MəHƏMMƏd bin süleyman əT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ



Yüklə 2,22 Kb.
Pdf görüntüsü
səhifə1/31
tarix16.11.2017
ölçüsü2,22 Kb.
#10524
  1   2   3   4   5   6   7   8   9   ...   31


Şeyx
  
MƏHƏMMƏD BİN SÜLEYMAN  
ƏT‐TƏMİMİ ƏL‐HƏNBƏLİ
 
 
 
 
 
 
 
 
 
 
TÖVHİD
 
KİTABI
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Dövlət Kitab Palatası – 1996
 


M 58 
 
 
 
 
 
 
 
Məhəmməd bin Süleyman ət‐Təmimi əl‐Hənbəli 
 
M 58 ”Tövhid kitabı”. 
B., Azərbaycan Dövlət Kitab Palatası, 1996. 
 
 
 
 
 
 
 
 
 
 

0403000000
024
 e’lansız 
 
 
 
© Azərbaycan Dövlət Kitab Palatası, 1996. 
 =  2  = 


 
 
ÖN SÖZ
 
 
ifariş  ilə  tərcümə  etdiyim  bu  kitab  ana  dili 
Azərbaycan  türkcəsi  olan  müsəlmanlara  və 
ölkəmizdə  uzunmüddətli  kommunist  qadağalarından 
sonra öz yeni inkişaf dövrünə qədəm qoymuş ilahiyyat 
elminin  yeni  yolçularına  sifarişçinin  növbəti  dəyərli 
töhfəsi olacaqdır. 

Hicri 1115‐1206‐cı (miladi 1703‐1791) illərdə yaşamış 
Şeyx  ibn  Məhəmməd  ibn  Əbdülvahab  ibn  Süleyman 
ibn Əli Təmimi Hənbəlinin (müxtəsər: Məhəmməd ibn 
Süleyman  Təmimi)  yazdığı  və  hicri  1411‐ci  (miladi 
1990‐cı)  ildə  Məhəmməd  Əfifinin  redaktəsi  ilə  ər‐
Riyadda  nəşr  olunmuş  bu  kitabça  ʺKitab  ət‐tövhid 
əlləzi hüvə həqqü Allah əla əl‐əbidʺ (Allahın öz qulları 
(bəndələri – Ə.Ə.)  üzərindəki  tövhid  haqqına  aid 
kitab), qısaca ʺTövhid kitabıʺ adlanır. 
İslam  dininin  beş  rüknündən  (dayağından,  əsasın‐
dan)  birincisi  olub  ʺLa  ilahə  illəllahʺ  (Allahdan  başqa 
ilahi  yoxdur)  kəlmeyi‐şəhadəti  ilə  ifadə  olunan  tövhi‐
din  məzmunu  çox  dərin,  təfsilatı  isə  genişdir.  Hərfən 
ʺtəkləşdirmə, vahidləşdirməʺ məʹnasını verən bu sözlə 
adlandırılmış  tövhid  elmi  ilahiyyat  elmləri  içərisində 
birinci  yeri  tutur  və  ümumiyyətlə,  ilahiyyat  elminin 
açarıdır.  Tövhidi  qəbul  edib  bütün  varlıqların  yalnız 
bir  yaradıcısı,  bir  sahibi,  filosofların  dili  ilə  desək, 
vahid  bir  başlanğıcı,  səbəbi  olduğu  qənaətində  olma‐
 
=  3  =


 =  4  = 
dan bütün dini icraatı həyata keçirən adam belə müsəl‐
man sayıla bilməz. Çünki müsəlman hər şeydən əvvəl 
müvəhhid  (yalnız  bir  tanrının  varlığı  qənaətində  olan 
adam) olmalıdır. 
Mən  deyərdim  ki,  bu  kitab  müvəhhidin,  özü  də 
artıq  tövhid  elmindən  xəbərdar  olan,  nəzəri  hazırlığa 
malik  müvəhhidin  yaddaş  kitabçasıdır.  Çünki  burada 
tövhid  elminin  məsələlərindən  bəhs  olunmur,  bu 
məsələləri  təsbit  və  təsdiq  edən  Qurʹan  ayələri  və 
Peyğəmbər  əleyhissəlamın  ibrətamiz  kəlamları  olan 
hədislər seçilib verilir, sonra hər fəslin sonunda həmin 
ayə və hədislərin tövhid elminin məsələləri ilə bağlılığı 
izah  olunur,  onlardan  alınan  ibrət  dərslərinə  diqqət 
yönəldilir.  Buna  baxmayaraq,  kitab  anlaşıqlı  bir 
üslubda təqdim olunduğundan, zənnimcə, geniş oxucu 
kütləsi üçün də faydalı olacaqdır. 
18‐ci  əsrin  ortalarında  yazılmış  bu  əsər  islam  alə‐
mində  o  vaxtdan  bəri  diqqət  mərkəzində  olmuş,  ona 
şərhlər  yazılmışdır.  ʺTövhid  kitabıʺnın  tərcüməsi  za‐
manı bu şərhlərin ikisindən istifadə etmişəm: 
1.  Şeyx  Əbdürrəhman  Nasir  Səʹdinin  hicri  1412‐ci 
(miladi 1991‐ci) ildə ər‐Riyadda ʺDar əl‐Vətənʺ nəşriy‐
yatında  çapdan  çıxmış  ʺƏl‐qövl  əs‐sədid,  şərh  ʺKitab 
ət‐tövhidʺ li‐l‐imam əl‐mücəddid Mühəmməd ibn Əbd 
əl‐Vəhhabʺ  (ʺDoğru  sözʺ,  yenilikçi  alim  Məhəmməd 
ibn Əbdülvahabın ʺTövhid kitabıʺnın şərhi) əsəri. 
2.  Şeyx  Əbdürrəhman  ibn  Abdullah  ibn  Bazın  re‐
daktəsi ilə hicri 1413‐cü (miladi 1992‐ci) ildə Dəməşqdə 
ʺDar  əl‐Feyhaʺ  nəşriyyatında  çap  olunmuş  ʺFəth  əl‐
məcidʺ,  şərh  ʺKitab  ət‐Tövhidʺ  (ʺŞan‐şövkətli  Allahın 
köməyiʺ, ʺTövhid kitabının şərhiʺ) əsəri. 


 
=  5  =
Birinci şərhçinin ʺTövhid kitabınınʺ müəllifini yeni‐
likçi adlandırmasından bəlli olur ki, o hələ 18‐ci əsrdə 
İslam  dini  ehkamlarının  dövrə  uyğun  izahı  ehtiyacını 
duymuş  və  bu  ehtiyacı  ödəyən  əsərlər  yazmışdır. 
ʺTövhid  kitabıʺ  da  sonralar  kommunist  ideoloqların 
modernizm  damğası  vurduğu  belə  novatorluq  nümu‐
nələrindəndir.  Bu  heç  də  İslam  ideologiyasında  pislə‐
nən bidʹət (kafir, dini korlayan) yenilik olmayıb, cəmiy‐
yətdə  İslamdan  əvvəlki  dövrün  qalıqlarının  kök  salıb 
artmasına  qarşı  yeni  elmi  mübarizə  dövrünün  başlan‐
ğıcı  idi.  Təsadüfi  deyil  ki,  əsərdə  bu  zərərli  təzahür‐
lərin artmasının əsas səbəbi kimi onların tövhidə zidd 
olmasının  unudulub  yaddan  çıxması  göstərilir.  Odur 
ki, bu kitabça ateist həyat tərzindən qurtulmuş cəmiy‐
yətimizdə  haqq  ilə  batili,  din  ilə  xürafatı  bir‐birindən 
ayırmaqdan ötrü hiyləgər ruhanilərin, savadsız molla‐
ların,  islam  dini  ilə  heç  bir  əlaqəsi  olmayan  sehrbaz‐
ların,  cadugərlərin  toruna  düşmək  istəməyən  vətən‐
daşlar üçün eʹtibarlı bir mənbə ola bilər. 
Redaktor  Məhəmməd  Əfifinin  kitaba  yazdığı  mü‐
qəddimədə  irəli  sürdüyü  müddəaların  tətbiqində  də‐
qiqlik  gözlənilmədiyindən  tərcümə  üçün  bu  müqəd‐
diməni  əsas  götürməyib,  özüm  ön  söz  yazdım.  Lakin 
həmin  müqəddimədəki  faydalı  məʹlumatları  da  tər‐
cümə  mətninin  xüsusiyyətlərini  izah  etməzdən  əvvəl 
oxucuların nəzərinə çatdırmağı lazım bildim. 
Redaktor  müəllifin  ölümündən  79  il  sonra  Vəlid 
Firyan  adlı  xəttatın  köçürdüyü  əlyazma  nüsxəsindən 
istifadə  edib  mühüm  fərqləri  dəqiqləşdirmiş,  surə  və 
ayələrin  saylarını  və  sıralarını  yazmışdır.  Buxari  və 
Müslimin  ʺSəhihʺ  adlanan  hədis  toplularını  əsas 


Yüklə 2,22 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə