28
digər təbirlə, yaĢanan dövrdə mövcud reallıqlara nə dərəcəyə qədər uyub-
uymadığını təqdir fərqindən irəli gəlir.
Hərəkatları idarə edənlərdən bir qismi, ideyalara və ideya sistemlərinə
əhəmiyyət verir, tarixin inkiĢaf Ģərtlərilə ayaq uydurmaq zərurətilə özlərinə elmi
əsaslara istinadən bir sistem düĢünür və sistemdəki əsaslara sadiq qalaraq hərəkət
edərlər. Bunlar idealistlərdir.
Ġdealistlər, tarixdəki real hadisələri inkar etməməklə bərabər, bu reallıqların
istənilən ideal istiqamətdə inkiĢafını təmin üçün gərəkən tədbirləri alırlar.
Buna müqabil oportunistlər vardır ki, bunlar tarixin seyri və vanlacaq
hədəflə çox məĢğul olmadan o gün, həmən bir rol oynamaq üçün, subyektiv ünsürü
göz önündə bulunduraraq, özlərini axıntıya buraxırlar. Axıntınm qafiləni (idarəsiz
gəmini) istənilən sahildən baĢqa bir yana götürüb - götürməməsilə çox
ilgilənməzlər.
Məfkurəçi realizm ilə opportunist realizm arasında müəyyən zaman, məkan
və Ģərtlər daxilində təĢriki məsai (birgə çalıĢmaq) imkanı təsəvvür oluna bilirsə də,
ictimai hərəkatlarda xəstə bir hal alan pozğunçuluqla heç bir zaman iĢbirliyi ola
bilməz. Təmiz niyyətdən arı olub, fəaliyyətə ancaq inkar və ihlal (dağıtmaq)
məqsədilə giriĢənlərə pozğunçu deyilir. Bunların nə obyektiv görüĢləri, nə tərəfsiz
təhlilləri, nə də müsbət proqramları olur. Onlar sadəcə mövcudu yıxmaqdan zövq
alırlar.
Ġdealistlərə də, oportunistlərə də, pozğunçuluqla mücadilə etmək müĢtərək
bir vəzifədir.
“Azərbaycan”, il 3, sayı 33, dekabr 1954, Ankara.
ġƏKĠLCƏ DƏ, MÖHTƏVACA DA RUSLAġDIRILMA
Özlərinə xas ikiüzlü taktika ilə Rusiyada iqtidara gələn bolĢeviklər ən sonda
bütün dünyanı ruslaĢdırmağa mütəvəccih (yönəlmiĢ) olan siyasətlərini milliyyət
məsələsində ortaya atdıqları məĢhur formulla pərdələmək istədilər. Sovetlər
Birliyində kültürün «formaca milli, məzmunca sosialist» olması üzərində israr
etdilər.
Sovetlər Birliyinə daxil olub, sayları 40 milyonu haqlayan türk ellərində bu
formulun tətbiqatda nə kimi bir nəticəyə vardığım bilirik: öncə Ģəkil [forma]
ruslaĢdırıldı. 1939-cu ildən etibarən Rusiyadakı bütün türk cümhuriyyətlərində
Latın hərflərilə yazılmağa baĢlanmıĢ olan yazılar rus hərflərilə yazdırılmağa
məcbur edildi. Bununla ilgili olaraq türkcələrdəki termin sistemi də islam və
Avropa əsaslarından uzaqlaĢdırılaraq rus sisteminə tabe tutuldu.
ġəklin ruslaĢdırılmasından sonra möhtəvaya [məzmuna] əl atıldı. Bu
möhtəva sosialist olacaq, kosmopolit bir mahiyyət daĢıyacaqdı. «Millət, növi bəĢər,
vətən də yer üzü» təsəvvür olunurdu. Lenin, «Rusiyanın mənfəətləri cahan
29
inqilabının mənfəətlərinə fəda olsun» - deyirdi. Bu surətlə Sovet hakimiyyətinə
düĢən millətlər sosialist kosmopolitizmi ilə qandırılırdı (aldadılırdı).
Milliyyətçiliyin Ģovinizm, vətənsevərliyin də kapitalistcə bir aldatma olduğu hər
tərəfə və hər kəsə israrla təlqin olunurdu.
Fəqət, bütün bunlar Sovet hökumətinin nisbətən zəif olduğu zamanlara
məxsus bir hərəkət xəttinin ifadəsi idi. BolĢeviklər mövqelərində yerləĢdikcə, bu
ifadə də yeni bir ruh bildirir, «sosialistlik»dən məqsədin «rusçuluq» olduğu aĢikara
vurulurdu.
Ġkinci cahan hərbi əsnasında və bilxassə bu hərbdən sonra, velikorus qüruru
sovet siyasətinin bütün aksiyalarına sirayət etdi. Bu qürur, özünü bilxassə, kültür
və egitim sahəsində göstərdi.
Ġndi rusluq «cahan inqilabına fəda ediləcək» ikinci dərəcəli bir qiymət deyil,
bütün dünyaya örnək olacaq bir dəyərdir. Digər adı «sovet milləti» olan rus
millətini öymək Sovet hakimiyyətini «qəbul etmiĢ» bütün millətlərə fərzdir
(borcdur). Rus milləti millətlərin ən Ģərəflisidir[!]. Çünki: «o, cahan inqilabı fikrini
qəbul və tətbiq edən ilk millətdir. Dünyanın bütün ixtiralarını, ən irəli fikirlərini o
bulmuĢ, o vermiĢdir! Onun yolundan yerimək, onun tarixilə öyünmək, onun qafası
ilə düĢünmək millətlərə zillət deyil, ancaq Ģərəf gətirir. Kosmopolitizm indi bir
irtica, kapitalist zehniyyətidir, əsil insani və inqilabi fikir sovet patriotizmi deyilən
rus milliyyətçiliyidir. Rus milləti tarixdə rus məhkumu millətlərin ögrətməni
olmuĢ, onlara mədəniyyət dərsi verən bir ağabəyi (böyük qardaĢ) mərtəbəsinə
yüksəlmiĢdir!».
Rusiya məhkumu millətlərin tarixləri, bilxassa ədəbiyyat tarixləri indi bu
yeni teoriyanın iĢığı altında təhlil və tənqid olunur. Rus ağabəyisinə bu gün deyil,
tarixdə dəxi sadiq qalmaq Sovetlərdə tətbiq olunan yeni «milli siyasət»in ana
tələbini təĢkil etməkdədir. «Sovet hökumətinə sədaqəti isbat üçün bu gün
kommunist partiyasını və baba Stalini mədh etmək kafi deyil» bir də ağabəyi rus
millətinə ərzi hülus (sayğı bildirmək) etmək zəruridir!».
Son zamanlarda siyasi Sovet məqamları Sovetlər Birliyindəki millətlərin
vücuda gətirdikləri tarix və kültür müəssisələrini sıx bir kontrola tabe tuturlar. Ġndi,
sadə yaĢanan dövr deyil, yaĢanmıĢ dövrlər də təftiĢə tabedir. Çarlıq istilasına qarĢı
göstərilən mücadilə və müqavimət hadisələri ilə Ģəxsiyyətlərini idealizə edən
mühərirlər Ģiddətlə tənqid və təzyiqlərə uğrayırlar. Çünki, onların əsərlərində
böyük rus millətinin bu yerlərə gətirdiyi irəli müəssisələrə qarĢı gələn «mürtəce»lər
idealizə olunurmuĢ!
Bu «mürtəce»lər arasında məsələn, Qafqazın istiqlai qəhrəmanı böyük
ġamilin adı baĢda gəlir. Vaxtilə Ģəxsən bolĢevik yazarları tərəfindən milli istiqlal
və inqilab qəhrəmanı deyə təqdir olunan bu tarixi sima, indi «ingilis kapitalının
agenti» və «Osmanlı Sultanının uĢağı» - deyə təĢhir (göstərilir) olunur. Bunun kimi
baĢqırd qəhrəmanı Knaser (Qeysər) də əskidən oturdulduğu milli qəhrəman
taxtından endirilir. Azərbaycanın, onunla bərabər digər türk ellərinin də qəhrəmanı
Dostları ilə paylaş: |