Mehdi PİŞvayi Kitabın adı: İmam Rizanın (ə) həyatı Müəllif: Mehdi Pişvayi


Həyata keçirilməyən vəliəhdlik məqamı



Yüklə 0,65 Mb.
səhifə4/6
tarix23.08.2018
ölçüsü0,65 Mb.
#64019
1   2   3   4   5   6

Həyata keçirilməyən vəliəhdlik məqamı


Mərv şəhərinin əhalisi hicrətin iki yüz birinci ilinin ramazan ayının orucunu tutmağa hazırlaşdığı ərəfədə, İmam Riza əleyhissəlamın vəliəhd seçilməsi xəbəri yayılmağa başlayır. Əhali bu xəbəri heyrət dolu sevinclə qarşılayır. Ramazan ayının yeddisi həftənin birinci günü Məmun öz dəstxətti ilə vəliəhd təyin edilməsi məsələsini yazır və onun arxasında da, İmam Riza (əleyhissəlam) başdan-başa işarə və eyham ilə dolu olan bir müqəddimə qeyd etdikdən sonra vəliəhd seçilməsinə razılıq verməsi barədə öz imzasını çəkir. İmam onu da qeyd edir ki bu iş heç vaxt baş tutmayacaq (həyata keçməyəcək). Sonra də həmin sənədlə əlaqədar Yəhya ibn Əksəm Abdullah ibn Tahir və Fəzl ibn Səhl kimi ölkə və ordu başçıları da, bu məsələdə şahid duraraq onu təsdiqlədilər.2 Ramazan ayının onuncu günü cümə axşamı təntənəli şəkildə təşkil olunmuş məclisdə camaat İmam Riza əleyhissəlama beyət etdi. Beləliklə, o Həzrət xəlifənin vəliəhdlik kürsüsünə əyləşdi. Xəlifənin əmrilə İmam əleyhissəlama tərəf beyət əli uzadan ilk şəxs Məmunun öz oğlu Abbas olmuş onun ardınca isə baş vəzir Fəzl ibn Səhl saray müftisi Yəhya ibn Əksəm ordu başçısı Abdullah ibn Tahir daha sonra isə hamılıqla məclisdə iştirak edən bütün Bəni-Abbas əyan-əşrafı o Həzrətə beyət etmişdilər.1

İmam Riza əleyhissəlamın vəliəhd seçilməsi təbii ki o Həzrətin dostları üçün baş ucalığı idi. Lakin İmam Riza əleyhissəlamın özü bu hadisədən çox narahat və qəmgin idi. O Həzrət bir kişinin həddən artıq çox sevindiyini gördükdə, onu öz yanına çağırıb buyurdu: Bu işə bel bağlayıb sevinmə çünki baş tutmayacaq!”2


Məmunun, xilafəti imam Rizaya (ə) təklifində qəsdi


Məmunun dövründəki siyasi vəziyyət və şəraiti nəzərdən keçirdikdə, məlum olur ki o bir sıra siyasi çətinliklərlə üzləşməli olmuş və bu çıxılmaz vəziyyətlərdən üzüağ çıxmaq üçün çarə axtarırmış. Nəhayət, Məmun bu vəziyyətdən çıxmaq üçün bir neçə cəhətli bir siyasət irəli sürür ki bu da məhz İmam Riza əleyhissəlamı vəliəhd seçməkdən ibarət olmuşdur. İndi Məmunun üzləşdiyi siyasi çətinlikləri oxucuların nəzərinə çatdırırıq.

1. Abbasilərin Məmundan narazılığı


Tarixçilərin hamısının bir nəfər kimi Məmunun ümumiyyətlə, Əmindən qat-qat üstün və xəlifəliyə daha layiq olmasını qeyd etmələrinə baxmayaraq, Bəni-Abbas nümayəndələri onunla müxalif idilər. Qeyd etdiyimiz kimi Harunun özü də bu iki qardaş arasındakı açıq-aşkar təfavütə diqqət yetirmiş və Abbasilərin Məmunla müxalifətçilik edəcəyindən gileylənirdi. Ola bilsin Abbasilərin Məmundan narazı olmalarının səbəbi bu olub ki Məmunun qardaşı Əmin əsl Abbasi nümayəndəsi idi. Çünki atası Harun anası da Zübeydə olmuşdur. Zübeydə özü də bir Haşimi olmaqla bərabər, həm də Mənsur Dəvaniqinin nəvəsi eyni zamanda Abbasilərin ən şərəfli qadını olmuşdur. Əmin Harun ər-Rəşidin süd qardaşı və sarayının ən nüfuzlu şəxsiyyəti sayılan Fəzl ibn Yəhya Bərməkinin qucağında böyümüş Fəzl ibn Rəbi isə onun qəyyumu olmuşdur. Onun babası xəlifə Osmanın azad etdiyi qul olmuş və buna görə də, Fəzlin Abbasilərə olan məhəbbətində kimsə şəkk etmirdi. Məmun isə əvvəla, Cəfər ibn Yəhya Bərməkinin qucağında böyümüş Cəfərin isə nüfuzu qardaşı Fəzldən qat-qat aşağı olmuşdur. İkincisi də, onun qəyyumu olan şəxs heç də Abbasilərin ürəyincə deyildi. Çünki Abbasilər onu Ələvilərə meyilli olmaqda müttəhəm edirdilər. Üstəlik Məmunun qəyyumu ilə Əminin qəyyumu Fəzl ibn Rəbi arasında son dərəcə kin-küdurət hakim idi. O sonradan Məmunun baş vəzir vəzifəsinə təyin etdiyi iranlı Fəzl ibn Səhl olmuşdur. Abbasilər iranlılardan qorxur və onların əlindən artıq boğaza yığılmışdılar. Buna görə də, tez saraydakı bütün iranlıları (farsları) türk və başqa millətlərlə əvəz etdilər.

2. Əminin daha üstün mövqeyi


Əminin hakimiyyətini möhkəmlətmək üçün fəaliyyət göstərən, etibar edə biləcək çoxsaylı dost və dayaqları var idi. Bunlar onun dayıları Fəzl ibn Yəhya Bərməki bərməkilərin əksəriyyəti anası Zübeydə və həm də ərəblərdən ibarət idilər. Bunlar, Harun ər-Rəşidi öz təsiri altına alaraq ölkənin siyasi idarəçiliyində mühüm rol oynayan nüfuzlu şəxslər olduğu üçün artıq təbii məsələdir ki Harun onların qarşısında aciz qalıb nəticədə onların göstərişinə uyğun olaraq vəliəhdlik məqamına kiçik oğlu Əmini seçməli böyük oğlu Məmunu isə Əmindən sonrakı vəliəhd təyin etməli idi. Əminin birinci vəliəhd olmasında bəlkə də, (dayısı) İsa ibn Cəfərin yüksək mövqedə durması və eləcə də, Bəni-Abbasın nəsil təəssübkeşliyi əsas rol oynamışdır. Əlbəttə, bu məsələdə əsas rol oynayanlardan biri də Zübeydə olmuşdur ki o da öz növbəsində məsələni oğlu Əminin xeyrinə başa çatdırmışdı. Bundan əlavə, ərəblər arasındakı nəsil təəssübkeşliyi də çox güman ki Harunun Əmini Məmundan üstün tutmasında öz işini görmüşdü. Tarixçilərdən bəziləri bu məsələyə aşağıdakı ifadə ilə toxunmuşlar: “Hicrətin yüz yetmiş altıncı ilində Harun ər-Rəşid Məmunun, qardaşı Əmindən sonra vəliəhd olacağı haqda qərar çıxarır. Məmun yaş cəhətdən bir ay qardaşı Əmindən böyük idi. Ancaq Əmin, Cəfər qızı Zübeydədən o (yəni Zübeydə) isə Haşimi qadınlarından olmuşdur. Məmun isə Məracil adlı bir kənizdən olmuş onun özü isə Məmunu doğduqdan bir neçə gün sonra vəfat etmişdi.

Məmunun arxalandığı nə idi?


Məmunun atasının onu ikinci vəliəhd təyin etməsinə baxmayaraq bu heç də Məmunu gələcəkdə hakimiyyətə çatmağa arxayın etmirdi. Çünki o nə vaxtsa qardaşı və digər Abbasi əyan-əşrafının vədlərinə əməl etməyəcəklərindən qorxur və onların vədlərinə sadiq qalacaqlarına arxayın deyildi. Belə olduğu halda, Məmun öz mövqeyinin təhlükə qarşısında durduğunu görəndə başqalarına arxalana bilərdimi? Məmun hakimiyyətə necə çata bilər və hakimiyyətə çatdıqdan sonra onu necə qoruyub saxlaya bilər? Bunlar Məmunun daima fikrində dolandırdığı suallar idi. O son dərəcə diqqət zirəklik və düşüncə ilə bu suallara cavab tapmalı sonra isə həmin cavablara uyğun olaraq öz hərəkətini başlamalı idi.

İndi isə Məmunun müxtəlif dəstələr arasından hansına arxalana bilib intizarında olduğu (həm öz əleyhinə həm də hökumətinə qarşı), təhlükələr zamanı əlbir ola biləcəyi dəstəni müəyyənləşdirmək üçün bu dəstələrin Məmuna olan münasibətini araşdırırıq.



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə