Məhdud Məsuliyyətli Cəmiyyəti 31 dekabr 2015-ci IL tarixinə



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix17.09.2018
ölçüsü1,92 Mb.
#69049
1   2   3   4   5   6   7   8   9   10   ...   14

“Azvirt” MMC 

31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

 

 

14 

 

Forvard  mübadilə  dərəcəsi  oxşar  ödənilmə  tarixi  bitən  maliyyə  alətləri  müqavilələrinin  cari  mübadilə 



tarixinə olan dərəcələri ilə ölçülür. Faizli svop müqaviləsinin ədalətli dəyəri oxşar maliyyə aktivinin cari 

bazar qiymətinə əsaslanaraq hesablanır. 

 

Hedc zamanı uçot məqsədləri üçün hedclər aşağıdakı növlərə ayrılır: 



  ədalətli dəyər hedcinqi: tanınmış aktivin və ya öhdəliyin və ya tanınmamış sərti öhdəliyinin ədalətli 

dəyərində dəyişikliklərə məruz qalmanın hedcinqi, 

  pul  vəsaitləri  hərəkətinin  hedcinqi:  pul  vəsaitlərində  dəyişkənliyə  məruz  qalmanın  hedcinqi,  o,  (i) 



tanınmış  aktiv  və  ya  öhdəliklə  əlaqələndirilən  ciddi  bir  riskə  ya  da  yuksək  ehtimalla  proqnozlaşdırılan 

əməliyyata aiddir və 

  xarici əməliyyatda xalis investisiyanın hedcinqi. 



 

Hedcinqin  başlanğıcında  hedcinq  əlaqəsinin  rəsmi  qeydiyyatı  və  sənədləşdirilməsi  və  hedcinqi  qəbul 

etməyə görə müəssisənin risklərin idarəedilməsi məqsədi və strategiyası durur. Bu sənədləşməyə hedcinq 

alətinin, hedcinq edilmiş alət və ya əməliyyatın müəyyən olunması, hedcinq edilən riskin xüsusiyyəti və 

hedcinq edilmiş riskə aid edilə bilən pul vəsaitləri və ya hedcinq edilmiş maddənin ədalətli dəyərindəki 

dəyişikliklərə  məruz  qalmanın  əvəzi  ödənilən  zaman  müəssisənin  hedcinq  alətinin  səmərəliliyini  necə 

təyin edəcəyi daxildir. Hedcinq edilmiş risklərə aid edilə bilən pul vəsaitlərindəki və ya ədalətli dəyərdəki 

dəyişikliklərin  əvəzedilməsinə  nail  olunmasında  həmin  ciddi  hedcinq  əlaqələri  ucun  orijinal  olaraq 

sənədləşdirilmiş  risklərin  idarəetmə  strategiyasına  uyğun  şəkildə  hedcinqin  yüksək  səmərə  verəcəyi 

gözlənilir. 



 

Torpaq, tikili və avadanıqlar 

Tikili  və  avadanlıqlar  onların  maya  dəyəri,  toplanmış  amortizasiya  məbləği  və  dəyərdən  düşmə  fərqi 

cıxılmaqla  hesabatda  öz  əksini  tapır.  Maya  dəyəri  dedikdə  tikili  və  avadanlıqların  hissələrinin 

dəyişdirilməsinə çəkilən xərclər, uzunmüddəli tikinti müqavilələri zamanı çəkilən borclar üzrə məsrəflər 

(tanınma meyarlarına uyğun  gələrsə) daxil olmaqla hesablanır. Eyniylə əsaslı təftişin aparılması zamanı 

yoxlamaya  cəkilən  məsrəflər,  tanınma  meyarlarına  uyğun  gəldikdə,  tikili  və  avadanlıqların  balans 

dəyərində  əvəzləşdirmə  kimi  tanınır.  Tikili  və  avadanlıqlara  çəkilən  bütün  digər  xərclər  cari  dövrün 

xərcləri  kimi  tanınaraq  mənfəət  və  zərər  hesabına  silinir.  Tikili  və  avadanlıqların  istismardan 

çıxarılmasına çəkilən xərclərin cari diskontlaşdırılmış dəyəri üçün yaradılmış ehtiyat tanınma meyarlarına 

uyğun gələrsə müvafiq əsas vəsaitin dəyərinə aid edilir. Əsas vəsaitlərin istismardan çıxarılması ilə bağlı 

əlavə məlumat əldə etmək üçün ehtiyatlara istinad edilir.  

 

Torpaq  və    binalar,  binaların  amortizasiya  məbləğinin  və  yenidənqiymətləndirmədən  sonra  baş  vermiş 



dəyərdən düşmə məbləğinin ədalətli dəyərdən çıxılması ilə hesablanır. Yenidənqiymətləndirmə, yenidən 

qiymətləndirilmiş aktivin ədalətli dəyərinin balans dəyərindən fərqlənmədiyindən əmin olmaq üçün tez-

tez aparılır. 

 

Əgər yenidənqiymətləndirmə nəticəsində aktivin balans dəyəri azalarsa, bu zaman həmin azalma mənfəət 



və zərər haqqında hesabatda tanınmalıdır. Lakin, əgər əvvəlki tarixlərdə aparılan yenidənqiymətləndirmə 

nəticəsində hər hansı yenidənqiymətləndirmə artımı yaranmışsa və o artım yenidənqiymətləndirmə başlığı 

altında  kapitalın  kreditinə  yazılmışsa,  hər  hansı  növbəti  hesabat  tarixində  yaranan  azalma 

yenidənqiymətləndirmə hesabının kredit qalığı müqabilində həmin hesabın debitinə yazılmalıdır. 

 

Bölüşdürülməmiş mənfəətə köçürülmüş artımın məbləği aktivin  yenidənqiymətləndirilmiş balans dəyəri 



əsasında  hesablanmış  amortizasiyası  ilə  aktivin  ilkin  dəyəri  əsasında  tanınan  amortizasiyası  arasındakı 

fərqi təşkil edir. Yenidənqiymətləndirmə tarixinə hər hansı yığılmış amortizasiya məbləği aktivin ümumi 

balans  dəyərinə  qarşı  silinir,  xalis  məbləğ  isə  yenidən  qiymətləndirilən  məbləğə  bərabər  olması  üçün 

yenidən  təqdim  edilir.  Satış  zamanı,  satılan  aktivin  yenidənqiymətləndirmə  ehtiyatındakı  payı 

bölüşdürülməmiş mənfəətə köçürülür. 



“Azvirt” MMC 

31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

 

 

15 

 

 



Aktivlərin  amortizasiyası  azalan  qalıq  dəyəri  metodu  istifadə  olunmaqla  istismar  müddəti  boyunca 

aşağıdakı qaydada hesablanır:      

  Binalar 



35-50 il 

  Maşın və avadanlıqlar  



7-15 il 

  Nəqliyyat vasitələri  



8-15 il 

  Mebel və təsərrüfat inventarları 3-5 il  



  Sair əsas vəsaitlər  

8-15 il   

 

Torpaq, tikili və avadanlıqlar obyektinin balans dəyərinin tanınması, aktivin silinməsi (satışı) nəticəsində 



və  ya  aktivin  istifadəsindən  və  ya  onun  silinməsindən  (satışından)  gələcəkdə  iqtisadi  səmərənin  əldə 

ediləcəyi  ehtimal  olunmadığı  hallarda  dayandırılır.  Torpaq,  tikili  və  avadanlıq  obyektinin  tanınmasının 

dayandırılması  üzrə  yaranan  gəlir  və  ya  zərər  (bu  obyektin  balans  dəyəri  ilə  xaricolma  üzrə  xalis 

daxilolma  məbləği  arasındakı  fərq  kimi  müəyyənləşdirilir)  aktivin  tanınmasının  dayandırıldığı  ildə 

mənfəət və zərər hesabatında göstərilir. 

Aktivlərin  son  qalıq  dəyərləri,  faydalı  istifadə  müddəti  və  amortizasiya  metodları  hər  hesabat  tarixinin 

sonunda yenidən baxılır və uyğun gələrsə perspektiv şəkildə düzəlişlər edilir. 

 

Lizing 

Icarə razılaşmalarının müəyyən edilməsi ya lizinqin başlanğıc tarixində olan razılaşmaya əsaslanır yaxud 

aktivlə bağlı razılaşmaya dair istifadə hüququna əsaslanır. 

 

Borclar üzrə məsrəflər 

Şərtlərə cavab verən aktivin əldə olunması, tikilməsi və ya istehsalı ilə birbaşa əlaqəli olan borclar üzrə 

məsrəflər,  həmin  aktivin  dəyərinin  bir  hissəsi  kimi  kapitallaşdırılmalıdır.  Bütün  digər  hallarda  borclar 

üzrə məsrəflər baş verdiyi tarixdə mənfəət və zərərə silinir. Borclar üzrə xərclərə faiz dərəcəsi və borcun 

əldə edilməsinə çəkilən digər xərclər daxildir. 

 

Nizamnamə kapitalı 

Nizamnamə payı kapital kimi təsnifləşdirilir. Cəmiyyətin nizamnamə kapitalı 129 min manatdır.  

 

Pul vəsaitləri və qısamüddətli depozitlər 

Pul  vəsaitləri    və  onların  ekvivalentləri  maddəsində  kassada  olan  nəğd  pul  vəsaitləri,  yolda  olan  pul 

köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank 

overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüsəklikvidli investisiyalar əks etdirilir. 

Pul vəsaiti hərəkətinin məqsədləri üçün, pul vəsaitləri və onun ekvivalentləri yuxarıda göstərildiyi kimi 

pul vəsaitləri və qısamüddətli depozitlərdən (bank overdraftları istisna olmaqla) ibarətdir.    



Ehtiyatlar 

Ehtiyatlar  iki göstəridən  ən aşağı malik olan qiymət üzrə əks etdirilirlər: 

      Maya dəyəri 



      Xalis satış dəyəri     

Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə  (FİFO metodu)  hesablanır. Hazır məhsulun 

və    bitməmiş  istehsalın  maya  dəyərinə  xammal      və  material  xərcləri,  istehsal    işçilərinin  əmək  haqqı 

xərcləri, sair birbaşa xərclər,  həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Xalis satış dəyəri – 

adi təsərrüfat fəaliyəti zamanı qiymətləndirilmiş  mümkün satış qiyməti ilə satış üzrə fərqlər arasındakı 

fərq məbləğidir. Ehtiyatların dəyərinə, bu xammal  və  material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan  

və    müvafiq  pul  axının    hedcinqləşdirilməsi  alətləri    üzrə  mənfəət  və  zərərlər  hesabından  keçirilmiş 

zərərlər daxil edilir. 

Alıcı və sifarişçilərdən debitor borclar 



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə