6
Təsanüdçülükdə əsri mədəniyyətin əsasını təĢkil edən hürriyyət, Ģəxsi
təĢəbbüs və mülkiyyət əsasları bakidir. Fəqət, eyni zamanda dövlət, mütləq
liberalizmdə olduğu kimi, fərdlər, siniflər və zümrələr arasındakı münasibət və
mücadilələrə laqeyd, sırf zabitə (polis) vəzifəsilə mükəlləf (borclu) bir müəssisə
deyildir. Bu sistemdə hürriyyət də, mülkiyyət də mütləq deyil məĢrutdurlar (Ģərti).
ġərt isə ümuminin mənfəəti və dövlətlə millətin salamatlığıdır. ġəxsin olsun, zümrə
və ya sinfin olsun hürriyyəti, topluluğun yüksək mənfəətləri və hürriyyətini
pozmamaq Ģərtlərilə çərçivələnmiĢdir. Liberalizm, bu hüdudu bir Ģəxsin hürriyətilə
digər Ģəxsin hürriyyəti arasında etibar edirdi, bunun üçün də dövlətin vəzifəsini
sadə, bir zabitə və məhkəmə dərəcəsinə endirmək istəyirdi. Solidarizmdə isə,
dövlət millətin təmsilçisi və cəmiyyətdəki münasibətlərin nizamlayıcısıdır.
Bu surətlə solidarizm, hürriyyət və mülkiyyət müəssisələrində qoyulmuĢ
təbii təĢəbbüs və irəliləmə həmlələrini zədələmədən, kapitalizmin liberal sistemdə
ümumi mənfəət zərərinə iĢləyən ifratlarının önünə keçmək vəzifəsini dövlətə
verir».
Azərbaycanı rus-erməni-mason bolĢeviklərinin əlindən qurtarmağa,
qorumağa çalıĢan, amma əli qələmdən, yüksək ideoloji düĢüncədən, siyasi
konfranslar keçirmək, yanıb-yaxılmaqdan baĢqa bir Ģeyə yetməyən Məhəmməd
Əmin bəyin səsi qulaqlarıma gəlir: dili, mədəniyyəti, dini, əxlaqı, ruhi-mənəvi
aləmi - milləti bir olan Azərbaycanda kommunizm ideologiyasına yer ola bilməz!
Burada ancaq milli birlik, milli həmrəylik ideologiyası keçərli, yaĢarlı ola bilər!
Milli birlik düĢüncəsi çağdaĢ Azərbaycan Respublikasında da
azərbaycançılıq ideologiyasının türkçülük, islamçılıq, çağdaĢlıq ideyalarını
kökləĢdirən bağdır.
Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda kommunizm yayan yağılara
deyirdi: «Hökumət demək, Leninin təbirincə, həddi zatında (özlüyündə) bir sinfin
digər sinifləri əzmək və özünə tabe etmək üçün qurmuĢ olduğu cəbr maĢınından
baĢqa bir Ģey deyildir. Bunun üçün də Marksa görə, fəhlənin nə vətəni var, nə də
milləti. Vətən və millət hissindən məhrum olan bu yeni insanlar zümrəsi -
proletariat - «burjua diktatorluqlarını» devirərək, öz hakimiyyətini quracaq və
tədriclə bütün sinifləri ortadan qaldıraraq sinifsiz və təzadsız bir cəmiyyət
yaradacaq»sa, bu, insanlığın faciəsi olacaqdır!
M.Ə.Rəsulzadə 1952-ci ilin oktyabrında Ankarada yayımladığı
«Azərbaycan» dərgisindəki «Milli birlik» məqaləsində yazırdı: «Millətçilik fikrinə
inananların ilk vəzifəsi «Milli birlik»i mühafizə etməkdir. Bu, millətçilik fikrinin
əsası və təməlidir. Ġnternasionalist və kosmopolit nəzəriyyələrlə ortaya atılan
marksizm, kommunizm və anarxizm kimi doktrinlərin əsil qayəsi milli birlik və
bütünlüyü sarsmaq, parçalamaq və pozmaqdır».
Azərbaycanın
ictimai-siyasi fikrində millətçilik və milliyyətçilik
anlamlarının fərqi çoxlarına tam aydın deyildir. Məhəmməd Əmin Rəsulzadə
bolĢeviklərin yurdumuzun ən dəyərli insanlarını «millətçi» damğası ilə öldürdüyü
7
illərdə türk dilindəki millətçi anlamının Avropadakı patriotizm termininin qarĢılığı
olub, patriotizmin tarix boyu, eləcə də XX yüzillikdə də bütün dünyada ən Ģərəfli
bir ictimai-siyasi proses olduğunu deyərək, dünya ictimai fikrini bu məsələyə
yönəltməyə çalıĢırdı.
Məhəmməd Əmin bəy yazırdı: «Bir millətçi, hər Ģeydən əvvəl istiqlal
davasında olan bir vətənçi - bir patriotdur» və «avropalıların patriot terminilə ifadə
etdikləri anlam, bizim millətçi sözü ilə anlatmaq istədiyimiz anlamın eynidir. Bu,
avropalıların nasionalizm sözü ilə dedikləri milliyyətçilikdən tamamilə baĢqa bir
Ģeydir».
Məhəmməd Əmin Rəsulzadə «Millətçilik - patriotizm» məqaləsində bu
məsələni daha geniĢ açıqlamıĢdır: «Millətin, dövlət olmaq əzmində israr edən bir
milliyyət olduğu bilgin sosioloqlar tərəfindən kəĢf və tərif edilmiĢdir. Bunu biz,
keçən sayımızda qeyd etdik. Bir millətçinin vətən anlayıĢı, coğrafi mənadakı vətəni
müstəqil bir dövlət halına gətirmək istəməsidir. Bir millətçi, hər Ģeydən əvvəl
istiqlal davasında olan bir vətənçi - bir patriotdur... Nasionalizm Qərbi Avropa
demokratiyası anlayıĢınca, təcavüzçü və ümumi tərəqqi yoluna girmək istəməyən,
dünyanın seyrindən (gediĢindən) ayrılmıĢ bir gerilik hərəkətidir. Halbuki
patriotizm bir millətin öz müqəddəratına Ģəxsən özünün hakim olması və
özünəməxsus milli bir dövlət qurması hərəkatıdır, bu isə bütün dünyanı bürüyən
tərəqqi hərəkatının bir parçası, demokratik bir hərəkatdır.
Tarixi müəyyən Ģərtlərin təsirilə milliyyət halından millət halına gələn
topluluqların müstəqil bir dövlət qurmaq və ya istilaya uğrayan vətənlərinin
istiqlalını geri almaq uğrunda mücadilə edənlərə mütləq Avropa terminlərilə bir ad
lazımsa, bunlara milliyyətçi [nasionalist] deyil, millətçi [patriot], hərəkatlarına da
milliyyətçilik [nasionalizm] deyil, millətçilik [patriotizm] demək lazımdır!».
M. Ə. Rəsulzadənin əsaslarını yaratdığı «Milli təsanüd» ideologiyasında
etatizm prinsipi güclüdür. O dönəmdə ġərqdə etatizmə dayanan ideologiya və
idarəetmə düzgün bir siyasət idi. Mustafa Kamal Atatürk də Türkiyə
Cümhuriyyətində etatizmi uğurla tətbiq etmiĢdir. Bu prinsiplər çağdaĢ Azərbaycan
Respublikası üçün də önəmlidir.
Məhəmməd Əmin Rəsulzadənin «Milli birlik» kitabındakı məqalələrindən
onun tarixin ideoloji savaĢlar dönəmində beynəlxalq siyasəti dərindən anlayıb
düzgün təhlillər etdiyi görünür. O, Azərbaycanın dünənini yaxĢı bilir, bugününü
aydın görürür, sabahının düzgün qurulmasına çalıĢır, rus-sovet bolĢevizmilə də
milli istiqlalı geri almaq üçün vuruĢduğunu deyirdi: «Bizim Moskvaya qarĢı
davamız məlum olduğu üzrə, sadə, ideoloji bir dava deyildir. Hər Ģeydən əvvəl biz,
Rusiya istilası ilə, rus imperializminin bu yeni Ģəklilə vuruĢuruq. Kommunizmlə
mücadilə bizim üçün əlimizdən çalınmıĢ istiqlalımızı geri almaq yolunda edilən bir
mücadilədir».
M. Ə. Rəsulzadə milli öncül kimi etdiyi ideoloji davanın özəlliklərini açıb
ona milli yön verir: «Bizim öz hüdudları daxilində qalan rus millətinə qarĢı
Dostları ilə paylaş: |