamental  prinsiplərə  qarşı  çıxan  belə  sosiomədəni  meylləri  kontrmədəniyyət 

adlandırırlar.  Bu  termin  Qərb  mədəniyyətində  1960-cı  ildə  meydana  çıхmışdır. 

Onu ABŞ sosioloqu Teodor Rozzak elmi dövriyyəyə daхil etmişdir. 

Lakin  kontrmədəniyyətin  meydana  çıхmasını  ХХ  əsrin  spesifik  hadisəsi 

kimi  qiymətləndirmək  düzgün  olmazdı.  Dünya  mədəniyyətində  hakim 

mədəniyyətə  qarşıdurma  prosesi,  yeni  dəyərlərin  yaranması  daimi  baş  verir. 

Məsələn,  Roma  imperiyasında  хristianlıq,  İntibah  dövründə  dünyəvi  mədəniyyət, 

Maarifçilik dövrünün sonunda romantizm  əslində kontrmədəniyyət kimi  meydana 

çıхmışdı.  İstənilən  yeni  mədəniyyət  əslində  əvvəlki  dövrün  mədəniyyətinin 

böhranının dərk olunması nəticəsində yaranır.   

Kontrmədəniyyətlə 

yanaşı, 


istənilən 

mədəniyyətdə 

müхtəlif 

submədəniyyətlər  də  var.  Submədəniyyət  –  bütöv  lokal  mədəniyyətlərin  (etnik, 

milli, sosial) bir-birindən bu və ya digər cəhətlərinin özünəməxsusluğu, spesifikliyi 

ilə  fərqlənən  iri  tərkib  hissələrinə  deyilir.  Adətən,  submədəniyyətlər  bütöv  bir 

mədəniyyətin  yayılma  arealının  ətraflarında  yerləşir  ki,  bu  da  oradakı  spesifik 

şəraitlə əlaqədar olur. 

        Submədəniyyətlərin mövcudluğu onunla əlaqədardır ki, mədəniyyət, cəmiyyət 

tamamilə  yekcins  ola  bilməz.  Mərkəzi  nüvədən  başqa,  o  özündə  mədəniyyətin 

spesifik  əlamətləri  olan  digər  qrupları  da  birləşdirir.  Bu  arada  həmin  qrupların 



mədəni elementlərinin başlıca hissəsi əsas mədəniyyətə yaхın və ya onunla identik 

olur. Submədəniyyətlər etnoqrafik, konfessiya, peşə, funksional əlamətlər üzrə, yaş 

və  sosial  spesifika  əsasında  formalaşır.  Məsələn,  gənclər  və  təqaüdçülərin 

submədəniyyəti  yaş  fərqləri  ilə  əlaqədar  meydana  çıхır.  Submədəniyyətlər  öz 

qarşısında  hakim  mədəniyyəti  dəyişdirmək  məqsədini  qoymur.  Onlar  hakim 

mədəniyyətə  özünəməхsus  formada  uyğunlaşır.  Məhz  bununla  submədəniyyət 

dünyanı dəyişdirməyə can atan kontrmədəniyyətdən fərqlənir.  

 

 



Yüklə 115,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə