Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə2/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
1   2   3   4   5   6   7   8   9   ...   20


 
rində  fəlsəfi suallar bədiiliyə çevrilir, yumorla 
ciddiyyət bir-birinə hörülür. Bu bədii söz löv-
həsində xalq şeirimizin hikmət və yumorları 
duyulur.  
 
“Yox”dü Dünya, “Var”dı Dünya, 
Bir az da hamardı dünya. 
Onsuz da bazardı dünya 
Kədərdən daş başım çoxdu. 
 
Mehdi Calalın  şeirləri poeziya nümu-
nəsidir. Şeir onun ictimai və estetik narahatlığı-
nın məhsuludur. Onun qələmi artıq sınaq ovqa-
tını keçib, üslubu özünü tutub”.  
İllərlə, çapını gözləyən bu şeirlər kitabı 
mövzularına görə dörd fəsilə bölünmüşdür. “Bu 
dünya bir qərib yerdi,” “Günəş olan zaman-
zaman bölünməz”, “İnnən belə yön tutmağa 
qapım yox,” və “Göz yaşından çiçək bitməz,” 
başlıqları ilə verilmişdir. Hər fəsil adına uyğun 
bir bənd şeirlə süslənmişdir.  
Şairin poeziyasının dili sadə, axıcı, saf-
dır. Poeziyaya aidiyyatı olmayan təmtəraqlar-
dan, bər-bəzəklərdən, müqayisə  və  bənzətmə-
lərdən çox uzaqdır. Şerlərində xalq yaradıclığı-
nın nəfəsi var.  
 


10 
 
Özünün də saz çalmağı və həzin ifası olduğunu 
deyirlər. Amma qeyd etdiyi kimi eşq, işıq,  şıx 
və s. sözləri ilə bir qəbildən olan “aşıq” adını 
yalnız ustad sənətkarlara yaraşdırır.   
Mehdi Calalın poeziya dünyası açıq və 
aydındır. Orada layiqli olmayan, qarışıq, anla-
şılmaz, yəni dumanlı heç nə yoxdur. 
Şeirləri (90-cı illərdən) vaxtaşırı res-
publikamızın almanax, qəzet və jurnallarında 
dərc olunmuş, televiziya və radio dalğalarında 
səsləndirilmişdir.  
Kitaba müəllifin müxtəlif illərdə  qə-
ləmə aldığı şeirləri daxil edilmişdir. Bu şerlərdə 
Vətənə bağlılıq, yurd həsrəti, ata-ana müqəd-
dəsliyi, saf məhəbbət duyğuları, fəlsəfi düşün-
cələr və  nəhayət Böyük Yaradana dərin sevgi 
ən səmimi şəkildə öz ifadəsini tapmışdır. 
Şair dostlarından  İbrahim  İlyaslı 
(AYB-nin Sumqayıt bölgəsinin katibi, Ə.Kərim 
adına Poeziya evinin direktoru) onun yaradıcılı-
ğına müraciət edərək yazır: “Şairliyin təkcə 
sənətkarlıq, peşəkarlıq deyil, məxsusi həyat 
tərzi, məxsusi ömür formulası olması qənaətinə 
çoxdan gəlmişəm. Milliyyətindən, dinindən, 
yaşadığı çoğrafi məkandan  asılı olmayaraq, 
bütün yer üzünün şairləri üçün bu formulanın 
eynicə olması da mütləqdir. Klassik söz 


11 
 
sahiblərinin tale və  tərcümeyi-halları söylədik-
lərimə ən tutarlı sübutdur”.  
Bütün zamanlarda şair yaranmışlarla 
yanaşı, xammalı söz olan “Nəzm fabrikaları” da 
mövcud olmuşdur. Və bu “Fabrikalar”da quraş-
dırılmış “Dəzgah”ların söz müstəvisindən doğ-
radıqları düzbucaqlı fiqurlar şəkilcə oxşadıqla-
rından ilk baxışda insanları çaşdıra da bilmişdir. 
Bununla belə duyğularını  sərvaxt saxlayanlar 
şeiri bu düzbucaqlılardan,  şairi bu “müəssisə”-
lərin  əməkçilərindən seçib-ayırmışlar. Diqqətlə 
baxsaq, duyğularımızı yönəltsək, görərik ki, in-
di də eynicə mənzərədir... 
  
Yüksək sənətkarlıqla hazırlanmış bir 
süni “gül” böyük bir çəmənzarlıqda yerləşdiril-
ərsə, onu kənardan seyr etməklə təbii güllərdən 
seçmək mümkündürmü? - sualına rəssam dos-
tun “mümkündür” deyə cavab verməsi bu qəna-
ətimdə yanılmadığıma məni bir daha inan-dırdı. 
Şeir təbii güllər kimi canlıdır. Bir şeiri baş-
qasından təbii rəngi, fərqli ətri və özünə-məxsus 
tamı ilə seçib ayırırlar.  
Elə bilirəm ki, çətinliklə də olsa fikrimi 
çatdıra bildim. İntahası eyni zamanda onu da 
fikirləşdim ki, mən bu sözləri söyləyəndə guya 
nə olacaqmış ki? Bununla nəyi dəyişmiş ola-
cam? Heç nəyi. Sadəcə bu söhbətin çağdaş 


12 
 
poeziyamıza və Mehdi Calala birbaşa dəxli var. 
Özü demiş.  
 
Bir ömür yol getdim kefli dünyada, 
Nə dəyişə bildim, mən kiməm axı?! 
 
         Dostum Mehdi Calala demək istəyirəm ki, 
bu çətin sualın asanca cavabının bir hissəsini 
özün gözəl vermisən. Təvazökarlıq və alicənab-
lıq eləyib qalan hissəni bizlərin umuduna əma-
nət eləmisən: 
 
O kimdi  - bir  təmiz Allah bəndəsi
O kimdi - bir halal kişinin oğlu. 
Sorublar haqqımda söhbət düşəndə; 
- Nəçidi o Calal kişinin oğlu? 
 
        Hər ani fitnə-fəsadların təzyiqi və  təsiri 
altında keçən bu dünyada halal bir ömür yaşa-
mış, sağlığında rəhmətini qazanıb indi Tanrı 
dərgahında bulunan rəhmətlik Calal kişinin oğ-
lu Mehdi şairdir. Yazdıqlarıyla, həyat tərzi ilə, 
ömür formulasıyla təpədən dırnağacan, qəlbdən 
səsəcən şair doğulmuşlardandır. İndi isə mənim 
ilk baxışda bir az da tərifə oxşayan bu yazıma 
da öyzənbillah ehtiyacı yoxdur. Çünki onun 
haqqında bundan da gözəl fikirləri hal əhli olan 


13 
 
hər kəs söyləyə bilərdi. “Görükən dağın dibi 
yaxın olar” deyiblər.  
        Görünən dağa bələdçi nə lazım - söyləyən 
bir el misalımız da var. Mən də sənə əziz oxucu 
bələdçilik etmək fikrindən tamam uzağam. Sa-
dəcə Mehdi mənim sayğılı dostlarımdan və sev-
diyim  şairlərdən olduğundan səninlə  də  dərd-
ləşmək imkanındayam. Tanrı  eşqinizi uca elə-
sin. Allah amanında!” 
 
                                         
                                               


14 
 
Dünya ədəbiyyatına bu vaxta qədər bir-
birindən əsaslı şəkildə fərqlənən qüdrətli söz us-
taları bəxş edən müasir Azərbaycanda oxucula-
rın ruhunu oxşayan yeni söz söyləmək, həm 
klassiklərimizi, həm də  həmkarlarını  təkrar et-
məmək çox çətindir. Söz sənətini yaradan və in-
kişaf etdirən yazarlarımızın keyfiyyətcə inkişa-
fından daha çox kəmiyyətcə çoxaldığı bir za-
manda bu çətinlik xüsusilə diqqəti cəlb edir. 
 Bütün 
dövrlərdə  ədəbiyyatın qarşısında 
duran əsas vəzifə zamanın nəbzini tutan, xalqın 
istək və arzuları ilə səsləşən, həm məzmun, həm 
də formasına görə oxucuların hiss və duy-
ğularına təsir edən, oxucuları müxtəlif cəhətdən 
tərbiyələndirmək olmuşdur. 
  
Həyat hadisələrinin söz ustalarına təsiri 
və onların bu hadisələri sözlə necə  əks etdirə 
bilmələri, müəyyən fikirləri daha doğru, düzgün 
və obrazlı təsvir etmək üçün müvafiq sözlərdən 
bəhrələnmək bacarıqları spesifik xüsusiyyətlə-
rinə görə bir-birindən fərqlənməsəydi, onda 
dünyada rəngarəng sənət əsərləri yaranmazdı. 
 Bütün 
sənət əsərlərinin meydana gəlmə 
prosesi eyni olsa da, onları yaradan sənətkarlar 
da bir çox cəhətdən bir-birindən fərqlənir.  Əv-
vələn, şairləri digər peşə sahiblərindən fərqlən-
dirən əsas cəhət onların yüksək hissiyata malik 


Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə