Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə8/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

55 
 
*** 
 
Dünyanın qoynuna bir səda düşür
Şəhərlər narahat, kəndlər narahat. 
Sevincli üzlərdən təbəssüm düşür; 
Dəyişir, günbəgün dəyişir həyat. 
 
Təyyarə səsindən, raket səsindən  
Analar alçaldır layla səsini, 
Hələ nəm qalıbdı əsrin gözündə, 
Bir kədər dolaşır yer kürəsini. 
 
Hay-haray başlanır duyan qəlblərdə, 
Qaçır körpələrin şirin yuxusu. 
Örtür yer üzünü bir qara pərdə
Dolur ürəklərə nüvə qorxusu. 
 
Həyat ölüm ilə üz-üzə  durub, 
Bəşərin taleyi tükdən asılı, 
Kimdir məzlum-məzlum boynunu 
burur? 
Bilirmi varlığa quyu qazılır. 


56 
 
 
O kimdir? gecəsi-gündüzü ilə 
Boğur həqiqəti, boğmur nəfsini. 
O kimdir? bağırır var gücü ilə
Batırmaq istəyir haqqın səsini. 
 
 
 
Atom canlıların zülmət dünyası, 
Bu gün gör həyata zülmət nə yaxın; 
İnsan məhv olmasın, torpaq yanmasın, 
Bəşər övladları, ayağa qalxın! 


57 
 
 
YAZMIŞAMMI? 
 
Nəmli gözündən yazmışam, 
Qəmli üzündən yazmışam, 
Qərib sözündən yazmışam, 
Mən ömürdən nə yazdım ki? 
 
Baxdım, əlimə soyuqdu, 
Çıxdım çölümə, soyuqdu. 
Sıxdıım könlümü soyuqda, 
Mən ömürdən yazmadım ki. 
 
Gecəsi-gündüzü sirli, 
Axşamı, səhəri birdi, 
Zaman kimi tələsirdi; 
Mən ömürdən nə yazdım ki. 
 
Yurddu, yuvadı, Vətəndi, 
Anadı, Sevgidi, təndi. 
Yazıdı, bitib-tükəndi; 
Mən ömürdən nə yazdım ki. 
 
Gördüm, ilim üşüyürdü, 
Dərdim, gülüm üşüyürdü. 
Verdim, ölüm üşüyürdü 
Mən ömürdən yazmışammı?


58 
 
 
*** 
 
İçimi çölümnən barışdıranlar! 
Odumu külümnən barışdıranlar! 
Eşqimi dilimnən barışdıranlar! 
Məni qoymursunuz şair olmağa. 
 
Sağımın solumdan fərqi var, axı! 
Qılıncın qolumdan fərqi var, axı! 
Ölümün olumdan fərqi var, axı! 
Məni qoymursunuz şair olmağa. 
 
Anamın qəbrinə güllə atanlar! 
Mənim daş səbrimə güllə atanlar! 
Uzaq səfərimə güllə atanlar! 
Məni qoymursunuz şair olmağa. 
 
Səbrimnən qəbrimin arasında siz! 
Günümün ağında, qarasında siz! 
Allah bəndələri sırasınd siz! 
Məni qoymursunuz şair olmağa… 


59 
 
 
*** 
 
Balanın taqəti yoxdu, 
Durub bir ağı çağıra. 
Səsinə holavar qata, 
Aranı, dağı çağıra. 
 
Haqq deyilən yol uzundu
Haqqdan tutdu, qolu sındı. 
Dindi; ömrə doluxsundu, 
Baxdı; sabahı çağıra. 
 
Ta bəndələr həddin adlar, 
Dünya da sərhəddin adlar. 
Yığışa doğmalar, yadlar 
Bəlkə Allahı çağıra… 


60 
 
 
ÜRƏYİMİN QANI DÜŞDÜ
 
 
Ürəyimin qara qanı 
Düşdü ağ-ağ kağızlara; 
Özgə sayaq imkan hanı? 
Həyan olum yalqızlara. 
 
Başa Sevgi gələn gündən 
Çıxmadı ömrüm düyündən. 
Eşqimi tac hördüyümdən 
Dərdim düşdü ağızlara. 
 
Sən orda, mən burda təkəm, 
Sirr açmazsan yüz dil tökəm. 
Gərək göylərə yol çəkəm; 
Dərə, yamac, yal qızara. 
 
Bizə dərddən bir xalı hör! 
Xalı dünya, xalı ömür. 
Vaxt qalsa bir bizi də gör; 
Yalqızları yalqız ara. 
 
Görüb, hiss edib, duyduğum! 
Uğrunda ömür qoyduğum! 
Nə sayarsan? - mən saydığım 
Kar eləməz qansızlara… 


61 
 
 
 
TƏCNİS - 1 
 
 
Çöküb ömür adlı hasarıma nəm, 
Hissləri çözələ, ha sarı mənəm. 
Dəli arzuların hasarı mənəm, 
İlhamım, sən oldun yarı könlümün. 
 
Bir gözəl sevmişdim, oduymuş demə, 
Zamanın sirrini o duymuş demə, 
Yandığım gəncliyin oduymuş demə; 
Yarı gözlərinin, yarı könlümün. 
 
Nəğməyə bələyər Yaz ağ şamları, 
Yandır duyğuları yaz axşamları. 
Mehdinin könlünə yaz axşamları; 
Acı qismətindən yarı  könlümün 
 


62 
 
VURULDUQ 
 
                      Tarixçi dostum Nadir müəllimə 
 
Biz dünyaya gələn gündən 
Hər gələn günə vurulduq. 
Göy altında, yer üstündə 
Vətən mülkünə vurulduq. 
 
Kimin ki, bəxti yeyindi 
Ömrü qan-qada geyindi. 
Yolumuz düyün-düyündü, 
Toya, düyünə vurulduq. 
 
Dərdi gördük, dərk elədik
Doğma kimi ərk elədik. 
Ömrümüzü görk elədik, 
Tanrı görkünə vurulduq. 
 
Dünya cənnət almasıdı, 
Nə qəm bizə qalmasa da. 
Günümüz gün olmasa da, 
Ötüşdü, yenə vurulduq. 
 
 
 
 


63 
 
Qınamadıq qara baxtı 
Nə oldusa dedik: haqdı... 
Gördük hər yanda Allahdı: 
İmana-dinə vurulduq. 
 
Eşq satılıb alınmadı, 
Şükür! Sular bulanmadı. 
Dünya dönüb-dolanmada, 
Biz dönə-dönə vurulduq. 
 
Gəldik haqqı bulmaq üçün, 
Ömür üçün, sınaq üçün. 
Minimiz Bir olmaq üçün 
Bir olan Minə vurulduq. 


64 
 
OLDU 
 
 
Bir küskün bəndən var, cığal taleyi 
Didərgin ellərə yaraşan oldu. 
Hamının göyündə buluda dönüb, 
Düzlərə, çöllərə qarışan oldu. 
 
Tapşırıb göylərə bəxt-yığvalını, 
Daha görən olmaz qeylü- qalını. 
Qərib əhvalını, miskin halını, 
Durub özgələrdən soruşan oldu. 
 
Ömrü min bir rəngli güzgüyə verdi, 
Ulu dərgahında söz niyə verdi?! 
Gündüzlər haqqını özgəyə verdi, 
Gecələr özüynən vuruşan oldu. 
 
Alın, adı olsun Mehdi Calalın, 
Yadın, yadı olsun Mehdi Calalın. 
Gözü aydın olsun, Mehdi Calalın, 
Çəkilməz dərdlərnən barışan oldu.  


Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə