Məhdud Məsuliyyətli Cəmiyyəti 31 dekabr 2015-ci IL tarixinə



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix17.09.2018
ölçüsü1,92 Mb.
#69049
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

“Azvirt” MMC 

31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

 

 

16 

 

Alıcılar  və  sifarişçilərlə  hesablaşmalar  ilkin  olaraq  ədalətli  dəyər  üzrə  əks  etdirilir.  Sonradan  isə 



qiymətdən düşmə ehtiyatlarınnın (rezervlərinin) yaradılması metodu ilə  amortizasiya olunmuş dəyər ilə 

uçota alınır. Alicilar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə  ehtiyatları (rezervi) o halda 

yaradılır  ki,  elə  obyektiv  sübutlar  mövcuddur  ki,  Cəmiyyət  tərəfindən  ilkin  maliyyələşmə  nəticəsində 

yaranmış  bütün  debitor  borclarının  yığılması  mümkün  deyildir  və    ya  bütün  debitor  borclarının 

ödənilməsi  mümkünsüzdür.  Ehtiyatların  (rezervin)  məbləği  aktivin  balans  dəyəri  ilə  pul  vəsaitləri 

axınının  effektiv  faiz    dərəcəsi  nəzərə  alınan  fərz  edilən  diskontlaşdırılmış  dəyəri  arasındakı  fərqdir. 

Ehtiyatların (rezervin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. 

Dividendlərin verilməsi 

Cəmiyyətn  təsisçilərinə  dividendlər  maliyyə  hesabatlarında  öhdəlik  kimi  o  dövrdə  tanınır  ki,  həmin 

dövrdə Cəmiyyətin təsisçiləri tərəfindən  təsdiq  edilmişdir (qərar qəbul edilmişdir).   

Maliyyə risklərinin idarə edilməsi 

Maliyyə risk faktorları 

Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski ( valyuta riskləri, faiz dərəcələrinin 

dəyişməsinin  ədalətli dəyərə təsir riski  və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz 

dərəcələrinin  dəyişməsinin  pul  vəsaitləri  axınına  təsir  riski.  Cəmiyyətin  risklərin  idarə  olunması  üzrə 

proqramı,  maliyyə  risklərinin    qabaqcadan  müəyyən  edilə  bilinməməsi  amilinə  cəmləşdirilmişdir  ( 

fokusuna  yığılmışdır)  və  Cəmiyyətin  fəaliyyətinin  maliyyə  nəticələrinə  potensial  əlverişsiz  təsirinin 

minimallaşdırılmasına  yönəldilmişdir.  Cəmiyyət  müəyyən    risklərin  hedcinqləşdirilməsi  üçün  törəmə 

maliyyə alətlərindən istifadə edir. 



(a)

 

Bazar riski 

Valyuta riski 

Cəmiyyət beynəlxalq iqtisadi əlaqələrə sahibdir  və ona  görə də, xarici valyuta kurslarının ( əsasən, ABŞ 

dollar, Avro, Böyük Britaniya funt sterlinqi, rus rublu və s. ) dəyişməsindən valyuta risklərinə meyillidir. 

Gələcək  kommersiya  sövdələşmələri, tanınmış  aktivlər  və öhdəliklər,  həmçinin xarici şirkətlərə  netto- 

investisiyalara münasibətdə mübadilə kurslarının dəyişməsi riski mövcuddur. 

Qiymət riski 

Cəmiyyət  mallar üzrə qiymət riskinə mübtəla deyildir. Qiymətlər xidmət bazarında tələbatdan, göstərilən 

xidmətlərin  keyfiyyətindən  və    bu  xidmətləri  təklif  edən  digər  şirkətlərlə  rəqabətdən  formalaşır  və 

tənzimlənir. 



(b)

 

Kredit riski  

Cəmiyyət  əhəmiyyətli  kredit  risklərinə  mübtəla  deyildir.  Şirkətdə  etibarlı  kredit  tarixinə  məxsus  olan 

alıcıların  ödəmə  qabiliyyətli  olmasına  inamı  təmin  edən  prosedurlar  işlənmişdir.  Törəmə  alətlərlə 

sövdələşmələr  və pul əməliyyatları yalnız  yüksək ödəmə qabiliyyəti olan maliyyə institutları üçün kredit 

riskini məhdudlaşdıran prosedurlar   işlənmişdir. 

(c)

 

Likvidlik riski  

Likvidlik  riskinin  ehtiyatkarlıqla  idarə  edilməsi  pul  vəsaitləri    və    dövriyyədə  olan  qiymətli    kağızların 

kifayət qədər həcminin saxlanmasını, açılmış kredit xəttləri vasitəsilə adekvat maliyyələşmə imkanlarını  

və  ortaya  çıxa biləcək  disbalans hallarında  operativ idarəetmə imkanlarını nəzərdə tutur. 



(d)

 

Faiz dərəcəsinin dəyişməsinin pul vəsaitləri  axınına  təsiri riski 

Cəmiyyət  faiz  gəliri  gətirən    əhəmiyyətli  məbləğdə  aktivlərə  malik  olmadığından,  mənfəət    və    pul  

vəsaitlərinin  əməliyyat axınları , əsasən bazar faiz dərəcələrinin dəyişməsindən asılı deyildir. 

 

Törəmə maliyyə alətləri və hedcinq əməliyyatları 

Törəmə maliyyə alətləri müvafiq sövdələşmələrin (kontraktların) bağlanma tarixinə ilkin balans dəyəri ilə 

uçota alınır: sonradan ədalətli dəyəri yenidən qiymətləndirmə tələb edilir. Bu qaydada müəyyən edilmiş 

gəlirlər və zərərlər maliyyə alətlərinin hedcinq ələti kimi təsnifləşdirilməsindən asılıdır. 

 

Ədalətli dəyərin hedcinqləşdirilməsi  




“Azvirt” MMC 

31 dekabr 2015-ci il tarixə konsolidə edilmiş (birləşdirilmiş) maliyyə Hesabatları və Müstəqil Auditor Rəyi

 

 

17 

 

Cəmiyyət  tərəfindən  pul  vəsaitləri  axınının    hedcinqləşdirilməsi  aləti  kimi  təsnifləşdirilən  törəmə  



alətlərin  ədalətli  dəyərinin dəyişməsi  mənfəət  və  zərərlər  haqqında hesabatda  hedcinqləşmə riskinə 

aid olan hedcinqləşdirilən maliyyə  aktivləri  və öhdəliklərinin ədalətli dəyərinin  dəyişməsi  ilə birlikdə 

əks etdirilir. 

 

Pul vəsaitləri  axınının hedcinqləşdirilməsi 

Cəmiyyət  tərəfindən  pul  vəsaitləri  axınının    hedcinqləşdirilməsi  aləti  kimi  təsnifləşdirilən    törəmə 

alətlərin  ədalətli    dəyərinin    dəyişməsinin  effektiv    hissəsi  kapitalın   tərkibində  tanınır  (  bu  dəyişmənin 

effektiv olmayan hissəsi mənfəət  və zərərlər haqqında hesabatda  əks etdirilir). 

 

Xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu tətbiq edilməyən törəmə alətlər 

Bir sıra maliyyə alətləri xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu qaydalarına aid edilmir. Hedcinləşdirmə 

əməliyyatları  tətbiq  edilməyən  maliyyə  alətlərinin  ədalətli  dəyərinin  dəyişməsi    birbaşa  mənfəət  və 

zərərlər haqqında hesabatda əks etdirilir. 

Ədalətli dəyərin müəyyən ediliməsi 

Aktiv bazarda dövriyyədə olmayan maliyyə alətlərinin ( birjadan kənar maliyyə alətləri) ədalətli dəyərinin 

qiymətləndirilməsi  müxtəlif  qiymətləndirmə  metodları    vasitəsilə  müəyyən  edilir.  Cəmiyyət  hesabat 

tarixinə bazaar şəraitindən asılı olaraq  mövcud olan bir neçə qiymətləndirmə metodundan istifadə edir. 

Uzunmüddətli  borcların  ədalətli dəyərinin müəyyən edilməsi üçün  analoji alətlər üçün  birja qiymətləri 

və  ya dilerlərin kotirovkaları tətbiq edilir. Qalan maliyyə alətlərinin ədalətli dəyərinin müəyyən edilməsi 

üçün  hesablama  pul  vəsaitləri  axınının  diskontlaşdırılması    metodu  istifadə  edilir.    Faiz  svoplarının 

ədalətli  dəyəri  pul    vəsaitlərinin  gələcək  axınının  törəmə  dəyəri  kimi  hesablanır.  Forvard  valyuta 

sövdələşmələrinin (kontraktlarının) ədalətli dəyəri bazarda təkamül  tapmış forvard valyuta kurslarından 

istifadə edilməklə hesablanır. 



4. 

Əhəmiyyətli mühasibat  təxminləri və fərziyyələri 

 

Cəmiyyət  növbəti  maliyyə  ili  ərzində  hesabatlarda  əks  etdirilən  aktiv    və  öhdəliklərin  məbləğinə    təsir 



göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin 

təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə  mövcud  şəraitə uyğun olaraq əsaslandırılmış 

gələcək hadisələr üzrə  təminlərə əsasən  təhlil edir. Uçot  siyasətinin tətbiqi zamanı  rəhbərlik həmçinin 

peşakar  mülahizələr  və fərziyyələr irəli sürür. Maliyyə  hesabatlarında əks etdirilən məbləğlərə daha çox 

təsir göstərən  peşakar mülahizələr  və növbəti maliyyə ili ərzində aktiv  və öhdəliklərin balans dəyərinə 

əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakilar daxildir:   



Debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər  

 Gələcək  pul  vəsaitləri  hərəkətinin  məbləğini    və    müddətini  təxmin    edərkən  istifadə  edilən 

metodologiya    və    mülahizələr,  təxmini    və    həqiqi    zərərlər    arasındakı    hər  hansı    fərqi  azaltmaq 

məqsədilə  müntəzəm  olaraq  nəzərdən keçirilir.   



 

Binaların yenidənqiymətləndirilməsi 

Hər  bir  balans  tarixində  “Azvirt”  MMC-nin  binalarının  ədalətli  dəyərinin  balans  hesabatında  əks 

etdirilməsi  məqsədilə,  rəhbərlik  binaların    yenidənqiymətləndirilməsi  üzrə    əsas  əldə  etmək    məqsədilə  

müstəqil qiymətləndirmə  hesabatının tələb olunduğunu müəyyən etmək üçün  peşəkar mülahizələr irəli 

sürür. Cəmiyyətin rəhbərliyinin fikrincə binaların ədalətli dəyərinin əhəmiyyətli dərəcədə dəyişmədiyinə 

görə, 31 dekabr 2015-ci il tarixinə yenidən qiymətləndirilməmişdir. Cəmiyyətin 78172.8 m2 torpaq sahəsi 

990 min AZN məbləğində hesabatda əks olunmuşdur.       

Vergi qanunvericiliyi 

Azərbaycan    Respublikasının  vergi,  sosial  sığorta,  valyuta  və  gömrük  qanunvericiliyi  müxtəlif  şərhlərə 




Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə