Media Hüququ Institutu



Yüklə 117,5 Kb.
tarix08.07.2018
ölçüsü117,5 Kb.
#54181

Media Hüququ Institutu

Tel: +99 412 441 28 17

Fax: +99 412 441 28 17

web: www.mediarights.az



Rəylərinizi bu ünvana göndərin: xaled_yes@hotmail.com


Press-reliz 2 may 2010
Media Hüququ İnstitutu may ayında Azərbaycanda medianın hüquqi durumu ilə bağlı növbəti hesabatını açıq­la­yıb. Hesabatı Xalid Ağaliyevin rəhbərlik etdiyi qrup hazırlayıb.
Məhkəmə işləri”
Hesabatda vurğulanır ki, Avropa İnsan Haqları Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin 4 ildir ki həbsdə olan qurucusu Eynulla Fətullayevin dərhal azadlığa buraxılmasını nəzərdə tutan qərar qəbul etsə də jurnalist qurama ittihamlara görə hələ də cəza çəkməkdədir. Ona qarşı irəli sürülən narkotik maddə ittihamı üzrə məhkəmə prosesi ötən ay davam edib. Qurama ittihamlara qurban gedən daha iki jurnalist, gənc bloqçular Emin Milli və Adnan Hacızadə ağır şəraitli cəzaçəkmə müəsisələrində saxlanılırlar. Apellyasiya Məhkəməsi Emin Millini 30, Adnan Hacızadəni 24 aylığa azadlıdan məhrum edən ağır cəzanı qüvvədə saxlayıb. Bu günlərdə onların şikayətinə Ali Məhkəmə baxacaq. Apelyasiya məhkəməsi “Femida” qəzetinin aşağı məhkəmələrin cinayət cəzası verdiyi baş redaktoru Əyyub Kərimovun şikayətini də rədd edib.

Sənədə görə, mayda mediaya qarşı nüfuzun qorunması (defamasiya) adı altında bir neçə iddia qaldırılıb. Millət vəkili Cəlal Əliyev “Yeni Müsavat” qəzetini məhkəməyə verərək qəzetin və baş redaktorun müavini Azər Ayxanın 50 min manat təzminat ödəməsi və qəzetdə təkzib verməsini nəzərdə tutan qərar qəbul etməyi tələb edib. Göyçay rayon Polis Şöbəsinin rəisi Vüqar Məmmədyarov və həmin şöbənin istintaq bölməsinin rəisi Rüfət İbayev ayrı-ayrılıqda “Azadlıq” qəzetində dərc olunan məqaləyə görə, hüquq müdafiəçisi Vidadi İsgəndərovdan xüsusi ittiham qaydasında məhkəməyə şikayət ediblər. Polis orqanlarındakı rüşvət hallarından bəhs edən qəzet yazısından narazı qalan şikayətçilər V.İsgəndərova böhtana görə (Cinayət Məcəlləsinin 147-ci maddəsi) cinayət işi açılmasını tələb ediblər. “Azadlıq” qəzetində dərc olunmuş fikirlərinə görə tanınmış vəkil Müzəffər Baxışov da məhkəhkəməyə verilib. Vəkilin polis orqanlarında rastlanan işgəncə faktları barədə mülahizələrindən narazı qalan Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov M.Baxışova cinayət işi açılmasını tələb edib.

Nüfuzun qorunması ilə bağlı iddia və şikayətlərin sırası bununla bitmir. Hesabata görə, mayda 12 iş üzrə məhkəmə prosesi davam edib. Həmin işlər üzrə 13 jurnalistin cəzalandırılması istənilib. Sabiq baş prokuror İxtiyar Şirin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və qəzetin baş redaktorunun müavini Məlahət Zeynallının, millət vəkili Cəlal Əliyev “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan və qəzetin müxbiri Qoşqar Bakılının, “İdeal” qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyev və “Binə” Ticarət Mərkəzinin direktor müavini Dilşad Əmirova yenə də Azər Ayxanın, vətəndaş Nina Əhmədova cəmiyyət arasında tanınmayan “Dünya Kriminalı” qəzetinin baş redaktoru Əjdər Mehdiyevin, siyasıtçi Lalə Şövkət “Ölkə” qəzetinə baş redaktoru Rəfael Becanov, qəzetin əməkdaşları Elmidar Bayramov, Nicat Dağlar, Nəsimi Şərəfxanlı, Zülfüqar Hüseynlinin, “Azadlıq” qəzetində yazıları dərc olunmuş təhsil üzrə ekspert Əlövsət Osmanlının, tədqiqatçı İslam Ələsgər müstəqil jurnalist Qabil Zimistanoğlu və “Qanun” nəşriyyatının cəzalandırılmasını tələb ediblər. Həmin işlərdən ikisi yekunlaşıb - sabiq baş prokuror İxtiyar Şirinin “Xural” qəzetinə, millət vəkili Cəlal Əliyevinsə Azər Ayxan və Qoşqar Bakılıya qarşı şikayətləri təmin olunmayıb.
Jurnalistlərə qarşı fiziki və psixoloji basqılar”
Mayda peşə fəaliyyətini yerinə yetirən 9 jurnalist basqıya məruz qalıb. Mediya nümayəndələri əksər hallarda polis əməkdaşlarının təzyiqi ilə üzləşiblər.

Gənclərin şəhərin mərkəzində keçirdikləri kütləvi aksiyaya müdaxilə edən polislər jurnalistlərin foto və video çəkiliş aparmasına imkan verməyib, onlara qarşı fiziki zor tətbiq ediblər. Bir neçə media nümayəndəsi qısa müddətə polis tərəfindən qanunsuz saxlanılıb. Jurnalistlər qarşı basqı faktları Bakı Şəhər Baş Polis İdarəsinin yüksək rütbəli zabitlərinin gözü önündə baş verib.

Mayın 3-də təbii fəlakət baş verən ərazilərə yollanan 5 jurnalist də polis təzyiqinə məruz qalıb. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, qəzetin baş direktoru Nizami Həsənov, “Poliqon” İnformasiya Agentliyinin baş reaktoru Şahin Ağabəyli, “Bizim Gündəm” qəzetinin baş redaktoru Məhəmməd Ərsoy, “Yeni Ümid” qəzetinin redaktoru Razi Abbasbəyli Sabirabad rayonunun girişində saxlanılıblar. Jurnalistlərin hərəkətinə yalnız Daxili İşlər Nazirliyinə bilgi verdikdən sonra icazə verilib. “Ayna”-“Zerkalo” qəzetlərinin əməkdaşı İdrak Abbasov da fəlakət bölgəsində basqı ilə üzləşib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çəkiliş aparan jurnalisti heç bir qanuni əsas göstərmədən zorla ərazidən kənarlaşdırıblar. Bir qrup müharibə əlilinin etiraz aksiyasından reportaj hazırlayan jurnalist Rasim Əliyevə isə polislər Bakı şəhərində təzyiq ediblər.

Respublika ərazisində baş verən təbii fəlakət barəsində ardıcıl reportajlar hazırlayan “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov həmin reportajların məzmunu ilə bağlı Respublika Prokurorluğuna çağırılıb. Baş prokurorun birinci müavini Rüstəm Usubov redaktoru sorğu sual edərək dərc edilmiş reportajlara görə qəzetin təkzib verməsini istəyib.

Azərbaycandan bilgi toplayan əcnəbi jurnalistlərin basqılarla üzləşməsi də adı hala çevrilməkdədir. Nor­veç­li jurnalistlər Erlinq Borgen və Daq İnge Dahl Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıblar. Həbsdə olan jurnalist Eynulla Fətullayevin həyatından bəhs edən film çəkilişi üçün Bakıya gələn jurnalistlər qanuni əsas göstərilmədən təhlükəsizlik xidmətində saxlanıblar. Saxlama zamanı jurnalistlərin disk və digər informasiya daşıyıcıları yoxa çıxıb.

Azərbaycanın cənubunda yayılan yeganə müstəqil bölgə qəzeti olan “Cənub Xəbərləri”nin baş redaktoru Zahir Əmənov tənqidi yazılarının güdazına gedib. Masallı rayon İcra Hakimiyyəti rəhbərliyinin “tənqidi yazıları dayandır” tövsiyyəsinə əməl etməyən Z. Əmənovun həyat yoldaşı rayondakı uşaq baxçalarından birindəki işindən qovulub.


Bilgi Azadlığı”

Hesabatda bu sahəni düzənləyən hüquqi bazanın yetəri olduğu, eyni zamanda normativ bazanın işləyişində ciddi problemlərin mövcudluğu vurğulanır. Hesabata görə, ötən illərin göstəriciləri ilə müqayisədə bu sahədə nisbi irəliləyişlər müşahidə olunsa da ümumi nəticələr qənaətbəxş deyil. 350 bilgi sorğusunun icrasını monitorinq edən MHİ-nin əldə etdiyi nəticələrə görə, həmin sorğuların cəmi 21 %-i cavablandırılıb. Nazirlər Kabineti, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Xarici İşlər, Maliyyə Nazirlikləri, Baş Prokurorluq, Dövlət Sosial Müdafiə Fondu, Bakı şəhər İcra Hakimiyyəti kimi mühüm qurumlar onlara onvanlanan sorğuları ümumiyyətlə cavablandırmayıblar. Bilgilərə internet üzərindən çatımla bağlı da ciddi əngəllər mövcuddur. 45 dövlət qurumunun saytının monitorinqinin nəticələrinə görə, “İnformasiya əldə etmək haqqında” qanunla informasiya sahibi sayılan qurumların əksəriyyəti onlarda olan ictimai məzmunlu bilgilərin açıqlığını təmin etmir.



Sənəddə həmçinin, jurnalistlərin açıq məhkəmə iclaslarından, ictimai toplantılardan bilgi əldə etməsinə əngəllərin mövcudluğu vurğulanır. Ötən ay 6 jurnalistə məhkəmə zalından reportaj hazırlamağa imkan verilməyib. “Avropa Şurasının təşkil etdiyi beynəlxalq konfransa müstəqil, tənqidçi mediya təmsilçiləri buraxılmayıblar. Öncədən açıq olduğu rəsmi duyurulan konfransa akreditə olunmuş jurnalistlərin tədbirdən bilgi toplaması əngəllənib. Təşkilatçı qurum yalnız Azərbaycan Prezident Administrasiyasının dəvət etdiyi jurnalistlərə toplantını işıqlandırmaq şəraiti yaradıb”- deyilən hesabata görə, jurnalistlərin belə toplantılardan heç bir maneə olmadan bilgi toplamaq haqqı var. Bununla yanaşı hər bir ölkə vətən­daş­ının da belə bilgiləri vaxtında, ətraflı, doğru və fərqli qaynaqlardan almaq haqqı var, jurnalistlər də məhz vətəndaşların haqqını tə­min etmək vəsifəsini yerinə yetirirlər. Bütövlükdə Avropa məkanı üçün rəhbər prinsiplər, standartlar müəyyən edən qurumun tənqidçi mediaya münasibətdə ayrıseçkiliyə yol verməsi, toplumu hökumətin nəzarətində olan mediya quruluşlarının süzgəcdən keçirilən bilgilərin ümidinə buraxması təəssüf doğurur.


Media Hüququ İnstitutu Azərbaycanda ifadə və bilgi azadlığı ilə bağlı qanunvericiliyi və hüquq təcrübəsini qabaqcıl meyarlara uyğunlaşdırmaq, medianın və jurnalistlərin qorunması yönündə çalışan civil toplum qurumudur
Yüklə 117,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə