Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə14/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

112 
 
 
 
 
Yurda bahar gələr, açılar güllər 
Qəmlə qarşılarıq hər gələn yazı. 
Sabah kirisə də dil deyən ellər, 
Susmaz Ustad Aşıq Humayın sazı. 
 
Dünəndən sabaha bir işıq idin 
Qəbrin nurla dolsun, Dərgah müəllim. 
Elmə, insanlığa yaraşıq idin, 
Yerin cənnət olsun, Dərgah müəllim. 


113 
 
GETDİM 
 
 
Ömür də göz qırpımıtək, 
Bir an imiş, gəlib, getdim. 
Ən müqəddəs arzulara
Aman imiş, bilib, getdim. 
 
Baxdım uca dağlar qardı, 
Çıxdım ki, qarı bahardı… 
Sevinc adlı nəyim vardı, 
Güman imiş, bölüb, getdim. 
 
Yanıb nakam yaşlarına, 
Dönüb sinə daşlarına, 
Gecikən göz yaşlarına, 
Yalan imiş, gülüb, getdim. 
 
İtirib yar-yoldaşımı, 
Tutdum qovğalı başımı. 
Mən sonuncu göz yaşımı. 
Dünyam imiş, silib, getdim. 
 
Sevgiyə bais ürəkmiş, 
Ölümü də sevəcəkmiş, 
O da bir nazlı mələkmiş, 
Laylam imiş, - ölüb getdim. 


114 
 
YOXDURMU 
 
Səfil-səfil dolanarsan küçələr boyu, 
Zalım adam, sənin yerin-yurdun yoxdumu? 
Bu yağmurlu havalarda nə arayırsan, 
Bir bucağın, bir ocağın, odun, yoxdumu? 
 
Çözələnər düyün-düyün söz ürəyində, 
Sən təşnəsən, tufan başda, köz ürəyində. 
Qərib-qərib qovrularsan öz ürəyində, 
Bu dünyada bir yaxının, yadın yoxdumu? 
 
Perik düşmüş el sənindi, oba sənindi, 
Tapdaq olmuş yurd sənindi, yuva sənindi
Görünməmiş savaş sənin, qovğa sənindi, 
Yollara çıx, dağlara qalx, dərdin yoxdumu? 
 
Sən Tumassan, Ziyaratsan, Əmən dağısan, 
Sən o taylı, sən bu taylı dərd yatağısan, 
Sən ki, şəhid oğulların bəndərgahısan, 
Nitqin ahdı, ahın qandı, dadın yoxdumu? 
 
Yaxın adam, uzaq adam, bu nə duruşdu! 
Bilmədinmi bu ömürdu, ya aldanışdı! 
Mən ki səndən ad soruşdum, ünvan 
soruşdum. 
Yurdun viran, yerin məlum, adın yoxdumu? 


115 
 
 
 
 
İNNƏN BELƏ YÖN  
TUTMAĞA QAPIM YOX 
 
 
Dərd məndə üz gördü, kədər doğmalıq, 
Sərsəri ruhları didər doğmalıq. 
Hər gün qəribliyə gedər doğmalıq, 
Yoldan saxlamağa qolum tapılmaz. 


116 
 
ÖMÜR BAŞLAYARMIŞ 
 
 
Nazik ağaclarnan hörülən daxma, 
Suvağı samannan yoğrulan daxma, 
Səndən, yolum üstə qurulan daxma! 
Ömür başlayarmış, gün başlayarmış. 
 
Ömür başlayarmış, gün başlayarmış, 
Payız-qış, qar-yağış daman daxmadan. 
Bir bölük uşaqlı həmən daxmadan 
Bir ana günləri alqışlayarmış. 
 
O qara yellərin əsdiyi yerdən
Bir bəndə Allahı səsləyib yerdən. 
Çoxları ayağın kəsdiyi yerdən, 
Ömür başlayarmış, gün başlayarmış. 
 
Yarımcan olsa da gedən gələrmiş, 
Vətəndaş dalınca Vətən gələrmiş. 
Daxmanın ruzusu göydən gələrmiş, 
Göylük böyüklüyə bağışlayarmış. 
 
Mənim yaddaşımdan o yana,- ağı, 
Nağılım, xatirəm- sinəmin dağı. 
Müqəddəs kökümdə dolanan ağrı 
Neçə qol-budağı naxışlayarmış... 


117 
 
 
DAĞLAR 
 
Uzaq düşdüm qucağından, 
Ay, dərdimdən halı dağlar! 
Qərib ata ocağından, 
Dolannam havalı, dağlar. 
 
Arzum atlı, mən piyada, 
Ömrü-günü verdim bada. 
Nə görmədim bu dünyada
Ömürdən bahalı dağlar! 
 
Oda düşdüm, sevdim, yandım, 
Dərddən-dərdə qanadlandım, 
Orda bir «Gəlinatlandı», 
Burda bir «Vağzalı», dağlar! 
 
İllər yoluma gün tutmaz, 
Daha sənə ünüm çatmaz. 
Bu vurğun könlüm unutmaz, 
O yamacı, yalı, dağlar! 
 
Başın üstə dolan bulud, 
Ulu dərddi, müqəddəs tut. 
Nə quduz yelləri unut, 
Nə Mehdi Calalı, dağlar!.. 


118 
 
 
*** 
 
Yenə yön  çevirdim doğma qoynuna, 
Ay, mənim könlümü saxlayan dağlar! 
Xatirələrimlə, arzularımla 
Əzəldən sizlərə bağlıyam, dağlar. 
 
Küləklər fikrimi daraya bilmir
Gözüm gözəllikdən yarıya bilmir, 
Könlüm ayrı məkan araya bilmir, 
Gülün tək gül yoxdu qoxlayam, dağlar. 
 
Qəmli taleyimlə könlüm barışmaz, 
Quşların səsinə səsim qarışmaz, 
Daha olan oldu mənə yaraşmaz, 
Durub qərib-qərib ağlayam, dağlar. 
 
Səsi sizdə qalan bir haraymışam, 
Bir vaxt xeyrə-şərə yarayırmışam, 
Mən sizə könlümdə yer ayırmışam, 
Siz məni beş günlük saxlayın, dağlar. 


119 
 
 
 
BAHAR 
 
 
Yenə yaşıl dona girib təbiət
Yaz gəlib, silibdi könül yasını. 
Dumanlı günlərdə dəyişib əlbət 
Bu yerlər əyninin ağ libasını. 
 
Ötən yolçuları yoldan olubdu, 
Nə gözəl yuyubdu qar,- çiçəkləri. 
Necə utancaqdı, necə küsəyən, 
Meyvə çiçəkləri, bar çiçəkləri. 
 
Yenə də kükrəyib, çağlayır çaylar; 
Adam bu axına baxmaq istəyir. 
Yol -iriz bilməyən sısqa bulaqlar 
Çaylara qoşulub axmaq istəyir. 
 
Ətrafa yayılan quşların səsi 
Bənzəyir müğənni bəhsəbəsinə. 
Coşğun dağ çayının dəli həvəsi 
Dönür şəlalənin  zənguləsinə. 
 
 
 


Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə