MəDİNƏ GÜLGÜn həmişə baharla gələcəyəm



Yüklə 108,93 Kb.

tarix25.06.2018
ölçüsü108,93 Kb.


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



MƏDİNƏ   GÜLGÜN 

 

 



 

Həmişə baharla gələcəyəm 

mən 

 

 



 

 

 



 

 

 



 

Ağstafa rayon MKS 

Metodika və biblioqrafiya şöbəsi 

2016 

 

 


2016-cı  il  yanvar  ayının  17-də    Azərbaycanın  həsrət  nəğməli 

şairəsi  Mədinə  Gülgünün  90  illik  yubileyinin  keçirilməsi  nəzərdə 

tutulmuşdur.   Əməkdar incəsənət  xadimi,  şairə  Mədinə xanım Gülgün 

Azərbaycan  poeziyasının  Vətən  həsrətindən  nəğmələr  qoşan  susmaz 

duyğulu bülbülü idi.  

    

Mədinə  Gülgün  1926-cı  il  yanvarın  17-də  Bakıda  anadan 



olmuşdur.  Mədinə  Gülgünün  atası  Nurulla  kişi  əslən  Təbrizdən  idi. 

Ailəsini  dolandırmaq  üçün  Bakıya  üz  tutan  Nurulla  kişi,  ümüd 

bəslədiyi,    xoşbəxt  ailə  sahibi  olduğu  bu  şəhərdə  onu  sonralar  nələr 

gözləyəcəyini  heç  ağlına  belə  gətirməzdi.  Çünki,  Təbriz  də,  Bakı  da 

əslində onun üçün doğma idi.     

       


Mədinə  Gülgünün  uşaq  yaşlarından  ədəbiyyata  böyük  həvəsi 

olmuşdur,  xüsusən  Aşıq  Ələsgəri,  M.  Ə.  Sabiri  və  Natəvanı  sevərək 

mütailə  etmişdir.  O,  məktəb  səhnəsində  göstərilən  kiçik  tamaşalarda 

iştirak  edir,  bəzən  göstərilən  bu  tamaşalara  özünün  yazdığı  kiçik  şeir 

parçalarını da əlavə edirdi. 

      


1937-ci  ilin  repressiyaları  Azərbaycanı  qanlı  caynaqlarına 

alanda  soy-kökü  Cənubi  Azərbaycanla  bağlı  olanların  da  qara  günləri 

başladı.  Nurulla  kişi  də  bir  çox  soydaşlarımız  kimi  ailəsi  ilə  birlikdə 

1938-ci  ildə  Cənubi  Azərbaycana  deportasiya  edildi.  Onda  balaca 

Mədinənin  cəmi  12  yaşı  var  idi.    Üzləşdikləri  zillətlər  getdikcə  balaca 

qızcığazın  ürəyində  ağrılar  yaradırdı.  Bir  müddət  Mədinənin  ailəsi 

Ərdəbildə,  Təbrizdə  yaşadı.    Mədinə  elə  bu  illərdən  başlayaraq, 

haqsızlığa,  ədalətsizliyə  qarşı  çıxdı.    Bu  səbəbdən  də  milli  demokratik 

hərəkata  qoşuldu.  Cənubi  Azərbaycanda  milli  hökumət  yarandığı 

dövrdə  Təbriz  Dram  Teatrında,  “Azərbaycan”  qəzetində,  Təbriz 

qadınlar  klubunda  çalışmağa  başladı.  Ömrünün  bahar  çağında  azadlıq 

carçısı olması bəxtəvər günlərinə yenidən kölgə saldı. 

 1945-ci  il,  azadlıq  uğrunda  mübarizə  aparan  cənubi 

azərbaycanlıların,  o  cümlədən  Mədinə  Gülgünün  də  həyatında  olur. 

Məşhur “21 Azər” hərəkatından sonra Mədinə işlədiyi karxanadan çıxıb 

azadlıq  mübarizlərinin  çap  etdikləri  “Azərbaycan”  qəzetinin  xüsusi 

müxbiri işləyir.  Gənc şairə qəzet müxbirliyi ilə  yanaşı, təşkilati işlərdə 

də yaxından iştirak edirdi. Mədinə Gülgün o zaman Təbrizdə təşkil  

 



olunan “Azərbaycan Qadınlar Cəmiyyəti”nin, “Azərbaycan Yazıçılar  



və  Şairlər  Cəmiyyəti”nin  və  “Təbriz  Teatr  Cəmiyyəti”nin  idarə 

heyətinin  üzvü  seçilmişdir.  Tez-tez  mətbuatda  şeirləri  dərc  edildi, 

kitabları  çap  olundu.  Onun  ilk  şeiri  1946-cı  ildə  Təbrizdə  nəşr  olunan 

“Vətən yolunda” adlı qəzetdə çap olundu. 

      

Könlünü  bağladığı  Təbrizdə  də  doyunca  yaşaya  bilmədi.  1946-



cı  ildən  məsləkdaşları  ilə  birlikdə  Arazın  bu  tayına  keçən  Mədinə 

xanımın  sevinci  çox  sürmədi.  Çünki,  onun  anası  Təbrizdə  qalmışdı. 

Sonralar  isə  Mədinə  xanım  ailə  qurdu,  ana,  nənə  oldu.  Lakin  yenə  də 

gözləri yolda qaldı. Varlığını əzən ana və Təbriz həsrəti onun dincliyini 

ömürlük əlindən aldı.

 

                             Gözüm qaldı Arazda, 



                             Dedim, gəlləm bu yazda. 

                             Ana, səbr et bir az da, 

                             Söyləməyə üzüm yox. 

       


Mədinə  Gülgün  bir  mübariz  şair  olmaqla  yanaşı,  könülləri 

riqqətə gətirən lirik şeirlərin də müəllifidir. Onun poeziyası mübarizlik 

ruhunda şeirləri qədər əsrarəngiz lirikası ilə də oxucunu valeh edir.  

Şair qələminin qidalandığı insan aləmi və onun taleyi zəngin bir 

xəzinədir.  Orada  sevgiyə,  sədaqətə,  əhdə,  vəfaya,  övlad  məhəbbətinə, 

vətənə, sülh və əmin-amanlığa, arzulara, təbiətə, gözəlliyə, məftunluğa 

kifayət  qədər  yer  verilmişdir.  Mədinə  Gülgünün  yaradıcılığının 

araşdırılması  bir  daha  sübut  edir  ki,  ilk  yaradıcılıq  dövrü  və  gənclik 

çağları  mübarizələrdə  keçən  şair,  poeziyamızda  ayrılıq,  Vətən  həsrəti, 

gözəlliyin 

tərənnümü, 

məhəbbət 

mövzusuna  ardıcıl  müraciət 

edənlərdən biridir. “Könlün ala bilmirəm, vətən, ala bilmirəm…” deyən 

Mədinə  Gülgün  şimalda  cənub  həsrəti  çəkirdi.  Məhz  buna  görə  şairin 

poeziyasında  diqqəti  cəlb  edən  cəhətlərdən  biri  də  vətənə  bağlılıq,  o 

tay-bu tay həsrəti, şimal-cənub təəssübüdür.  

                         Bir torpaq üstündə doğulmuşuq biz,  

                         Bir qolum Bakıdır, bir qolum Təbriz.  

     


Vətən sevgisi, azadlıq həsrəti onun yaradıcılığının əsas hissəsini 

təşkil edir. Onun şeirlərində başlıca yer tutan hicran, həsrət motivləri də 

buradan irəli gəlirdi. O vərəqlərə süzülən həsrət, özləm təkcə şair 

 



vətən  həsrəti  deyildi,  eyni  zamanda  bütöv  bir  xalqın  nisgili,  həsrəti, 

həyacanıdır.  

                        Təbrizin gülləri qöncə  

                        Güllər açmaz mən gəlincə.  

      


O  öz  poeziyasında  xalqın  arzularını  özününküləşdirərək 

oxucuya catdırırdı. Məhz  bütün bunlara görədir ki, Mədinə Gülgün az 

bir zamanda sevildi, xalqın şairinə, el qızına çevrildi. O öz xalqının səsi 

oldu, sözü oldu.  

                       Bir körpə quş görsəm açıbdır qanad, 

                       Onundur, elə bil, bütün kainat. 

                       Könlümdə başlanır sanki toy-büsat, 

                       Mən susa bilmirəm, susa bilmirəm. 

Gücünü  torpaqdan  alan,  doğma  Azərbaycanın  hər  qarışına 

məftun  olan,  səhərlərini  ümüdlə  açan  Mədinə  Gülgünün  həsrəti 

ömründən  uzun  oldu.  Zaman  onun  məmləkətini  və  millətini  amansız 

sınaqlara  çəkdi.  Arzuları  ömür  yolunda  çıraq  olan  Mədinə  Gülgün 

Azərbaycan torpağının əsil nəğməkarı kimi neçə illər öz poetik qələmi 

ilə  yeni  söz  sorağına  düşərək  bir-birindən  sanballı,  maraqlı  əsərlər 

yaratdı.  Onun  qələmə aldığı  “Dəniz, sahil, mən”, “Bağların bar vaxtı”, 

“Payız”,  “Göy-göl,  “Ağ  badam  çiçəkləri”  və  digər  bu  qəbildən  olan 

şeirlərindən  dənizin  “qəhqəhəsi”  gəlir,  ulduzdan  mirvarisi,  aydan  tacı 

olan  Göy-gölün  ülvü  gözəlliyi  duyulur,  ana  torpağımızın  ürək 

döyüntüsü eşidilir.  

Mədinə  Gülgün  yaradıcılığı  dövründə  ədəbi  və  ictimai 

fəaliyyətinə  görə  “21  Azər”  medalı  (1946),    “Şərəf  ordeni”  (1980), 

“Əmək veteranı” medalı (1984), üç dəfə respublika Ali  Sovetinin fəxri 

fərmanları  ilə  təltif  olunmuşdur.  Həmçinin,  Mədinə  Gülgün  1987-ci 

ildə  “Azərbaycan  SSRİ  əməkdar  incəsənət  xadimi”,  eyni  zamanda 

Asiya  və  Afrika  Ölkələri  ilə  Həmrəylik  Komitəsi  idarə  heyəti 

Azərbaycan şöbəsinin üzvü seçilmişdir. 

     Şairə,  əməkdar  incəsənət  xadimi  Mədinə  Gülgün  1991-ci  il  fevral 

ayının 17-də Bakı şəhərində vəfat etmişdir. 



 

 

 



Yubiley tədbirlərinin keçirilməsi 

 

Görkəmli  şairəmiz  Mədinə  Gülgünün  90  illik  yubileyi  



münasibətilə  kitabxanalarda  sərgilər,  oxucu  konfransları,  səhərciklər, 

kitab icmalları, sual-cavab gecələri, ədəbi-bədii gecə və görüşlər təşkil 

etmək olar.  İlk  növbədə  kitabxanada Mədinə  Gülgünün  yaradıcılığı  ilə 

bağlı  sərginin  keçirilməsi  məqsədəuyğun  olardı.  “İlk  beşiyim 

Azərbaycan  olubdur”,  “Bir  qolum  Bakıdır,  bir  qolum  Təbriz”,  “Kaş 

yarıda  qalmayaydı  bu  yollar”,  ”Mədinə  Gülgün-90”  və  s.  adlı  sərgidə 

Mədinə  Gülgünün kitablarını  nümayiş  etdirmək  olar.  İndi  isə “Mədinə 

Gülgün-90” adlı sərginin nümunəsini veririk.  



 

________1__________    ________2__________ 

________3__________    ________4__________ 

_________5__________ 

 

 



1. Başlıq: “Mədinə Gülgün- 90” 

2. Mədinə Gülgünün şəkli. 

3. Görkəmli insanların Mədinə Gülgün haqqında söylədikləri sitatlar. 

4. Kitablarının nümayişi. 

5.Şeir parçası. 

Yenə pərvazlandı xəyalım mənim, 

Yenə şeirə döndü sözüm ey Vətən. 

Sənin daşındadır, torpağındadır, 

Bu sönməz alovum, közüm ey Vətən. 

 

Gülgün deyir: arzularım dənizdir, 



Məhəbbətim sular kimi təmizdir. 

Arxam ellər, fəxrim doğma Təbrizdir, 

Uçun, gedin vətən sarı, durnalar!... 

 

              

 

 





Görkəmli səxsiyyətlərin Mədinə Gülgün haqqında söylədikləri 

sitatlar. 

    


Sevgidə sədaqət, əhdə vəfa, həyat eşqi, insanın ucalığı, anaqadın 

qəlbinin minbir əsrarlı kəhkəşanı övlad məhəbbəti, sülh, əmin-amanlıq 

arzuları,  vətəni  qorumaq,  doğma  təbiətə  heyran  olmaq,  gözəllik 

duyğusu və s. Mədinə Gülgünün şeirlərində həmişə öz əksini tapmışdır. 

                                                  

                                                                         Professor Bəkir Nəbiyev 

        

Gülgün  həmişə  coşqun,  həmişə  kövrək,  həmişə  ilhamlıdır.  Onun 

qəlbində vətən həsrəti, analıq duyğuları, mübarizə eşqi bir vəhdət təşkil 

edir.  Ürəyində  belə  gözəl  duyğular  yaşadan  şairənin  yolu  daim 

yüksəlişədir! 

                                                                   Xalq şairi Mirvarid  Dilbazi 



                                                                                    

Mədinə  xanım  kövrək  bir  xanımdır.  Bəlkə  də,  şeirlərindəki 

səmimilik belə bir ürəyə sahib olduğundandır. 

                                                      



                                                              Xalq şairi  Nəriman Həsənzadə 

 

Mədinə  Gülgün  “arzuları  şirin”  o  ana  ehtirası  ilə:  “Mən 



inanıram, bir gün Ərkin sinəsinə əbədi gün düşəcək. Gün düşəcək...” –

deyir.  


                                                                                 Xalq yazıçısı  Elçin 

 

      



Mədinə  Gülgünün  yaradıcılığında  ürəyin  poetik  vurğuları  ilə 

poetik  anları  qovuşmuşdur.  Bu  yaqradıcılıq  lirik  ruh,  inqilabi  çağırış, 

həyat eşqi, sevgidə vəfa və ayrılığın həzin pıçıltıları ilə mənalıdır.  

                                                                         

                                                                        Xalq şairi Söhrab Tahir                              

 

       



Mədinə Gülgünün yaradıcılığı ilə tanış olduqca, 

vətənpərvərliyin bizə tanış hər elementini görə, hər notunu eşidə bilərik.  



                                                                                    

                                                                                  Tahir Əhmədalılar  

Kitabxanada  oxucuların  zövqünü  oxşayan  tədbirlərdən  biri  də 



ədəbi-bədii  gecədir.  Mədinə  Gülgünün  xatirəsinə  həsr  olunmuş 

“Həmişə baharla gələcəyəm mən” adlı ədəbi bədii gecənin ssenarisini 

təqdim edirik: 



Aparıcılar səhnəyə daxil olurlar. 

 

I Aparıcı: Salam hörmətli qonaqlar, əziz tədbir iştirakçıları!   

                 Vətən həsrətindən nəğmələr qoşan görkəmli şairəmiz Mədinə 

Gülgünün 90 illik yubileyinə xoş gəlmisiniz!  

II Aparıcı: Şair qələminin qidalandığı insan aləmi və onun                 

                   taleyi  zəngin  bir  xəzinədir.  Orada  sevgiyə,  sədaqətə,  əhdə-

vəfaya,  övlad  məhəbbətinə,  vətənə,  sülh  və  əmin-amanlığa,  arzulara, 

təbiətə, gözəlliyə məftunluğa kifayət qədər yer vardır.  



I Aparıcı: Bu gün Gülgün kimi şöhrət tapmış Mədinə 

 

 



            Ələkbərzadə  1926-cı  il  yanvarın  17-də  Bakıda  anadan 

olmuşdur. Azərbaycan oxucuları həmişə onu həssas qəlbli, siyasi, lirik 

şeirlərin müəllifi kimi  tanıyır və sevirlər.  Mədinə xanım həmişə elin-

obanın,  xalqın  dərdini  çiyinlərində  gəzdirən  bir  şairə  olmuşdur.  Bu 

baxımdan  da  xalqının  dərdinə,  ayrılıq  intizarına  soyuqqanlı  yanaşa 

bilmirdi. O, təbiətcə təpədən dırnağa qədər şair doğulmuşdu.  



II Aparıcı: Bildiyiniz kimi, Mədinə Gülgün ədəbi yaradıcılığa çox     

                   gənc  yaşlarından başlayıb. Onun bu illər ərzində neçə-neçə 

kitabları  çapdan  çıxıb.  Həyatında  baş  verən  hadisələr,  sevinc,  kədər, 

acılı-şirinli  xatirələr  onun  nəğmələrinin  hər  bir  misrasında  öz  əksini 

tapıb. 

          



         Siz mənim qanadlarım olmusunuz hər yerdə, 

         Sizə uğurlar dedim bir uğurlu səhərdə, 

         Yaşarsınız nə qədər doğma xatirələrdə, 

         Ay mənim gah ağlayan, gah gülən nəğmələrim. 



 

I Aparıcı: Tanrı ona poeziya dolu bir ürək bəxş etmişdi. Və bu ürəyə  

                  çəkilməz dərd də bəxş etmişdi. Elə bir dərd ki, onu çəkmək 

üçün  gərək  elə  şair  olasan.  Elə  şair  də  oldu  Mədinə  xanım.  Sonralar 

qəlbinin odundan-alovundan, həyata, insanlara tükənməz  




məhəbbətindən fərəhlənib adının yanına “Gülgün” sözünü də əlavə etdi. 

Mədinə  Gülgün  əlinə  qələm  aldığı  gündən  nədən  yazdısa  da  onun  ən 

şirin  hisslərinə,  ən  sevincli  duyğularına,  xoşbəxt  anlarına  həsrət  acısı 

çiləndi. .  

II Aparıcı: Mədinə xanım nədən yazırsa yazsın, istər vətəni tərənnüm  

                   etsin,  istər  əbədi  ayrılıqdan  söz  açsın,  istərsə  də  gözəlliyi, 

sevgini,  təbiəti  vəsv  etsin,  onun  yaradıcılığında  səngiməyən, 

öləziməyən bir yanğı var. Şair yanğısı. 



I Aparıcı: Azərbaycan qadınına  xas olan bütün                                                     

                   xüsusiyyətlər  cəm  olmuşdu  Mədinə  xanımda.  Mədinə 

xanım  həm  də  Azərbaycanın  digər  məşhur  bir  şairinin  Balaş 

Azəroğlunun  həyat  yoldaşı  idi. O, həm gözəl  ana, həm  də  vəfalı həyat 

yoldaşı idi. O, həmçinin əsl sənətkar idi.  

II Aparıcı: İnsana qanad verən, insanı ülviyyətə qaldıran onun həyat                

                  eşqi  və  sevgisidir.  Bu  sevgi  həyat  yollarında  ona  bələdçi 

olub, yoluna həmişə işıq salıb, üzünə yeni bir dünya açıb. Onun xoş və 

kədərli günlərinə şərik olub.  



I  Aparıcı:

  Mədinə Gülgün mübariz şairə olmaqla yanaşı, könülləri    

                  riqqətə  gətirən  lirik  şeirlərin  də  müəllifidir.  Onun  lirik 

şeirləri  məhəbbət  mövzusunu  tərənnüm  etməkdə  və  siyasi  lirikanın 

tələblərinə  cavab  verməkdə  heç  bir  sıxıntı  tanımamışdır.

  Məhəbbət 

mövzusunda  yazdığı     

şeirləri  incə,  zərif  poetik    ruhun  məhsulu  kimi 

diqqəti  çəkməkdədir.  Siyasi  mövzulu  əsərlərində  olduğu  kimi, 

məhəbbətə həsr olunmuş şeirlərində də dərin səmimiyyət hakimdir.  

                              

                             Heçdir şöhrət də , ad da, 

                             Təntənə də, büsat da, 

                             Boş görünər həyat da, 

                             Məhəbbət olmayanda… 

                             

                              Sən dünyanı dolan, gəz, 

                              Bu dünyaya inan, gəz, 

                              Bir toxum da cücərməz 

                                 Məhəbbət olmayanda...  

 



“Sən gəlməz oldun” mahnısı səslənir. 

 

I I Aparıcı: Mədinə Gülgünün poeziyası təpədən-dırnağa   dərdin,  

                   həsrətin ifadəsidir. Onun poeziyasından söz düşəndə həmişə 

həzin, kövrək musiqi yada düşür. Bu musiqi ona görə həzindir ki, o, bir 

ana qəlbinin dərinliyindən süzülüb gəlir. “Həyat eşqi” ilə yazıb-yaradan 

şairənin ömrü həmişə vətən torpağına bağlı olmuşdur. 

 

Oxucular “Azərbaycan” şeirini söyləyirlər: 

 

I Oxucu:   Qızıl günəş göy üzündə güləndə, 

                  Nəğməsini quşlar bağ-bağ böləndə, 

                  Mən göz açıb bu dünyaya gələndə 

                  Bəxt ulduzum burda yanan olubdur, 

                  İlk beşiyim Azərbaycan olubdur.  

 

                  Tappur-tappur addım atıb gəzmişəm, 



                  Gülə batıb, şehə batıb gəzmişəm 

                  Əllərimdən anam tutub, gəzmişəm, 

                  Sevincimiz coşğun ümman olubdur, 

                  İlk beşiyim Azərbaycan olubdur. 

 

                  Yollar açıb qucağını gəl, deyib, 



                  Səninlədir oba deyib,el deyib. 

                  Ürəyimin sözləridir, dil deyib

                  Könlüm sözlə dolu cahan olubdur, 

                  İlk beşiyim Azərbaycan olubdur. 

 

II Oxucu:  Bəzən yolum  yoxuş olub, qalxmışam, 

                   Haray salıb şimşək kimi çaxmışam. 

                   Nəğmə olub ürəklərə axmışam, 

                   El sevgisi mənə bəyan olubdur, 

                   İlk beşiyim Azərbaycan olubdur. 

                    

                  



       Sevincimə gözdolusu gül 

                   Nisgilimi, istəyimi bilənim, 

                   Dar ayaqda harayıma gələnim, 

                   Havadarım hər bir zaman olubdur, 

                   İlk beşiyim Azərbaycan  olubdur. 

                                                                                                                

                   Çağlamağı bulaqlardan almışam, 

                   Boy atmağı qovaqlardan almışam. 

                   Əzəməti bu dağlardan almışam, 

                   Gül-çiçəyi dərdə dərman olubdur, 

                   İlk beşiyim Azərbaycan olubdur. 



 

III Oxucu: Bəxtimizi qızıl günəş  oyatdı, 

                    Biz həyatı, həyat bizi ucaltdı. 

                    Elim, obam zəfərlərlə boy atdı, 

                    Dünya bildi təzə dövran olubdur

                    İlk beşiyim Azərbaycan olubdur. 

 

                    Laylalarım qüvvət verib canıma, 



                    Laylayımçün qurban olum anama. 

                    Bu analı, bu laylalı dünyama 

                    Doğma torpaq  nə mehriban olubdur, 

                    İlk beşiyim Azərbaycan olubdur. 

 

                    Yuvası var körpəcə bir quşun da, 



                    Mənası var qayanın da, daşında. 

                    Nə yaxşı ki, könlüm coşub-daşanda 

                    Nəğməm burda havalanan olubdur, 

                    İlk beşiyim Azərbaycan olubdur. 



 

I Aparıcı: Mədinə Gülgün yaradıcılığı dövründə ədəbi və ictimai     

                   fəaliyyətinə  görə  “Şərəf  ordeni”  (1980),  “21  Azər”  medalı 

(1946),  “Əmək  veteranı”  medalı  (1984),  üç  dəfə  respublika  Ali  

Sovetinin  fəxri  fərmanları  ilə  təltif  olunmuşdur.  Həmçinin,  Mədinə 

Gülgün 1987-ci ildə “Azərbaycan SSRİ əməkdar incəsənət xadimi”  

10 


adına  layiq  görülmüşdür.  Onun  indiyə  qədər  Bakıda,  Təbrizdə, 

Moskvada  və  bir  çox  başqa  şəhərlərdə  30-dan  çox  kitabı  çap 

olunmuşdur. Onlardan “Təbrizin baharı”, “Savalan ətəklərində”, “Çinar  

 

olaydı”, “Ömrün payız dayanacağı”, “Firidun”, “Seçilmiş əsərləri” və s. 



misal  gətirmək  olar.  Bundan  başqa  Təbrizdə  ərəb  qrafikası  ilə  “Yora 

bilməz  yollar  məni”,  “Mən  bu  ömrü  yaşadım,”  Kanadada    “Təbrizim 

mənim” kitabları çap olunmuşdur.   

II Aparıcı:  Mədinə xanımın şeirləri qırılmaz zəncir ilə öz elinə-        

                    obasına bağlıdır. Şairə ilham verən yurdu, şirin dili, bir də 

doğma  elidir.  Bu  baxımdan  Mədinə  Gülgün  də  gözəl  bilirdi  ki,  onun 

Vətəni,  o taylı-bu taylı Azərbaycan onu heç zaman unutmayacaq.  Ona 

görə  də  şeirində  oxucusuna  “Mənim  kimliyimi,  mənim  adımı 

Vətənimdən soruş, elimdən soruş” deyir. Şair Mədinə Gülgün də yaxşı 

bilirdi ki, elini, Vətənini tərənnüm edən şair xalqın ürəyində həmişəlik 

yaşayacaqdır.  



I Aparıcı: Bu dünyada hərəmizin baxtına bir ömür payı  düşür.                   

                   Mədinə  Gülgünün  taleyinə,  ömür-gün  payına  əbədi  bir 

Vətən  həsrəti,  Vətən  ayrılığı    qismət  oldu.  Ayrılıqla  vüsalın  arasında 

yelkən  açan  ömür  gəmisi  arzularının  yolçusu  olsa  da  Mədinə  xanımın 

axşamları  ilə  səhəri  qarışıq  düşdü.  Uşaqlıqdan  yollar  yorğunu,  yurd 

didərgini,  Vətən  həsrətlisi  oldu.  Ürəyi  ikiyə  bölündü,  yolları  yarıda 

qırıldı. Və bütün bunlara baxmayaraq,  o qədər vüqarlı oldu ki, bir anlıq 

da olsa belə həyat eşqini itirmədi.  



II Aparıcı: Ağrılı-acılı, kədəri sevincindən çox olan bir qismətdi bu.   

                   Mədinə xanım bu qismətə qane olmuşdu,  taleyin  hökmünü 

minnətdarlıqla qəbul etmişdi. Bu alın yazısının özü ilə gətirdiyi əzab və 

əziyyətə,  möhnət  və  cəfaya  dəyanətlə  sinə  gərmişdi.  Narazı  deyildi 

qismətindən.  Əksinə,  sanki  öz  həyatının  fövqündə  dayanıb  yaşadığı 

ömrə  özü  qiymət  vermiş,  onun  vaxtsız  getməyindən  kədərlənən 

yaxınlarını, dostlarını təsəlliyə çağırmışdı. 

I Aparıcı:  Onun qəlbi daim   bir nisgillə qoşa döyündü. Vətən, doğma  

                    yurd  həsrəti  çəkən,  hər  zaman  Təbriz  deyə-deyə  köks 

ötürən  şairimizin  yaradıcılığının  böyük  bir  qismi  məhz  bu  mövzularla 

bağlıdı...Təbriz, Təbriz və yenə də Təbriz...  




11 

 

    Oxucular “Təbrizi görməyincə” şeirini söyləyirlər:                                         

                                                                                                               

             I Oxucu: Könlümdə tufan olar, 

                             Könlüm boşalar , dolar, 

                             Gözüm yollarda qalar 

                             Təbrizi görməyincə. 

 

                             Sazdan, neydən betərəm, 



                             Nə susar, nə yataram. 

                             Dərdli-dərdli ötərəm 

                             Təbrizi görməyincə. 

 

                             Bilin, ey əzizlərim, 



                             Yuxu görməz gözlərim. 

                             Alov saçar sözlərim 

                             Təbrizi görməyincə. 

 

                             Sınasınlar kaş məni, 



                             Bu torpaq doğmuş məni. 

                             Yormaz yol, yoxuş məni 

                             Təbrizi görməyincə. 

                 

          II Oxucu:  El dərdinə qalanam, 

                             Hər gün oda qalannam. 

                             Vüsal deyib dolannam 

                             Təbrizi görməyincə. 

 

                             Sözlə doludur sinəm, 



                             Şam deyiləm mən sönəm. 

                             Bir dərdli quşa dönəm 

                             Təbrizi görməyincə. 

 

                              Qırılmazdır qanadım, 



                               Məni yaşadar andım. 

12 


                               Belə keçər həyatım 

                               Təbrizi görməyincə. 

 

                               Hələlik gəlmirəm mən, 



                               Kamımca gülmürəm mən. 

                               Ölmərəm, ölmərəm mən 

                               Təbrizi görməyincə. 

II Aparıcı:    Gülgün  poeziyasının    diqqəti cəlb edən cəhətlərindən     

                      biri  də  budur  ki,  bu  poeziyada  Cənuba      bağlılıq,  Cənub 

məhəbbəti,  Cənub  təəssübü  özünün  Şimal  qarşılığı  ilə  tamam 

müştərəkdir. Bu poeziya Cənub poeziyası deyil, necə ki, bizim Şimallı 

şairlərimizin  poeziyası  deyil.  Bizim  bir  poeziyamız  var.  Azərbaycan  

poeziyası. 

                             Bir torpaq üstündə doğulmuşuq biz, 

                             Bir qolum Bakıdır, bir qolum Təbriz. 



I Aparıcı: Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakı  şəhərində vəfat     

                   etmişdir.  Həyatının  65-ci  baharında  dünyasını  dəyişən  

Mədinə  xanım  Fəxri  Xiyabanda  dəfn  edilir.  İki  sahilin  şairi  Mədinə 

Gülgün “Ölmərəm, ölmərəm mən Təbrizi görməyincə” desə də, əhdinə 

sadiq  çıxa  bılmədi...Ancaq  biz  inanırıq  ki,  onun  ruhu  elə  o  andaca 

pərvaz etdi, o taylı- bu taylı Azərbaycanımızda. Mədinə Gülgün tez tərk 

etdi bizləri, doğmalarını, ən əsası da o inci, dür tökülən qələmini.  

II  Aparıcı: Nə yaxşı ki, Mədinə Gülgün rüzigarı əsdi, keçdi, nə yaxşı    

                   ki, Mədinə Gülgün çiçəyi açdı, nə yaxşı ki, Mədinə Gülgün 

yağmuru yağdı ədəbiyyatımızda və biz o rüzigarın xəfifliyini duyduq, o 

çiçəyin  iyindən  çox  xoş  olduq,  o  yağışın  damlasından  nur  aldıq  və 

Mədinə  Gülgün  dünyasını  tanıdıq,  sevdik  o  dünyanı,  daim  də 

sevəcəyik.  

                           Mən nə güləm, nə çiçəyəm, 

                           Nə də əsən bir küləyəm. 

                           Uç bizim ellərə, söylə 

                           Mən yenə də gələcəyəm. 

                           Mən yenə də gələcəyəm.  

 

 



13 

I Aparıcı:  Bir sənətkar getdi dünyadan. Şairə ürəyini həsrət odunda  

                  damla-damla  əridib  şeirə  çevirib  bizə,  gələcək  nəsillərə 

qoyub  getdi.  Və  nə  vaxt  ki,  onun  şeirlərini  oxuyub  sevincini,  kədərini 

duyacağıq,  qəlbimizi  onun  sənəti  isidəcək,  Mədinə  Gülgün  o  qədər 

yaşayacaq.    Şairə  həsrətini,  kövrək  qəlbinin  nisgilini  özü  ilə  aparıb 

getdi. Vətəndaşı olduğu o poeziya ölkəsini isə tərk etmədi, əksinə orada 

özünə əbədi bir yer tutdu.  

II  Aparıcı: Unudulmaz şairəmiz onun qəlbini isidən və bir çinar   kimi  

                   boy atmasına ilham və qüvvət verən ana Vətənə minnətdar 

olduğunu öz şeirlərində dönə-dönə xatırlamışdır. Biz inanırıq ki, zaman 

ötdükcə,  onun  qədir-qiyməti  daha  da  artacaq  və  Azərbaycan 

ədəbiyyatında özünə məxsus daha parlaq yeri olacaq. 

 

 



 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

14 


 

Ədəbiyyat siyahısı: 

 

1.  Gülgün  M.  Seçilmiş  əsərləri.  Şeirlər  və  poemalar.-  B.:  Azərnəşr,     



1986.- 304 s. 

 

2.  Gülgün  M.  Ömrün  payız  dayanacağı.Şeirlər  və  poemalar.-B.: 



Yazıçı,1983.-237 s. 

 

3. Gülgün M. Yora bilməz yollar məni.- B.: Yazıçı,1978.-314 s. 



 

4. Gülgün M. Seçilmiş əsərləri.- B.: Şərq-Qərb,2004.- 224 s. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



                                  Tərtib edən :   Aynur  Zamanova 

 

Redaktor :  Göyçək Sadıxova 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə