Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
1   2   3   4   5   6   7   8   9   ...   20

20 
 
istedaddır. O istedadı  ənginliyə qaldıran  əmək-
dir. O əməyin yetirməsini insanlara sevdirən
bəyəndirən şairin seçdiyi mövzuya fərdi yanaş-
masıdır. Sənətin hamılıq olması başlanğıcını 
yaradıcı adamın ürəyindən götürür.  
 
Bu yollar çiçək-çiçəkdi, 
Nə köyrəkdi, nə göyçəkdi. 
Əzəli, sonu ürəkdi,- 
Bir yola çıxdım beləcə. 
 
       Şair sənət yolunu ürək yolu kimi qəbul 
edir. Ürəyin duyğularısa qanadlıdır. İnsanı göz-
ləmədiyi, ünvanını tanımadığı yerlərə də aparır.  
 
Ünvanım yox, adım bəlli. 
Yaxınım yox, yadım bəlli.   
Təkcə sənə odum bəlli. 
Bu qəm-qəhərimə gəlmə. 
 
       Ünvanı yoxluq Mehdi Calal üçün ünvanı 
çoxluqdur, çərçivəsiz genişlikdir. Mehdiyə gö-
rə, seçmə mövzu yoxdur. Seçilən, özünü tanı-
dan üslub var. Onun qoşma, gəraylı üstündə 
köklənmış şeirləri üslubi baxımından son iyirmi 
ildə ayrı-ayrı  şairlər tərəfindən yaranan qoş-
malar, gəraylılar bənzərlilik-bənzərsizlik baxı-


21 
 
mından araşdırılmalı, üslubi baxımından izlən-
məlidir. XX yüzillik ərzində Azərbaycanda  şə-
kil baxımından yeni forma axtarışları aparıldı. 
Sonda uğurlar-uğursuzluqlar söz söyləməyə im-
kan verdi. Tarixi ardıcıllığa göz yetirsək bu 
poeziya sənətinin başqa üzüdü. Ancaq yola sal-
dığımız  əsrin  əvvəllərində bir sıra yenilikçilər 
tərəfindən milli poetik formalar etirazla qarşı-
lansa da, o nəzəri görüşlər özünü doğrultmadı. 
Klassik formada yazıb həmin formanın çər-
çivəsi içərisində edilən yeniliklər milli dünya 
görüşdən uzaq olan “dünyəvi yenilikləri” üstə-
lədi. Ona görə də bir sıra şairlərin ölçüsü-biçisi 
eyni olan janrlarda öz üslubunu təsdiq etdirməsi 
əlamətdar bir hal sayılmalıdır. Mehdi Calalın  
Hər günahda bir haqq gördüm, 
Hər haqda bir günah gördüm, 
Ürəklərdə Allah gördüm  
Sığmaz dilə, əzizim. 
Dörd misralığında  şairin öz üslubunu 
yaratması diqqəti çəkməyə bilməz. Elə buna 
görə də onun “Sevgi”, “Könlümün”, “Səs” və s. 
şeirləri artıq özünü təsdiq möhürü dəyərindədir.  
Şairin  şeirləri yığcamdır, ancaq yarım-
çıq deyil. Yeri gəlib bir söz deyim; Yerindən 
duran  şairdən qısa yazmağı  tələb edir. Özü-
özlüyündə bu, düzgün tələbdir. Ancaq söz yeri-


22 
 
nə düşməyəndə, poetik kəsəliyə nail olmadıqda 
dörd misralı  şeirin özü belə uzun görünə bilər. 
Mənə görə, fikrin poetik ifadəsi axarında şeirin 
həcmini təyin etmək  şeirin öz təbiətindən irəli 
gəlməlidir. Bu baxımdan Azərbaycan  şeirində 
uzun illər içərisində yazılan qısa lirik poema-
ların çoxu özünü doğrultmadı.  Əksinə epo-
xalılıq, epiklik çox yerdə unuduldu, yarımçıqlıq 
təsiri bağışladı.  
Mehdi Calala gəldikdə o, şeirə  həcm 
çəpəri çəkmir. Başlanğıc ilə sonluq arasında 
olan məsafəni elə bil şeirin öz taleyinə tapşırır.  
       
“İlk eşqin yolu” şeirində olduğu kimi 
M.Calal düşüncələri poetik məntiqilik baxı-
mından oxucunu inandırır. O, quru mülahizə-
lərdən qaçır.  Şairin  şeirləri oxucunun səmimi, 
unudulmaz dostuna çevrilir, onunla yoldaşlıq 
edir: 
Hallandım hallı dünyada,  
Eşqi zavallı dünyada. 
Ağalı - qullu dünyada 
Ağam yoxdu, qulum yoxdu. 
 


23 
 
Ya da: 
 
Anamın qəbrinə güllə atanlar,  
Mənim daş səbrimə güllə atanlar,  
Uzaq səfərimə güllə atanlar, 
Məni qoymursunuz şair olmağa. 
 
    
Oxuduğumuz bəndlər elə bil bizim dü-
şünüb ifadə edə bilmədiyimiz fikirlərdir. Şairin 
xoşbəxtliyi də bundadır.  Əgər sən başqalarına 
düşündüklərini onlardan yaxşı poetikləşdirə bil-
misənsə, deməli, anadan şair doğulmusan. Ana-
dan şair doğulmaq gerçək anlamda bənzərsizlik 
deməkdir. Yalnız gizli qatlarındakı boyaların 
bənzərsizliyi adamı yenilikçi şair edir. Bu şərtlə 
ki, özündə, öz könlündə olan çalarları görəsən, 
öz səsini eşidəsən, özünə olan inamdan yana 
sapmayasan. Elə Mehdi Calal kimi...” 
 
Uzaq səfərə çıxana, bir iş dalınca gedə-
nə “Yolun açıq olsun!” deyərlər. Bu şeirlər də 
müəllif ilə birgə belə  də düşünmək olar ki, 
“oxucu mühakiməsi” adlanan yolun başlanğı-
cındadır. Biz də Mehdi Calala “Yolunuz açıq, 
uğurunuz xeyirli olsun!”- deyirik. Amin! 
 
Aydın Paşayev (f.e.d., professor) 
                       Ziba Məmmədli (filoloq) 


24 
 
 
 


25 
 
 
 
 
BU DÜNYA BİR QƏRİB YERDİ 
 
 
Ey aşikar, gizli dünya, 
Ey dönük yar üzlü dünya, 
Günəşli - gündüzlü dünya, 
Mən səndən doya bilmirəm. 
 
 


26 
 
BİLMİRƏM 
 
 
Bu dərdlər ömür yoludu
Yazıdı, poza bilmirəm. 
Ya mən dərddə, ya dərd məndə, 
Gedər güdaza, bilmirəm. 
 
Mən özüm, özümə sirrəm, 
Ulu bir ruha əsirəm. 
Doğulandan haqq gəzirəm, 
Bu yolda aza bilmirəm. 
 
Ömür bir şirin qorxudu, 
Dəm ağladım,qəm oxudum, 
Bəlkə bu dünya yuxudu
Bəs niyə yoza bilmirəm. 
 
Bu dünya bir qərib yerdi, 
Əzəli bir,sonu birdi. 
Ölüm-ən gözəl şerdi, 
Onu da yaza bilmirəm. 
 
 
 


Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə