Məhdud Məsuliyyətli Cəmiyyəti 31 dekabr 2015-ci IL tarixinə



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix17.09.2018
ölçüsü1,92 Mb.
#69049
1   2   3   4   5   6   7   8   9   ...   14

“Azvirt” MMC 

31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

 

 

10 

 

Gəlirlər, xərclər və aktivlər hesabatda satış vergisi çıxılmaqla göstərilir. Vergi orqanlarına ödəniləcək və 



ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) satış vergisi xalis məbləğlə hesabat balansında göstərilir.  

 

Maliyyə aktivləri 

(a)

 

İlkin tanınma 

Maliyyə aktivləri,  ədalətli dəyərlə mənfəət və zərər, kreditlər və debitor borcları, ödəniş müddətinə qədər 

saxlanılan investisiyalar, satış üçün mövcud olan maliyyə aktivləri və törəmə aktivləri növlərinə bölünür. 

Cəmiyyət ona məxsus maliyyə aktivlərinin ilkin tanınma zamanı hansı növə aid olduğunu özü təyin edir. 

Maliyyə aktivləri ilkin olaraq ədaləti dəyər və alışla bağlı digər xərcləri üzərinə gəlməklə tanınır. 

Cəmiyyətə  məxsus  maliyyə  aktivləri  deyərkən  pul  və  qısamüddətli  depozitər,  ticari  və  digər  debitor 

borcları, kreditlər və debitor borcları, katirovka olunan və olunmayan maliyyə alətləri başa düşülür. 

 

(b)



 

Maliyyə aktivlərinin növbəti ölçülməsi 

Maliyyə aktivlərinin növbəti ölçülməsi aşağıdakı kimi təsnifləşdirilir: 

  

Mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərdə əks olunan maliyyə aktivləri 

Müddəti  təyin  olunmuş  maliyyə  aktivinə  münasibətdə,  mənfəət  və  ya  zərərlər  effektiv  faiz  dərəcəsi 

metodundan istifadə olunaraq ödəmə müddəti başa çatana qədər saxlanılmış investisiyanın qalan ömründə 

mənfəət və ya zərərə silinməlidir. Satış üçün mövcud olan maliyyə alətləri dedikdə şirkət tərəfindən yaxın 

gələcəkdə satılmaq məqsədilə alınmış maliyyə aktivləri nəzərdə tutulur. Bu kateqoriyaya hedcinq zamanı 

39 No BMUS-ın tələblərinə cavab verməyən törəmə alətləri aiddir. Törəmələr, əlaqəli törəmələr də daxil 

olmaqla  effektiv  hedcinq  alətləri  olana  qədər  satış  ücün  mövcud  olan  maliyyə  aktivləri  kimi 

təsnifləşdirilir. Ədalətli dəyərdə baş vermiş dəyişikliyin nəticəsi ilkin tanınma zamanı muəssisə tərəfindən 

mənfəət və zərər haqqında hesabatda tanınaraq, ədalətli dəyərlə muəyyən edilən maliyyə aktivi balansda, 

maliyyə aktivinə aid mənfəət və ya zərər isə mənfəət və zərər hesabatında öz əksini tapır. 

 

Cəmiyyət  mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərdə heç bir maliyyə aktivi göstərməmişdir.  



 

Əlaqədar törəmə alətin iqtisadi əlamətləri və riskləri baş müqavilənin iqtisadi əlamətləri və risklərinə sıx 

sürətdə aid edilmirsə, əlaqədar törəmə alət baş muqavilədən ayrılmalı, ədalətli dəyərdə qeydə alınmalı və 

bu  Standart  əsasında  törəmə  alət  kimi  uçota  alınmalıdır.  Bu  əlaqədar  törəmə  alətləri  mənfəət  və  zərər 

hesabatında  göstərilən  ədalətli  dəyərin  dəyişməsindən  yaranan  gəlir  və  zərərlə  birlikdə  ədalətli  dəyərdə 

hesablanır. Yenidən qiymətləndirmə ancaq müqavilənin şərtlərində dəyişiklik olarsa baş verər. 

 

Kreditlər və debitor borcları 

Kreditlər və debitor borcları fəal bazarda kotirovka olunmayan, təsbit edilmiş və ya müəyyən edilə bilən 

ödənişli  qeyri-törəmə  maliyyə  aktivləridir.  Belə  maliyyə  aktivləri  effektiv  faiz  dərəcəsi  metodu  tətbiq 

olunaraq  amortizasiya  olunmuş  dəyərlə  qiymətləndirilir.  Kreditlər  və  debitor  borclarının  tanınması 

dayandırılarsa  və  dəyərdən  düşərsə  əldə  olunan  mənfəət  və  zərər,  mənfəət  və  zərər  hesabatında  əks 

olunur.   

 

Maliyyə öhdəlikləri 

İlkin tanınma 

BMUS  39-un  əhatə  dairəsinə  görə  maliyyə  öhdəlikləri,  ədalətli  dəyərlə  mənfəət  və  zərər,  kreditlər  və 

borclar və effektiv hedcinqdə hedcinq alətləri kimi göstərilən törəmə öhdəlikləri növlərinə bölünür. Şirkət 

ona məxsus maliyyə öhdəliklərinin ilkin tanınma zamanı hansı növə aid olduğunu özü təyin edir. 

 

Maliyyə  öhdəlikləri  ilkin  olaraq  ədaləti  dəyərlə,  kredit  və  borclar  isə  onların  əldə  olunması  ilə  bağlı 



xərclərlə tanınır. 

Cəmiyyətə  məxsus  maliyyə  öhdəlikləri  deyərkən  ticari  və  digər  kreditor  borcları,  bank  overdraftları, 

kreditlər və kreditor borcları, maliyyə təminatı müqavilələri və törəmə maliyyə alətləri başa düşülür. 



“Azvirt” MMC 

31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

 

 

11 

 

Maliyyə öhdəliklərinin növbəti ölçülməsi 



Maliyyə öhdəliklərinin növbəti ölçülməsi aşağıdakı kimi təsnifləşdirilir: 

 

Mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərdə əks olunan maliyyə öhdəlikləri 

Müddəti  təyin  olunmuş  maliyyə  öhdəlikləri    münasibətdə,  mənfəət  və  ya  zərərlər  effektiv  faiz  dərəcəsi 

metodundan istifadə olunaraq ödəmə müddəti başa çatana qədər saxlanılmış investisiyanın qalan ömründə 

mənfəət və ya zərərə silinməlidir.  

 

Satış üçün mövcud olan maliyyə öhdəlikləri dedikdə şirkət tərəfindən yaxın gələcəkdə satılmaq məqsədilə 



alınmış maliyyə aktivləri nəzərdə tutulur. 

 

Bu kateqoriyaya hedcinq zamanı BMHS 39-un tələblərinə cavab verməyən törəmə alətləri aiddir.  



 

Satış üçün nəzərdə tutulmuş öhdəliklərdə gəlirlər və zərərlər mənfəət və zərər hesabatında göstərilir. 

 

Cəmiyyət  mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərdə heç bir maliyyə öhdəliyi göstərməmişdir.  



 

Kreditlər və borclar 

İlkin  tanınmadan  sonra,  effektiv  faiz  dərəcəsi  metodu  tətbiq  olunaraq  faiz  gəliri  gətirən  öhdəliklər 

amortizasiya edilmiş dəyərlə hesablanır. 

 

Mənfəət və ya zərər amortizasiya prosesi zamanı və ya öhdəliyin tanınması dayandırılan zaman mənfəət 



və zərər hesabatında tanınır. 

 

Maliyyə zəmanətli müqavilələr 

Cəmiyyət  tərəfindən  buraxılan  maliyyə  zəmanətli  müqavilələr,  debitor  tərəfindən  müqavilə  şərtlərinə 

əməl  etməyərək  vaxtında    ödəniş  etməzsə  səhm  sahibinə  dəyən  ziyanın  ödənişini  nəzərdə  tutan 

müqavilələrdir. Maliyyə zəmanətli müqavilələr ilkin olaraq ədalətli dəyərdə öhdəlik kimi və müqavilənin 

baglanmasına çəkilən xərclər daxil olmaqla qəbul edilir. Bundan sonra, öhdəlik balans hesabatı tarixində 

cari öhdəliyin  yerinə  yetirilməsi üçün tələb olunan xərclərin və  ya tanınmış məbləğdən amortizasiyanın 

fərqi arasından ən böyüyü kimi qəbul edilir. 

 

Maliyyə alətlərinin ədalətli dəyəri 

Fəal  bazarda  alınıb-satılan  maliyyə  aləti  üçün  ədalətli  dəyərin  təyin  edilməsində  məqsəd,  müəssisənin 

birbaşa daxil ola bildiyi daha səmərəli fəal bazarda, bu maliyyə aləti üçün balans tarixində əməliyyatın 

baş verə bildiyi qiymətə gəlib çatmaqdır.  Əgər maliyyə aləti ilə bağlı bazar fəal deyilsə, onda müəssisə 

qiymətləndirmə  metodundan  istifadə  edərək  ədalətli  dəyəri  muəyyən  edir.  Qiymətləndirmə  metodları 

sonuncu  bazar  əməliyyatlarının  hayata  keçirilməsi  uzrə  müstəqil,  yaxşı  məlumatlandırılmış  və  maraqlı 

olan tərəflər arasında razılaşmanı  əhatə edir, əgər mümkündürsə, əslində eyni olan başqa bir alətin cari 

ədalətli dəyərinə istinad edir, pul vəsaitlərinin hərəkətinin təhlilini və opsion qiymətləndirmə modellərini 

diskontlaşdırır.  

 

Maliyyə alətlərinin amortizasiya edilmiş dəyəri 

Maliyyə  aktivi  və  ya  maliyyə  öhdəliyinin  amortizasiya  edilmiş  dəyəri,  əsas  məbləğ  üzrə  ödəmələr 

çıxılmaqla,  effektiv  faiz  metodunun  istifadəsi  ilə  ilkin  məbləğ  ilə  ödəmə  məbləği  arasındakı  hər  hansı 

fərqin  məcmu  amortizasiyası  üstəgəl  və  ya  çıxılmaqla  və  dəyərdən  düşmə  və  ya  umidsiz  borclar  ilə 

əlaqədar  hər  hansı  azalma  çıxılmaqla    maliyyə  aktivi  və  ya  maliyyə  öhdəliyinin  ilkin  tanınma  zamanı 

qiymətləndirildiyi məbləğdir. 

Maliyyə aktivlərinin dəyərdən düşməsi 

Cəmiyyət  hər  hesabat  tarixinə  dəyərdən  düşmə  ilə  bağlı  sübutlar  olduqda  aktivləri  yenidən 

qiymətləndirməlidir.  Sübutların  olduğu  halda  aktivlər  dəyərdəndüşmə  üçün  test  ediliməlidir.  Bu  halda 



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə