Mehdi PİŞvayi Kitabın adı: İmam Rizanın (ə) həyatı Müəllif: Mehdi Pişvayi


HƏZRƏT FATİMEYİ MƏSUMƏ (ƏLƏYHA SALAM)- IN HƏYATINA BİR BAXIŞ



Yüklə 0,65 Mb.
səhifə6/6
tarix23.08.2018
ölçüsü0,65 Mb.
#64019
1   2   3   4   5   6

HƏZRƏT FATİMEYİ MƏSUMƏ (ƏLƏYHA SALAM)- IN HƏYATINA BİR BAXIŞ

Bağışlayan və mehriban Allahın adı ilə


O həzrətin adı Fatimə, məşhur ləqəbi isə «Məsumə»-dir. Atası, şiələrin yeddinci imamı Musa ibn Cəfər (imam Kazim) əleyhis-salam, anası isə səkkizinci imam həzrət Rza (əleyhis-salam)-ın anası sayılan Nəcmə Xatun (ələyha-salam)-dır.

Beləliklə də həzrət Məsumə (ələyha-salam) və imam Rza (ələyhis-salam) bir ata-anadan dünyaya gələn bacı və qardaşdılar.

O həzrət hicri-qəməri tarixi ilə 173-cü il, Ziqədə ayının 1-də müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır.

Uşaqlıq dövranında ikən Bağdad şəhərində Harunun zindanında həbs olunmuş atasının şəhid edilməsi hadisəsi ilə üzləşmiş və ondan sonra qardaşı həzrət imam Rza (ələyhis-salam) onu öz himayəsi altına alaraq saxlamışdır.

Hicri-qəməri tarixi ilə 200-cü ildə Məmun Abbasinin təkid və hədə-qorxularından sonra imam Rza (əleyhis-salam) sürgünə bənzəyən Mərv səfərinə düzəlmiş və yanında Əhli-beytindən heç bir kəs olmayan halda Xorasana getmişdir.

Qardaşının hicrətindən bir il keçdikdən sonra, imam Rza (ələyhis-salam)-ı görmək şövqündə olan həzrət Məsumə (ələyha salam) bir dəstə qardaşı və qohumu ilə Xorasana tərəf yola düşdü.

Keçdikləri bütün şəhər və məhəllələrdə xalq onları təntənə ilə qarşılayır, onlara məhəbbət və qonaqpərvərlik göstərirdi.

Həzrət Məsumə (ələyha salam) da böyük bibisi həzrət Zeynəb (ələyha salam) kimi qardaşı imam Rza (əleyhis-salam)-ın məzlumiyyəti və qürbətini mömin və müsəlman xalqlara çatrırır, həmçinin onlara özü və Əhli-beytin Bəni-Abbasın hiyləgər hökumətinə qarşı olan müxalifətini bəyan edirdi.

Karvan «Savə» şəhərinə çatdıqda, hökumət məmurlarının himayə etdiyi bir dəstə Əhli-beyt müxalifləri onların qabağını kəsərək onlarla vuruşmağa başladılar.

Nəticədə təxminən karvanın bütün kişiləri şəhid olub, bir rəvayətə əsasən həzrət Məsumə (ələyha salam) isə zəhərləndi.

Hər halda o həzrət ya çoxlu qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələndi və Xorasana getməkdən aciz qalıb, Qum şəhərinə tərəf yola düşdü.

O həzrət soruşdu: Bu «Savə» şəhərindən «Qum» şəhərinədək nə qədər yol vardır?

Yolun miqdarını o həzrətə dedikdə, buyurdu: «Məni Qum şəhərinə aparın. Çünki atamdan eşitmişdim ki, (belə) buyururdu: «Qum şəhəri bizim şiələrimimzin mərkəzidir».

Qum şəhərinin ağsaqqalları bu sevindirici xəbəri eşitdikdə, o həzrəti (ə) qarşılamağa getdilər.

«Əşəri» qəbiləsinin ağsaqqalı «Musa ibn Xəzrəc» o həzrətin dəvəsinin cilovunu tutmuş, xalqın çoxu isə piyada və minik halında həzrətin əyləşdiyi kəcavəni əhatəyə almışdılar. Həzrət Məsumə (ələyha salam) hicri-qəməri tarixi ilə 201-ci ilin təqribən Rəbiul-əvvəl ayının 23-də müqəddəs Qum şəhərinə daxil oldu.

Daha sonra «Mir meydanı» adlanan bir yerdə (Musa ibn Xəzrəcin şəxsi mənzili qarşısında) kəcavədən enib, onun qonağı oldu.

O həzrət on yeddi gün müddətində bu şəhərdə yaşamış və bu müddətdə ibadətlə məşğul olmuşdur. O həzrətin ibadət etdiyi yer, bu günədək «Sittiyyə mədrəsəsində» - «Beytun-nur» adı ilə məşhurdur. O yer ziyarətgah sayılır.

Beləliklə də Rəbius-sani ayının onu və başqa rəvayətə əsasən on ikisi (201 h. q.), həzrət öz qardaşı imam Rza (əleyhis-salam)-ı görmədən, qürbət yerdə böyük qəm-qüssə ilə dünyasını dəyişib, şiələri matəmə qərq etdi.

Qum əhalisi o həzrətin pak bədənini böyük təntənə ilə bu günkü hərəm yerində olan o zamankı «Babilan bağına» apardılar.

Qəbr hazır olduqda, o həzrətin kimin əli ilə dəfn edilməsində çətinliklə üzləşdilər.

Elə bu vaxt qiblə tərəfdən üzlərinə niqab çəkmiş iki atlı sürətlə onlara yaxınlaşdı. Namaz qıldıqdan sonra onlardan biri qəbrin içərisinə daxil oldu, digəri isə həzrətin pak cəsədini qaldıraraq ona verdi.

O iki nəfər işlərini qurtardıqdan sonra heç bir kəslə danışmadan öz atlarına minib oradan uzaqlaşdılar.

O iki nəfərin Allah-taalanın iki höccəti sayılan həzrət imam Rza (əleyhis-salam) və imam Cavad (əleyhis-salam) olması nəzərə çarpır. Çünki şəriət qaydalarına əsasən günahsız qadın bədəni günahsız şəxsin əli ilə dəfn olunmalıdır. Belə ki, həzrət Fatimə (ələyha salam)-ı Əmirəl möminin Əli (əleyhis-salam) və həzrət Məryəm (ələyha salam)-ı İsa (ələyhis-salam) şəxsən dəfn etmişdir.

Həzrət Məsumə (əleyhis-salam)-ın dəfnindən sonra Musa ibn Xəzrəc onun müqəddəs qəbrinin üzərində qamışdan toxunmuş həsirdən bir örtük düzəltdi.

Hicri-qəməri tarixi ilə 256-cı ildə isə imam Cavad (əleyhis-salam)-ın qızı Zeynəb (ə), o həzrətin qəbri üzərində ilk dəfə olaraq günbəz tikdirdi.

Beləliklə də həzrət Məsumə (ələyha salam)-ın müqəddəs qəbri Əhli-beyt (əleyhimus-salam)-ın ardıcılları, həmçinin vilayət və imamət aşiqlərinin ziyarətgahı və şəfa yerinə çevrildi.



Müdəricat

İmam Riza əleyhissəlamın həyatı barədə qısa məlumat 3

İmam Riza əleyhissəlamın müasiri olmuş xəlifələr 4

İmam Riza (əleyhissəlam) Harunun dövründə 4

Əmin və Məmun – təfavütlər təzadlar 6

Xəlifə Əminin məğlub olması 7

İmam Riza əleyhissəlamın xəlifə Əminin dövründəki nisbi azadlığı 8

Məmun kimdir? 8

Məmunun xüsusiyyətləri 9

İmam Riza (əleyhissəlam) Məmunun dövründə 10

Məmunun İmam Riza əleyhissəlamı Xorasana dəvət etməsi 11

İmam Rizaya (ə) xilafətin təklifi 13

Həyata keçirilməyən vəliəhdlik məqamı 14

Məmunun, xilafəti imam Rizaya (ə) təklifində qəsdi 15

1. Abbasilərin Məmundan narazılığı 15

2. Əminin daha üstün mövqeyi 16

Məmunun arxalandığı nə idi? 17

1. Ələvilərin Məmuna olan münasibəti 18

2. Ərəblərin Məmuna və yaratdığı sistemə münasibəti 18

3. Əmini öldürmək və arzuların boşa çıxması 19

Çıxılmaz bir vəziyyət 19

Ələvilərin qiyamları 20

Çoxcəhətli çıxış yolu 21

Şübhələr və cavablar 22

İmam Riza əleyhissəlamın vəliəhdliyi qəbul etməsinin səbəbləri 24

İmam Riza (əleyhissəlam) həqiqətən də, vəliəhd olmaq istəyirdimi? 25

Yalnız mənfi mövqe tutmaq düzgün idi 26

İmam Riza əleyhissəlamın Məmunun hiylələri qarşısındakı mənfi mövqeyi 26

Birinci mövqe 27

İkinci mövqe 27

Üçüncü mövqe 27

İmamət məsələsi ilə tövhidin əlaqəsi 28

Dördüncü mövqe 29

Beşinci mövqe 30

Altıncı mövqe 30

Yeddinci mövqe 31

Abbasilər dövründə İslam cəmiyyətinin xüsusi mədəni şəraiti 31

Məmun, fəlsəfə və məntiq 35

Məmun və mötəziləçilik 36

Xarici elmi kitabların tərcüməsi 39

İmam Riza əleyhissəlamın yad fikirlər qarşısında tutduğu mövqe 42

Məmunun elmi müzakirələr təşkil etməkdən əsl məqsədi 43

İmam Riza əleyhissəlamın sair din və məktəblərin nümayəndələri ilə müzakirələri 48

Məmunun səyi 49

Katolikosla bəhs 52

HƏZRƏT FATİMEYİ MƏSUMƏ (ƏLƏYHA SALAM)- IN HƏYATINA BİR BAXIŞ 59

Bağışlayan və mehriban Allahın adı ilə 59




1 Elamül-vəra bi-elamil huda, səh.313.

1 Elamül-vəra bi-elamil huda, səh.313.

2 Əl-üsulu min əl-kafi, c.1, səh.304.

1 Biharül-ənvar, c.48, səh.227.

2 Uyuni-əxbarir-Riza, c.2, səh.226.

1 Əxbari-uyunir-Riza, c.1, səh.226.

2 Biharül-ənvar, c.49, səh.155.

1 İmam Riza əleyhissəlamın həyatı, səh.58-59.

2 Əl-Kamilu fit-tarix, c.6, səh.287.

1 İmam Riza əleyhissəlamın həyatı, mühəqqiq Seyyid Əli, səh.60.

2 Onun necə hamilə olmasını bu cür qeyd edirlər: Harun arvadı Zübeydə ilə şahmat oynayarkən ona uduzur. Zibeydə Haruna deyir ki, uduzduğuna görə mütləq, aşbazxanasının ən eybəcər, ən çirkin kənizi ilə yaxınlıq etməlidir. Bu şərtə razı olmayan Harun Zübeydəni razı salmaq üçün bütün Misir və İraq gəlirini ona verəcəyini bildirir. Ancaq Zübeydə bununla razılaşmır. Harun Ər-Rəşid məcbur olub aşbazxananın ən eybəcər, ən çirkin kənizi olan Məracillə yaxınlıq edir. Bu yaxınlığın nəticəsində Məmun dünyaya gəlir (Həyatül-həyəvan).

1 İmam Riza əleyhissəlamın siyasi həyatı, səh.97-100.

1 İmam Riza əleyhissəlamın həyatı, səh.72.

1 Kəşfül-ğümmə, c.3, səh.65; Əl-İrşad, səh.309.

2 Biharül-ənvar, c.49, səh.117.

3 Biharül-ənvar, c.49, səh.117.

4 Üyuni əxbarir-Riza, c. 2, səh. 194; Biharül-ənvar, c. 49, səh. 91-92.

5 İmam Riza əleyhissəlamın siyasəti həyatı, səh.70-74.

1 Bir fərsəx 6 kilometrə bərabərdir.

2 Kəşfül-ğümmə, c.3, səh.66.

3 Əl-İrşad səh.310.

1 İləlüş-şəraye. c.1. səh.226.

2 Kəşfül-qümmə. c.3. səh.123-128.

1 İmam Riza əleyhissəlamın həyatı, səh.82-87.

2 Kəşfül-ğümmə, c.3, səh.67.

1 İmam Riza əleyhissəlamın siyasi həyatı, səh.97-123.

1 Üyuni əxbarir-Riza, c. 2, səh, 194.

1 İmam Riza əleyhissəlamın həyatı, səh.138-141.

1 Biharül-ənvar, c.49, səh.140; Mənaqibi-Ali-Əbutalib, c.4, səh.364.

1 İmam Riza əleyhissəlamın siyasi həyatı, səh.162-165.

1 Möhkəm qalamdır.

1 İmam Riza əleyhissəlamın siyasi həyatı, səh.168-183.

1 Əl-Fihrist, səh.353.

1 İslam mədəniyyətinin tarixi (Corci Zeydan), c.3, səh.216.

1 İslam mədəniyyətinin tarixi (Corci Zeydan), c.3, səh.212-215.

1 İslamın siyasi tarixi, c.2, səh.296-299.

1 İslam və ərəb mədəniyyətinin tarixi, səh.211.

1 Uyuni-əxbarir-Riza, c.1, səh.179.

2 Uyuni-əxbarir-Riza, c.2, səh.185.

1 Uyuni-əxbarir-Riza, c.2, səh.239.

2 Biharül-ənvar, c.49, səh.175.

1 Rəsül-calut müəyyən bir şəxsin adı deyil, yəhudilərin böyük alimlərinə verilmiş addır.

2 Hürbüzi əkbər zərdüştilərin böyük alimlərinin ləqəbi olmuşdur.

3 Sabiilər özlərini Yəhya peyğəbmərin davamçıları bilirlər.

1 O, nasibi olub Əhli-beytin (əleyhimussəlam) düşmənlərindən idi.

1 Uyuni-əxbarir-Riza, c.1, səh.155.

1 Səviq şərbəti xüsusi şərbət olub undan hazırlanırmış.

1 Barqlit, yaxud Farqlit Həzrət Mühəmmədin (səlləllahu əleyhi və alih) İncildəki adı olmuş, Həzrət İsa (əleyhissəlam) onun gəlməsi barədə ümmətinə müjdə vermişdir. Bu barədə Yuhənnanın İncilinin on dörd, on beş və on altıncı fəsillərində məlumat verilmişdir.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə