Məhdud Məsuliyyətli Cəmiyyəti 31 dekabr 2015-ci IL tarixinə



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix17.09.2018
ölçüsü1,92 Mb.
#69049
1   2   3   4   5   6   7   8   9   ...   14

“Azvirt” MMC 

31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

 

 

 

Konsolidə etmənin əsasları 



Maliyyə Hesabatı “Azvirt’’ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 

“Azvirt Ogranak Beograd” Nümayəndəliyin

 

konsolidə  edilmiş  (birləşdirilmiş)  maliyyə  hesabatlarından  ibarətdir.  Digər  törəmə  müəssisələri  və 



filialları    aktiv  fəaliyyətlə  məşğul  olmamışlar.  31  dekabr    2015-ci  il  tarixinə  Cəmiyyətin  iki  törəmə 

müəssisəsi və dörd nümayəndəliyi  olmuşdur.  



3. 

Əhəmiyyətli uçot siyasətlərinin qəsa məzmunu 

 

 

Valyutaların yenidən hesanması 

 Cəmiyyətin  konsolidə  edilmiş  (birləşdirilmiş)  maliyyə  hesabatları  Azərbaycan  Respublikası    Manatı 

(AZN) ilə göstərilmişdir. Bu "Azvirt" MMC-nin fəaliyyət göstərdiyi iqtisadi mühitin əsas valyutası hesab 

edilir.  Cəmiyyət  daxilindəki  hər  bir  müəssisə  öz  yerli  valyutasını  müəyyən  edir  və  hər  bir  müəssisənin  

hesabatında  olan  maddələr  həmin  valyuta  ilə  hesabalanır.  Xarici  valyuta    ilə    aparılan      əməliyyatlar  

əməliyyatların  aparılma tarixinə  valyuta məzənnəsinə uyğun olaraq yerli valyutada əks etdirilir. Xarici 

valyutada ifadə edilən  monetar aktivlər və öhdəliklər balans tarixində spot məzənnəyə uyğun olaraq yerli 

valyutada  yenidən  hesablanır.  Bu  cür  əməliyyatlardan  yaranan  məzənnə  fərqləri  müvəqqəti  olaraq  pul 

vəsaitlərinin  və  netto  –  investisiyaların  hedcinqləşdirilməsi  (aktivlər  və  öhdəliklərin  dəyərinin 

dəyişməsindən  yaranan  itkilərdən  sığortalamaq  üçün  həyata  keçirilən əməliyyatlar)  kapital  hesabına  aid 

edilmişdirsə, məzənnə fərqləri  mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir. Xarici valyutadakı 

məzənnə fərqlərindəki xərclərə aid olan kreditlər və vergi xərcləri ilkin əməliyyat tarixindəki məzənnəyə 

əsasən  dəyişdirilir.  Xarici  valyutanın  ədalətli  dəyəri  ilə  hesablanan    qeyri-monetar  maddələr  ədalətli 

dəyərin  qəbul  olunduğu  günə  olan  məzənnəyə  əsasən  dəyişdirilir.  Monetar  maddələr  üzrə  mübadilə 

fərqləri mənfəət və ya zərərdə tanınır.  



 

Cəmiyyətin  maliyyə  hesabatlarının  hazırlanmasında  tətbiq  etdiyi  valyuta  mübadiləsi  məzənnələri 

aşağıdakı kimi olmuşdur: 

 

2015 



2014 

1 ABŞ dolları/AZN 

1.5594 

0.7844 


1 Avro/AZN 

1.7046 


0.9522 

1 AZN/RSD 

121.6261 

126.8028 



Gəlirlərin tanınması 

Gəlir müəssisəyə gələcəkdə iqtisadi səmərənin daxil olması və onların etibarlı əsasda qiymətləndirilməsi 

ehtimalı  olduqda  tanınır.    Gəlirin  məbləği,  alış-satış  ilə  bağlı  hər  hansı  güzəşt  məbləğləri  və  müəssisə 

tərəfindən edilmiş güzəştlər nəzərə alınmaqla, alınmış və ya alınacaq vəsaitlərin ədalətli dəyəri ilə ölçülür.  

Satışdan gəlir aşağıdakı qaydada tanınır:  

(a)

 

Malların satışı  

Malların  satışından  gələn    gəlir,    mülkiyyət  hüququ  ilə  bağlı  mühüm  risklərin  və  mülkiyyətlə  bağlı 

mükafatların müəssisə tərəfindən alıcıya ötürülən zaman,  adətən mallar alıcıya çatdırılanda tanınır.  

(b)

 

Xidmətlərin göstərilməsi 

Hesabat  dövründə  yükdaşıma  xidmətləri  ilə  bağlı  olan  gəlirlər  xidmət  göstərildikdə  və    konkret 

köçürmələrin  tələb  olunması  dayandırıldıqdan  sonra  tanınır.  Xidmətin  yerinə  yetirilmə  dərəcəsi  faktiki 

olaraq  görstərilmiş  xidmətlərin  məbləğinin  müqavilə  üzrə  göstərilməli  olan  dəyərin  nisbəti  kimi 

hesablanır.  Tələb  olunan  konkret  köçürmələrin  bitmə  dərəcəsi  faktiti  xidmətlərin  dəyərinin  gələcəkdə 

realizə ediləcək xidmətlərin dəyərindəki payı kimi qiymətləndirilir.  



(c)

 

Faiz gəlirləri 

Faiz  gəlirləri  effetiv  faiz  dərəcəsi  metodu  istifadə  edilməklə  zaman  tənasüblüyü    əsasında  tanınır.  Faiz 

gəlirləri mənfəət və zərərlər hesabatında maliyyə gəlirləri başlığı altında qeyd olunur. 



“Azvirt” MMC 

31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

 

 

 

(d)



 

İcarə gəlirləri 

Lizinq  əməliyyatlarından  icarə  gəlirləri  lizinqin  müddətinə  müvafiq  olaraq  düz  xətli  metod  tətbiq 

edilməklə tanınır 

 

Vergilər 

(a)

 

Cari mənfəət vergisi 

Cari  mənfəət  vergisi,  cari  və  ya  əvvəlki  dövrlər  üzrə  vergiyə  cəlb  edilən  və  ya  zərər  ilə  əlaqədar  vergi 

orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) məbləği təşkil edir. Vergi dərəcəsi 

və vergi qanunları, göstərilmiş və ya mühasibat balansı ilə sabit göstərilən məbləğləri hesablamaq üçün 

istifadə olunur. 

 

(b)



 

Təxirə salınmış mənfəət vergisi 

Təxirə  salınmış  mənfəət  vergisi  öhdəliklər  metodu  istifadə  edilməklə,  aktivlərin  və  öhdəliklərin 

vergitutma bazası ilə onların maliyyə hesabatlarında əks  etdirilmiş balans dəyəri arasında meydana çıxan 

bütün zaman fərqləri üzrə müəyyən edilir.  

 

Təxirə salınmış vergi öhdəlikləri vergiyə cəlbolunan bütün zaman fərqləri əsasında tanınır. Yalnız: 



  Təxirə salınmış vergi öhdəlikləri qudvilin, aktivin və ya öhdəliyin biznes birləşməsi əməliyyatından 

başqa  ilkin  tanınma  zamanı  əmələ  gəlir. Qeyd  olunan  əməliyyat  nə  uçot  nə  də  vergiyə  cəlb  olunan 

mənfəətə heç bir təsir etmir; və 

  Aşağıdakı hər iki şərtə cavab verən hissəsi istisna olmaqla, müəssisə, törəmə və asılı müəssisələrinə, 



filiallara  və  birgə  müəssisələrdə  iştirak  paylarına  investisiyalar  ilə  əlaqədar  bütün  vergi  tutulan 

müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi öhdəliyini tanımalıdır: 

1) əsas müəssisə, investor və ya sahibkar müvəqqəti fərqin bərpa olunmasının vaxt üzrə  paylanmasını 

idarə edə bilər; və 

2) müvəqqəti fərqin yaxın gələcəkdə bərpa olunmayacağı ehtimalı var. 

 

Aktivin  tanınması  müəssisəyə  gələcək  dövrlərdə  daxil  olacaq  iqtisadi  səmərələr  şəklində  həmin  aktivin 



balans  dəyərinin  bərpa  olunmasını  nəzərdə  tutur.  Aktivin  balans  dəyəri  onun  vergi  bazasından  artıq 

olduğu zaman, vergi tutulan iqtisadi  səmərələrin məbləği vergi məqsədləri üçün çıxılmasına yol verilən 

məbləğdən  artıq  olacaq.  Bu  fərq  vergi  tutulan  müvəqqəti  fərqdir,  yaranan  mənfəət  vergisini  gələcək 

dövrlərdə ödəmək öhdəliyi isə təxirə salınmış vergi öhdəliyidir. Aktivin balans dəyəri bərpa olunduqca, 

vergi  tutulan  müvəqqəti  fərq  bərpa  olunacaq  və  müəssisə  vergi  tutulan  mənfəət  əldə  edəcəkdir.  Bu, 

iqtisadi səmərələrin müəssisədən vergi ödənişləri şəklində xaric olacağı ehtimalını yaradır. Yalnız: 

  vergi  tutulan  müvəqqəti  fərqlər  üzrə  təxirə  salınmış  vergi  aktivi,  aktiv  və  ya  öhdəliyin  biznes 



birləşməsi əməliyyatından başqa ilkin tanınma zamanı əmələ gəlir. Qeyd olunan əməliyyat nə uçot nə 

də vergiyə cəlb olunan mənfəətə heç bir təsir etmir; və 

  vergi tutulan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi aktivinin istifadəsi, müəssisə, törəmə və asılı 



müəssisələrinə,  filiallara  və  birgə  müəssisələrdə  iştirak  paylarına  investisiyalar  yatırılan  zaman, 

mövcud  olan  vergi  tutulan  müvəqqəti  fərqlərin  bərpa  olunmasından  yaranan  mənfəətdən  artıq  olan 

gələcək vergi tutulan mənfəətdən asılı olduqda mümkündür. 

  

Təxirə  salınmış  vergi  aktivinin  balans  dəyəri  hər  balans  hesabatı  tarixində  yoxlanılmalıdır.  Müəssisə 



balans  dəyərini,  bu təxirə  salınmış  vergi aktivinin  tam məbləği  və  ya  onun  bir  hissəsindən  səmərə əldə 

etməyə yol verən kifayət qədər vergi tutulan mənfəətin əldə olunacağı ehtimalının artıq olmadığı dərəcədə 

azaltmalıdır.  Hər  hansı  belə  azalma  kifayət  qədər  vergi  tutulan  mənfəətin  əldə  olunacağı  ehtimalının 

yarandığı dərəcədə bərpa olunmalıdır. 

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri, balans hesabatı tarixinə qədər qüvvədə olan və ya mahiyyət 

etibarilə qüvvədə olan vergi dərəcələri (və vergi qanunvericiliyi) əsasında aktivin realizasiya olunduğu və 

ya öhdəliyin yerinə yetirildiyi dövrə tətbiq ediləcəyi gözlənilən vergi dərəcələri ilə qiymətləndirilməlidir. 

(c)

 

Satış vergisi 



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə